İshaq Maroqulov
İshaq Maroqulov | |
---|---|
Doğum tarixi | 1868 |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1933 |
İshaq Faqradoviç Maroqulov (rus. Исаак Фаградович Марогулов, kürd. Îsahak Maragûlov; 1868, Dvin – 6 sentyabr 1933) — aysor əsilli SSRİ dilşünası. 1928-ci ildə Ərəb Şamilov ilə kürd dili üçün latın əlifbasını hazırlamışdır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]İshaq Maroqulov 1868-ci ildə Rusiya imperiyasının Dvin şəhərində anadan olmuşdur. O, əslən aysor idi.[2] Atası Faqrad XIX əsrdə İrandan Qafqaza köçmüşdür. Maroqulov 1888-ci ildə təhsilini başa vurduqdan sonra Naxçıvanın Şahtaxtı kəndində, sonra 1893-cü ildə Qəmərli kəndində müəllim işləmişdir.
1920-ci illərdə SSRİ xalqlarının əlifbalarının romanizasiya prosesi gedirdi. Bu prosesin bir hissəsi olaraq kürd dili üçün də latın qrafikalı əlifba hazırlanmışdır. Maroqulov 1928-ci ildə belə bir əlifbanın ilk layihəsini təqdim etmişdir. Buraya aşağıdakı hərflər daxil idi: a, b, c, ç, d, e, ə, f, g, , h, i, , j, k, ʀ, l, ʍ, ɴ, o, ɵ, w, p, n, q, ɥ, s, , ц, t, m, u, y, v, x, z, ƶ.[3] Tezliklə Maroqulov Ərəb Şamilovla birlikdə bu layihəni yekunlaşdırmış və 25 fevral 1929-cu ildə SSRİ kürdlərinin latın qrafikalı əlifbası təsdiq edilmişdir.[4] Bu əlifbada erməni qrafikasına əsaslanan əlifbanın çatışmazlıqları nəzərə alınmış və kürd dilinin fonemik tərkibi tam əks olunmuşdur. Yeni əlifbanın Ermənistan SSR kürdlərinin ləhcəsinə yönəlməsinə baxmayaraq, onun Azərbaycan və Türkmənistan SSR-də də istifadəsi mümkün idi.[5]
İshaq Maraqulov yunan əsilli Yelena Fedorovna Efremidi ilə evlənmişdir. Məlumdur ki, Yuxarı Dvin kəndi yaxınlığında onun üzüm bağları var idi, lakin Oktyabr inqilabından sonra dövlət onları müsadirə etmişdir. Maraqulov 1933-cü ildə repressiya qurbanı olmuşdur. Onun böyük oğlu Konstantin Maraqulov 1901-ci ildə anadan olmuşdur. Şərqşünaslıq fakültəsini bitirmiş, Assuriya və ərəb mədəniyyəti üzrə mütəxəssis olmuşdur. Konstantin bir neçə Avropa dilini öyrənmiş, aysor dili dərsliklərinin müəllifi olmuş, Moskvada nəşr olunan aysor qəzetinin baş redaktoru kimi çalışmışdır. 1938-ci ilin yanvarında Konstantin həbs edilmiş və 9 mayda güllələnmişdir. Digər oğlu Leonid Maraqulov (1903–1964) klinik və psixiatr olmuşdur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Têmûrê Xelîl. Elfabeya pêşin, romana pêşin û romannivîsê pêşin Arxivləşdirilib 21 dekabr 2016 at the Wayback Machine (kürd.) 26 Mayıs 2009, Erişim tarihi: 20 Aralık 2022.
- ↑ 1 2 Litvak, L.M. "Леонид Исаакович Марогулов". Независимая психиатрическая ассоциация России. 15 yanvar 2008. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
- ↑ И. Марогулов. Курдский алфавит // Культура и письменность востока (II). Баку. 1928. 43—57.
- ↑ Новый курдский алфавит // Культура и письменность востока (IV). Баку. 1929. 188—189.
- ↑ Исаев М. И. Языковое строительство в СССР (2650 nüs.). М.: Наука. 1979. 154–156.2650 nüs.&rft.pub=Наука&rft.date=1979&rft.au=Исаев М. И.&rfr_id=info:sid/az.wikipedia.org:İshaq Maroqulov" class="Z3988">