İsa Səhər Ulduzu
İsa Səhər Ulduzu (kor. 기독교복음선교회) — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri.
Kultun yaradıcısı Çon Men Sok İsanın xilaskarlıq missiyasını yerinə yetirə bilmədiyini, həqiqi xilaskarın özü olduğunu irəli sürərək 1970-ci ildə təmizlənmə rituallarına əsaslanan İsa Səhər Ulduzu kultunun əsasını qoymuşdur. Onunla intim əlaqə sayəsində bütün günahların silinəcəyini təbliğ edərək Çon yüzlərlə koreyalı qadınla münasibətdə oldu. Cazibədar qızları universitetlərdən seçərək sosial klublar, idman turnirləri və Bibliyanı öyrədən kurslar vasitəsilə aldadıb yığırdılar. 1999-cu ildə kütləvi informasiya vasitələrində zorlamalar haqqında ittihamlar dərc edilməyə başlayanda Çon Koreyadan qaçdı. O, növbəti 8 ili Yaponiyada, Honkonq və Tayvanda gizlənərək öz əməllərinə davam etdi. Lakin 2008-ci ildə Çində ələ keçirildi və Seulda 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13. (az.)