İrvinq Penn

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İrvinq Penn
ing. İrving Penn
Doğum tarixi
Doğum yeri Nyu-Cersi, ABŞ
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ
Milliyyəti ABŞ ABŞ
Təhsili
  • Filadelfiya İncəsənət Universiteti[d] (19341938)[1]
Fəaliyyəti fotoqraf
Fəaliyyət illəri 1943–2000
irvingpenn.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrvinq Penn (ing. Irving Penn; 16 iyun 1917[1][3][…], Pleynfild, Nyu-Cersi[1]7 oktyabr 2009[4][5][…], Manhetten, Nyu-York ştatı[6]) — XX əsrin ən nüfuzlu fotoqraflarından biri, moda fotoqrafiyasının ən vacib nümayəndəsi olan Amerika fotoqrafı.

Həyat və işi

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə inqilabdan sonra Rusiyanı tərk edən immiqrant yəhudi ailəsində doğulub. On səkkiz yaşında İrvinq Filadelfiya İncəsənət Muzeyinin nəzdindəki dördillik reklam dizaynı kursuna yazıldı. Peşə təhsili ilə yanaşı o Harper's Bazaar jurnalında kuryer kimi işləyir, həmçinin rəssama ayaqqabı eskizlərini çəkməyə kömək edirdi. 1938-ci ildə təhsilini bitirərək "Junior League" jurnalının incəsənət redaktoru olmuş, sonra isə Saks Fifth Avenue univermağında analoji vəzifəyə keçmişdir. Lakin iyirmi beş yaşında işdən çıxaraq Mexikoya yollanmış, burada il boyu şəkillər çəkmişdir.

Nyu-Yorka qayıtdıqdan sonra Penn müsahibəni müvəffəqiyyətlə keçərək Vogue jurnalının incəsənət redaktoru Aleksandr Libermanın köməkçisi oldu. 26 yaşlı dizaynerin jurnalın üz qapağının necə görünməli olduğuna dair öz təsəvvürü var idi, lakin jurnalın fotoqrafları ilə bu məsələdə anlaşa bilmədiyinə görə Liberman ona kameranı götürməyi məsləhət gördü və 1 oktyabr 1943-cü ildə İrvinq Pennin ilk fotoşəkli Vogue jurnalının üz qapağında çıxdı. Fotoqraf ölümünə qədər Vogue moda jurnalına şəkillər çəkmişdir. Penn həyatı boyu ən azı altı kitab çıxarıb. 7 oktyabr 2009-cu ildə Manhettendəki evində 92 yaşında vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Marter J. Penn, Irving // The Grove Encyclopedia of American Art. Oxford University Press, 2011. ISBN 978-0-19-533579-8
  2. RKDartists (nid.).
  3. Irving Penn (nid.).
  4. http://www.nytimes.com/2009/10/08/arts/design/08penn.html.
  5. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. Union List of Artist Names (ing.). 2021.