İrəm şəhəri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İrəm şəhəri
إرَم ذَات ٱلْعِمَاد‎
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrəm (Ərəbcə:ارم) — Quranda Ahkəf adı ilə qeyd edilən, Yəmən ilə Umman arasında yerləşən çoxmərtəbəli evləri, möhtəşəm sarayları və məşhur İrəm bağlarıyla tanınan bir şəhərdir.

Bu şəhərin adı Fəcr surəsinin 6 və 8. ayətlərində keçər və Əd qəbiləsininnin yaşadığı şəhər olarax tanımlanır. Köhnə mətinlərdə şəhər və topluluq haqqında, hökumdarlarının Cənnətə bənzətmək məqsədilə bir bağ inşa elətdirdiyi və bağa "İrəm Bağı" deyildiyi ifadə edilir. Quranda yazılanlara görə bu şəhər və Əd qəbiləsi ilahi cəzaya uğradılmış və yerlə bir olmuşdur. Quranda İrəm şəhərindən "diyarlar içərisində bənzəri yaradılmamış və yüksək binalarla dolu" şəklində bəhsedilir[1]. Quran xaricindəki müqəddəs kitablarda bu şəhərdən və xalqından bəhsedilməz.

Arxeoloq Nicholas Clapp tərəfindən 1990-cı illərin əvvəlində Yəməndə tapılan və Ubar adı verilən şəhərin İrəm olduğuna inanılır.

İbn Xəldunun rəyləri

[redaktə | mənbəni redaktə et]

İbn Xəldun "Müqəddimə" adlı əsərində İrəm haqqında belə deməktədir:

"İrəm Şəhəri, İrəm oğlu Avs oğlu Adındı. Şədid və Şəddad deyə iki oğlu vardı. Adın. Ki, Şəddad kəndindən sonra hökümdar oldu. Şədid ölüncə hökümdarlıq Şəddada qalmışdı və bütün hökümdarlar ona boyun əymişdi. Şəddad Adən səhrasında İrəm şəhəri saldırdı. Bu şəhər 300 ildə salındı. Özüdə 900 il yaşadı. İrəm, çox böyük bir şəhərdi. Sarayları qızıldan, sütunları zəbərcədən və yaqutdandı. Şəhərdə cürbəcür və birbiriylə uyğun ağaclar və çaylar vardı"[2].

  1. "KUR'ÂN-I KERİMİ" (türk). kuran-ikerim.org. Archived from the original on 2021-11-30. İstifadə tarixi: 2019-10-31.
  2. İbn-i Haldun- Müqəddimə

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]