İqnobel mükafatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mark Abrahams, İg Nobel mükafatının təsisçisi

İq Nobel mükafatı və ya Anti-nobel mükafatı (ing. Ig Nobel Prize, ing. ignobel - "ayıb" sözündən) —Harvard universitetində keçirilən mərasimdə verilən nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatına parodiya. Mükafatın adı parodiya etdiyi Nobel mükafatının adına (ing. Nobel Prize) və İgnobel (ing. "etibar edilməyən, ayıb") sözünə söz oyunudur. Hər il oktyabrın əvvəllərində, yəni əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl, elmi tədqiqatlarda qeyri-adi, trivial və məzəli nailiyyətlərə görə 10 İq Nobel mükafatı verilir. "Əvvəlcə güldürən, sonra isə düşünməyə məcur edən nailiyyətlərə görə" (ing. first make people laugh, and then make them think) verilən mükafatın məqsədi diqqəti cəlb etmək və insanlarda elm, tibb və texnologiyalara maraq yaratmaqdır. Mükafat 1991-ci ildə Mark Abrahams və "Qeyr-adi tədqiqatlar annalları" adlı elmi-yumoristik jurnal tərəfindən təsis edilib[1]. Mükafat qaliblərinə, ayrıca 100 trillionluq Zimbabve dolları əskinazı təqdim olunur. Əskinaz, nominal dəyəri cəmi 0,40 ABŞ dolları olsa da, kolleksiyaçılıq baxımından daha qiymətlidir.

Mükafatlanma mərasimi ilk illər Massaçuset Texnoloji İnstitutunda, sonralar Harvard universitetində keçirlib. Həmçinin qaliblər ictimai mühazirələr oxuyurlar.

  • Абрахамс М. Шнобелевские премии. — М.: АСТ, 2006 ISBN 5-17-030356-4
  • Абрахамс М. Шнобелевские премии-2. — М.: АСТ, 2009 ISBN 978-5-17-052229-3
  1. "news.day.az". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-30.