İohann Droyzen
İohann Droyzen | |
---|---|
alm. Johann Gustav Droysen | |
Doğum adı | Johann Gustav Bernhard Droysen |
Doğum tarixi | 6 iyul 1808[1][2][…] |
Vəfat tarixi | 19 iyun 1884[2][3] (75 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tarixçi |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İohann Qustav Bernhard Droyzen (alm. Johann Gustav Bernhard Droysen; 6 iyul 1808[1][2][…] – 19 iyun 1884[2][3], Berlin[5]), Pomeraniya, - 19 iyun 1884, Berlin ) — alman tarixçisi, Berlin, Kil və Yena universitetlərinin professoru. O, ilk dəfə ellinizmin sistemli tədqiqinə müraciət edərək bu termini təqdim etmişdir.[6]
Elmi əsərləri
[redaktə | mənbəni redaktə et]Droyzen Esxil (1831) və Aristofanı (1836-1838) tərcümə etmiş, " Makedoniyalı İskəndərin tarixi" (1833), eləcə də " Ellenizm tarixi" (1836-1843) əsərlərini yazmışdır. Droyzen gənc bir alim üçün təəccüblü cəsarətlə (onun hələ 30 yaşı olmamış) elmi dövriyyəyə "ellinizm" terminini gətirmiş, bununla da Şərqi Aralıq dənizi ölkələrinin tarixindəki tarixi dövrü İsgəndərin yürüşlərindən səciyyələndirdi. Bu mənada onu layiqincə “Orta əsrlər”in “ixtiraçısı” Kristofer Keller (Cellarius) və “Renessans” konsepsiyasının yaradıcıları Jül Mişle və Yakob Burkhardtla bərabər tutmaq olar. Droyzen ellinizmi yeni antik dövr adlandıraraq, bu anlayışla ellinistik, yəni sırf ellin deyil, şərq elementləri ilə qarışmış bir mədəniyyət kimi təsnif etmişdir. Droyzen Makedoniyanın işğalçılıq siyasətini qədim tarixin hərəkətverici başlanğıcı hesab edirdi.[7]
Droysen Makedoniyalı İsgəndərin fəaliyyətini XIX əsr alman tarixindəki hadisələrlə müqayisə etdi, həmçinin II Filippin Yunanıstanın birləşməsi ilə Almaniyanın birləşməsi arasında analoqlar apardı.
Almaniyanın birləşdirilməsini Prussiyanın borcu hesab edən Droyzen öz tədqiqatını aktual siyasi problemlərin həllində mühüm yardımçı hesab etmiş və həyatının 30 ilindən çoxunu bu işə həsr edərək Prussiyanın tarixini gələcək birləşmiş Almaniyanın tarixdən əvvəlki tarixi kimi qələmə verdi.
İngiltərədən nüfuz edən pozitivizm və təbii elmi qanun prinsipindən fərqli olaraq, o, “Alman tarixi məktəbi”nin prinsiplərinin nəzəri formalaşdırılmasını verməyə cəhd etdi. Droyzenin "Tarixçinin oçerkləri" ( 1868 ) Humboldtun ideyalar və tərəqqi təliminə qayıdır və Şleyermaxer və " tarixi məktəb " ruhunda tarixi metodun özəlliyini onun "anlamaq" sənəti olmasında görür ( Verstehen).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Johann Gustav Droysen // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Johann Gustav Droysen // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #11852755X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Дройзен Иоганн Густав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Изучение истории Древней Греции в XIX — начале XX в". 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
- ↑ "Смирнова В.В. Некоторые проблемы истории эпохи Александра Македонского и эллинистического периода в современной буржуазной историографии". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
- 6 iyulda doğulanlar
- 1808-ci ildə doğulanlar
- 19 iyunda vəfat edənlər
- 1884-cü ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Berlində vəfat edənlər
- Elmlər doktorları
- Kil Universitetinin müəllimləri
- Berlin Humboldt Universitetinin müəllimləri
- Berlin Humboldt Universitetinin məzunları
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- Göttingen Elmlər Akademiyasının üzvləri
- Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri
- Əlifba sırasına görə alimlər
- Berlində dəfn olunanlar
- XIX əsr alimləri
- Almaniya tarixçiləri