İnsanın seksual fəaliyyəti

Vikipediya, azad ensiklopediya
(İnsanın seksual davranışı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

İnsanın seksual fəaliyyətiinsanların seksuallığı yaşaması və ifadə etməsi. İnsanlar müxtəlif səbəblərdən müxtəlif seksual hərəkətlərdə iştirak edirlər. Bu hərəkətlər müxtəlif bir tezliklərdə tək başına edilən fəaliyyətlərdən (məsələn, masturbasiya) başqa bir şəxslə edilən fəaliyyətlərə (məsələn, cinsi əlaqə, oral seks və s.)[1] qədər fərqlənir. Seksual fəaliyyət adətən iştirakçı şəxsdə seksual oyanıqlıq və fizioloji dəyişikliklərlə nəticələnir, bəziləri qabarıq görünür, digərləri isə daha incədir. Seksual fəaliyyətə başqasının seksual marağını oyandırmaq və ya başqasının seksual həyatının səviyyəsini artırmaq məqsədi daşıyan davranış və fəaliyyətlər də aid ola bilər. Seksual fəaliyyət seksual oyanıqlıqdan sonra baş verə bilər.

Bəzi mədəniyyətlərdə seksual fəaliyyət yalnız evlilikdə məqbul sayılır. Bu çərçivədə evlilikdən əvvəl seks tabudur. Bəzi seksual fəaliyyət nümunələri ya bütün dünyada, ya da bəzi ölkələrdə illeqaldır. Həmçinin, bunların bəziləri müəyyən cəmiyyətlərin və ya mədəniyyətlərin normalarına zidd hesab olunur. Əksər yurisdiksiyalarda qanun pozuntusu kimi qiymətləndirilən iki nümunə cinsi razılıq yaşından aşağı bir şəxsə cinsi təcavüz və ya onunla cinsi fəaliyyətdir.

  1. Walker, Audrey; Schlozman, Steven; Alpert, Jonathan. Introduction to Psychiatry: Preclinical Foundations and Clinical Essentials. Cambridge University Press. 2021. səh. 454. ISBN 0521279844. 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-23.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]