İdris Qədimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İdris Qədimov
İdris Xəlil oğlu Qədimov
Fayl:İdrisQədimov.png
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1920(1920-09-15)
Doğum yeri
Vəfat tarixi 20 avqust 1996(1996-08-20) (76 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Yevgeniya Qədimova
Uşaqları Tamara Qədimova, Elvira Qədimova
Atası Xəlil ağa Qədimov
Anası Zinyət Hüseynova
Təhsili
Hərbi fəaliyyəti
Xidmət illəri 23.06.1943 − 09.05.1945
Rütbəsi Tibb xidməti polkovnik-leytenantı
Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı

İdris Xəlil oğlu Qədimov (15 sentyabr 1920, Morul, Gəncə qəzası20 avqust 1996, Klaypeda) — sovet-Azərbaycan hərbçisi, tibb xidməti polkovnik-leytenantı. 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı.

İdris Qədimov Şəmkirin tanınmış Qədimovlar (Bədirbəylilər) (əvvəlki adla Bədirbəylilər) nəslindəndir.

Orta təhslini müvəfəqiyyətlə bitirən İdris Qədimov ali təhslini 1942-ci ilin avqustunda infeksion xəstəliklər ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetində tamamlamışdır.

II Dünya Müharibəsi illərində

[redaktə | mənbəni redaktə et]

İdris Qədimov, sanitar-tibb bölümündə kiçik həkim vəzifəsində çalışaraq, döyüş şəraitində, mərdliklə və cəsarətlə yaralı əsgər və zabitlərə yüksək ixtisaslı tibbi yardım göstərirmişdir.

İdris Qədimov 23.06.1943-cü ildən 08.08.1943-cü ilədək Qərb Cəbhəsində alayın kiçik həkimi; 08.08.1943-cü ildən 01.10.1944-cü ilədək 3-cü Belorus cəbhəsində alayın kiçik həkimi; 01.10.1944-cü ildən 09.05.1945-ci ilədək Qərb Cəbhəsi, Xüsusi Hərbi rayonda alayın kiçik həkimi vəzifələrində çalışmışdır.

07.04.1945-ci ildən 10.04.1945-ci ilədək Koeniqsberq şəhəri uğrunda gedən son döyüşlərdə İdris Qadimov 200-dən çox insana tibbi yardım göstərmişdir. O, 21 qan və qan əvəzedicisi, 8 vagosimpatik blokada, 25 anesteziya sındırmalarından ibarət 2 tibbi köçürmə əməliyyatı etmişdir. Bunlar ağır yaralar üçün cərrahi tədbirlər sırasına daxildir.

II Dünya Müharibəsindən sonrakı illərdə

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra İdris Qədimov Klaypeda (Litva SSR) şəhərində yerləşən Hərbi Hospitalda həkim kimi çalışmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]