Ügyek
Ügyek | |
---|---|
Ügyek | |
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | bilinmir |
Həyat yoldaşı | Emeşe |
Uşağı | Almoş |
Atası | Çaba oğlu Edemən |
Milliyyəti | Türk |
Fəaliyyəti | siyasətçi |
Tanınır | İlk macar şəhzadəsi. Macar tayfalarının başçısı Almoşun atası və ya babası |
Vikianbarda əlaqəli mediafayllar |
Ügyek və ya digər adı ilə Ugek (VIII əsrin ikinci yarısı, IX əsrin birinci yarısı), Almosun atası, ilk Böyük Macar Şahzadəsi. Bəzi mənbələrə əsasən isə Almoşun atası yox babasıdır. Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]Anonim müəllif yazır ki Ügyek 819-cu ildə Eunedubeliyan şahzadəsinin qızı Emeşe ilə evləndi. Xronikalarda göstərilir ki, onların Almoş adlı bir oğlu oldu. Emeşe Almoşun doğumundan əvvəl yuxuda Toğrul quşunu görmüşdü. Toğrul quşu mifologiyada qoruyucu rolunda çıxış edir və onun vəzifəsi uşaqları böyüyənədək bəlalardan qorumaqdır. Buna görə də onun adını Almoş yəni “ yuxuda görülən” qoymuşdular.[2]
Ügyek adının mənası
[redaktə | mənbəni redaktə et]Tarixçi Dyula Kristo qeyd edir ki, Ügyekin adının qədim macar sözü olan ügy sözündən götürülmüş ola bilər. Ügy sözü macarca “müqəddəs” mənasında işlənir. Başqa bir anonim müəllifin əsərində “Ügyek” “Vgec” şəklində işlənmişdir. Araşdırmalara əsasən Ügyek adının mənşəyi haqqında aşağıdakı fikirlər meydana çıxmışdır.
- Ügyek- 1926-cı ildə Dejü Paş ilk dəfə Ügyek adının macar sözü olan “ügy” sözündən götürüldüyü fikrini ortaya atmışdır. Sonralar bu fikir Dyula Kristo tərəfindən dəstəklənir.
- Öge/Üge– Tarixçi Görgi Görfiyə görə bu söz qədim Türk sülalərindən birinin adı ilə bağlıdır. Türk dilində “ağıllı”, “aqil” o cümlədən “məsləhətçi” mənasını verir. Bundan başqa uyğur dilində də Ügyek adına rast gəlinir
- Üge – Mənbələrdə son Uyğur imperatoru 846-cı ildə Altay dağlarında öldürülən Ügyekdən bəhs olunur. Bəzi Uyğur mənbələrinə görə imperiyanın çöküşündən sonra sağ qalan uyğurların bir qismi qərbə doğru üz tutmuşdur.
Ənənəvi bozqır mədəniyyətində 3 cür böyük əcdad tipi var.
- Əhəmiyyətli bir addım atan uzaq, 'mənəvi' ata, ancaq sülaləsinin əsl qüdrəti nəsillər boyu özünü qoruyur.
- İmperiyanın qurucusu
- Ailə ağacının əhəmiyyətli şəxslərindən biri.
Ügyek birinci tip əcdadlara daxildir. Bundan başqa bu qrupa Ərtoğrulu, Şeyx Səfini , Saman Xudanı və başqalarını aid etmək olar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Öz, Ayşe. "ORTA ÇAĞ MACAR KRONİKLERİNDE HUN-MACAR AKRABALIĞI". DTCF jurnalı. 57 (2). 2017: 1474–1484.
- ↑ Kristó, Gyula; Makk, Ferenc (1996). Az Árpád-ház uralkodói ("Arpad sülaləsi hökmdarları"). I.P.C. KÖNYVEK Kft. p. 9. ISBN 963-7930-97-3.