Özəl detektiv
Özəl detektiv — tədqiqat xarakterli hüquqi xidmətlər göstərməsi üçün fərdlər və ya qruplar tərəfindən işə götürülən şəxs, detektiv.
Azərbaycanda
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının qanunvericiliyində özəl detektivlərin fəaliyyəti haqqında heç bir məlumat verilmir. Buna baxmayaraq, ölkədə qeyri-qanuni fəaliyyət göstərən özəl detektivlər mövcuddur. Onlar adətən keçmiş polis işçiləri və hüquqşünaslardır.[1]
İncəsənətdə
[redaktə | mənbəni redaktə et]Edqar Allan Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsində təsvir etdiyi Ogüst Düpen personajı ədəbiyyatda ilk özəl detektivlərdən biri olaraq hesab edilir.
Böyük ehtimalla, ədəbiyyatdakı ən tanınmış özəl detektiv Şerlok Holmsdur. Personaj ilk dəfə 1887-ci ildə "Al-qırmızı etüd" povestində peyda olmuşdur. Digər popolyar özəl detektivə isə ilk dəfə 1920-ci ildəki "Staylzda müəmmalı hadisə" romanında təsvir edilmiş Erkül Puaronu aid etmək olar.
Çingiz Abdullayevin yaratdığı Dronqo, Elxan Elatlının Qanbay Qasımlı personajı da bu kateqoriyaya aiddir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanda özəl detektiv var, ancaq bu haqda qanun yox" (az.). 15 fevral 2006. August 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2020.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Özəl detektiv ilə əlaqəli mediafayllar var.
- Bureau of Labor Statistics information