Ötkəm İsgəndərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ötkəm İsgəndərov
Doğum tarixi 1955
Doğum yeri
Fəaliyyəti aktyor
Təhsili
IMDb ID0411234

Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor,[1] Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[2]

ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır.[3]

  1. 777 №-li iş (film, 1992)
  2. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik
  3. Axırıncı reys (film, 1989)
  4. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov)
  5. Batterflyayın qayıtması (Kiyev)
  6. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  7. Bircəciyim (film, 1986)
  8. Birisigün, gecəyarısı... (film, 1981)
  9. Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc)
  10. Borc (film, 2014)
  11. Boşboğaz (film, 1978) (Rusiya)
  12. Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli)
  13. Dəvətnamə (film, 1989)
  14. Doğma sahillər (film, 1989) - rol: əsgər
  15. Dronqo (serial, 2002)
  16. Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd
  17. Firəngiz (film, 1975)
  18. Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov)
  19. Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)
  20. İtkin pay (2007) (İran)[4]
  21. Kleopatra
  22. Qara gölün cəngavərləri (film, 1984)
  23. Laçın dəhlizi (film, 1993)
  24. Ovsunçu (film, 2002)
  25. Özgə ömür (film, 1987)
  26. Park (film, 1983)
  27. Prima (film, 1994)
  28. Səhnədə Lurixdir (Estoniya)
  29. Sifarişçi (film, 2000)
  30. Şahid qız (film, 1990)
  31. Tələ (film, 1990)
  32. Tənha durna uçuşu (film, 2003) - rol: Nəsib
  33. Tənha narın nağılı (film, 1984)
  34. Tütək səsi (film, 1975)
  35. Üzeyir ömrü (film, 1981)
  36. Yük (film, 1995)
  37. Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016)
  38. Məryəm (serial)
  39. Ağanatiq (film, 2017)
  40. İmtahan (teleserial, 2017) — Zakir
  41. Xilas (2018)
  42. Vətəndaş A
  1. Əhmədova, T. Milli və bəşəri dəyərlərə müasir sənətkar münasibəti: Ötkəm İskəndərovun yaradıcılığında humanist dünyagörüş məsələsi: [Əməkdar artistin kino yaradıcılığı haqqında] //525-ci qəzet.- 2015.- 15 iyul.- S.6; 16 iyul.- S.4; 17 iyul.- S.22.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
  3. Ülviyyə Həsənqızı. ""Universitetdən uzaqlaşıb, teatra qayıtmışam" - Ötkəm İsgəndərov" (az.). Primetime.az. 24.02.2017. 2017-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  4. "Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58.
  • "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]