61°59′54″ şm. e. 132°25′39″ ş. u.HGYO

Çurapçı ulusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çurapçı ulusu
Чурапчы улууhа
Bayraq Gerb
Bayraq Gerb

61°59′54″ şm. e. 132°25′39″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 25 may 1930
Sahəsi
  • 12.600 km²
Hündürlük
383 m
Saat qurşağı
  • Yakutsk vaxtı[d]
Əhalisi
Əhalisi
  • 21.955 nəf. (2023)[1]
Rəsmi sayt
Çurapçı ulusu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çurapçı ulusu (saxa Чурапчы улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Çurapça kəndidir.

Mərkəzi Yakutiyada yerləşir. Ulusun çox hissəsi Prilenski yaylasında yerləşir. Amqa çayı ulusdan axır. Çoxlu göllərə sahibdir. Ən böyük gölü Çurapçadır.

Qışı soyuqdur. Yanvarın orta temperaturu -42 ° C, iyulun 16 ... 17 ° C-dir. İllik yağıntının miqdarı 200-250 mm-dir. Lena çayın sağ sahilində yerləşir. Yakutskdan 177 km şərqdədir. Ulusun sahəsi 12,6 min km² təşkil edir. Ulus ərazisinin çox hissəsi meşə fonduna aiddir. meşələr 10,7 min km² (84.94%) ərazini əhatə edir. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 0,8 min km² (6.79%) təşkil edir.

Rusiya vətəndaş müharibəsi dövründə, 1922-ci ilin iyulunda qırmızı hərəkat tərəfdarlarına və onların ailələrinə qarşı repressiya baş verir. Bu da tarixə "Çurapçi kolotuşkası" olaraq daxil olur[2]. . Ulus 25 mart 1930-cu ildə qurulmuşdur.

Milli tərkib

2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar - (97,0%), ruslar (1.5%), evenlər (0.3%), evenklər (0.4%) və digər millətlərin nümayəndələri (0.8%).

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Çurapçı ulusu ərazisinə 17 kənd inzibati vahidliyinə ümumilikdə 30 yaşayış məntəqəsi daxildir[3][4].

İqtisadiyyatın əsasını heyvandarlıq təşkil edir (ətlik və südlük heyvandarlıq, ətlik atçılıq). Ulusda taxıl, kartof, tərəvəz əkilir.

Ulus içərisində tikinti materialları (qum, gil, çınqıl və qum materialı, qum) çıxarılır.

Amqa çayı gəmiçilik üçün yaralıdır. Kolıma federal magistral yolunun 78 km-i ulus ərazisindən keçir. ulus mərkəzinə Sovet vaxtı müntəzəm mülki aviasiya uçuşları olurdu.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Yeqor Afanaseviç Borisov (1954) - 2010-cu ildən Saxa Respublikasının (Yakutiya) Prezidenti, Saxa Respublikası (Yakutiya) Hökumətinin Sədri (2003-2010).

Qeorqi Prokopyeviç Başarin - tarixçi, ictimai xadim, tarix elmləri doktoru, professor, Rusiya Sovet Federativ Sosialist Respublikası və Yakutiya Muxtar Sovet Sosialist Respublikası əməkdar elm xadimi.

Vasili Nikolaeviç Qoqolev - sərbəst güləş üzrə SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin üçqat çempionu, Dünya kubokunun gümüş mükafatçısı, xoşməramlı oyunların qalibi.

Dmitri Petroviç Korkin - Saxa, Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının Əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının, RSFSR və SSRİ-nin əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin adamı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi:Olimpiya çempionları - Roman Dmitriev (1972) və Pavel Pinigin (1976).

Roman İnnokentiyeviç Konstantinov - çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). Yakutiyada bu ada birincisi layiq görüləmn şəxs.

Qavril Qavriliyeviç Kolesov - Rus və Braziliya damaları üzrə çoxnövçülük çempionu, sürətli oyunlarda və blitslərdə rus daması üzrə Avropa çempionu, Rusiya qrossmeysteri.

Dmitri Daniloviç Krasilnikov[5] - Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar elm xadimi, yüksək enerjilərin kosmik şüalarının tədqiqi sahəsində tanınmış alim, Böyük Vətən müharibəsinin iştirakçısı. Lenin mükafatı laureatı.

Afanasi Petroviç Munxalov - Saxa qrafika rəssamı, Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq artisti.

Semyon Andreeviç Novqorodov - Saxa siyasətçisi və dilçisi, saxa ədəbiyyatının qurucusu.

Pavel Pavloviç Pinigin - XXI Olimpiya Oyunlarının çempionu.

Erilik Eristiin (1892 - 1942) - şair, nəsr müəllifi, Vətəndaş müharibəsinin partizanı[6].

Vasili Semenoviç Yakovlev (1928-1996) - Saxa Respublikasının (Yakutiya) Xalq Yazıçısı, P. A. Oyunki adına Dövlət Mükafatı laureatı.

  1. Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
  2. Владислав Доллонов, redaktor"«Черная дыра» в журнале «Полярная звезда»". SakhaNews. www.1sn.ru. 22.01.2012. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
  3. "Закон Республики Саха (Якутия) от 30 ноября 2004 года N 173-З N 353-III «Об установлении границ и о наделении статусом городского и сельского поселений муниципальных образований Республики Саха (Якутия)»". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-30.
  4. "Перечень населённых пунктов, входящих в состав сельских и городских поселений Республики Саха (Якутия)". 2013-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.
  5. "ФЛИБУСТЬЕР ЧАСТИЦ ВЫСОКИХ ЭНЕРГИЙ (ВОСПОМИНАНИЯ О ДМИТРИИ КРАСИЛЬНИКОВЕ)". skripin.narod.ru. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
  6. Н. Н. Тобуроков. Эрилик Эристиин (рус.) / Гл. ред. А. А. Сурков. — Краткая литературная энциклопедия. — М.: Советская энциклопедия 1962-1978, 1975. — Т. 8. — Стб. 947