Çox sənədli interfeys

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çox sənədli interfeysə nümunə

Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.[1]

  1. İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti", "Bakı", 2017

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]