Çomsonqde
Çomsonqde | |
---|---|
| |
35°50′05″ şm. e. 129°13′08″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Şəhər | Kyonqcu (Hanqıl: 경주) |
Tikilmə tarixi | VII əsr |
Hündürlüyü | 9.4 metr |
Vikianbarda əlaqəli mediafayllar |
Çomsonqde (Hanqıl: 첨성대) – Kyonqcu şəhərində yerləşən astronomik rəsədxana.
Çomsonqde sözünün mənası Koreya dilində ulduzlara baxan qala deməkdir. Çomsonqde Asiyada və böyük ehtimalla dünyada mövcud olan ən qədim rəsədxanadır. VII yüzillikdə paytaxtı Sorabol və ya günümüzdəki Kyonqcu şəhəri olan Şila krallığı dövründə inşa edilmişdir. Çomsonqde 1962-ci il 20 dekabrda ölkənin 31-ci milli xəzinəsi olaraq təyin edilmişdir. Hal-hazırda yalnız tarixi qeydlərdə mövcud olan Bekçe krallığındakı Comsonqdenin modelləşdirdiyi Çomsongde 675-ci ildə yapon rəsədxanasının və 723-cü ildə Çindəki Duke Zhou rəsədxanasının inşasına təsir göstərmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Samquk saqidə yazılanlar etibarilə Çomsonqde krallığın paytaxtının yaxınlığında Kraliça Seondeokun hakimiyyəti dövründə inşa edilmişdir. Çomsonqde ulduzlara baxan qala mənasına gəlir. Qalanın inşası mürəkkəbliyi səbəbi ilə 5 il çəkmişdir.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Çomsonqde 9.17 Metr hündürlüyündədir və 3 hissədən ibarətdir: stilobat, yaxud inşa edilmiş sütun bünövrə, əyri silindrik gövdə və kvadrat üst hissə. Gövdənin ortasında kvadrat pəncərə və tikilinin iç tərəfinə giriş vardır. Yuxarıdan baxıldığında, Çomsonqde "yaxşı" mənasını verən 井 (Hanqıl: 정) Hanca heroqlifini xatırladır. Kvadrat stilobatın bünövrəsi 5.7 metr genişliyindədir və 12 düzbucaqlı daşdan tikilmiş 1 qatdan ibarətdir. Bünövrədən pəncərəyə qədər qala torpaq və qalıqlarla doludur. Qalanın silindrik gövdəsi, 1 ildə olan gün sayını simvollaşdıran, 365 ədəd kəsilmiş qranitdən inşa edilmişdir. Song (1983) 366 blok aşkar edən Kyonqcu Milli Muzeyinin direktoru Honq Sa-Cunun 1962-ci ildə apardığı bir araşdırmaya istinad edir. Daş sayındakı bu uyğunsuzluq, bəzi tədqiqatçıların qalanın yuxarı hissəsində olan və xaricdən görünməyən daş lövhəni sayması yaxud buraxması ilə əlaqələndirilə bilər. Daşlar həlqəvi hissələr olaraq formalaşmışdır, yəni hər daş əyri və ya əyilmiş düzbucaqlı formasını alır.
Simvolizm
[redaktə | mənbəni redaktə et]Çomsonqdedəki daşların sayının və yerləşdirilməsinin müxtəlif tarixi və astronomik fiqurları təmsil etdiyi fərz edilir. Mərkəzdəki dəlik və ya pəncərə gövdəni həm yuxarıda həm də aşağıda 12 daş təbəqəyə ayırır və bu bir ildəki 12 ayı və 24 günəş dövrünü simvolizə edir. Bundan əlavə, stilobatı təşkil edən 12 daş da 12 aya istinad edə bilər.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- https://books.google.az/books?id=P43ChiFyVVEC&pg=PA201&redir_esc=y#v=onepage&q&f=false
- https://books.google.az/books?id=XaBEAAAAQBAJ&pg=PA30&redir_esc=y#v=onepage&q&f=false
- https://books.google.az/books?id=G-a9CwAAQBAJ&pg=PA40&redir_esc=y#v=onepage&q&f=false
- https://books.google.az/books?id=ILBuYcGASxcC&pg=PA79&redir_esc=y#v=onepage&q&f=false
- https://books.google.az/books?id=bbmOuw2Rh14C&pg=PA63&redir_esc=y#v=onepage&q&f=false