Çivə
Kənd | |
Çivə | |
---|---|
39°46′02″ şm. e. 45°08′27″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.250 m |
Saat qurşağı | UTC 4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Çivə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 13 km cənub-qərbdə, Arpaçayın sağ qolu olan Elpin çayının hər iki sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsinndə[4] qeyd edilmişdir.
Toponim yivə türk tayfa adının fonetik forması olan çivə etnonimi əsasında yaranmışdır. Türk dillərində y~ç paralelləri geniş şəkildə özünü göstərir[5][6]. «Yarğan», «hündür qaya», «dik sahil» mənalarında işlənən yar, çar sözlərindəki[7] y~ç səsəvəzlənməsi buna aydın misaldır.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 294 nəfər, 1886-cı ildə 431 nəfər, 1897-ci ildə 689 nəfər, 1904-cü ildə 562 nəfər, 1914-cü ildə 612 nəfər, 1916-cı ildə 758 nəfər, 1919-cu ildə 1200 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].
1919-cu ilin axırlarında kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 391 nəfər azərbaycanlı, 1926-cı ildə 367 nəfər azərbaycanlı, 94 erməni, 1931-ci ildə 367 nəfər azərbaycanlı, 221 erməni yaşamışdır[8].
Yuxarıdakı rəqəmlərdən göründüyü kimi ermənilər burada 1926-cı ildən məskunlaşdmhblar. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-53 - cü illərdə bu kəndin əhalisi də zorla Azərbaycana köçürülmüşdür. 1953 - cü ildən sonra onların bir hissəsi yenidən kəndə qayıtsa da, 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir[9]. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.57
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.284
- ↑ Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası, Bakı, «Maarif», 1988. s.529
- ↑ Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər, Bakı, «Elm», 1995. s.170
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.607, 650
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.92-93, 162-163
- ↑ Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.203