Çimiçanqa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çimiçanqa
Aid olduğu milli mətbəxlər
ABŞ mətbəxi, Meksika mətbəxi
Mənşəyi

Çimiçanqa (/ɪmiˈæŋɡə/, ispan: [tʃimiˈtʃaŋɡa], isp. chimichanga) — Teks-Meksdə və digər Cənub-Qərbi ABŞ mətbəxlərində yayılmış dərin qızardılmış burrito. Bu yemək adətən düyü, pendir, lobyamaçaca (qurudulmuş ət), carne adoba (marinad edilmiş ət), carne seca (qurudulmuş mal əti) və ya doğranmış toyuq kimi müxtəlif inqrediyentlərdən ibarət un tortilla ilə doldurulur, düzbucaqlı formada bükülüb, qatlanaraq hazırlanır. Sonra dərin qızardılır və salsa, quakamole, xama və ya carne asada ilə verilir.

Amiqos restoranında servis olunan çimiçanqa (Melburn, Avstraliya)

Çimiçanqanın mənşəyi qeyri-müəyyəndir. Meksikanın çiviçanqa sözündən irəli gələn fikirə görə, Sonoran immiqrantları yeməyi özləri ilə Arizonaya gətirdilər,[1] lakin meksikalılar demək olar ki, hamılıqla bu ssenarini rədd edirlər. Bunun əvəzinə, əksər tədqiqatçılar çimiçanqanın Amerika Birləşmiş Ştatlarının Arizona ştatındakı bir Meksika restoranında təsadüfən yaradıldığı ilə razılaşırlar, baxmayaraq ki, onlar dəqiq harada olması ilə bağlı fikir ayrılığına düşürlər.[2][3][4][5] Çimiçanqa sözləri iki meksika ispancası terminlərindən gəlməkdədir: qovrulmuş və ya yanmış anlamını verən chamuscado[6] və gözlənilməz vəziyyət və ya kiçik bir təhqir kimi istifadə olunan[7] vulqar söz chinga[8] ilə bağlı olan çanqa.

Bir mənbəyə görə,[9] Arizona ştatının Tuson şəhərindəki El Charro restoranının qurucusu Monika Flin, 1922-ci ildə yanlışlıqda fritozun içinə burrito düşürüb.[5] O, dərhal ispan dilində "çi" (çinqada) ilə başlayan söyüş söyləməyə başladı, lakin o, tez özünü dayandırdı və bunun yerinə "thingamajig"in ispan ekvivalenti olan çimiçanqa deyə bağırdı.[10] Yeməyin məlumatları və təqdiri Tuson bölgəsindən xaricə doğru yavaş-yavaş yayıldı və onun populyarlığı son illərdə başqa yerlərdə də sürətləndi. Günümüzdə çimiçanqa Teks-Meks mətbəxinin bir parçası olaraq görülsə də, ABŞ-dakı kökləri əsas olaraq Tuson bölgəsindən gəlməkdədir.[1][5][11]

Meksika restoranlar şəbəkəsi Macayo's Mexican Kitchen-ın qurucusu Vudi Conson 1946-cı ildə Arizona ştatının Finiks şəhərindəki orijinal restoranı olan Woody's El Nido-da təcrübə olaraq fritoza bir neçə burrito qoyarkən çimiçanqanı icad etdiyini iddia etmişdir.[12] Bu "qızardılmış burritolar" o qədər populyarlaşdı ki, 1952-ci ildə çimiçanqa restoranın əsas menyu elementlərindən birinə çevrildi. Rəsmi qeydlərdə yeməyin ilk dəfə nə vaxt göründüyü göstərilməsə də, Arizona Universitetinin təqaüdçü folklorşünası Cim Qriffit 1950-ci illərin ortalarında Tusondakı Yaqui Qədim Paskua kəndində çimiçanqa gördüyünü xatırlayır.[13]

Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunan məlumatlara görə, tipik 183 qramlıq (6,5 unsiya) mal ətli və pendirli çimiçanqa porsiyası 443 kalori, 20 qram protein, 39 qram karbohidrat, 23 qram ümumi yağ, 11 qram doymuş yağ, 51 milliqram xolesterin və 957 milliqram natrium ehtiva edir.[14][15][16]

  1. 1 2 Margy Rochlin. "Where did the chimichanga, the glorious deep-fried burrito, come from anyway?". Los Angeles Times. 23 September 2016. 29 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2019.
  2. Trulsson, Nora Burba. "Chimichanga Mysteries: The Origin of Tucson's Deep-fried Masterpiece Is an Enigma Wrapped in a Tortilla". Sunset. October 1999. ISSN 0039-5404. 2019-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-19 – HighBeam Research vasitəsilə.
  3. Henderson, John. "We All Win as Chimichanga War Rages On". Food & Dining section. The Denver Post. 2007-01-24. 2016-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-19.
  4. Laudig, Michele. "Chimi Eat World: Arizona's deepest-fried mystery is smothered in cheese, guacamole and sour cream". Phoenix New Times. 2007-11-22. 2015-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  5. 1 2 3 Lacey, Marc. "Arizonans Vie to Claim Cross-Cultural Fried Food". The New York Times. 2011-11-15. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.
  6. chamuscar // Diccionario de la lengua española (ispan). Real Academia Española. 2018-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.
  7. Del Castillo, María. Cocina mexicana [Mexican cuisine] (ispan) (5th). México, D.F.: Editorial Olimpo. 1966. OCLC 4682105.
  8. chingar // Diccionario de la lengua española (ispan). Real Academia Española. 2020-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.
  9. Matteo Marra, "Tales of the chimichanga's origin" [daimi ölü keçid]
  10. Stradley, Linda. "Chimichanga History and Recipe". What's Cooking America (blog). April 27, 2017 [May 18, 2015]. January 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 30, 2022.
  11. Meesey, Chris. "On The Range: Chimichangas". Dallas Observer. 2009-04-29. 2010-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  12. "The History of Our Traditional Mexican Restaurant - Macayo's". www.macayo.com. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-17.
  13. Miller, Tom. Jack Ruby's Kitchen Sink: Offbeat Travels Through America's Southwest. 2000. səh. 79. ISBN 9780792279863. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.
  14. "Basic Report: 21071, Fast foods, chimichanga, with beef and cheese". United States Department of Agriculture. 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  15. Stein, Natalie. "Nutrition Facts About Chimichangas". San Francisco Chronicle. May 22, 2012. May 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 30, 2022.
  16. Leeds, Jeff. "The Whole Enchilada: It's Too Fat for You, Study Says". Los Angeles Times. 1994-07-19. 2014-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.