Çilingağac
Çilingağac — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biri. Bu oyuna bəzi bölgələrdə pəldəstə deyilir.
Oyunun qaydaları
[redaktə | vikimətni redaktə et]Çilingağac oyunu əsas hallarda iki üsulla oynanılır:
- Birinci üsul:
Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və bir "pəli" olmalıdır. Pəl bir qarış uzunluğunda hər iki ucu düzünə kəsilmiş çubuqdan düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu başlayırlar. Oyunçular bir-bir dəyənəklə əvvəlcə pələ vurur, onu yerdən bir qədər aralayıb ikinci dəfə dəyənəklə vurub cızıqdan çıxarmağa çalışırlar. Göstərilən qaydada oyunçular bir-birilə yarışırlar.
- İkinci üsul:
Bu üsulda da oyun başlayana qədər birinci üsulda olan qaydalar yerinə yetirilir. Lakin pəl bir qədər uzun olur. Cızıq da uzun çəkilir. Oyunçular püşk ilə oyuna başlayaraq bir-bir cızığın üstündə durur, sol əllərində şaquli vəziyyətdə tutduqları pəli yuxarıdan aşağı atır, sağ əllərindəki dəyənəklə pəli bərkdən vurub uzaqlaşdırırlar. Kim pəli daha çox uzaqlaşdırarsa, oyunu aparmış olur.