40°41′11″ şm. e. 45°07′35″ ş. u.HGYO

Çaykənd (Qaraqoyunlu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çaykənd
40°41′11″ şm. e. 45°07′35″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1778
Mərkəzin hündürlüyü 1.216 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 489 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çaykənd xəritədə
Çaykənd
Çaykənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çaykənd (1991-ci ildən Dprabak) — Qaraqoyunlu mahalına aid kənd. İndiki adı Dprabak. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.

Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 22 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.

Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951–1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. İlk dini və dünyəvi məktəblər də çaykənddə olub. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərib. Çaykənd məktəbinin tarixi haqda ən dəyərli və dəqiq məlumatları Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, hər iki respublikada çox yüksək vəzifələrdə çalışmış, sonralar bir çoxları kimi repressiyanın qurbanı,1938-ci güllələnmiş məşhur partiya və dövlət xadimi Bala İbrahim oğlu Əfəndiyevin fəaliyyətinə həsr edilmiş kitablardan götürmək mümkün olmuşdur. T. Miralayevin Bala Əfəndiyev haqda yazdığı və 1972-ci ildə "Ayastan" nəşriyyatı tərəfindən İrəvanda nəşr etdirdiyi "Bala Əfəndiyev" adlı bioqrafik oçerkdən aşağıdakılar məlum olur. Bala Əfəndiyev 1893-cü ildə Yelizavetpol quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun çaykənd kəndində doğulub. O, dünyaya gəlməmiş atası İbrahim kişi dünyasını dəyişib. Əmisi molla Məhəmməd və atalığı Ənməd Hacı Əli oğlu Balanı elə öz kəndlərində molla məktəbinə göndərib. Ancaq balaca Balada elm və sənətə olan böyük həvəsi görüb, ona 1907-ci ildə təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağı məsləhət görürlər. Bala Əfəndiyev həmin hazırlıq siniflərində təhsilini davam etdirir. Bu tarixi fakt göstərir ki, çaykənddə ilk məktəb 1907-ci ildən bir neçə il əvvəl açılmışdır.

Qaraqoyunluların təkidi və tələbi ilə çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilmiş və məktəbin qarşısında onun büstü qoyulmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı, 1906-cı ildə çaykənddə anadan olmuş Fatma xanım da ilk təhsilini çaykənddə almışdır. Çaykənd məktəbinin məşhur məzunları haqda ən geniş məlumatlar uzun müddət həmin məktəbin direktoru işləmiş, dəyərli ziyalılardan və ağsaqqallardan biri olan Qurban Yusif oğlu Süleymanovun yazıb nəşr etdirdiyi "Əzəli Oğuz yurdum — doğma çaykəndim" adlı kitabda göstərilmişdir.

Çaykənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Asif Ata — ədəbiyyatşünas, tənqidçi, 1965-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri namizədi (1965), dosent.,
  • Bala Əfəndiyev — Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz
  • Bəkir Həsən oğlu Həsənov — 1941-ci ildə SSRİ dönəmində Panturkist damğası ilə həbs olunaraq sürgün edilib və 1942-ci ildə imperiya cəlladları tərəfindən qətlə yetirilib. 1956-cı ildə isə, SSRİ Ali Soveti tərəfindən barəsində bəraət qərarı çıxarılıb.
  • Vüsal Şükür oğlu Həsənov — Şair publisist. Qaraqoyunlu mahalının ilk hərbi diplomatı. Avropada şirkət təsis edən ilk Qaraqoyunlu. VMR Şirkətlər Qrupunun Baş Direktoru.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).