Ağdam Çay Evi

Vikipediya, azad ensiklopediya
(Çay evi (Ağdam) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
"Çay evi"
Ölkə  Azərbaycan
Status Məhv olub
Şəhər Ağdam, Azərbaycan
Yerləşir Ağdam
Tikilmə tarixi 26 iyul 19861993
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Çay evi"Azərbaycanın Ağdam şəhərində mövcud olmuş obyekt.

Çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb.[1] "Çay evi" layihəsinin baş memarı Naiq Səmədov idi.[2] Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi.[2] Qalan hissələr dəmir konstruksiyadan ibarət idi.[2] "Çay evi"nin yerini isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alındı.[2] İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilmişdi.[2]

"Çay evi"nin ortasında iri diametrli boru qalxırdı.[2] Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşirdi.[2] Mərtəbələr arası arakəsmələr taxtadan idi.[2] Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi.[2] Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu.[2] Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı.[2] "Çay evi"nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi.[2] "Çay evi"nin günbəzi sinkləşdirilmiş dəmirlə vurulub.[2]

1986-cı ilin iyulun 26-da "Çay evi"nin açılışı keçirildi. Açılışa rayon rəsmiləri ilə yanaşı Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edib.[2] "Çay evi"nin açılışı münasibətilə "Lenin yolu" qəzetinin 31 iyul 1986-cı il tarixli sayında dərc olunmuş yazıda deyilir:

"Sov.İKP-nin "Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında" məlum qərarından sonra rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən "Çay evi"nin bu baxımdan son dərəcə böyük əhəmiyyəti var. Zəhmətkeşlərin asudə vaxtlarının səmərəli, şən və məzmunlu keçməsində "Çay evi"nin rolu əvəzsizdir"[3].

1993-cü ildə "Çay evi" Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılaraq məhv edilib.[4]

2023-cü ildə Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev verdiyi məlumata görə, Ağdam şəhərində yaradılan mərkəzi parkda Ağdam çay evinin inşası nəzərdə tutulub.[5]

Quzanlıda Çay evi

[redaktə | mənbəni redaktə et]
Ağdam rayonu Quzanlı qəsəbəsində "Çay evi"nin bənzəri

2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində "Çay evi"nin bənzəri tikilib.[6]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

"Çay evi"nə 2013-cü ildə Azərbaycanın AzDimension oyun şirkəti kompyuterdə oynanılan İşğal altında: Ağdam birinci üzdən şuter oyununda rast gəlmək olar.[7]

  1. "Bu da Ağdamın yeni məşhur çay evi". www.anspress.com. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Ağdamın simvolu - Çay evi". modern.az. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
  3. "Lenin yolu" qəzeti (Ağdam rayonu). 31 iyul, 1986-cı il.
  4. "Quzanlıda Ağdam şəhərindəki məşhur çay evinin bənzəri tikilib". azertag.az. 2019-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
  5. Ağdam Çay Evi inşa olunacaq
  6. "Ağdamın simvolu sayılan yani "Çay evi"nin açlışı oldu". agdam-ih.gov.az. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2017.
  7. Gojiashvili, Nino. "Azerbaijan: Video Game Revisits Nagorno-Karabakh War". www.eurasianet.org. www.eurasianet.org. Archived from the original on 2018-06-23. İstifadə tarixi: 15 avqust 2016.