Çılpaq atşabalıdı
Çılpaq atşabalıdı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Çılpaq atşabalıdı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Çılpaq atşabalıdı (lat. Aesculus glabra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Şimali Amerikanın şərqində meşələrdə yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Mədəni şəraitdə 1809-cu ildən becərilir. Avropa, Orta Asiyanın və Şimali Amerikanın botanika bağlarında yayılmışdır. Hündürlüyü 10 (20) m-ə catan, yarpağı tökülən, dekorativ ağacdır. Çətiri gözəl yarpaqlı və özünəməxsus yumşaq iynəli, çıxıntılı meyvəlidir. Ləçəklərinin sarımtıl, meyvə səthinin kələ-kötür olması ilə fərqlənir. Yarpaqları növbəli və ya qarşı-qarşıya düzülməklə lələkvari, ikiqat lələkvari, üçyarpaqlı və ya sadədir. Əsasən birevlidir. Çiçəkləri xırda, ətirli olub, süpürgə və ya salxımlara toplaşır. Kasa yarpaqları 4-5, erkəkcikləri 8-10, bəzən 6-8, dişiciyi üst, 3 yuvalıdır. 9 yaşından çiçəkləyir. Meyvələri qutucuqdur. Mayın ikinci yarısından iyunun ortasınadək çiçəkləmə müşahidə edilir. Meyvələri sentyabrın ikinci yarısında yetişir. Peyvəndlə çoxalması mümkündür.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]İşıqsevən mezofit, mezotrofdur. Yavaş böyüyür. Qışa davamlılığı yüksəkdir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Respublikamızda mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yaşıllaşdırma üçün istifadəsi məsləhət görülür.