Çöl məscidi
Çöl məscidi | |
---|---|
39°18′28″ şm. e. 46°36′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Qubadlı rayonu, Dondarlı kəndi |
Sifarişçi | Nadir şah Əfşar |
Tikilmə tarixi | 1732 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərmir |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Çöl məscidi və ya Dondarlı məscidi — Qubadlı rayonu, Dondarlı kəndi ərazisindı yerləşən Arran memarlıq məktəbi üslubunda tikilmiş məscid. Məscidin üzərində olan dörd yumru xanadakı yazılardan bəlli olur ki, dini ibadət yeri XIX əsrin ortalarında inşa edilib. Giriş qapısı üzərində olan yarım dairəvi tağbəndə ki, yazıda hicri təqvimi ilə 1281-ci il qeyd edlib. Bu da miladi tarixi ilə 1860-cı il hesab olunur. Həmcinin bu kitabədə qeyd olunur: Sahibul cəmaətul Dondarlı, yəni onun sahibi Dondarli caamatıdır. Məscidin üzərində daha bir kitabədə isə binanın hicri 1081-ci ildə tikildiyi yazılıb. Bu da miladi tarixlə 1670-ci il hesab olunur. Bu yazılarda aydın olur ki, Dondarli kənd məscidi bir dəfə uçulduqdan sonra, yenidən tikilib.
Məsciddə xidmət edən nəsl şəcərəsi 1916-cı ilə kimi həmin məscid də fəaliyyətini davam etdirmişdir. Sovet hökuməti tərəfindən rerpessiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir. Onun nəvəsi Həmidullah Əfəndiyev ruhani təhsili almışdır və indi də dini fəaliyyət göstərir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Dondarlı kəndindəki Dondarlı məscidi Ermənistanın işğalına qədər qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. Erməni işğalından sonra məscidin vəziyyəti bərbad duruma salınmışdır.[2] 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.[3].
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Yerli inşaat materialları ilə tikilmiş Dondarlı məscidi kənd klubunun qonşuluğunda yerləşir. Məscidin qapısı hündürlüyünə qədərki məsafədən bütün divarları boyu üfuqi səmtdə aparılmış relyefli qurşaq onu uzaqdan ikimərtəbəli kimi göstərir. Əslində bu aldadıcıdır. Bina bir mərtəbəlidir. Təqribən bir metrlik kürsü üzərində inşa edilib. Eni 2 metrə çatan eyvandan birbaşa ibadət zalına qapı açılır. Giriş qapısı yuxarıdan yarım dairəvi tağbəndlə tamamlanır. Həmin qapının sol yanında kiçik ölçülü nişa var. Nişanın sağ və sol tərəflərində isə dairəvi formada daşlar qoyulub üzərinə kitabələr yazılmışdır.[4]
Dondarlı məscidinin ibadət zalında dörd ədəd daş sütunlar qoyulub. Sütunlara kömək məqsədilə yan divarlar üzərində playstrlar quraşdırılmışdır. Onlar zalın üstünü örtən gümbəzlərin daha da möhkəm (möhtəşəm) dayanıqlı olmasına şərait yaradır. Ancaq məscidin interyerindən baxanda bu mənzərənin şahidi oluruq. Onun dam tərəfdən örtüyü isə Şuşa, Ağdam, Füzuli və s. şəhərlərinin məscidlərində olduğu kimi yamaclı formada həll edilmişdir. XVIII–XIX əsrin yadigarı olan Dondarlı məscidi Qarabağın qədim islam memarlığının gözəl nümunəsidir.[5]
Üzərindəki yazılar
[redaktə | mənbəni redaktə et]Məscidin üzərində ərəb əlifbası ilə bir necə kitabə vardır. Kənd işğaldan azad olunduqdan sonra bu kitabələr ilahiyyatçı Behcət Əfəndiyev tərəfindən oxunmuşdur.
Məscidin üzərində dörd yumru xana var. Yumru xanalarda Məhəmməd peyğəmbərin adı yazılıb. Digərlərində İmam Əli, İmam Həsən və İmam Hüseynin, birində isə Rəşidi Xəlifələrinin adları qeyd olunub.
Giriş qapısı üzərində olan yarım dairəvi tağbəndə ki, yazıda Lə iləhə İlləllah Muhəmmədən Rəsulallah yazılıb. Həmcinin hicri təqvimi ilə 1281-ci il qeyd edlib. Bu da miladi tarixi ilə 1860-cı il hesab olunur. Həmcinin bu kitabədə qeyd olunur: Sahibul cəmaətul Dondarlı, yəni onun sahibi Dondarli camatıdır.
Məscidin üzərində daha bir kitabədə isə belə yazılıb: بنينا هذه كريم الحسنة بحجرة النبي احدى ثمانين و الف سنة. Tərcüməsi: "Bunu gözəl bir ehsan olaraq hicri 1081-ci ildə tikdik". Bu da miladi tarixlə 1670-ci il hesab olunur.
Məscidin üzərindəki, yazılardan bəlli olur ki, Dondarli kənd məscidinin tarixi daha qədimdir. O, bir dəfə uçulduqdan sonra, yenidən tikilib. Məscidin yuxarı hissəsində daha bir kitabə də vardır. Təəssüfki, onu oxumaq hələ mümkün deyil. Məscidin mehrabında da Qurani Kərimdən bir ayə yazılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Din xadimi Həmidullah Əfəndiyev". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ "Qubadlı rayonunun əsir abidələri". 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
- ↑ İlham Əliyev. "İlham Əliyevin Tviti" (az.). İlham Əliyev. 2020. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
- ↑ "Qubadlı rayonu ərazisində olan dini ibadətgahlar, ocaqlar, məscidlər, pir və ziyarətgahlar haqqında M ə l u m a t". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ "Qarabağın qədim məscidləri". 2010-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.