Çökükburun ağquyruq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çökükburun ağquyruq
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımfəsilə:
???:
Çökükburun ağquyruq
Beynəlxalq elmi adı


Çökükburun ağquyruq (lat. Vanellus leucurus) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü.

Nadirdir.

(CR). Həmişə azsaylı olub. Hazırda kritik vəziyyətdədir.

Başı və gövdəsinin üst tərəfi bənövşəyi–boz, alnı və boğazı ağ, qarın hissəsi sarımtıl, quyruğu tam ağdır. Qanadlarının ucu qaradır, üzərində enli ağ zolaq vardır. Ayaqları açıq-sarıdır.

Aral-Xəzər düzənliyində, İran, İraq və Suriyada yayılıb. Azərbaycanda Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan və Ağgöl Milli Parklarında, Kürün deltasında, Mehman, Sarısu, Mahmudçala-Ağçala göllərində, Naxçıvan MR ərazisində bəzi hövzələrdə məskunlaşıb [3][4].

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Subasarlar, çaylar, göllər və dəniz sahillərindəki nəmli biotoplar və dərinliyi 5-10 sm olan dayaz su sahələri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycana reproduksiya üçün gəlir. Bəzi illərdə nadir qalıb qışlayır. Yazda mart-aprel aylarında gəlir, payızda sentyabr-noyabr aylarında köçüb gedir [5][6]. Aprel-may aylarında kiçik adalarda yerdə yuva qurur, 4 yumurta qoyur. İyunun axırlarında cavan fərdləri görünür. Yemini cücülər təşkil edir [7][8].

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Su-bataqlıq sahələrinin qurudulması, yayda nəmli biotopların və dayaz su sahələrinin quruması, qoruq olmayan ərazilərdə çox miqdarda mal–qaranın otarılması bu quşa mənfi təsir edir.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları optimal yaşayış yerləridir. Ramsar konvensiyasına və AEWA sazişinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Mahmudçala-Ağçala göllər sisteminə yasaqlıq, Sarısu-Şərbət qobu göllər sisteminə isə qoruq statusunun verilməsi, eyni vaxtda bu növün də qorunmasının fəal maarifçiliyi məsləhətdir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставрополь, 1991, с. 143;
  4. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;
  5. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;
  6. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 179;
  7. Виноградов В.В. Биологические ресурсы водно-болотных охотничьих угодий Мильской степи, их производительность и перспективы хозяйственного использования // Труды заповедников Азербайджана. вып. 2. М.Л., 1967, с. 72-74;
  8. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;
  1. Гамбаров К.М. Нахождение и вероятное гнездование белохвостой пигалицы (Chettusia leucura Licht.) в Мильской степи // Уч. зап. АГУ, им. С.М. Кирова, вып. 7, 1956, с. 51-54;
  2. Греков В.С. Находка некоторых птиц на юго-западе Каспия // Сб. орнитология, вып. 3., 1960;
  3. Патрикеев М.В. К весеннее-летней авиафауне юго-восточной Ширвани и сопредельных территорий // Фауна, население и экология птиц Северного Кавказа. Мат. Научно-практической конференции. Ставрополь, 1991, c. 34-40;
  4. Səmədov Ə.S. Ağgöl Milli Parkının əməkdaşı (şəxsi gündəliyindən), 2005.
  5. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]