"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı
Naviqasiyaya keç
Axtarışa keç
"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Statistika | |
Təsis tarixi | 20 oktyabr 2017 |
Ardıcıllıq | |
Yüksək mükafat | "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı[1] |
"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.[2]
Əsasnaməsi
[redaktə | mənbəni redaktə et]"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[2]
Maddə 1. Təltif edilən şəxslər
- "Mülki aviasiya sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
- "Mülki aviasiya sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
- "Mülki aviasiya sahəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
— medal haqqında ƏSASNAMƏ[2]
Təsviri
[redaktə | mənbəni redaktə et]"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsviri Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[2]
Maddə 1. Medalın ümumi təsviri
- "Mülki aviasiya sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
- Medalın ön tərəfində qızılı burulmuş qaytan formasında dekorativ elementlərlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində yerləşən səkkizguşəli ulduzun daxilində təyyarə və qlobusdan ibarət kompozisiya təsvir olunur. Ulduzun ətrafında qövs boyunca "Azərbaycan Respublikası" sözləri həkk edilir.
- Dekorativ cilalama, səkkizguşəli ulduz, dairənin daxilində qeyd olunan sözlər qızıl suyuna, dairə, qlobus və təyyarə isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
- Medalın arxa tərəfində qızılı burulmuş qaytan formasında dekorativ elementlərlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində "Mülki aviasiya sahəsində xidmətlərə görə" sözləri həkk edilir.
- Dekorativ cilalama və sözlər qızıl suyuna, dairə isə gümüş suyuna çəkilir. Dekorativ cilalama və dairədə olan yazılar qabarıqdır.
- Medalın arxa tərəfində seriyası və nömrəsi həkk olunur.
Maddə 4. Medalın elementləri
- Medal 42 mm x 60 mm ölçülü beşbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli eyni ölçülü zolaqlara bölünmüş xara lentdən üz çəkilir.
- Lövhənin ön tərəfinin yuxarı hissəsinə eni 5 mm olan təbəqə bərkidilir. Lövhənin arxa tərəfinin yuxarı hissəsində geyimin yaxasına bərkidilmək üçün element vardır.
- Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 42 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.
— medalın TƏSVİRİ[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ 1 2 3 4 5 "Azərbaycan Respublikasının "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.