Veronika Dudarova
Veronika Dudarova | |
---|---|
rus. Вероника Дударова oset. Вероникæ Дудараты | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya İmperiyası |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | Troyekurov qəbiristanlığı |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, pianoçu, pedaqoq |
Janr | simfonik musiqi |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Veronika Dudarova (rus. Вероника Дударова, oset. Вероникæ Дудараты; 5 dekabr 1916, Bakı, Rusiya İmperiyası — 15 yanvar 2009, Moskva, Rusiya) — osetin əsilli SSRİ və Rusiya dirijoru, pedaqoq, SSRİ xalq artisti (1977).[1] O, fransızlar Nadya Bulanj və Janna Evrardan sonra dünyanın üçüncü qadın dirijorudur.[2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Veronika Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində anadan olub. Atası neft mühəndisi, anası isə evdar qadın idi.[4] Dudarova Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib, Nikolay Anosov və Leo Ginzburqun tələbəsi olub. 1947-1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960-1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib, 1991-ci ildən həyatının son gününə kimi isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edib.[5]
Veronika Dudarova 15 yanvar 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Sənətkarla vida mərasimi P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında keçirilib. O, Moskvanın Troyekurov qəbiristanlığında torpağa tapşırılıb.[6]
Veronika Dudarovanın adı 50 ildən çox simfonik orkestrlərlə işləmiş dirijor kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.[3][4][4]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Atası— Boris Kambulatoviç Dudarov, neft mühəndisi
- Anası — Yelena Danilovna Tuskayeva, evdar qadın
- Həyat yoldaşı — Boris Samoyloviç Vaynşteyn (1907—1993)[7], SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşı, sovet şahmat hərəkatı xadimi (boşanıb)
- Oğlu — Mixail Borisoviç Vaynşteyn, jurnalist, "Moskva veteranı" jurnalının baş redaktoru
- Nəvəsi — Veronika
- Oğlu — Mixail Borisoviç Vaynşteyn, jurnalist, "Moskva veteranı" jurnalının baş redaktoru
Mükafatları və fəxri adları
[redaktə | mənbəni redaktə et]- Şimali Osetiya MSSR-nın əməkdar incəsənət xadimi (1949)
- RSFSR əməkdar incəsənət xadimi (1958)
- RSFSR xalq artisti (1960)
- Udmurt MSSR-nın xalq artisti (1964)
- "Şərəf nişanı" ordeni (1967)
- SSRİ xalq artisti (1977)
- RSFSR-in M. İ. Qlinka adına dövlət mükafatı (1980) — 1977-1979-cu illərdəki konsert proqramlarına görə
- "Oktyabr inqilabı" ordeni (1986)
- Şimali Osetiya–Alaniya Respublikasının xalq artisti (1996)
- III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (1996) — ölkə mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə[8]
- "Osetiya şöhrəti naminə" medalı (1996)
- Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki (1999)
- Ədəbiyyat və incəsənət sahəsi üzrə K. L Xetaqurov adına dövlət mükafatı (Şimali Osetiya Respublikası — Alaniya, 2001)
- II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (2006) — milli musiqi mədəniyyətinin inkişafına verdiyi töhfəyə və çoxillik yaradıcılıq fəaliyyətinə görə[9]
- Buenos-Ayresin fəxri vətəndaşı
- Vladiqafqazın fəxri vətəndaşı
Xatirəsi
[redaktə | mənbəni redaktə et]- Veronika Dudarova adına Ümumrusiya dirijorluq müsabiqəsi təşkil olunub.[10]
- Günəş sisteminin kiçik planetlərindən birinə (9737) "Veronika Dudarova" adı verilib.[5][11]
- 5 dekabr 2017-ci ildə "Google" şirkəti ana səhifəsində Veronika Dudarovanın 101-ci doğum gününə həsr olunmuş dudl yerləşdirib. Dudlın müəllifi Culiana Çendir.[3][12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ДУДАРОВА Вероника Борисовна (1916—2009)". 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-01.
- ↑ "Вероника Дударова: женщина, продолжавшая дирижировать, даже упав с пульта". 24newsru.com.[ölü keçid]
- ↑ 1 2 3 ""Google" şirkəti bakılı dirijorun ad gününü xatırladır". Azertag.az. 2020-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ 1 2 3 ""Чингисхан в юбке": первая в России женщина-дирижер Вероника Дударова". Tass.ru. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ 1 2 "Bakıda dünyaya gəlmiş ilk qadın-dirijor vəfat edib". Apa.az. 2020-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Dünyaşöhrətli bakılı vəfat etdi". Hafta.az.[ölü keçid]
- ↑ Сосонко Г. Покровитель // 64 — Шахматное обозрение. 2011. № 4. С. 86.
- ↑ "Указ Президента Российской Федерации от 12.09.1996 г. № 1352". kremlin.ru. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "Указ Президента Российской Федерации от 13.11.2006 г. № 1277". kremlin.ru. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "III Всероссийский конкурс оркестровых дирижеров имени В. Б. Дударовой". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "(9737) Dudarova = 1982 QB2 = 1986 RJ17 = 1986 SC2". minorplanetcenter.net. 2016-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "Google подготовила дудл в честь дня рождения первой женщины-дирижера в СССР". Tass.ru. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 5 dekabrda doğulanlar
- 1916-cı ildə doğulanlar
- 92 yaşında vəfat edənlər
- Uzunömürlülər
- 15 yanvarda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- Moskva Dövlət Konservatoriyasının məzunları
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- SSRİ xalq artistləri
- RSFSR xalq artistləri
- RSFSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə musiqiçilər
- Bakıda doğulanlar
- Moskvada vəfat edənlər
- SSRİ dirijorları
- Rusiya dirijorları
- SSRİ pianoçuları
- Rusiya pianoçuları
- Qadın dirijorlar