PTRS

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
PTRS
Tipi Tank əleyhinə tüfəng
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1941 - aktiv şəkildə bəzi ölkələrdə istifadəsi davam etdirilir
İstismara başlanması 1941
İstismar edənlər SSRİ
Şimali Koreya
Çin
Sudan
İstifadə edilən döyüşlər İkinci dünya müharibəsi
Koreya müharibəsi
Çin vətəndaş müharibəsi
Suriya vətəndaş müharibəsi
Donbass müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Sergey Simonov
Konstruksiya tarixi 1938
İstehsal illəri 1941-1945
Xüsusiyyətləri
Ağırlığı 20.3 kq
Uzunluğu 2100 sm
Bıçağın uzunluğu 1219 sm (lülə uzunluğu)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PTRS (ru: Противотанковое Ружьё Симонова, Protivotankovoye Rujyo Simonova, ПТРС), 14,5 mm kalibrli Sovet istehsalı olan tank əleyhinə tüfəngdir. PTRD-nin yarı avtomatik ekvivalentidir.

PTRS, İkinci Dünya Müharibəsi dövründə istehsal edilmiş və Şərq cəbhəsində Qırmızı Ordu tərəfindən geniş istifadə edilmişdi. Silahın çox ağır olmasına və lüləsinin asanlıqla görünməsinə baxmayaraq, istehsalı asan və ucuz idi. Silah köhnə Alman tanklarına qarşı yüksək effektivliyə malik idi, lakin daha qalın zirehlərlə təmin edilmiş Nasist Almaniyasının ağır tankları bu silahın atışlarına qarşı davamlı olduğu üçün daha çox nəqliyyat vasitələrini və digər zirehli hədəfləri məhv etməkdə istifadə edilirdilər.

İkinci Dünya Müharibəsi əsnasında Almanlar ələ keçirdikləri PTRS-ləri Panzerbüchse 784 (r) (PzB 784 (r)) adlandırmışdırlar.

Silah Koreya müharibəsi zamanı Şimali Koreya qoşunlarına paylanmış və yüngül zirehli tankları, digər nəqliyyat vasitələrini və uzaq məsafələrdə olan hədəfləri məhv etmək üçün istifadə edilmişdir.

Silahın mərmilərinin kalibri 14.5×114 mm, mərminin lülədən çıxma sürəti 1,013 m/s, effektiv mənzili 800 m, maksimum mənzili 1,500 m, doldurma sistemi 5 gülləlik daxili maqazindir.

  1. 1 2 Hogg I. V. Twentieth-Century Artillery. Friedman/Fairfax Publishers, 2000. S. 130. ISBN 978-1-58663-299-1