Bir qalanın sirri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bir qalanın sirri
Filmin Almaniya afişası
Filmin Almaniya afişası
Janr macəra
fantaziya
uşaq
Rejissor Əlisəttar Atakişiyev
Əsərin müəllifi Məmmədhüseyn Təhmasib
Ssenari müəllifi Məmmədhüseyn Təhmasib
Baş rollarda Gündüz Abbasov
Tamara Kokova
Məmmədrza Şeyxzamanov
Əli Qurbanov
Andrey Fayt
Əli Zeynalov
Operatorlar Arif Nərimanbəyov
Mirzə Mustafayev
Bəstəkar Rauf Hacıyev
Rəssam Nadir Zeynalov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 18 sentyabr 1960
Filmin növü tammetrajlı bədii film
Müddət 76 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1959
Texniki məlumatlar 8 hissə
2260 metr
Rəng rəngli
IMDb ID2081190

Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey FaytƏli Zeynalov ifa edirlər.

Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.[1]

Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir.[2]

Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.[1]

Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi. "Bir qalanın sirri" filmi belə yarandı.

Film rejissor Əlisəttar Atakişiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.

Gündüz Abbasov — Elşən
Tamara Kokova — Mətanət
Məmmədrza Şeyxzamanov — Eldostu
Əli Qurbanov — Kamran baba
Andrey Fayt — Göygöz Kosa
Əli Zeynalov — Simnar xan
Ağadadaş Qurbanov — usta
Ağahüseyn Cavadov — falçı
Məlik Dadaşov — dərviş
Telman Əliyev — Hadı
Fərhad İsmayılov — Bıdı
Arif Mədətov (aktyor) — Qara qul
Tələt Rəhmanov — Yaraqlı
Nazim Ağayev

Filmi səsləndirənlər:

Müxlis Cənizadə — Elşən (Gündüz Abbasov) (titrlərdə yoxdur)

Sofya Bəsirzadə — Mətanət (Tamara Kokova) (titrlərdə yoxdur)

İsmayıl Əfəndiyev — Eldostu (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur)

Əlizaman Qasımov — Göygöz Kosa (Andrey Fayt) (titrlərdə yoxdur)

Hüseynağa Sadıqov (aktyor) — Yallı (titrlərdə yoxdur)

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 46
  2. "Mətanət bacı"nın 77 yaşı tamam olub: Tamara Kokova çoxdandır filmlərə çəkilmir: ["Bir qalanın sirri" filmində Mətanət obrazını yaratmış Tamara Kokova haqqında] //Kaspi.- 2011.- 7 aprel.- S. 15.
  • Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Əlisəttar Atakişiyev. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31; 287.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125–130.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]