13° c. e. 42° q. u.HGYO

Baiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baiya
Bahia
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

13° c. e. 42° q. u.HGYO


Ölkə
İnzibati mərkəz Salvador
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 564.692 km²
Hündürlük
838 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 14.141.626 nəf. (2022)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-BA
Rəsmi sayt
Baiya xəritədə
Baiya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baiya[3][4] (port. Bahia) — Braziliyanın şərqində, Atlantik okean sahillərində yerləşən ştat. Ştat əhalisinin sayına görə Braziliyada dördüncü, sahəsinə görə siə beşinci yerdədir. İnzibati mərkəzi Salvador şəhəridir. Şəhər Bütün müqəddəslər buxtası sahilində qərarlaşır. Ştatın adı da portuqalcadan tərcümədə «buxta» mənasını verir.

Ştat Braziliya alcaq dağlıq sərhəbi bonunca Alaqoas, PernambukuPiaui, qərbdən TokantinsQoyas, cənubdan Minas-JeraysEspiritu-Santu mtaları ilə sərhədə malikdir. Ərazisindən axan San-Fransisko çayı üzərində sahəsi 4214 km² olan Sobradinyo su anbarı mövcuddur.

İqlimi turopikdir. Orta illik temperatur 22 ºС-dir. Ştat ərazisində iki mövsüm müşahidə edilsə də ərazisindən asılı olaraq fərqlidir. Məsələn Salvador şəhərində yağış mövsümü martdan iyula qədər davam edir. Qərb rayonlarında oktyabrdan marta qədər çəkir.

Portuqaliyalı Alvareş Kabral 1549-cu ildə Portu-Sequruya lövbər atır. 1549-cu ildə burada Salvador şəhəri salınır. 1624 - 1625 illər arası şəhəri hollandlar idarə etmişlər.

Baiya ştatı Braziliya imperiyasına 2 iyul 1823-ci ildə birləşdirilmişdir. XVI - XVIII əsrlər ərzində buyada şəkər qamışı plantasiyaları mövcud olmuşdur. Bu məqsədlə hətta Afrikadan bura qullar gətirilmişdir.

İnzibati bölü

[redaktə | mənbəni redaktə et]

Ştat ərazisi 8 mezoregiona və 32 mikroregiona bölünür.

Braziliyanın Coğrafiya və Statistika institutunun məlumatına görə 2007-ci ildə ştat ərazisində 14080654 nəfər yaşayır. Bu göstərici ilə hər km² 24,93 nəfər adam düşür.

2006-cı ildə əhalinin 67,4 % şəhərdə yaşayır. 1991 - 2000 illər aralığında ştat ərazisində əhalinin artımı cəmi 1 % təşkil etmişdir.

Son siyahıya alımaya əsasən burada 8,831 mln mulat (63,2 %), 2,864 mln ağdərili (20,5 %), 2,193 mln qaradərili (15,7 %), 83 min. hindu və asiyalı (0,6 %) yaşayır

Mühüm şəhərləri

[redaktə | mənbəni redaktə et]
  • San-Salvador-da-Baiya-di-Тодус-ус-Сантус
  • Feyra-di-Santana
  • Viktoriya-da-Konkista
  • İleus
  • İtabuka
  • Makasari
  • Jekie
  • Alaqoinyas
  • Barreyras
  • Portu-Sequru
  • Teyşeyra-di-Freytas
  • Paulu-Afonsu

Braziliyanın Coğrafiya və Statistika institutunun məlumatına görə 2005-ci ildə ÜDM 90,943 milyard Braziliya dolları, əhalinin adambaşına düşən gəliri isə 6583 Braziliya dollarıdır.

Ştatın paytaxtı həm də Şimal-şərqin iqtisadi mərkəzidir, burada dəniz limanı və beynəlxalq hava limanı mövcuddur.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Nəhəng kənd təsərrüfatı kompleksləri böyük miqdarda məhsul istehsal edir. Burada 3 mln 572 min. baş keçi (37 % ölkə üzrə) mövcuddur. Üstəlik il ərzində 110 800 t (65 % ölkə üzrə) kakao istehsal edilir.

Meşə təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Ağac tədarükü hesabına burada mebel istehsalı və kağız hazırlanması həyata keçirilir.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://censo2022.ibge.gov.br/panorama/.
  3. Bahia  // Encyclopædia Britannica, Ninth Edition, 9th ed., Encyclopædia Britannica, Ninth Edition/Volume III, New York: Charles Scribner's Sons, 1878, 239–240
  4. 1911 Encyclopædia Britannica/Bahia (state) // 1911 Encyclopædia Britannica, Cambridge: Cambridge University Press, 1911, səh. 210