İslam Kərimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam Kərimov
özb. Islom Karimov
24 mart 1990 – 2 sentyabr 2016
Baş nazirŞavkat Mirziyayev
Əvvəlkivəzifə təsis olunub
SonrakıNiqmatilla Yoldoşev (s.i.)
Şavkat Mirziyayev
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1938(1938-01-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 2016(2016-09-02)[3][1][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
  • Həzrət-Hızr məscidi[d]
Partiya
Təhsili
  • Daşkənd Dövlət Texniki Universiteti[d]
Fəaliyyəti siyasətçi, dövlət xadimi
Həyat yoldaşı Tatyana Kərimova
Uşaqları
Dini sünni islam
Hərbi xidmət
Qoşun növü Özbəkistan Silahlı Qüvvələri
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri Collar of the Spanish Order of the Civil Merit "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
Order of Holy Prince Daniel of Moscow 1st class "Şəfəq" ordeni
"Qızıl runo" ordeni "Etiraf" xaçı Order of the Three Stars, 1st Class 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni "Stara Planina" ordeni "Qızıl qartal" ordeni Grand Cross of the Order of Merit of the Republic of Poland Grand Cross with collar of the Order of Vytautas the Great Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic "Dostluq" ordeni "Müstəqillik" ordeni "Böyük xidmətlərə görə" ordeni
Hero of Uzbekistan
Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı "Serbiya Respublikası" ordeni Grand Order of Mugunghwa
adlı atıcı silah
İmzanın şəkli
fondkarimov.uz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslam Əbdülqəniyeviç Kərimov (özb. Islom Abdugʻaniyevich Karimov, Ислом Абдуғаниевич Каримов; 30 yanvar 1938[1][2][…], Səmərqənd[1]2 sentyabr 2016[3][1][…], Daşkənd[1]) — Özbəkistan Respublikasının 1-ci Prezidenti (1990–2016).

İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olub. Atası özbək, anası tacikdir. 1941-ci ildə uşaq evinə verilən İslam Kərimov bir ildən sonra yenidən ailəsinə qayıdır, lakin 1945-ci ildə yenidən uşaq evinin əbədi qonağı olur. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Orta Asiya Politexnik institutuna qəbul olur. 1960-cı ildə Kərimov mühəndis-mexanik ixsisası ilə universitet təhsilini başa vurur.

Universiteti bitirdiyi il "Taşselmaş" zavodunda usta köməkçisi kimi işləməyə başlayır. 1961–1966-cı illərdə "Çkalov" adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor işləyir.

1967-ci ildə o, Daşkənd institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnir.[4] 1983-cü ildə onu Özbəkistan SSR-in maliyyə naziri təyin edirlər. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986–1989 illərdə Kərimov Kommunist Partiyasının Kaşkadarinskaya vilayət komitəsinin birinci katibi işləyir. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989–1991) olub. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soverti 1990-cı ilin 24 martında seçmişdi. 1990-cı ildən ölkənin prezidenti idi. İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik etmişdir.

İslam Kərimov avqustun 27-də qəfildən vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov 2 sentyabrda vəfat etmişdir. Onun ölümü ilə əlaqədar matəm elan olunmuş, bir çox dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəfn mərasimi ilə Səmərqənddə dəfn edilmişdir.

Xarici münasibətləri

[redaktə | mənbəni redaktə et]

İslam Kərimovun xarici siyasəti izolasionist sayılır.[5]

=== Azərbaycanla münasibəti[mənbə göstərin] ===

İslam Kərimov siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkici olmuşdur. MDB-də yeganə ölkə idi ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmamışdır. Heç bir vaxt bir-birlərinə rəsmi səfər də etməmişdirlər. İndiyə qədər də Özbəkistanın İrəvanda Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.

  1. 1 2 3 4 5 6 7 8 http://www.nytimes.com/2016/09/03/world/asia/uzbekistan-islam-karimov-obituary.html.
  2. 1 2 Islam Karimow // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 https://www.whitehouse.gov/the-press-office/2016/09/02/statement-president-death-president-islom-karimov-uzbekistan-0.
  4. "Arxivlənmiş surət". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
  5. Lillis, Joanna. "Uzbekistan: The Life and Legacy of Islam Karimov". EurasiaNet. 2016-09-02. 2016-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.
  • İslam Kərimov. Yüksək mənəviyyat-yenilməz güc. "Oskar" NRM, Bakı, 168 səh.,2010.