Çaydam
Çaydam səhrası | |
---|---|
monq. Цайдам, çin. 柴达木盆地 | |
Yerləşməsi | |
37°16′ şm. e. 94°27′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çaydam (monq. Цайдам) — tektonik düzənlik, Tibet öndağlığının şimal-şərqində qərarlaşır. Səhra hər tərəfdən dağlarla örtülüdür. Cənubdan Bokalıktaq və Burxan-Budda, şimal-şərqdən Nanşan, şimal-qərbdən isə Altıntaq dağları ilə əhatələnir.
Çaydam düzənliyi inzibati cəhətdən Xaysi-Monqol-Tibet muxtar rayonu ərazisində yerləşir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Çaydam düzənliyi 700 uzunluğa və 100–300 km enə malikdir. Şimal-qərbi qum-gilli suxurlardan təşkil olunmuşdur. Burada hündürlük 2600—2900 metr[1] olduğu halda cənub-şərqi aşağı nisbətən aşağıdır. Şoranlıqlar 1600 km² əraziyə malikdir.
İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu −11 ; −15 °С, iyulun isə — 15 ; 18 °С təşkil edir. İllik yağıntının miqdari 150 mm təşkil edir. Bunun 25–50 mm yayda düşür. Qışı adəti üzrə qarsız olur.
Bitki örtüyü əsasən yulğun və saksaul bitir. Bataqlaşmış və qrunt sularının yer səthinə yaxın olduğu hissələrdə qamış yayılmışdır.
Ərazidə neft və xörək duzu hasil edilir.