Azərbaycan ekzoqam ailələri: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 7: Sətir 7:


Azərbaycan və kürd dillərinin ortaq şəkildə bilinməsinin inkişafına [[Azərbaycan kürdləri]] ilə azərbaycanlı qadınların tez-tez nikaha girməsi öz təsirini göstərib. Bu da iki xalqın etnik olaraq yaxınlaşmasına töhfə verib. Kürd ailəsinə daxil olan azərbaycanlı qadınlar bəzən kürd dilini öyrənirdilər, baxmayaraq ki, onlar adətən ana dilləri olan Azərbaycan dilində danışmağa davam edirdilər. Kürdlər özləri qeyd edirdilər ki, azərbaycanlı qadınlarla evlənəndə kürd kişilər tez-tez dillərini unutmağa başlayır, uşaqlar da əsasən kürd dilini bilmirdilər.<ref>Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX-XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 45.</ref>
Azərbaycan və kürd dillərinin ortaq şəkildə bilinməsinin inkişafına [[Azərbaycan kürdləri]] ilə azərbaycanlı qadınların tez-tez nikaha girməsi öz təsirini göstərib. Bu da iki xalqın etnik olaraq yaxınlaşmasına töhfə verib. Kürd ailəsinə daxil olan azərbaycanlı qadınlar bəzən kürd dilini öyrənirdilər, baxmayaraq ki, onlar adətən ana dilləri olan Azərbaycan dilində danışmağa davam edirdilər. Kürdlər özləri qeyd edirdilər ki, azərbaycanlı qadınlarla evlənəndə kürd kişilər tez-tez dillərini unutmağa başlayır, uşaqlar da əsasən kürd dilini bilmirdilər.<ref>Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX-XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 45.</ref>

== Mədəniyyətdə yeri ==
Azərbaycanlının xristianla eşq yaşaması mövzusu Azərbaycan ədəbiyyatında mövcuddur. XVI əsr "[[Əsli və Kərəm]]" dastanı, XIX–XX əsrlərə aid "[[Bahadır və Sona (roman)|Bahadır və Sona]]", "[[Əli və Nino]]", "[[1905-ci ildə]]" əsərləri bu qəbildəndir. Bu mövzudakı "[[Mahmud və Məryəm (film)|Mahmud və Məryəm]]" filmi yazıçı [[Elçin Əfəndiyev|Elçin]]in [[Mahmud və Məryəm (roman)|eyniadlı romanı]] əsasında çəkilmişdir.<ref>Məhəbbət haqqında daha bir əfsanə: [Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi haqqında] //Azərbaycan.- 2013.- 1 oktyabr.- S.12.</ref><ref>{{cite web|author1=Elmira Axundova|title=Dünyada bundan qəmli hekayət yoxdu...|url=http://anl.az/down/meqale/525/2014/mart/357046.htm|publisher=525-ci qəzet|accessdate=9 aprel 2016|date=8 mart 2014|archive-date=2019-09-13|archive-url=https://web.archive.org/web/20190913120608/http://anl.az/down/meqale/525/2014/mart/357046.htm|url-status=live}}</ref>


== Siyahı ==
== Siyahı ==

08:43, 18 noyabr 2024 tarixinə olan versiya

Azərbaycan ekzoqam ailələriazərbaycanlıların digər xalqların, etnik qrupların, tayfaların, dinlərin nümayəndələri ilə nikah bağlaması nəticəsində yaranan ailələr.

Tarixi

Ermənilərin əsrlər boyu müsəlman hakimlərinə tabe olması, onların türk tayfa ağsaqqalları ilə əlaqələri və tez-tez türk-erməni-fars evliliklərinin baş verməsi nəticəsində ermənilər fars-türk müsəlman mədəniyyətinin elementlərini, məsələn dillərini, adlarını, musiqilərini, qadınların cəmiyyətdə itaətkar mövqeyini və bəzi hallarda hətta çoxarvadlılığı qəbul etmişdir.[1]

Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, azərbaycanlılarla yaxın qonşuluq və daimi münasibətə görə tabasaranlılar onların Azərbaycan dialektini mənimsəyiblər və tədricən öz doğma dillərini unudublar.[2] Tabasaranlarda azərbaycan dilinin güclənməsi müxtəlif səbəblərə, o cümlədən ailə-məişət (ekzoqam evliliklər) əlaqələrinə görədir.[3] Beləliklə, tabasaran əhalisinin bir hissəsi (kəndlər: Ərsi, Zil, Gəmeydi, Muqartı, Dərvaq və s.) azərbaycanlılara assimilyasiya olunmuşdur.[4]

Azərbaycan və kürd dillərinin ortaq şəkildə bilinməsinin inkişafına Azərbaycan kürdləri ilə azərbaycanlı qadınların tez-tez nikaha girməsi öz təsirini göstərib. Bu da iki xalqın etnik olaraq yaxınlaşmasına töhfə verib. Kürd ailəsinə daxil olan azərbaycanlı qadınlar bəzən kürd dilini öyrənirdilər, baxmayaraq ki, onlar adətən ana dilləri olan Azərbaycan dilində danışmağa davam edirdilər. Kürdlər özləri qeyd edirdilər ki, azərbaycanlı qadınlarla evlənəndə kürd kişilər tez-tez dillərini unutmağa başlayır, uşaqlar da əsasən kürd dilini bilmirdilər.[5]

Mədəniyyətdə yeri

Azərbaycanlının xristianla eşq yaşaması mövzusu Azərbaycan ədəbiyyatında mövcuddur. XVI əsr "Əsli və Kərəm" dastanı, XIX–XX əsrlərə aid "Bahadır və Sona", "Əli və Nino", "1905-ci ildə" əsərləri bu qəbildəndir. Bu mövzudakı "Mahmud və Məryəm" filmi yazıçı Elçinin eyniadlı romanı əsasında çəkilmişdir.[6][7]

Siyahı

Məşhur ailələr

  • Azərbaycan siyasətçisi Məhəmməd Əmin Rəsulzadə və polyak əsilli Vanda (Leyla) Rəsulzadə.[8]
  • Son İran Şahənşahı Məhəmməd Rza Pəhləvi və onun Azərbaycan əsillli şahbanusu Fərəh Pəhləvi. Onların oğlu olan Rza Pəhləvi İran şahlığına iddiaçıdır.[9][10]
  • Azərbaycan əsilli Türkiyə aktyoru Məmməd Karaca və erməni əsilli Türkiyə aktrisası İrma Feleqyan (Toto Karaca). Onların oğlu Cem Qaraca Anadolu roku hərəkatının əsas üzvlərindən biridir.[11]
  • Azərbaycan-sovet müğənnisi Müslüm Maqomayev və rus müğənnisi Tamara Sinyavskaya. Tamara xanım Azərbaycan Respublikasının xalq artistidir (10 sentyabr 2002),[12] Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın "Şöhrət" ordeni ilə,[13] Azərbaycan mədəniyyətinin təbliği sahəsində xidmətlərinə görə, Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilmişdir.[14]

İstinadlar

  1. Stepan Lisitsian. Armenians of Nagorno-Karabakh; p. 44
  2. Кавказские языки // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  3. Сергеева Г. А. Межэтнические связи народов Дагестана во второй половине XIX–XX вв. (этноязыковые аспекты) // Кавказский этнографический сборник. — Изд-во Академии наук СССР, 1989. — Т. 9. — С. 112.
  4. М. М. Ихилов. НАРОДЫ ЛЕЗГИНСКОЙ ГРУППЫ. 1967 г. Дата обращения: 19 марта 2015. Архивировано 2 апреля 2015 года.
  5. Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX-XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 45.
  6. Məhəbbət haqqında daha bir əfsanə: [Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi haqqında] //Azərbaycan.- 2013.- 1 oktyabr.- S.12.
  7. Elmira Axundova. "Dünyada bundan qəmli hekayət yoxdu..." 525-ci qəzet. 8 mart 2014. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  8. "Leyla Resulzade. War Time Card File (Registration cards, employees' record books, individual correspondence). Number of documents 2943170". Arolsen Archives (alman). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  9. Shakibi, Zhand. Revolutions and the Collapse of Monarchy: Human Agency and the Making of Revolution in France, Russia, and Iran Arxiv surəti 2 may 2016 tarixindən Wayback Machine saytında. — I. B. Tauris, 2007. — ISBN 1-84511-292-X; p. 90: «In 1959 he (Mohammad Reza) married Farah Diba, who came from a prominent Azeri family.»
  10. Taheri, Amir. The Unknown Life of the Shah. Hutchinson, 1991. ISBN 0-09-174860-7; p. 160
  11. Sak, Sema. "Cem Karaca:Sanat Yapar" (türk). Aksiyon. 2004-02-16. 2007-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-04.
  12. e-qanun.az. "T. İ. Sinyavskayaya "Azərbaycan Respublikasının xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). E-qanun.az. 2003-07-05. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2003-07-05.
  13. e-qanun.az. "T. İ. Sinyavskayanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). E-qanun.az. 2003-07-05. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2003-07-05.
  14. President.az. "T.İ.Sinyavskayanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2013-07-06. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-06.