Qaralama:Ceyms A. Robinson: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Teq: potensial spam
 
Sətir 1: Sətir 1:
{{Alim}}
Ceyms Alan Robinson (1960) Britaniya əsilli amerikalı iqtisadçı, politoloq və akademikdir. O, münaqişə, inkişaf, iqtisadi və siyasi institutların mənşəyi kimi məsələlərə diqqət yetirən araşdırmaları ilə tanınır.
'''Ceyms Alan Robinson''' ({{DVTY}}) Britaniya əsilli amerikalı iqtisadçı, politoloq və akademikdir. O, münaqişə, inkişaf, iqtisadi və siyasi institutların mənşəyi kimi məsələlərə diqqət yetirən araşdırmaları ilə tanınır.

Robinson hazırda Çikaqo Universitetinin Harris İctimai Siyasət Məktəbində Qlobal Münaqişələrin Tədqiqatları üzrə Professor, eyni zamanda münaqişələrin həllinə yönəlmiş tədqiqatları təşviq edən Pearson İnstitutunun rəhbəridir. Robinson müxtəlif universitetlərdə, o cümlədən 2004–2015-ci illərdə Harvard Universitetində də dərs deyib. O, Daron Acemoğlu ilə birgə "Dar dəhliz", "Millətlərin süqutu", "Diktatura və demokratiyanın iqtisadi mənşəyi" kimi kitabların həmmüəllifidir. Bu kitablarda ölkələrin niyə uğur qazandığı və ya uğursuzluğu, siyasi və iqtisadi institutların cəmiyyətlərin inkişafına təsirləri araşdırılır.<ref>https://harris.uchicago.edu/directory/james-robinson</ref>

Sətir 5: Sətir 6:
2024-cü ildə Robinson, Acemoğlu və Saymon Conson ölkələr arasında rifah fərqlərini araşdıran müqayisəli işlərinə görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər.<ref>https://news.mit.edu/2024/mit-economists-daron-acemoglu-simon-johnson-nobel-prize-economics-1014</ref>

'''Təhsil'''
== Təhsil ==

Robinson 1982-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində iqtisadiyyat üzrə bakalavr, 1986-cı ildə Uorvik Universitetində magistr və 1993-cü ildə Yale Universitetində iqtisadi nəzəriyyə və əmək münasibətləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb.<ref>https://link.springer.com/article/10.1007/s00712-007-0277-z</ref>

'''Karyera'''
== Karyera ==

Robinsonun əsas tədqiqat sahələri siyasi iqtisad və müqayisəli siyasət, eləcə də iqtisadi və siyasi inkişafdır. Robinson 2004–2015 illəri arası Harvard Univeristetində çalışmışdır. 2016-cı ildə Monqolustan Dövlət Universiteti tərəfindən ölkəyə ilk səfəri zamanı fəxri doktor adına layiq görülmüşdür. O, Botsvana, Çili, Konqo Demokratik Respublikası, Haiti, Filippin, Sierra Leone, Cənubi Afrika və Kolumbiya da daxil olmaqla dünyanın müxtəlif ölkələrində tədqiqatlar aparıb. Daron Acemoğlu ilə London İqtisadi Məktəbində görüşündən sonra uzun müddət geniş əməkdaşlıq etmişdir.<ref>https://ideas.repec.org/a/tcb/cebare/v13y2013i1p83-88.html</ref>

'''Tədqiqatları'''
== Tədqiqatları ==

"Diktatura və Demokratiyanın İqtisadi Mənşəyi" (Economic Origins of Dictatorship and Democracy)
"Diktatura və Demokratiyanın İqtisadi Mənşəyi" (Economic Origins of Dictatorship and Democracy)
Robinson və Daron Acemoğlunun həmmüəllifi olduğu "Diktatura və Demokratiyanın İqtisadi Mənşəyi" (2006) demokratik cəmiyyətlərin yaradılması və möhkəmlənməsini təhlil edir. Onlar iddia edirlər ki, demokratiya o zaman möhkəmlənir ki, elitanın onu devirmək üçün güclü həvəsi yoxdur. Bu proseslər vətəndaş cəmiyyətinin gücündən, siyasi institutların strukturundan, siyasi və iqtisadi böhranların xarakterindən, iqtisadi bərabərsizliyin səviyyəsindən, iqtisadiyyatın strukturundan və qloballaşmanın forma və miqyasından asılıdır.<ref>https://www.nobelprize.org/prizes/economic-sciences/2024/robinson/facts/</ref>

10:32, 5 noyabr 2024 tarixinə olan versiya

Ceyms A. Robinson

Ceyms Alan Robinson ({{DVTY}} şablonu boşdur) — Britaniya əsilli amerikalı iqtisadçı, politoloq və akademikdir. O, münaqişə, inkişaf, iqtisadi və siyasi institutların mənşəyi kimi məsələlərə diqqət yetirən araşdırmaları ilə tanınır.

Robinson hazırda Çikaqo Universitetinin Harris İctimai Siyasət Məktəbində Qlobal Münaqişələrin Tədqiqatları üzrə Professor, eyni zamanda münaqişələrin həllinə yönəlmiş tədqiqatları təşviq edən Pearson İnstitutunun rəhbəridir. Robinson müxtəlif universitetlərdə, o cümlədən 2004–2015-ci illərdə Harvard Universitetində də dərs deyib. O, Daron Acemoğlu ilə birgə "Dar dəhliz", "Millətlərin süqutu", "Diktatura və demokratiyanın iqtisadi mənşəyi" kimi kitabların həmmüəllifidir. Bu kitablarda ölkələrin niyə uğur qazandığı və ya uğursuzluğu, siyasi və iqtisadi institutların cəmiyyətlərin inkişafına təsirləri araşdırılır.[1]

2024-cü ildə Robinson, Acemoğlu və Saymon Conson ölkələr arasında rifah fərqlərini araşdıran müqayisəli işlərinə görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər.[2]

Təhsil

Robinson 1982-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində iqtisadiyyat üzrə bakalavr, 1986-cı ildə Uorvik Universitetində magistr və 1993-cü ildə Yale Universitetində iqtisadi nəzəriyyə və əmək münasibətləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb.[3]

Karyera

Robinsonun əsas tədqiqat sahələri siyasi iqtisad və müqayisəli siyasət, eləcə də iqtisadi və siyasi inkişafdır. Robinson 2004–2015 illəri arası Harvard Univeristetində çalışmışdır. 2016-cı ildə Monqolustan Dövlət Universiteti tərəfindən ölkəyə ilk səfəri zamanı fəxri doktor adına layiq görülmüşdür. O, Botsvana, Çili, Konqo Demokratik Respublikası, Haiti, Filippin, Sierra Leone, Cənubi Afrika və Kolumbiya da daxil olmaqla dünyanın müxtəlif ölkələrində tədqiqatlar aparıb. Daron Acemoğlu ilə London İqtisadi Məktəbində görüşündən sonra uzun müddət geniş əməkdaşlıq etmişdir.[4]

Tədqiqatları

"Diktatura və Demokratiyanın İqtisadi Mənşəyi" (Economic Origins of Dictatorship and Democracy) Robinson və Daron Acemoğlunun həmmüəllifi olduğu "Diktatura və Demokratiyanın İqtisadi Mənşəyi" (2006) demokratik cəmiyyətlərin yaradılması və möhkəmlənməsini təhlil edir. Onlar iddia edirlər ki, demokratiya o zaman möhkəmlənir ki, elitanın onu devirmək üçün güclü həvəsi yoxdur. Bu proseslər vətəndaş cəmiyyətinin gücündən, siyasi institutların strukturundan, siyasi və iqtisadi böhranların xarakterindən, iqtisadi bərabərsizliyin səviyyəsindən, iqtisadiyyatın strukturundan və qloballaşmanın forma və miqyasından asılıdır.[5]

"Millətlərin süqutu" (Why Nations Fail: The Origins of Power, Prosperity, and Poverty) (2012) Bu kitab Daron Acemoğlunun iqtisadi artım nəzəriyyəsi ilə Ceyms Rabinsonun Afrika və Latın Amerikası iqtisadiyyatı ilə bağlı uzun illlər apardığı tətqiqatların, eləcə də bir çox başqa müəlliflərin araşdırmalarının sintezinin nəticəsidir. Əksər ölkələrin tarixini yeni institusional məktəb nöqteyi-nəzərindən şərh edir.[6]

Müəlliflər kitabda qlobal bərabərsizliyi izah edən digər nəzəriyyələrin müəllifləri ilə dolayı yolla mübahisəyə girirlər. Kitabda ən sərt şəkildə tənqid edilən, coğrafi nəzəriyyədir. Belə ki, müəlliflər qeyd edir ki, coğrafi nəzəriyyə qlobal bərabərsizliyi izah edə bilmir, çünki bəzi ölkələr öz coğrafi mövqeyini dəyişmədən uzun müddət iqtisadi durğunluq yaşamasına baxmayaq, sonra qısa bir zaman dilimində sürətli inkişaf etmişdir.

Müəlliflərin fikrincə, ölkələrin inkişafı üçün həlledici rolu institutlar – fərdləri cəmiyyətdə mövcud olan bu qaydalara əməl etməyə məcbur etmək üçün formal və qeyri-rəsmi qaydalar və mexanizmlər toplusu oynayır. Acemoğlu və Robinson institutları iki böyük qrupa ayırır: Siyasi və iqtisadi. Birincisi ölkədə müxtəlif hakimiyyət orqanları arasında səlahiyyətlərin bölüşdürülməsini və bu orqanların formalaşdırılması qaydasını, ikincisi isə vətəndaşların mülkiyyət münasibətlərini tənzimləyir.[7]

Acemoğlu və Robinson öz kitablarında dövlətlərin uğur və ya uğursuzluğuna səbəb olan amilləri təhlil edirlər. Onlar iddia edirlər ki, coğrafiya, iqlim, mədəniyyət, din, irq və ya siyasi liderlərin məlumatsızlığı kimi tez-tez istinad edilən izahatlar kifayət deyil. Müəlliflər tezislərini dəstəkləmək üçün müxtəlif ölkələrin təcrübələrini müqayisə edirlər. Onlar oxşar amillərin fərqli iqtisadi nəticələrə səbəb olduğu Şimali və Cənubi Koreya kimi nümunələri vurğulayırlar. Onlar, həmçinin institusional mühitin rifaha təsirini təhlil etmək üçün sərhəd şəhərlərini araşdırırlar.[8]

Acemoğlu və Robinsonun əsas arqumenti ondan ibarətdir ki, inklüziv iqtisadi və siyasi institutlar iqtisadi çiçəklənmə üçün həlledicidir. İnklüziv institutlar qərarların qəbulunda geniş iştiraka imkan verir, istedad və yaradıcılıq üçün stimul qazandırır. Digər tərəfdən, kiçik elitanın xeyrinə olan hasilat institutları iqtisadi artıma mane olur.

İstinadlar