Əhməd Cəlayır: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 75: Sətir 75:
* {{cite book |author=[[Nizaməddin Şami]] (türk dilindən tərcümə edən: [[Ziya Bünyadov]]) |date=1992 |title=Zəfər-namə |url=https://www.history.az/pdf.php?item_id=20110616101215043&ext=pdf |url-status=live |location=Bakı |publisher=Elm |isbn=5—8066—0516—7 |archive-url=https://web.archive.org/web/20240831091149/https://www.history.az/pdf.php?item_id=20110616101215043&ext=pdf |archive-date=31.08.2024 |ref={{SfnRef|Nizaməddin Şami|1992}}}}
* {{cite book |author=[[Nizaməddin Şami]] (türk dilindən tərcümə edən: [[Ziya Bünyadov]]) |date=1992 |title=Zəfər-namə |url=https://www.history.az/pdf.php?item_id=20110616101215043&ext=pdf |url-status=live |location=Bakı |publisher=Elm |isbn=5—8066—0516—7 |archive-url=https://web.archive.org/web/20240831091149/https://www.history.az/pdf.php?item_id=20110616101215043&ext=pdf |archive-date=31.08.2024 |ref={{SfnRef|Nizaməddin Şami|1992}}}}
* {{cite book |author=[[AMEA Tarix və Etnologiya İnstitutu|Azərbaycan Milli Elmlər Akademiyası, A. Bakıxanov adına Tarix İnstitutu]] (<small>məsul redaktor: Oqtay Əfəndiyev)</small>|date=2007 |title=Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər) |url= https://turuz.com/storage/Turkologi/Tarix/2015/1033-_Turkoloji_Tarix_Azerbaycan_tarixi_cild_3.pdf|url-status=live |location=Bakı |publisher=Elm |isbn= 978-9952-448-39-9 |archive-url= |archive-date= |ref={{SfnRef|Azərbaycan Tarixi, III cild|2007}}}}
* {{cite book |author=[[AMEA Tarix və Etnologiya İnstitutu|Azərbaycan Milli Elmlər Akademiyası, A. Bakıxanov adına Tarix İnstitutu]] (<small>məsul redaktor: Oqtay Əfəndiyev)</small>|date=2007 |title=Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər) |url= https://turuz.com/storage/Turkologi/Tarix/2015/1033-_Turkoloji_Tarix_Azerbaycan_tarixi_cild_3.pdf|url-status=live |location=Bakı |publisher=Elm |isbn= 978-9952-448-39-9 |archive-url= |archive-date= |ref={{SfnRef|Azərbaycan Tarixi, III cild|2007}}}}
* {{cite book |last1=Köprülü |first1=Mehmed Fuad |authorlink1=Mehmed Fuad Köprülü |title=Azəri |date=2000 |publisher=[[Elm (nəşriyyat)|Elm]] |location=Bakı |url=https://turuz.com/storage/Turkologi/2017/1709-Azeri-Fuad_Koprulu-Baki-2000-155s.pdf }}


== Həmçinin bax ==
== Həmçinin bax ==

08:11, 5 oktyabr 2024 tarixinə olan versiya

Əhməd Cəlayır
Qiyasəddin sultan Əhməd Bahadır[1]
ərəb. قياس الدين سلطان أحمد بهادير
Sultan Əhməd Cəlayır adına Şamaxıda zərb edilmiş dinar (1384-1385)
Sultan Əhməd Cəlayır adına Şamaxıda zərb edilmiş dinar (1384-1385)
1382 – 1410 (fasilələrlə)
ƏvvəlkiCəlaləddin Hüseyn
SonrakıŞah Vələdxan
Şəxsi məlumatlar
Doğum tarixi naməlum
Vəfat tarixi
Vəfat yeri Təbriz
Fəaliyyəti şair
Atası Üveys Cəlayır
Ailəsi Cəlairilər sülaləsi
Dini Sünni İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Cəlayır (tam adı: Qiyasəddin sultan Əhməd Bahadır; ərəb. قياس الدين سلطان أحمد بهادير‎; d. naməlum — ö. 30 avqust, 1410, Təbriz) — Cəlairilər sülaləsindən olan hökmdar, şair.

İlk illəri və hakimiyyətə gəlməsi

Əhməd Cəlayır sultan Üveys Cəlayırın 5 övladından biridir.[2] Doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. Üveys Cəlayırın ölümündən sonra qardaşı sultan Hüseyn Cəlaləddin dövründə Ərdəbil və ətrafını daha sonra isə Bəsrə bölgəsini idarə edirdi.[2]

1377-ci ildə Müzəffəri sülaləsindən Şah Şüca Cəlayırlar üzərinə yürüş təşkil etdi və Hüseyn Cəlaləddin Bağdada çəkildi. Lakin Hüseyn Cəlaləddin qardaşı Şah Əlinin yardımı ilə əks-həmlə edərək Təbrizi Müzəffərilərdən geri aldı. Şah Şüca daha sonra Sultaniyyə yaxınlığında Adil ağanın[q 1] başçılıq etdiyi Cəlairi ordusunu məğlub edərək şəhəri ələ keçirdi və adına xütbə oxutmağa başladı. Şah Şüca müharibəni dayandırmaq və qohum evliliyi ilə sülhə razılaşmaq istəsə də, Hüseyn Cəlaləddin bu təklifi qəbul etmədi.[2]1379-cu ildə Bağdad valisi Şah Əli müstəqillik elan etdi və Hüseyn Cəlaləddinin hakimiyyətini tanımadı. Əhməd Cəlayır bu dövrdəki ümumi narazılıqdan istifadə edərək, 1382-ci ildə Bəsrədən Muğana və Arrana getdi. Orada qardaşına qarşı xeyli qoşun topladı. Həmin il Hüseyn Cəlaləddin üzərinə hərəkətə keçdi və Təbrizi mühasirəyə aldı. Daha sonra şəhəri ələ keçirdi və Hüseyn Cəlaləddini edam etdirərək Cəlayırı taxtına çıxdı.[2][3]

Birinci hakimiyyəti

Hakimiyyətdaxili böhranların aradan qaldırılması

Əhməd Cəlayırın özünü sultan elan etməsindən sonra qardaşları Bəyazid və Şah Əli onun hakimiyyətini qəbul etmədilər.[4] Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Adil ağa tərəfindən hökmdar elan edildi[3] və Təbrizə doğru hərəkətə başladı. Adil ağanın Təbrizə gəldiyindən xəbər tutan Əhməd Cəlayır Mərəndə çəkildi və Adil ağanın qüvvələri Təbrizə daxil oldu. Lakin Əhməd Cəlayırın Adil ağanın əmirlərindən bir çoxunu öz tərəfinə çəkməsi ilə onun gücü önəmli dərəcədə sarsıldı və yenidən Sultaniyyəyə qayıtmağa məcbur oldu.[5][3] Əhməd Cəlayır Təbrizə dönmək istəsə də, digər qardaşı Bağdad hakimi Şah Əlinin[q 2] ordusunun artıq şəhər yaxınlığında olduğu xəbərini aldı. Təbriz yaxınlığında, Həftrüd adlı yerdə baş vermiş hərbi toqquşma zamanı Əhməd Cəlayırın Ömər Qıpçaki başda olmaqla önəmli əmirlərinin Şah Əli tərəfinə keçməsi nəticəsində Əhməd Cəlayır Naxçıvana doğru geri çəkildi.[3] Həmin vaxt Naxçıvanda olan Qaraqoyunlu hökmdarı Qara Məhəmmədin yardımı ilə Şah Əlinin qüvvələri məğlub edildi və Şah Əli öldürüldü.[6] Bundan sonra sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi.[4]

Şah Əlinin məğlubiyyətindən sonra sultan Əhməd Adil ağa ilə sülh üçün danışıqlara başladı. Ancaq Adil ağa danışıqlardan imtina etdi və böyük bir qoşunla sultan Əhməd üzərinə hərəkətə keçdi. Sultan Əhməd əvvəlcə Arana, sonra isə Muğana doğru geri çəkildi.[7] O, burada şirvanşah Huşəngin yardımı ilə Adil ağanın qüvvələrinə qarşı mübarizə apardı. Şirvanşah Huşəng qardaşlar arasında danışıqlar aparılmasına nail oldu.[8] Nəticədə tərəflər arasında sülh əldə edildi və sülhün şərtlərinə görə Azərbaycan sultan Əhmədə, Əcəm İraqı Bəyazidə, Ərəb İraqı isə sultan Əhmədlə Adil ağanın ortaq hakimiyyətinə verildi. Sülhdən bir müddət sonra Adil ağa Ərəb İraqının tamamilə ələ keçirmək üçün qardaşı oğlu Dursunu Bağdada göndərdi. Bundan xəbər tutan sultan Əhməd Bağdada doğru yürüşə başladı və şəhərə daxil oldu.[7][8] Dursun isə edam edildi. Bundan sonra 1383-cü ildə yenidən Təbrizə geri döndü. Dursunun ölümü ilə tərəflər arasında qarşıdurma yenidən başladı və Adil ağa yenidən qoşunla sultan Əhmədə qarşı yürüşə başladı. Marağada Neylan adlı yerdə tərəflər arasında döyüş baş verdi. Lakin döyüş nəticəsiz oldu və onlardan heç biri qələbə əldə etmədi.[8] Adil ağa Sultaniyyəyə, daha sonra isə Həmədana geri çəkildi. Onu təqib edən sultan Əhməd Sultaniyyəyə daxil oldu və burada qardaşı Bəyazidi ələ keçirərək özü ilə Təbrizə apardı. Oğlu Ağbuğanı şəhərə hakim təyin etdi, Mahmud Candar isə onun atabəyi təyin edildi.[7]

Beləliklə, Əhməd Cəlayır Ərəb və Əcəm İraqına, həmçinin Azərbaycana tam nəzarəti ələ keçirdi.[4][8]

Toxtamış xana qarşı mübarizə

1385-ci illərdə Qızıl Orda xanı Toxtamış Qafqaza və Azərbaycana yürüş təşkil etdi. Toxtamış 90 minlik ordu ilə Dərbənndən Şirvana daxil oldu. Qızıl Orda qüvvələri sürətli şəkildə Təbrizə doğru hərəkətə başladılar və şəhəri mühasirəyə aldılar. Lakin 8 gün ərzində şəhərə daxil ola bilmədilər.[9] Toxtamış Cəlairilərin şəhər valisi əmir Vəli ilə danışıqlara başladı. Toxtamışla əmir Vəli arasında əldə olunan razılığa görə Qızıl Orda qüvvələri 250 tümən qızıl qarşılığında mühasirəni dayandıraraq şəhər ətrafını tərk etməli idilər.[10] Şəhər əhalisi Qızıl Orda qüvvələrinin geri çəkildiyini görüb müdafiə mövqelərini tərk etdikdən sonra, Toxtamış ani hücumla şəhəri ələ keçirdi.[9] Şəhər qarət edildi və alimlər və sənətkarları isə paytaxt Saraya aparıldı.[10]

Əhməd Cəlayır şəhərin geri alınması üçün ordu göndərsə də, bu qüvvə Təbriz yaxınlığında məğlubiyyətə uğradıldı və geri çəkildi. Daha sonra Qızıl Orda qüvvələri Mərənd, Naxçıvan və Marağa istiqamətlərinə irəliləyərək şəhərləri qarət etdilər. Sonra isə Qarabağda toplaşaraq oradan şimala, öz ərazilərinə geri döndülər.[10]

Əmir Teymurun yürüşü

1384-cü ildə Əmir Teymur seçmə süvari qoşunu ilə Reyə gəldi. Bu zaman Əhməd Cəlayir Sultaniyyədə idi. O, Əmir Teymurun yaxınlıqda olması xəbərini aldıqdan sonra şəhərin müdafiəsini möhkəmləndirərək Bağdada çəkildi. Əmirin Sultaniyyə üzərinə hərəkətə keçməsi ilə Əhməd Cəlayırın oğlu, şəhər hakimi Ağbuğa geriyə, Təbrizə doğru çəkildi. Teymuri ordusu ciddi müqavimət olmadan şəhərə və qalaya daxil oldu.[11]

Sürgün dövrü

İkinci hakimiyyəti

Yaradıcılığı

Monqollar dövründə inkişaf etmiş ədəbi cərəyana Cəlairi hökmdarı Sultan Əhməd də daxil idi. Sultan Əhmədin türkcə şeirlər yazması Əbül Mahasin Yusif bəy Tanrıbirdinin "Əl-Nucum əl-zuhirrə" əsərində təsdiqlənmişdir. Onun yazdığı qəzəl Azərbaycan türkcəsinin Cəlairi saraylarında ədəbi dil kimi işlədildiyini göstərir.[12] Əhməd Cəlayırın qəzəli Cəlairi-türk kimlik qaynaşmasında üstün olan türklərin və türk dilinin davamlılığını təmin edirdi, monqol və türk kimliyinin qaynaşması baxımından yaxşı nümunədir.[13]

Sultan Əhməd Cəlairi musiqişünas Əbdülqədir Marağayini yüksək qiymətləndirmişdir. Cəlairi saraylarında Azərbaycan dilinin rolunu göstərən sübutlardan bir digəri də Əbdülqədir Marağayinin iki kiçik dördlüyüdür.[12]

Qeydlər

  1. Bəzi mənbələrdə "Sarı Adil".
  2. Bəzi mənbələrdə "Şeyx Əli".

İstinadlar

  1. turkedebiyatiisimlersozlugu.com. "AHMED İBN VEYS, Gıyâseddîn Sultân Ahmed Bahâdır, Mugîseddîn Sultân Ahmed". turkedebiyatiisimlersozlugu.com (türk). PROF. DR. BEYHAN KESİK. 04.01.2014. 23.09.2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 okt 2024.
  2. 1 2 3 4 Elşən Mirişli. "Azərbaycanı idarə edən Elxanlar və idarəçilik böhranı" (PDF). Türküstan. 7. 31.01.2023. 2024-10-02 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 4 Azərbaycan Tarixi, III cild, 2007. səh. 30
  4. 1 2 3 islamansiklopedisi.org.tr. "AHMED CELÂYİR" (türk). FARUK SÜMER. 1989 (dərc olunma tarixi). 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  5. Nimet Yıldırım, 1991. səh. 11
  6. Nimet Yıldırım, 1991. səh. 11-12
  7. 1 2 3 Nimet Yıldırım, 1991. səh. 12
  8. 1 2 3 4 Azərbaycan Tarixi, III cild, 2007. səh. 31
  9. 1 2 Azərbaycan Tarixi, III cild, 2007. səh. 39
  10. 1 2 3 islamansiklopedisi.org. "TOKTAMIŞ HAN". islamansiklopedisi.org (türk). İLYAS KEMALOĞLU. İstifadə tarixi: 3 okt 2024.
  11. Nizaməddin Şami, 1992. səh. 5
  12. 1 2 Köprülü, 2000. səh. 34-35
  13. Ayşe Atıcı A. "Sultan Ahmed Celâyir, Türkçe'ye Verdiği Önem ve Kimlik Üzerine". Disiplinler Arası Dil ve Edebiyat Çalışmaları 2. Aybil yayınları. 2021: 2–9. (#vancouver)

Ədəbiyyat

Həmçinin bax

Xarici keçidlər