Azəri (anlayış): Redaktələr arasındakı fərq
Sətir 10: | Sətir 10: | ||
Necə yaranmasında asılı olmayaraq, "azəri" linqvoniminin Azərbaycan dilinə münasibətdə işlədilməsi geniş vüsət almışdır. [[Böyük Sovet Ensiklopediyası]]nın (1926) və Kiçik Sovet Ensiklopediyasının (1928) ilk nəşrlərində iki ad — "azərbaycanca" və "azəricə" (Böyük Sovet Ensiklopediyasına görə "Azəri dilinin ləhcəsi" kimi) nəzərə çarpır.<ref>Большая Советская Энциклопедия. — 1-е изд.. — М., 1926. — Т. I. — С. 665.</ref><ref>Малая Советская Энциклопедия. — 1-е изд.. — М., 1928. — Т. I. — С. 150.</ref> [[Vasili Bartold]] İstanbul mühazirələrindən birində (1926) bildirmişdir ki, əvvəllər İran ləhcəsini bildirən "azəri" sözü Azərbaycanın "türk ləhcəsi"nin adına çevrilmişdir.<ref>Тюрки. 12 лекций по истории тюркских народов Средней Азии. [https://historylib.org/historybooks/Vasiliy-Bartold_Dvenadtsat-lektsiy-po-istorii-turetskikh-narodov-Sredney-Azii/6 Лекция 6] {{Wayback|url=https://historylib.org/historybooks/Vasiliy-Bartold_Dvenadtsat-lektsiy-po-istorii-turetskikh-narodov-Sredney-Azii/6 |date=20230726193248 }}</ref> [[Vladimir Minorski]] 1937-ci ildə "azəri" adının fransız ədəbiyyatında xüsusilə geniş yayıldığını qeyd etmişdir.<ref>Vladimir Minorsky. Review of "DANISHMANDAN-I AZARBAYJAN. By MUHAMMAD 'ALI TARBIYAT. pp. 414. Tehran, 1314 (1935). 15s" // Bulletin of the School of Oriental and African Studies. — 1937. — Т. 9, № 1. — С. 251–253.</ref> Məsələn, 1880-ci illərdə Mirzə Fətəli Axundzadənin (Axundovun) pyeslərinin fransız dilinə "türk azəri"sindən (fransızca "turc azéri") tərcümə edildiyi göstərilmişdir.<ref>Lucile Arnoux-Farnoux, Yves Chevrel, Sylvie Humbert-Mougin. L’appel de l’étranger: Traduire en langue française en 1886. — 2018. — С. 46.</ref> |

||
=== Etnonim === |
|||
Azərbaycanlılar bəzən "azəri türkləri"<ref>{{Cite web |url=https://525.az/news/92101-azeri-sozunden-imtina-etmeliyikmi |title="Azəri" sözündən imtina etməliyikmi?! |access-date=2024-08-21 |archive-date=2024-07-27 |archive-url=https://web.archive.org/web/20240727072702/https://525.az/news/92101-azeri-sozunden-imtina-etmeliyikmi |url-status=live }}</ref><ref>{{Cite web |url=https://modern.az/news/28701/azerbaycan-turkculuyu-ideyasi-xix-ehmed-ceferolu/ |title=Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu |access-date=2024-08-21 |archive-date=2024-02-10 |archive-url=https://web.archive.org/web/20240210141353/https://modern.az/news/28701/azerbaycan-turkculuyu-ideyasi-xix-ehmed-ceferolu/ |url-status=live }}</ref><ref>{{Cite web |url=https://azertag.az/xeber/alban_kilseleri___tariximizin_qedim_izleri-1659947 |title=Alban kilsələri – tariximizin qədim izləri |access-date=23 avqust 2024 |archive-date=23 avqust 2024 |archive-url=https://web.archive.org/web/20240823095431/https://azertag.az/xeber/alban_kilseleri___tariximizin_qedim_izleri-1659947 |url-status=live }}</ref> və ya sadəcə "azəri"<ref name="AZERBAIJAN" /> adlandırılır. |
|||
== İstinadlar == |
== İstinadlar == |
07:55, 22 sentyabr 2024 tarixinə olan versiya
Azəri ― müxtəlif xalq və dilləri təsvir etmək üçün istifadə edilən anlayış.
Tarixi
Linqvonim
Bir çox Avropa dillərində, məsələn ingilis və fransız dillərində, həmçinin Türkiyə türkcəsində "azəri" linqvonimi Azərbaycan dili üçün istifadə edilir.[1][2][3]
Orta əsr ərəb müəllifləri (Balazuri, Yəqubi, ibn Həqvəl, Müqəddəsi) "azəri" anlayışını İran Azərbaycanında mövcud olmuş qədim azəri dili üçün istifadə etmişdir. Daha sonra bu dil türk mənşəli Azərbaycan dili əvəz edlmişdir. Ancaq XIX əsrdə İran və Avropada bir çox müəlliflər qədim azəri dilinin mövcud olduğunu bilmədikləri üçün hesab etmişdilər ki, ərəb müəllifləri türk mənşəli Azərbaycan dilindən danışır.[4] Fuat Köprülü və Əlisöhbət Sumbatzadə belə səhvi edənlər arasında ingilis şərqşünası Q. L. Ştranqı, həmçinin Qacar dövrü əsəri "Nameh-i Daneşvaran"ı qeyd edir. "Nameh-i Daneşvaran"da Xatib Təbrizi haqqında hekayədə "azəri" sözü səhvən "zaban-i turk" ("türk dili") kimi tərcümə edilib.[5][4]
Necə yaranmasında asılı olmayaraq, "azəri" linqvoniminin Azərbaycan dilinə münasibətdə işlədilməsi geniş vüsət almışdır. Böyük Sovet Ensiklopediyasının (1926) və Kiçik Sovet Ensiklopediyasının (1928) ilk nəşrlərində iki ad — "azərbaycanca" və "azəricə" (Böyük Sovet Ensiklopediyasına görə "Azəri dilinin ləhcəsi" kimi) nəzərə çarpır.[6][7] Vasili Bartold İstanbul mühazirələrindən birində (1926) bildirmişdir ki, əvvəllər İran ləhcəsini bildirən "azəri" sözü Azərbaycanın "türk ləhcəsi"nin adına çevrilmişdir.[8] Vladimir Minorski 1937-ci ildə "azəri" adının fransız ədəbiyyatında xüsusilə geniş yayıldığını qeyd etmişdir.[9] Məsələn, 1880-ci illərdə Mirzə Fətəli Axundzadənin (Axundovun) pyeslərinin fransız dilinə "türk azəri"sindən (fransızca "turc azéri") tərcümə edildiyi göstərilmişdir.[10]
Etnonim
Azərbaycanlılar bəzən "azəri türkləri"[11][12][13] və ya sadəcə "azəri"[14] adlandırılır.
İstinadlar
- ↑ Cambridge Dictionary, Azeri Arxiv surəti 3 may 2022 tarixindən Wayback Machine saytında
- ↑ Larousse, Azerbaïdjanais Arxiv surəti 26 iyul 2023 tarixindən Wayback Machine saytında
- ↑ См., например, по поиску Arxiv surəti 26 iyul 2023 tarixindən Wayback Machine saytında в туркоязычной "Исламской энциклопедии"
- ↑ 1 2 Köprülü, M. F. Azeri (в İslam Ansiklopedisi) // Millî Eğitim Bakanlığı Yayınları. — İstanbul, 1942. — С. 118–151.
- ↑ Сумбатзаде А. С., 1990, с. 48.
- ↑ Большая Советская Энциклопедия. — 1-е изд.. — М., 1926. — Т. I. — С. 665.
- ↑ Малая Советская Энциклопедия. — 1-е изд.. — М., 1928. — Т. I. — С. 150.
- ↑ Тюрки. 12 лекций по истории тюркских народов Средней Азии. Лекция 6 Arxiv surəti 26 iyul 2023 tarixindən Wayback Machine saytında
- ↑ Vladimir Minorsky. Review of "DANISHMANDAN-I AZARBAYJAN. By MUHAMMAD 'ALI TARBIYAT. pp. 414. Tehran, 1314 (1935). 15s" // Bulletin of the School of Oriental and African Studies. — 1937. — Т. 9, № 1. — С. 251–253.
- ↑ Lucile Arnoux-Farnoux, Yves Chevrel, Sylvie Humbert-Mougin. L’appel de l’étranger: Traduire en langue française en 1886. — 2018. — С. 46.
- ↑ ""Azəri" sözündən imtina etməliyikmi?!". 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
- ↑ "Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu". 2024-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
- ↑ "Alban kilsələri – tariximizin qədim izləri". 23 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2024.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;AZERBAIJAN
adlı istinad üçün mətn göstərilməyib