Azərbaycan təqvim inancları: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 253: Sətir 253:
|qeyri-rəsmi
|qeyri-rəsmi
|DB0204010006<ref>{{cite news |title=Boz ay |author= |url=https://intangible.az/front/az/aboutExample/16740 |publisher=AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ |date= |accessdate=2024-08-29 |language=az |archiveurl= |archivedate=2024-08-29 }}</ref>
|DB0204010006<ref>{{cite news |title=Boz ay |author= |url=https://intangible.az/front/az/aboutExample/16740 |publisher=AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ |date= |accessdate=2024-08-29 |language=az |archiveurl= |archivedate=2024-08-29 }}</ref>
|
|
|-
|[[Böyük Çillə]]
|qeyri-rəsmi
|DB0204010003<ref>{{cite news |title=Böyük çillə |author= |url=https://intangible.az/front/az/aboutExample/16747 |publisher=AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ |date= |accessdate=2024-08-29 |language=az |archiveurl= |archivedate=2024-08-29 }}</ref>
|
|
|-
|Döl bayramı
|qeyri-rəsmi
|DB0204010005<ref>{{cite news |title=Döl bayramı |author= |url=https://intangible.az/front/az/aboutExample/16741 |publisher=AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ |date= |accessdate=2024-08-29 |language=az |archiveurl= |archivedate=2024-08-29 }}</ref>
|
|
|
|

05:34, 1 sentyabr 2024 tarixinə olan versiya

Novruz bayramına həsr edilmiş poçt markası

Azərbaycan təqvim inancları (az.-əski. آزربایجان تقویم اینانجلاری‎) — Azərbaycan mədəniyyətində müxtəlif vaxtların (kosmik dövrlər, illər, aylar və s.) adlandırılması ilə bağlı yayılmış inanclar.

Tarixən Azərbaycan mədəni mühitində on iki heyvanlı türk təqvimi və Cəlali təqvimi istifadə edilmişdir. Bölgədə on iki heyvanlı təqvim monqol dövründən, Cəlali təqvimi isə ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səfəvilər dövründə on iki heyvanlı təqvim rəsmi təqvim kimi istifadə edilmişdir. Bu dövrdə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçid ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi. On iki heyvanlı təqvim İranda 1925-ci ilə, Qacarların süqutuna qədər istifadədə qalmışdır.

Azərbaycan xalq təqviminin formalaşması təbiətə münasibətdən (məs. Boz ay), səma cisimlərinin hərəkətindən (məs. Quyruqdoğdu), təsərrüfat ənənələrindən (məs. Qoçqarışan) qaynaqlanmışdır. Qışdan yaza keçid aləmin yatdığı vaxtda baş verir, Novruz bayramı ilə qeyd olunur. Novruz və Xıdır Nəbi bayramları Azərbaycanın müxtəlif bölgələrində birlikdə qeyd edilsə də, bayramlardan birinin yaxşı qeyd edilməsi digərinin zəif qeyd edilməsi ilə müşahidə olunur. Qışın başlanması münasibətilə Çillə gecəsi, Böyük Çillədən Kiçik Çilləyə keçid münasibətilə Səddə bayramı qeyd edilir.

İslam dininin təsiri ilə Azərbaycanda türk mənşəli həftə adları ərəb-fars mənşəli adlarla əvəz edilmiş və ya onlarla birlikdə istifadə edilmişdir. Azərbaycan dilinin dialektlərində həftə günləri duz, qəm, adına, süd günləri və s. olaraq adlandırılmışdır. Ata-baba günü olan adına günündə ölülər yad edilir, şamanizm qalıntısı bir adət olaraq aş yeyilir.

Kosmik dövrlər

Qoroskop. "Şəlalə" jurnalı. 1914

Azərbaycanda Məhərrəmlik adətlərini araşdıran İvar Lassi azərbaycanlıların hər biri 10 min il davam etməklə 10 kosmik dövrün olduğuna inandığını bildirmişdir. Bu kosmik dövrlər 12 illik Günəş illərinə bölünür. Azərbaycanlılar 5-ci dövrün 1910-cu illərdə davam etdiyini fikirləşirdilər.[1]

Azərbaycanda təqvimlərin tarixi

Cəlali təqvimi

Azərbaycanlılarda Cəlali təqvimi ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səlcuq hökmdarı I Məlikşahın dövründə yaradılmış bu təqvimdə il Çin-uyğur təqvimindən ay yarım sonra, yaz gecə-gündüz bərabərliyində (Novruz) başlayır, ancaq təqvimə 12 heyvanlı təqvim assimilyasiya edilmişdir.[2] Xızır Nəbi bayramının dəqiq bir gününün olmaması, ancaq Novruz bayramının dəqiq bir gündə qeyd edilməsi onunla izah edilir ki, Novruz bayramı XI əsrdən rəsmi Cəlali təqviminə daxil edilmişdir.[3]

On iki heyvanlı təqvim

Əjdaha ilinə həsr edilmiş Azərbaycan poçt markası

Müasir Azərbaycanın daxil olduğu Böyük Monqol imperiyası Çin təqviminin uyğur versiyasını bütün işğal etdikləri ərazilərdə tətbiq etmişdi.[4] Elxanlılar dövründə bütün Azərbaycan və Şərqi Anadolu türkmən oğuz boyları türk il və ay adlarını istifadə etmişdir.[5] On iki heyvan təqviminin istifadəsi şərq türkcəsinin təsiri ilə bağlı idi və monqollar təqvimin uyğur versiyasını tətbiq etmişdir. Monqol tərcümələri istifadə edilsə də, türk adlandırılmaları öz əhəmiyyətini qorumuşdur. Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 13 dəfə monqol dilində, 13 dəfə hər iki dildə, 2 dəfə fars dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi.[4]

Gürcü mənbələrində daha çox şərq (uyğur-çağatay) xarakterinə malik, monqol dövründən qaynaqlanan on iki heyvanlı təqvimə rast gəlmək mümkündür. İstifadə edilən "Siçan ili" ifadəsi oğuz mənşəlidir ("il" sözü isə daha dəqiq olaraq, Azərbaycan dili mənşəlidir). Əlbəttə ki, bu oğuz elementləri yerli şərqi Osmanlı-Azərbaycan təsirlərinə aid edilməlidir. Eyni şəkildə il üçün istifadə edilən "ilan" sözü də ya Azərbaycan, ya türk mənşəlidir.[6]

Səfəvi imperiyasının çoxmədəniyyətli görünən xarakteri (on iki imam şiəliyi, fars və Azərbaycan dillərinin istifadəsi, idarəçiliyin ərəb və türk-monqol mənbəli olması) ən çox dövr tarixçilərin müxtəlif xronologiya metodlarını (hicri, şahın hökmranlıq illəri, türk-monqol təqvimi) istifadə etməsini nəzərə aldıqda təsdiqini tapır.[7] Səfəvilər dövründə türk təqvimi rəsmi təqvim kimi istifadə edilmiş, Səfəvi tarixçiliyində Teymuri (Çağatay) tarixçiliyinin təsiri altında bu təqvim yayılmışdır. Novruz bayramının bu təqvimin başlanğıcı hesab edilməsi Səfəvi tarixçisi İsgəndər bəy Münşi tərəfindən qeyd edilir: "Novruzun gəlişi ilə Türk Təqviminin İlan İli uğurlu və səadətli bir şəkildə başladı."[8] Səfəvilər dövründə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçmə ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi.[9]

Türk təqvimi İranda 1925-ci ildə Qacar sülaləsinin taxtdan salınmasına qədər istifadə edilmişdir.[4] Türk tarixçisi Osman Turana görə, on iki heyvanlı təqvim Azərbaycanda hələ də mövcuddur.[2] Ümumiyyətlə, türk təqvimi bütün Qafqaz türk xalqlarının həyatında önəmli rol oynamış, qonşuluqdakı digər qövmlərə də keçmişdir.[8]

Ümumi istifadədə olan bu adlar belədir: siçan, öküz-inək, pələng, dovşan, əjdaha (və ya timsahbalıq[10]), ilan, at, qoyun (və ya keçi[1]), meymun, toyuq-xoruz (və ya sadəcə quş[10]), it, donuz.[11] İllərin belə adlandırılması "Tarix-i türki" hesab edilir.[1]

Azərbaycan folklorunda türk təqvimi ilə bağlı inanclara rast gəlinir.[12][13] Xalq arasında yayılmış inama görə, təzə ilin necəliyi, yaxşımı, pismi olacağı, məhz adlandırıldığı heyvanın xasiyyəti, əlaməti ilə bağlıdır. Məsələn, il ilan üstündə təhvil olanda deyirlər ki, havalar isti, quraqlıq keçəcək, münasibətlər normal olmayacaq. Dovşan ilində məhsul bol olur, əjdaha (timsah) ilində çoxlu yağış yağır, donuz ilində havalar sərt keçir və s.[11] Digər bir təqvim mifinə görə Novruz bayramında bir yerə yığışan el biliciləri illərə ad vermişdir və il hansı heyvanın üstündə təhvil olsa, insanlar o heyvanın xasiyyətini göstərər. Məsələn, insanlar siçan ilində gəmirib dağıdar, at ilində dözümlü olar, it ilində müharibə edərlər. Başqa bir mifdə isə insanlar illəri qarışdırdığı üçün onların hökmdarlarının qarşısına çıxan heyvanlar ilə illərə ad verdiyi hekayə edilir.[10]

Türk təqvimi

Nəzəri cəhətdən mövcud olan Türk təqvimində (Ay illərinə əsasən) isə 1-ci ay Aram, axırıncı ay Haqqsabat adlanır. Qalan aylar isə nömrə ilə adlandırılır. 2-ci və ya 3-cü ildən sonra interkalyar ay əlavə edilir. Bu ay Sivan, yəni "fəryad" adlandırılır.[1]

Azərbaycan xalq təqvimi

Azərbaycan xalq təqvimində müxtəlif vaxtlar (aylar, dövrlər, bayramlar və ya mərasimlər) xüsusi adlarla qeyd edilir. Azərbaycanda xalq təqviminin formalaşması təbiətə münasibətdən, səma cisimlərinin hərəkətindən, təsərrüfat ənənələrindən qaynaqlanmışdır. Xalq təqvimində şum ayı, köç ayı, vay nənə ayı, suvarma ayı, məhsul ayı kimi ifadələr işlədilir.[11]

Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq Boz ay başqa aylardan gün aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamır.[11]

Tarixən Azərbaycanda Novruz bayramının böyük həvəslə qeyd edildiyi yerlərdə Xıdır Nəbi bayramı ya qeyd edilməmiş, ya da zəif qeyd edilmişdir. Eyni zamanda Xıdır Nəbi bayramının yaxşı qeyd edildiyi yerlərdə Novruz bayramı vacib bir şəkildə qeyd edilməmişdir. Azərbaycan Respublikasının cənub bölgəsində və Şirvan ərazisinin düzənlik yerlərində Xıdır Nəbi bayramı qeyd edilmir.[14]

Yaz

Novruz süfrəsi
  • Aləmin yatdığı vaxt. Qışın sonu və yazın başlanğıc anını göstərən əsrarəngiz bir vaxtdır. İlin son Çərşənbə günü və ya Novruz Bayramın açılacaq gecənin gündüzə çevrildiyi anda reallaşır. Çaylar, dərələr, yəni axar sular bir an üçün durur, sonra təkrar axmağa başlayırlar.[15]
  • Novruz (21 mart). Yeni il, Baharın gəlişi, təbiətin oyanması, təzələnməsi və yaz əkin işlərinin başlanğıcıdır.[11]
    • Baca-baca günü. Novruzun ilk günüdür.[16]
    • Çərşənbə sur. Yaz bərabərliyi günündən sonrakı ilk çərşənbədir. Adam Olearinin verdiyi məlumatlara görə iranlılar (verilən nümunədə türklər nəzərdə tutulur) bu günü uğursuz hesab edir. Bu gün işləmirlər və bazarlar bağlanır.[1]
  • Qarayaz (oğlaqqıran, keçiqıran). Yaz günlərindən aprel ayının sonlarına kimi, yəni yazdan qırx gün keçən müddət xalq təqvimində belə adlandırılır.[11][17]
    • Göyqavan/Göyqovan. Babək, Şahbuz və Culfada istifadə edilir. Mal-heyvanın qışdan çıxdığı dövrdür. Göyqavan "göy otlar axtaran, göy dalınca qaçan, göy yeyən" mənasındadır.[18]
    • Həftəseyri. Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi.[19] Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi.[20]
    • Günəş ayinləri. Novruzdan sonra 3-cü və 4-cü gün yağışlı keçərsə, gəlincik düzəldib Günəşi çağıran nəğmələr oxunur.[11]
    • Əkin ayı. Yazda əkinçi ömrünün, əkinçi həyatının ən məhsuldar dövrüdür.[11]
    • Leysan ayı. Yazın fəslinin ilk ayı belə adlandırılır, nisan, neysan (aprel) sözlərindəndir.[11]
      • Təbiət günü. İran azərbaycanlılarında yeni ilin on üçüncü günündə təbiətə səfər edilər, axşama qədər şənliklər keçirilər.[21]
      • Sucəddim. Baharda suya girmə adətidir. Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmışdır.[22]
    • Yaşıl işıq ayı. Dağ və dağətəyi yerlərdə aprel ayı belə adlandılır.[11]
      • Qarıborcu. Aprelin 15-ə kimi olan dövrə deyilir. Adına "Qarı ilə martın deyişməsi", yəni qış ilə yazın deyişməsi adlı mahnı deyiblər.[11][23] Ordubad və Şahbuzda havanın soyuq olduğu, aprelin 15-ə kimi olan dövrü kərnəbürt (kərnəvurt) adlandırırlar.[18]
  • Tərçıx dövrü. Təzə-təzə yaz otlarının cücərdiyi, qoyun-quzunun gecə də örüşə aparıldığı dövrə deyilir.[11]
  • Kotan (cüt) dövrü. Şum işlərinə başlanılan dövrdür. Şum bayramı keçirilər, qarşıdan gələn ilin bərəkətli olması arzulanar.[11]
    • Cüt və kotan bayramı. Cüt və ya kotan vaxtında keçirilir. Öküzlərin boynuna lavaş və ya təndir keçirilir, heyvanlar əkin sahəsində dolaşdırılır.[24]
  • Cücərti (və ya çəmən) ayı. Bağların becərib qurtarıldığı dövrdür.[11]
  • Qızılgül çağı. Gülab bayramı keçirilər, hamı bir-birilərinə kiçik ətir şüşələrində gülab bəxş edir, müxtəlif oxuma və ayin oyunları ilə şənlənib əylənirdilər.[11]
  • Ot çalımı dövrü. Yaz fəslinin son ayında bəzi bölgələrdə keçirilər.[11]

Yay

Quba rayonundakı yaylaqda qoyun sürüsü
  • Biçin vaxtı. Yayın əvvəlidir.[11]
    • Susəpən bayramı. Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli keçirilir. Günəşın qarşılanması və qurban kəsilməsi olur.[25]
  • Cırhacır dövrü (və ya cırcırama dövrü). Yayın orta ayıdır, bu adın meydana çıxmasına səbəb göydən yerə ələnən qızmar istinin şiddətindən və quraqlıqdan Aran yerlərində cırcıramaların səsinin açılması, cırıldamağa başlamasıdır.[11]
    • Abrizəgan bayramı. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilərdi. Hamı əllərində müxtəlif su qabları və musiqinin müşayiəti ilə çay kənarına, bulaq başına, yaxud hər hansı bir su hövzəsi yanına toplaşaraq çalıb oynayır, bir-birinin üstünə su atır, bir-birini suya itələməyə çalışardılar.[26]
    • Qoradöyən ay. Yayın orta ayının bir müddətinə deyilir. Bu vaxtlar güldən düşmüş üzümün qoraları yavaş-yavaş sulanır. Xanımlar bu qoraları yığıb yuyur, iri taxta, tabaqlara tökür, yumru çay daşı qənbərlə döyüb suyunu çıxarır, abqora (qora suyu) düzəldirlər.[11]
    • Qorabişirən ay. Qoradöyəndən avqustun ortalarına qədər çəkir. Yayın ən isti dövrüdür, bu zaman üzüm gilələri şişib qaralır.[11]
    • Yaylaqdan köçülən dövr. Gürcüstanda Dmanisinin Armudlu kəndində azərbaycanlı köçərilərin dağdan düzlüyə qayıtdığı dövrdə, 26 iyulda Elat bayramı qeyd edilir. Bu zaman çadırlar qurulur, atların yarışı keçirilir, çörək hazırlanır. Yay mövsümündə arıçılar da yaylağa çıxır. Çünki xüsusi güllər yuxarıda, sərin yerlərdə yetişir.[27]
    • Quyruqdoğdu (və ya quyruqdondu). Yayın ikinci dövrünün adına deyilir. Yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər. Həsən bəy Zərdabi hələ 1905-ci ildə "Quyruq doğdu, çillə çıxdı" adlı məqaləsində yazırdı: "Hər kəs iyulun 25-də (təzə təqvimlə isə avqustun 7-də) sübh tezdən durub gündoğana baxsa, orada o quyruğa oxşayan ulduz dəstəsini görür. Quyruqdoğmanın vaxtı avqustun 6-dan 15-dəkdir. Həmin dövrdən başlayaraq havalar tədricən soyuyur".[11]
      • Ballı ay. Balın kəsilməsinin başlanması arıçıların sevincinə səbəb olurdu. Bu münasibətlə şadlıq edirlər, bir-birinə gözaydınlığı verir, yanaqlarına bal çəkir, xeyir-bərəkət diləyirlər.[11]
  • Elqovan (və ya bürkü sınan günlər). Yayın son ayıdır. Bu müddətdə tez-tez çən düşür, dağlardan duman, çiskin əskik olmur. Dan yerindən soyuq külək əsir.[11]
    • Sonay. Yayın son aylı gecələrine deyilir. Sonay gecələrində avava çalmaq yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir.[28]
    • Əncir yetişən dövr. Abşeronda avqustun sonu, sentyabrın əvvəlləri belə adlandırılır.[11]

Payız

Şanıdər
Nay bayramı
  • Payız gecə-gündüz bərabərliyi (Paqtıqan). Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər, lakin gecə ilə gündüzün bərabər olduğu gündə bir-birinin üzünü görə bilirlər. Buna baxmayaraq, onlar yenə də görüşə bilmədən bir-birlərini itirirlər. Azərbaycan kəndlərində bu gecə müxtəlif oyunlar oynayırlar.[29]
  • Qoçqarışan. Azərbaycanın elat əhalisi arasında payızın əvvəli qoçqarışan adlanır. Bu müddətdə əvvəlcədən bəslənmiş qoçlar sürülərə buraxılır. Qoç sürüyə buraxılarkən maldarlar dölün qışın son ayına düşməsini nəzərə alırlar.[11]
  • Şanıdər. Üzüm dərmə və doşab pişirmə ilə keçirilən şənlik və şükür mərasimidir.[11]
  • Məhsul toplama mövsümü. Bu mövsümün ilk günü dan yeri ağarmadan və günəş çıxmadan toplanan ilk alma insana Əbədi həyatı verir.[30]
    • Mehrigan bayramı. Məhsul yığımı münasibətilə keçirilərdi. Son illərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı — məhsul bayramı kimi qeyd olunmuşdur.[26]
  • Xəzəl ayı və ya qırovdüşən ay. Noyabr ayıdır. Yağış və şimşəklə keçir.[11]
    • Nar bayramı. Nar növləri və onlardan hazırlanmış məhsullar şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.[31]
    • "Kövsəc" mərasimi qırovdüşən ayda icra edilirdi. Özünü gülməli kökə salmış bir nəfəri təlxək geyimində qatıra mindirir, sonra da kəndi gəzdirib camaata deyirdilər ki, bu gördüyünüz adam qışın düşmənidir. Yan-yörədəkilər onun üstünə su səpir, qar atır, ətrafında məzəli oyun və əyləncələr göstərirdilər. O isə bir əlində tükü yolunmuş qarğa, o biri əlində isə yelpik tutub yellədir, saymazyana "istidir, istidir, heç vecimə deyil" — deyə-deyə hay-küy salardı.[11]
  • Xəzan dövrü və ya yarpaqtökən vaxt. Xalq arasında xəzan küləyi adlanan sazaqlı külək ağaclarda qalan sarı yarpaqları qoparıb ora-bura qovur, ağacların xəzəl mövsümü başlayır.[11]
  • Naxırqovan (və ya oğlaqqıran). Payızın son ayında əsən külək birinci növbədə çöldə otarılan naxırı (qaramalı) tövləyə qovurdu. Bundan sonra soyuqlar düşür.[11]
  • Payızdan qışa dönən vaxt. Payızın axırlarında dağların yamacları ilə duman sürünür. Bir anın içində dolu tökür, yağış yağır, qarı elə qarışdırıb sovurur ki, göz gözü görmür.[11]

Qış

Təbrizdə Çillə gecəsi
Naxçıvanda Xızır Nəbi süfrəsi
Çərşənbələrdə tonqalın üzərindən tullanma adəti
Kos-kosa oyunu
  • Böyük Çillə. Qışın ilk mərhələsidir, 40 gündür.[11]
    • Çillə gecəsi. Qışın başlanması münasibətilə saysız-hesabsız tonqallar yandırılırdı. Hər yerdə atəşfəşanlıq başlanırdı, şənlik etmək üçün adamlar bir yerə yığışır, maraqlı oyunlar, tamaşalar ifa edir, qurban kəsir, çalıb-oynayırdılar.[11]
    • Qışın doqquzuncu günü. Həmin gün gecə yarısından sonra ayaz vurmuş almanı yeyən uşaqsız qadının uşağı olar.[30]
    • Qaraqış. Böyük çillənin qarlı-tufanlı, donduran, sümük üşüdən günlərinə belə deyirlər. Bu müddətdə qış ağır, üzücü keçir, qar qarışıq külək uğuldayır.[11]
  • Kiçik Çillə (1–20 fevral). Qışın ikinci mərhələsidir. Ümumiyyətlə, kiçik çillə çox sərt, şaxtalı soyuqları ilə fərqlənir. Ona görə də bu müddətə qışın oğlan çağı, qışın zəlo-zəlo vaxtı, girəvəli qış da deyirlər.[11]
    • Səddə bayramı. Novruza 50 gün qala keçirilən bayramdır. Səddə bayramı insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır.[11]
    • Yalquzaq zamanı. Kiçik Çillənin ilk 10 gününə deyilir. "Xıdır Nəbi günləri" də adlandırılır. Bu sırt-soyuq vaxtlar Xıdır Nəbi ilə əlaqələndirilir və "Xıdır girdi qış girdi, Xıdır çıxdı qış çıxdı" deyilir.[32]
      • Xıdır Nəbi bayramı. Yaşıllıq və su kultu ilə əlaqələndirilən Xıdır Nəbinin şərəfinə qeyd edilən mövsümi bayramdır. Xıdır boz at minən qoruyucudur.[14]
    • Kiçik Çillənin çərşənbələri. Təbiətdə canlanmanın baş verdiyi tarixlərdir. Bu üç çərşənbə "oğru çərşənbə", "oğru buğ", "oğru üskü" adlandılır. Bu çərşənbələrdə Boz ayın çərşənbələrindəki (Yel, Od, Su, Torpaq) kimi canlanma baş verməsə də, torpağa az-çox istilik gedir. İnsanlar lopa yandırıb evin ətrafında 3 dəfə fırladaraq şər qüvvələrdən qorunacaqlarına inanırlar.[33]
  • Boz ay (və ya çilləbecələr, alaçalpov, boz çillə, ala çillə, ağlar-gülər ayı, döl ayı). Qışın son mərhələsidir, 30 gündür. Həmin müddət ərzində hava tez-tez bozardığından, tutqun, günəşsiz günlərin sayı çox olduğundan, bir sözlə, qaşqabaqlı, çiskinli-qaramatlı keçdiyindən bu dövr xalq təqvimində boz ay adlanır.[11]
    • Boz ayın çərşənbələri. Novruzdan əvvəlki 4 çərşənbədir, 4 ünsürlə (Yel, Od, Su, Torpaq) bağlıdır.
      • Kos-kosa oyunu. Bu oyun qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Kosanın üzlüyü (maskası) Təbiət ruhuna olan bağlılığı bildirir, kürkü tərsinə geyinməsində də müqəddəslik mənası vardır.[34]
      • Vəsfi-hal. Dilək tasının içinə müxtəlif əşyalar (üzük, sırğa, sancaq, oymaq) atılıb üstü bağlanır və mərasim nəğməsi oxunduqdan sonra onlardan biri gizli şəkildə seçilir. Nəğmə əşyanın sahibinin niyyəti ilə bağlı olur.[35]
      • Danatma vaxtı. Axır çərşənbədə Günəşin çıxması və qarşılanması mərasimidir. Qızlar qaba su doldurur, üstünə örpək örtür, suyun içinə daş-qaş salırlar.[36]
    • Aləmin yatdığı vaxt. Qışın sonu və yazın başlanğıc anını göstərən əsrarəngiz bir vaxtdır. İlin son Çərşənbə günü və ya Novruz Bayramın açılacaq gecənin gündüzə çevrildiyi anda reallaşır. Çaylar, dərələr, yəni axar sular bir an üçün durur, sonra təkrar axmağa başlayırlar.[15]

Digər

İran azərbaycanlılarında Dağa köçdü, Dağa köçmə, Çoban bayramı, Quzu günü, Qoyunçular günü, Ot köçü, Qoç günü adı ilə mərasimlər keçirilir, şənlik edilir.[24]

  • Quzu günü. Qoyun sürüsündəki ilk doğumdan sonra icra edilirdi. Çobanlar rəqs edib mahnı oxuyar, yarışlar keçirilərdi.[24]
  • Qoç günü. Yaylaqlara köçmədən on gün əvvəl keçirilirdi. Baş çoban və ya obabaşı tərəfindən gənclərə nəsihətlər verilirdi. Qoçlar müxtəlif rəngli yunlarla bəzədilir, boyunlarına zınqırov asılırdı.[24]
  • Ot köçü. Əkinçi işlərinin və kənd işlərinin bitməsi münasibətilə keçirilirdi. Bu ənənəvi müvəqqəti köç zamanı qocalar, uşaqlar, mal-qara yaylağa aparılır.[24]

Həftənin günləri

Müxtəlif Azərbaycan dili dialektlərində həftənin günləri
Gün Adları
I gün Duz günü, peyğəmbər günü, bənümə, bənəmiyə
II gün Qəm günü, xas günü, qələ günü, nəs
III gün Süd günü, harbə
IV gün Adına günü
V gün Adına günü
VI gün Adına ertəsi
VII gün Süd günü, azat günü, xas günü

Azərbaycan dilinin dialektlərində həftənin günləri üçün aşağıdakı ifadələr istifadə edilir:[37]

  • Duz günü (I gün). Göyçayda birinci gün "peyğəmbər" leksemi ilə adlandırılıb.[16] Bakıda birinci gün bənümə günü, Ordubad və Şahbuzda bənəmiyə adlandırılıb.[16][38]
  • Qəm günü və ya xas gün, yəni xüsusi gün (II gün).[39] Ağbaba, Xanlar, Qax, Qazax, Mingəçevir, Şəki dialektlərində ikinci günün adı olaraq "xas günü" istifadə olunur.[40]
  • Ad(ı)na günü (IV gün). Gəncə, Qazax, Lənkəran, Şəki, Şəmkir, Zəngilanda dördüncü gün olaraq istifadə edilir. Gəncədə ölən adam üçün dördüncü gün verilən ehsan adnalıq (adnalıx) adlanır.[41] Bu gün ruhlarla əlaqələndirilərək Azərbaycanın bəzi yerlərində "ata-baba günü" adlandırılır. Adına günündə evlərdə xüsusi yemək bişirilir və qəbir üstünə gedilir, ölülər yad edilir.[42] Azərbaycanda İslamın təsirinə məruz qalmış şamanizm adətlərinin qalıntılarından biri də azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşdır.[43]
  • Ad(ı)na günü (V gün). Gədəbəy və Tovuzda beşinci gün olaraq istifadə edilir.[41]
  • Ad(ı)na ertəsi (VI gün). Gədəbəydə şənbə günü kimi istifadə edilir.[41]
  • Süd günü və ya Azat günü (VII gün). Bakı quberniyasında süd günü adı istifadə edilib.[16][38] Gədəbəy və Tovuz dialektlərində günün adı olaraq xas günü istifadə olunur.[40]

Süd və duz günlərinin Ay və Günəşlə əlaqədar olduğu fikirləşilir. "Süd kimi aydın", "süd kimi təmiz" ifadələri indi də istifadə olunur.[37] İkinci günün "qəm günü" olaraq adlandırılmasında Şərqi Avropa, Qafqaz, Ön Asiya və Balkan türklərinin dilində, həmçinin Şərqi Avropanın bəzi fin xalqlarında eyniliklər müşahidə edilmişdir.[44]

İslam dininin təsiri ilə türk mənşəli həftə adları ərəb-fars mənşəli adlarla əvəz edilmiş və ya onlarla birlikdə istifadə edilmişdir. Müasir dövrdə şair İ. Tapdıq tərəfindən həftə adlarının uşaqların yaddaşında daha yaxşı qalması üçün Günbir, Güniki, Günüç, Gündörd, Günbeş, Günaltı adlandırması işlənmişdir.[45]

Dialektlərdə həftə günü nümunələri

Bakı dialektində, Göyçay, Mingəçevir, Meğri şivələrində işlədilən danna, Göyçay şivələrində işlədilən dannarı "sabah" deməkdir. İkinci gün üçün istifadə edilən "süd gününün dannası" ifadəsi "süd gününün sabahı" deməkdir. Mahmud Kaşğarlının "Lüğət"ində də tanq "dan, sübh çağı" mənasında işlədilir.[46]

Həftənin günləri Bakı dialekti[46] Təbriz dialekti[46] Dərbənd dialekti[46] Yardımlı dialekti[47]
1-ci gün Süt günü Qiçik hacılar Ağır güni
2-ci gün Süt gününün dannası Nəs/xas Qələ güni
3-cü gün Dannasının dannası Süt günü/tək güni Harbə
4-cü gün Qatıqlı aş pişən gün Duz güni Ətinə
5-ci gün Küçik sütə düşən gün Ətinə axşami
6-cı gün Oba bırdan köçən gün Şənbi
7-ci gün Gənə gəldi süt günü Böyüg hacilər

Həftə günləri folklorda

Azərbaycan dini nağıllarında həftənin günləri faydalı, uğurlu və ya faydasız olmasına görə bir-birindən ayrılır. Həftənin günləri ilə bağlı təsəvvürlər İslami dəyərlər əsasında formalaşsa da, sehrlə bağlı bir mahiyyətə də malikdir. Cümə İslamda ən müqəddəs günlərdən biridir. Adəm peyğəmbərin yaradılmasının, cənnətə daxil olmasının, cənnətdən çıxmasının, qiyamətin cümə günü ilə əlaqələndirilməsi İslam tarixində bu günə mühüm yer verilməsinə səbəb olmuşdur. İslamda cümə günü kütləvi ibadət günüdür. Həmin gün məsciddə xütbə dinləyib namaz qılanların günahlarının bağışlanacağına inanılır. Azərbaycan dini nağıllarında cümə günü müqəddəs gün kimi təsvir edilir. Pərilər cümə günləri göldə çimməyə gəlirlər. Cümə axşamı və şənbə cümə günündən əvvəlki və sonrakı gün olduğu üçün uğurlu günlər hesab olunur. Bunun nəticəsidir ki, Azərbaycan nağılında qeyd edilir ki, ataların sözünə görə, şənbə səfərə gedən tez qayıdar və həmin gün edilən səfər daha asan olar.[48]

Ziyarət vaxtları

  • Axar sular. Analar yaz ayında övladlarını bu sularda yuyanda şeir şəklində dualar deyərlər.[49]
  • Aynalı dağ. Yazın 13-cü günündə (Təbiət günü) İran azərbaycanlıları bu dağın ətəklərində rəqs edib şənlik keçirərdilər.[24]
  • Pir dağı. Marağanın Kivi kəndində əkin və ya yaylaqdan əvvəl Pir dağındakı qəbir əhali və çobanlar tərəfindən ziyarət edilər.[24]
  • Şahdağ. Azərbaycanın şimal-şərq hissəsinin ən böyük dağı olan Şahdağ bölgə xalqı tərəfindən müqəddəs hesab edilir. Yay aylarında Şahdağa səfərlər təşkil edilir, bölgədəki məzar yerləri ziyarət edilir, ağaclara bez parçaları bağlanır, qurban kəsilir.[50]
  • Qırxqız təpəsi. Qobu yaxınlığındakı Qırxqız təpəsində hər cümə günü daşların ağladığına və həmin günün ziyarət üçün məqbul gün olduğuna inanılar. Bu su daşa dönmüş qırx qızın göz yaşlarıdır.[51]

Günün və Ayın xüsusi vaxtları

Günün dövrləri

  • Obaşdan/İt tayadan düşməmiş/Gün çırtmamış. Azərbaycan dili dialektlərində səhər tezdəndir.[52]
  • Alatoranlıq (sübh tezdən) və alaqaranlıq (günbatandan sonra) vaxtları. Zöhrə ulduzunun göydə göründüyü vaxtlardır, elçilik və toy mərasimləri üçün münasib sayılır. Bununla bağlı "Gün batan vaxt doğulan uşağın günü qürbətdə keçər", "Gün doğan vaxt doğulan uşaq cəngavər olar" kimi inanclar da vardır.[20]
  • Günertə/Günün şaqqaması. Azərbaycan dili dialektlərində gündüzdür.[52]
  • Şər vaxtı/Dar vaxtı/Qaş qaralan vaxtı. Axşamdır.[52]

Ayın dövrləri

  • Təzə ay. "Ay çıxanda onu görənin işi uğurlu olar", "Ay işığı düşən qapıya çirkli su atan xeyir götürməz" kimi inanclar, təzə ay çıxanda "mübarəkdir!" deyib salavat çevirmək, arzu tutmaq, darvazadan aypara şəklində buynuz asılması adətləri vardır.[20]
  • Ay başı. Bir çox türk xalqları ilə bir yerdə azərbaycanlılarda da bu ifadə ayın ilk günü üçün istifadə edilmişdir.[53]
  • Ayın 3 günlüyü. Bu zaman niyyət tutub 3 gün aya baxan adam yuxusunda evlənəcəyi şəxsi görər.[30]
  • Ayın 15 günlüyü. Bu zaman doğulan uşağın pəhləvan kimi olacağı düşünülür.[20]

Təbliği

Qeyri-maddi mədəni irs qeydiyyatı

İrs Vəziyyəti Azərbaycan milli qeydiyyatı UNESCO qeydiyyatı ICESCO qeydiyyatı
Boz ay qeyri-rəsmi DB0204010006[54]
Böyük Çillə qeyri-rəsmi DB0204010003[55]
Döl bayramı qeyri-rəsmi DB0204010005[56]

Poçt markalarında

Azərbaycanda davamlı olaraq Novruz bayramı və çərşənbələri ilə bağlı, Çin təqvimi ilə bağlı müxtəlif poçt markaları buraxılmışdır.

Ümumi baxış

On iki heyvanlı təqvim Azərbaycan xalq təqvimi
Kosmik dövrlər İllər Fəsil Ay (və ya dövr) Tarixi Kiçik dövrlər Tarixi Mərasim günləri Tarixi Ayinlər Həftə günləri
I Siçan Yaz Qarayaz 21 mart-30 aprel Aləmin yatdığı vaxt 21 mart Duz/ peyğəmbər/ bənümə günü
II İnək Novruz bayramı 21 mart Qəm/ xas / qələ / nəs günü
III Pələng Çərşənbə sur ilk çərşənbə Dannasının dannası/Süd günü/Harbə
IV Dovşan Həftəseyri/Gül bayramı 4–6 cümə günü Adına günü (IV gün)
V (1910-cu illər) Əjdaha/ timsah/ balıq Əkin ayı Adına günü (V gün)
VI İlan Leysan ayı aprel Təbiət günü 2 aprel Adına ertəsi
VII At Qarıborcu 15 aprelə qədər Süd/ Azat günü
VIII Qoyun Tərçıx dövrü
IX Meymun Kotan dövrü
X Xoruz Cücərti ayı
İt Qızılgül çağı Gülab bayramı
Donuz Ot çalımı dövrü son yaz ayı
Yay Biçin vaxtı Susəpən bayramı 21 iyun
Cırcırama dövrü Abrizəgan bayramı 17–18 iyul
Qoradöyən ay
Qorabişirən ay avqustun ortalarına qədər
Quyruqdoğdu 6–15 avqust Ballı ay
Elqovan Sonay
Əncir yetişən dövr
Payız Qoçqarışan Paqta
Şanıdər
Məhsul toplama mövsümü Mihrican bayramı
Qırovdüşən Nar bayramı
Kövsəc
Xəzan dövrü
Naxırqovan Payızdan qışa dönən vaxt
Qış Böyük Çillə 21 dekabr-29 yanvar Çillə gecəsi 21 dekabr
Qaraqış
Kiçik Çillə 29 yanvar-22 fevral Səddə bayramı
Xızır Nəbi günləri Xızır Nəbi bayramı 9–11 fevral
Boz ay 22 fevral-22 mart Su çərşənbəsi
Od çərşənbəsi
Yel çərşənbəsi
Torpaq çərşənbəsi

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 I. Lassy, The Muharram Mysteries among the Azerbaijan Turks of Caucasia, Helsingfors, 1916. page 214–225.
  2. 1 2 Günay, Ü. (2006). Türk Dünyasında Kronolojik Sistemler . Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , 1 (20) , 239–272 . Retrieved from https://dergipark.org.tr/tr/pub/erusosbilder/issue/23753/253068 Arxivləşdirilib 2023-08-26 at the Wayback Machine
  3. Albaliyev, 2022. səh. 1084
  4. 1 2 3 István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia.
  5. Togan, 1981. səh. 279
  6. GOLDEN, PETER B. “THE TWELVE-YEAR ANIMAL CYCLE CALENDAR IN GEORGIAN SOURCES.” Acta Orientalia Academiae Scientiarum Hungaricae, vol. 36, no. 1/3, 1982, pp. 197–206. JSTOR, http://www.jstor.org/stable/23657850 Arxivləşdirilib 2024-04-23 at the Wayback Machine. Accessed 23 Apr. 2024. page 203-204
  7. Marcinkowski, Christoph, 'Persian Historical Writing under the Safavids (1501–1722/36)', in José Rabasa, and others (eds), The Oxford History of Historical Writing: Volume 3: 1400-1800, Oxford History of Historical Writing (Oxford, 2012; online edn, Oxford Academic, 16 Mar. 2015).
  8. 1 2 SAFEVÎ DÖNEMİ TARİH YAZIMINDA ON İKİ HAYVANLI TÜRK TAKVİMİ. Namiq Musalı. I Türk Kültürü Araştırmaları Sempozyumu. 2014
  9. Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013. page 10.
  10. 1 2 3 Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  11. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 419-446
  12. Ferzeliyev, T.- Gasimli, M., (1994), Azerbaycan Folkloru Antologiyası I. Nahcıvan Folkloru, Bakı: Sabah Neşriyatı.
  13. Nerimanoğlu, K. V., (2004), "Nevruz ve Mitoloji", Türk Dünyası Nevruz Ansiklopedisi, Ankara: AKMB Yay., 217–226.
  14. 1 2 Albaliyev, 2022. səh. 1082
  15. 1 2 Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
  16. 1 2 3 4 Hacıyeva, 2021. səh. 121
  17. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Qarayaz" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.
  18. 1 2 Y. Əliyeva, 2018. səh. 152
  19. Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — 708 с.
  20. 1 2 3 4 Məhəbbət Paşayeva. AZƏRBAYCANLILARIN ADƏT VƏ İNANCLARI (XIX–XX əsrlər). Bakı: AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMİYASI ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU, 2019.- 296 s. (V fəsil. Xalq inancları).
  21. Rahimi, M. "İran Türklüğünde Geleneksel Türk İnançlarının Etki ve İzleri" . Milli Folklor 16 (2019): 147–159 <https://dergipark.org.tr/tr/pub/millifolklor/issue/51228/666927 Arxivləşdirilib 2023-08-19 at the Wayback Machine>
  22. M. A. Seyidov, "Eski Türk Kitabelerinde Yer-Sub Meselesi", (çev. S. Gömeç), A. Ü. D. T. C. F Tarih Araştırmaları Dergisi, c. 18, sayı: 29, s. 259, 1996.
  23. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Qarının borcu" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.
  24. 1 2 3 4 5 6 7 Ənvər Uzun. "GÜNEY AZERBAYCAN HALK RİTÜELLERİ" (az.). FOLKLORŞÜNASLIQ MƏSƏLƏLƏRİ.
  25. "Ordubadda yayın gəlişini də bayram edərmişlər". milli.az (az.). 2 İyul 2014. 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-07.
  26. 1 2 Azərbaycan. Mədəniyyət və turizm, Prezident Kitabxanası
  27. Gulnur Kazimova. "Georgia's Azerbaijani nomads: 'Our people have been humiliated'" (ingilis). OC media. 26 July 2017. 2024-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  28. Scrutiny over Naser Manzuri's AVAVA Novel, Masters Thesis, (Nasır Menzuri’nin AVAVA ROMANI ÜZERİNE BİR İNCELEME), Sedef Ahenpençe, yüksek lisans tezi, CELAL BAYAR ÜNİ. SOSYAL BİLİMLER ENS. YENİ TÜRK EDEBİYATI ANABİLİM DALI, 2010
  29. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd. Türkiyə, 2011.  (türk.)
  30. 1 2 3 Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
  31. "UNESCO assembles peoples around transnational traditions like couscous, one of 32 new inscriptions on its Intangible Heritage Lists". ich.unesco.org. UNESCO. December 17, 2020. April 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2020.
  32. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 16
  33. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 19-20
  34. Beydili, 2003. səh. 326-328
  35. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 25
  36. Abdullayeva S. A. Azərbaycan folklorunda çalğı alətləri. Bakı: Adiloğlu, 2007. — 216 s.
  37. 1 2 Hacıyeva, 2021. səh. 117
  38. 1 2 Самойлович А.Н. (1923). Названия дней недели у турецких народов. Яфетический сборник II, Петроград, с.98.
  39. Hacıyeva, 2021. səh. 120
  40. 1 2 Azərbaycan dilinin dialektoloji lüğəti, 2007. səh. 216
  41. 1 2 3 Azərbaycan dilinin dialektoloji lüğəti, 2007. səh. 12
  42. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 23
  43. Caferoğlu, 1956. səh. 66-67
  44. Hacıyeva, 2021. səh. 119
  45. Hacıyeva, 2021. səh. 123
  46. 1 2 3 4 Y. Əliyeva, 2018. səh. 145-146
  47. Y. Əliyeva, 2018. səh. 149-150
  48. Khudaverdiyeva, Tehrana. (2023). ON CHARACTERISTICS OF EPIC TIME IN MAGICAL AND RELIGIOUS TALES. 10.5281/zenodo.10032051. səh 183-184.
  49. Oymak, İskender. "ANADOLU'DA SU KÜLTÜNÜN iZLERi". Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 15 / 1 (Haziran 2010): 0–0.
  50. Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya.
  51. Mahmud, Aynur. (2018). Sarıkız Efsanesi ve Azerbaycan Efsanelerinde Dağ ve Su Kültlerinin Sentezi. Edremit Belediyesi Kültür Yayınları No: 6 (International Symposium on Kaz Mountains (Mount Ida) and Edremit).
  52. 1 2 3 Y. Əliyeva, 2018. səh. 151
  53. Rona-Tas, 1976. səh. 175
  54. "Boz ay" (az.). AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ. İstifadə tarixi: 2024-08-29.
  55. "Böyük çillə" (az.). AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ. İstifadə tarixi: 2024-08-29.
  56. "Döl bayramı" (az.). AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ. İstifadə tarixi: 2024-08-29.

Ədəbiyyat

  • Albaliyev, Shakir Alif oglu. 2022. "The Ritual-Mythological Semantics of the Azerbaijan Khidir Nabi Holiday". Etnoantropološki Problemi / Issues in Ethnology and Anthropology 17 (3):1081–1100. https://doi.org/10.21301/eap.v17i3.13.
  • Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı, 2007 , "Şərq Qərb", 568 səh.
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
  • Caferoğlu, Ahmet. Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı (türk). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt 5, Sayı 1-4. 1956.
  • Hacıyeva, Nərgiz. Türk dillərində həftə adları. Bakı, AMEA Nəsimi adına Dilçilik İnstitutu.. 2021. səh. 112–126.
  • Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
  • Nuray Yadigar qızı Əliyeva. Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası. Naxçıvan: 2018, "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 201 səh.
  • Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
  • RÓNA-TAS, A. (1976). A VOLGA BULGARIAN INSCRIPTION FROM 1307. Acta Orientalia Academiae Scientiarum Hungaricae, 30(2), 153–186. http://www.jstor.org/stable/23657270 Arxivləşdirilib 2022-12-25 at the Wayback Machine