Azərbaycan sufizmi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 91: Sətir 91:


== Təbliği ==
== Təbliği ==
[[Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısı]]na daxil olan "[[Azərbaycan muğamı]]" irsi sufizm kateqoriyasına əlavə edilmişdir.<ref>{{Cite web |url=https://ich.unesco.org/en/RL/azerbaijani-mugham-00039 |title=UNESCO: The Azerbaijani Mugham |access-date=2019-01-14 |archive-date=2019-04-02 |archive-url=https://web.archive.org/web/20190402022728/https://ich.unesco.org/en/RL/azerbaijani-mugham-00039 |url-status=live }}</ref><ref name="un1">{{Cite web|lang=en|url=https://ich.unesco.org/en/state/azerbaijan-AZ|title=Azerbaijan - Information related to Intangible Cultural Heritage|website=ich.unesco.org|access-date=2021-05-13|archive-date=2021-12-04|archive-url=https://web.archive.org/web/20211204081952/https://ich.unesco.org/en/state/azerbaijan-AZ|url-status=live}}</ref>
[[Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısı]]na daxil olan "[[Azərbaycan muğamı]]" irsi sufizm kateqoriyasına əlavə edilmişdir.<ref>{{Cite web |url=https://ich.unesco.org/en/RL/azerbaijani-mugham-00039 |title=UNESCO: The Azerbaijani Mugham |access-date=2019-01-14 |archive-date=2019-04-02 |archive-url=https://web.archive.org/web/20190402022728/https://ich.unesco.org/en/RL/azerbaijani-mugham-00039 |url-status=live }}</ref><ref name="un1">{{Cite web|lang=en|url=https://ich.unesco.org/en/state/azerbaijan-AZ|title=Azerbaijan - Information related to Intangible Cultural Heritage|website=ich.unesco.org|access-date=2021-05-13|archive-date=2021-12-04|archive-url=https://web.archive.org/web/20211204081952/https://ich.unesco.org/en/state/azerbaijan-AZ|url-status=live}}</ref> Azərbaycan, Türkiyə və İran 2021-ci ildə "[[Əxi Evrən]]" ilinin keçirilməsi üçün UNESCO-ya müraciət etmişdir. Iran Azərbaycanının Xoy şəhərindən olan Əxi Evrən əxiliyin yaranmasında və təşkilatlanmasında böyük xidmət göstərmişdir.<ref>{{cite news |title=Türkiyə Azərbaycan və İranla birgə “Əxi Evrən ili”nin elan olunması üçün UNESCO-ya müraciət edib |author= |url=https://apa.az/foreign-policy/turkiye-azerbaycan-ve-iranla-birge-exi-evren-ilinin-elan-olunmasi-ucun-unesco-ya-muraciet-edib-661678 |publisher= |date= |accessdate=2024-07-24 |language= |archiveurl= |archivedate=2024-07-24 }}</ref>


== Qalereya ==
== Qalereya ==

07:58, 28 iyul 2024 tarixinə olan versiya

"Dərviş". Mirzə Qədim İrəvani

Azərbaycanda sufizm, təsəvvüf və ya İslam mistisizmiAzərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir.

Tarixi-mədəni mühit

Erkən dövr

Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. VIII əsrdə müasir İraq ərazisində başlayan hərəkat Qafqaz və Azərbaycan daxil olmaqla bütün İslam dünyasına yayılmışdır. Sufizmin Azərbaycanda yayılması IX–X əsrlərdə başlamışdır. Azərbaycanda sufizmi ilk təbliğ edənlər Əbu Hüseyn Dündəri-Şirazi (X əsr), Hüseyn ibn Yəzdinyar (X əsr), Əbu Həsən, Əbu Zura (1024-cü ildə vəfat edib), Əbu Abbas (XI əsr), Əbu Səid Əbdül-Bakuvi (X–XI əsrlər), qardaş olan Əli ibn Məhəmməd ibn Abdullah Bakuvi (vəfatı 1050–1051) və Hüseyn Şirvani (vəfatı 1074), Əbu Abbas Əhməd və başqaları idi.[1] Təsəvvüf Azərbaycanın mədəniyyətinə, incəsənətinəədəbiyyatına böyük təsir göstərmişdir. Uzun müddət Azərbaycanda təsəvvüfün ənənəvi forması intellektual-mistik qnostisizm (irfan) idi.[2] Bu dövrdə Azərbaycanda sührəvərdiyyə, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik kimi sufi təriqətləri ortaya çıxmış və İslam dünyasına yayılmışdır.[1][3]

Elxanilər və Cəlairilər dövrü

Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə inşa edilmiş Məmmədbəyli türbəsinin kitabəsi. Zəngilan rayonu

Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir.[4]

Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə məhsulları ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir.[5] Zəngilan bölgəsində Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir.[6] Yəhya Elxani dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır.[7]

İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (Əhmədiyyə) təriqəti isə monqol şamanizmindən bəhrələnir, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.[8] Monqol ordusu batil məzhəblərə (məs. cəvvaliqi) qarşı mübarizə aparmış, bektaşi və baraqi kimi türk sufilərini qorumuşdur. Batil məzhəblər türk dərvişlərinin ayinlərini "şeytan işi" adlandıraraq ləkələmək istəmişdir. Cəvvaliqlərin pərişan və səfil bir şəkildə səpələndikləri ərazilər içərisində Azərbaycan da vardır.[9]

Cəlairilər dövründə Sufi Qiyas əl-Din Kucuci Azərbaycan və İraqda məşhur olmuş, Təbrizdə xanəgah sahibi olmuşdur. Qədim azəri dilində (fəhləvi) də şeir yazmışdır.[10]

Tarixi

Orta əsrlər və erkən müasir dövr

XIV—XV əsr Azərbaycan şairi və hürufi hərəkatı rəhbəri İmadəddin Nəsimi

İmadəddin Nəsiminin əsərləri və onun Anadoluda çoxlu müridinin olması bu regionda hürufiliyinin geniş yayılmasına gətirib çıxartmışdır.[11] Şah İsmayıl Xətainin şiə fanatizmi mövzusu ilə dolub-daşan şeirləri gəzəyən aşıq və dərvişlər vasitəsilə hər yerə yayılmışdır. Uzun müddət onun şeirləri ələvi və bektaşilər arasında, həmçinin İraqın şəbək sektasında oxunmuşdur, şeirlərinin bəziləri onların müqəddəs kitablarına daxil edilmişdir.[12]

Osmanlının Bektaşiyyə sufi təriqəti Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan türk köçəri tayfaları arasında inkişaf etmişdir.[13] İran və Azərbaycanda sufi xəlvətilik ocağı qurulmuşdur. Onun qollarından biri Gülşəniyyədir. Cənub-şərqi Anadolu və ərəb torpaqlarından fəaliyyət göstərən bu təriqətin başçısı Şeyx İbrahim Gülşəni əvvəlcə Rövşəniliyin qurucusu Dədə Ömər Rövşəninin məsləhəti ilə xəlvəti-rövşəni sufi ocağına daxil olmuşdur.[14]

Əslən Azərbaycandan olan Dəmirdaş (?-1523) kölə olaraq Məmlük Misirinə aparılmış, burada xəlvətilik sufi təriqətinin Qahirə qolunun (Dəmirdaşiyyə) əsasını qoymuşdur. Onun başçılıq etdiyi xəlvətilik qolunda şadili sufiliyinin əsas və mötədil təcrübələri, Əndəlus əsilli məşhur mistik İbn Ərəbinin mistik fəlsəfəsi ilə dərin bağlılıq müşahidə edilir. Dəmirdaşiyyəyə üzv olmaq üçün azı iki il dini məşğələlərdə iştirak etmək tələb edilirdi.[15]

Marağa və Təbrizdə əliallahlıq (yarsanizm) dininə bağlı olan qruplar bir çox dini mətnləri üçün türk dilindən istifadə edir. Yarsanizm ənənəsinə görə erkən icmalar Gorani dilini istifadə edib, ancaq vaxt keçdikcə bəzi qruplar dini məqsədlər daxil olmaqla bütün məqsədlər üçün Azərbaycan dilinə yaxın türk dilini mənimsəməyə məcbur ediliblər.[16] Cənubi Kürdüstan və Luristanda sufilər üçün əhl-i həqqin kəlam dili olaraq Azərbaycan dili də istifadə edilir.[17] Əliallahıların Azərbaycan türkcəsində heca vəzni və xalq nəzm formaları ilə yazılmış xüsusi zümrə ədəbiyyatları movcud olmuşdur.[18]

XIX əsr

Rusiyanın Cənubi Qafqaz işğal etməsindən sonra Azərbaycan və Şimali Qafqazdan olanlar Anadoluya sığınmışdır. Beləliklə, Mir Həmzə Nigari, Sədi Sani Qarabaği, Nigarizade Mahmud, Bəhəddin Əfəndi kimi azərbaycanlı sufilər Amasya və Tokatı Azərbaycan mədəniyyət mərkəzinə çevirmişdir.[19]

Mir Həmzə Nigari (1805–1855) Azərbaycandan Osmanlının Harput şəhərinə, sufi nəqşibəndilik təriqətinin Qələdi qoluna qoşulmaq üçün getmişdir. Bu dövrdə nəqşibəndilik Qafqazda sürətli şəkildə yayılırdı. Nigari Konyada Cəlaləddin Ruminin qəbrini ziyarət etdikdən sonra, Qarabağa İsmayıl Şirvaninin adından nəqşibəndiliyi yaymağa gəlmişdir. Türk dilində nəsihət verən sufi əsəri "Nigarnamə"ni yazmışdır.[20]

Mədəniyyət

Azəri-türkmən şair, nəqqaş, münşilərlə (bürokrat) birlikdə Azəri-türkmən sufi şeyx və qələndərlər də Osmanlıda, uclardaki (kənar vilayətlər) Osmanlı türk mədəniyyətinin formalaşmasında başlıca rol oynamışdır. Bunlar arasında Xoylu Abdal Musa, Şair Nəsimi, Həbibi, Füzuli kimi ustadlar vardır.[21]

Ədəbiyyat

Şeyx Əlvan Şirazinin XV əsr tərcüməsi. Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərinin tərcüməsidir

Azərbaycan poeziyası kənar bölgələrə təkcə dil xüsusiyyətlərini deyil, həm də hürufilik, işrakiyyə, şiə-ələvilik anlayışları və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.[22]

Azəri türk ənənəsi sferası istifadə etdiyi mövzuları İslam və onun müqəddəs kitabı ilə məhdudlaşdırmırdı; zərdüştçülük ideyaları, qədim türk, ərəb və fars əfsanələri, hətta qədim Mesopotamiya miflərinin də daxil olduğu sosial və tarixi mühit ona təsir edirdi. Buna baxmayaraq, bu ənənənin arxasında duran əsas qüvvələr şiə ideologiyaları və sufi hürufi təlimləri idi. Poetik obrazların əsasını təşkil edən hürufilik sufilik və şiəliklə yanaşı, yəhudi, xristian, zərdüştçüvə qnostisizm elementlərini də əhatə edən çoxşaxəli bir təlim idi. Azərbaycan türk ənənəsində hürufi və şiə ideyaları "əriyib" qarışmış, xüsusilə Şah İsmayıl Xətai ədəbiyyatında ən yüksək nöqtəyə çatmışdır. İmam Əli müqəddəs kəlamın təcəssümü olaraq ilahiləşdirilmişdir.[23]

Qazi Bürhanəddinin döyüş motivləri və Nəsiminin hürufi təlimlərindən ilhamlanmış ehtiraslı çıxışlar Xətainin folklor motivləri və ələvi anlayışları ilə, Məhəmməd Füzulinin poetik şahəsərləri ilə qaynayıb-qarışırdı. Şairlərin xüsusiyyətləri bu irsə müxtəliflik gətirirdi, çox zaman xarizmatik lider, böyük ideoloq və bacarıqlı şair eyni adam olurdu. Buna misallar Səfəvi dövlətinin qurucusu, ideoloq və şair Xətai, Qaraqoyunlu hökmdarı və sufi şairi Cahanşah Həqiqi, Ərzincan hakimi və şair Qazi Bürhanəddin, Hürufi ideoloqu, şair və şəhid Nəsimidir.[24]

XIV əsrin əvvəllərindən XIX əsrin II yarısına qədər Azərbaycan ədəbiyyatında mövcud olan mövzular ya lirika, ya da mistik-fəlsəfi mövzuda hesab edilə bilər. Azərbaycan ədəbiyyatındakı şiə mövzusu ilkin dövrlərdə mistik-fəlsəfi istiqamətli idi, müxtəlif şiə təriqətləri və sufi birliklərinin geniş mövzu dağarcığından bəhrələnirdi.[25]

Sufi mistiki Şah Qasım Ənvar Azərbaycan dilində şeirlər yazırdı. Onun Azərbaycan dilindəki şeirləri onun səfəviyyə təriqətini təşviq etdiyi vaxtlarda yazılmış ola bilər.[26][27] XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Həbibinin şeirlərində hürufiliklə bağlı məzmunlar öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır.[28][29] Sufi şairi Şeyx Əlvan Şirazi XV əsrdə Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərini Azərbaycan dilinə tərcümə etmişdir.[29]

Aşıq musiqi-poeziya ənənəsi

border=none Əsas məqalə: Azərbaycan aşıq sənəti
Aşıq heykəli. İçərişəhər

Dərvişaşıq sənətinin mənşəyi qam-şamanozan-bəxşi sənətinə gedib çıxır. Sənətlərarası oxşar xüsusiyyətlər mənşə birliyinə görədir. Qam-şaman və ozan-bəxşidən dərviş sənətinə, dərviş sənətindən aşıq sənətinə çevrilmələr ənənənin yenilənməsinə səbəb olur. Əvvəllər qam, şaman, ozan, bəxşi adlandırılanların bir qismi İslamın təsiri ilə ata, baba, dədə, xoca, pir, ərən, övliya, şeyx, mürşid, abdal, iskin, kəmtər, əmrə, dərviş kimi adlandırılmağa başlanmışdır. Dərviş sənətinin təmsilçiləri arasında aşıq adlandırılanlar da var. İslam dinini qəbul edən türk boylarında ənənəni yaşadan şəxslər təkkə-təsəvvüf mövzularına yönəlmişdir. Bu istiqamət dərviş tipli türk ədəbiyyatının başlanğıcı olmuşdur. Daha çox dünyəvi mövzuları işləyən sənətçilər isə ozan ənənəsini davam etmişdir. Azərbaycan, Anadolu və Rumeli mühitlərində dərviş və ozan istiqamətlərində sənət icra edən ənənə daşıyıcıları öz kütlələrinin sosial-mədəni ehtiyaclarını qarşılamağa çalışmışdır.[30]

XVI əsrdən XIX əsrə qədər bir çox aşığın yaradıcılığında təsəvvüf fikirləri, dərin məhəbbət qatları nəzərə çarpır. Belə aşıqlar arasında Aşıq Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım vardır. İşlənən mövzulardan biri aşığın 4 mərhələdən (şəriət, təriqət, mərifət, həqiqət) keçərək, axırda Allaha qovuşması fikridir.[31]

XIX əsr Azərbaycan mədəniyyətində Aşıq Alı, Aşıq Şenlik, Dollu Mustafa, Aşıq Dilqəm, Aşıq Ələsgər və s. aşıqların yaradıcılığında təsəvvüfi motivlər güclü şəkildə nəzərə çarpırdı. İstifadə edilən mövzular təbiət və insanın gözəlliyi, daxili aləm, əxlaqi dəyərlər, dini və didaktik məsələlər idi.[32] Aşıq Ələsgər yaradıcılığı həm tanrıçılığa əsaslanan türk xalq sufizmindən, həm də ələvilik, əhli-həqq təriqəti və və bəktaşi təsiri daşıyan türk sufizmindən qaynaqlanırdı.[33]

Təsviri incəsənət

XIX əsr rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi "Dərviş" rəsminin qəhrəmanı əlində təbərzin və kəşkül tutur. Bu əşyalar bir dərviş üçün vacib ləvazimatlardır. Dərvişin papağının ortasında isə ərəb əlifbası ilə "Allah" yazısı var.[34]

Fəlsəfə, metafizika, psixologiya və kosmoqoniya düşüncələri

border=none Əsas məqalə: Azərbaycan fəlsəfəsi

Azərbaycan Sufi ədəbiyyatında müxtəlif prinsiplər istifadə edilirdi: insan və ona göstərilən pərəstiş; əbədi sevgi və gözəllik; Allah, insan, kainat və müqəddəs yazılar arasında əbədi birlik; şiə məsihi ideyaları; sufi əməllərindən (dua, zikr, səmt, səcdə) və varlığın birliyindən (vəhdət əl-vücud) qaynaqlanan motivlər. Bu ideyalar birlikdə Azərbaycan türk Sufi ədəbiyyatının ön planını təşkil edirdi.[24]

Azərbaycan ədəbiyyatında Allahı görmək gözəlliyi görmək ilə eyni sayılır. Nəsiminin fikrincə müqəddəs hərflərin təcəssümü olan gözəl insan təkcə Allahın ad və sifətlərini deyil, onun metafizik (ruhi) əsasını da əks etdirir.[35] Nəsiminin istifadə etdiyi əsas mövzulardan biri Musa peyğəmbərin Tur dağında Tanrı ilə qarşılaşmasıdır. Mistik ədəbiyyatda Musa sevdiyini axtaran aşiqdir. Nəsimi özünü onunla müqayisə edərək nurun özündə olduğunu qeyd edir. Nəsimin şeirində insanın daxili aləminin vacibliyi, ilahini anlamaq üçün insanın öz ruhunu anlamasının vacibliyi qeyd edilir.[36][37]

Sevgilinin məkanı da sufi ədəbiyyatında vacib rol oynayır. İlahinin məkanı olan cənnətdən başqa, Quranda qeyd edilən həm şərqdə, həm də qərbdə Allahın olması, hara çevrilsən, Allahın üzünün olması fikri Azərbaycan poeziyasına təsir edən motivdir. Nəsimi hara çevrilsə, sevgilinin gözlərini gördüyünü deyir. Xətaiyə görə, yer üzündəki hər şey həqiqi varlığın əksidir. Heç bir şəkil həqiqi tanrı deyil, buna baxmayaraq, həqiqi varlıq və ona göstərilən hörmət bütpərəstlik kimi görülə bilməz.[37] Xətai Dəhnamədə sufi və hürufi elementlərini istifadə edərək, yaradılışı ilahi baxışla və nadir cəvahiratla əlaqələndirirdi.[38]

Orta əsrlər Azərbaycan şairləri ibn Ərəbinin "əbədi mahiyyətlər" nəzəriyyəsi ilə tanış idilər. Qazi Bürhanəddin "Sənin üzünün mahiyyəti sonsuzdur, çünki bütün gözlər arasında səninki kimi göz yoxdur" deyirdi.[36]

Göz və ürək

Əli Şəmsi rəsmi

Azərbaycan sufi ədəbiyyatında gözlərin ilahiləşdirilməsi və şəxsiyyətləşdirilməsi bu poetik obrazın xarakterik xüsusiyyətidir. Göz təsvirinin bu aspekti, yəqin ki, göz ilahələrini əks etdirən qədim mif və əfsanələrdən irəli gəlir. Məhəmməd Füzulinin vətəni Mesopotamiya qədim zamanlarda göz məbədləri ilə və göz ilahələrinin heykəlləri ilə dolu idi. Bundan əlavə, bəzi sufi ənənələrində göz makrokosmosun kiçildilmiş forması idi. Gözlə bağlı təsvirlər Azərbaycan şairlərinin daxili sufi ideyaları ilə gündəlik həyat və münasibətləri birləşdirməkdə ustalığını əks etdirir.[39] Qazi Bürhanəddin qeyd edir ki, ilahiliyin ən dərin işığı daxili göz (batin gözü) vasitəsilə mənəvi mənaları görməklə açılır. Çünki xarici göz (zahir gözü) həmişə kor olur.[40]

Göz-tanrı və göz-insan nümunələri zühurla əlaqələndirilən baxışı ifadə edərkən Azərbaycan şairləri tərəfindən tez-tez istifadə edilmişdir. Məsələn, Xətai "Mən Allahın gözüyəm. Kor, yolunu azmış, gəl İlahi həqiqətə bax." demişdir.[40] Nəsimi də özünü "gözlərin gözü" adlandırırdı.[41] Göz və dodağın birlikdə istifadəsində göz susuzluq və sərxoşluğun mənbəyi sayılır, həyat verən çeşmə və ilahi mərhəmət və mehribanlığın simvolu dodaq isə varlığın əsası kimi götürülürdü.[42]

Məhəmməd Füzuli Allahın mərhəmətli baxışını sufi kosmoqoniyası ilə əlaqələndirir. Ehtimal edilir ki, Füzuli təkcə ibn Ərəbi fikri ilə yox, həm Mahmud Şəbüstərinin "Gülşən-i raz" əsərindən və həm də bu əsərin Lahici tərəfindən edilən təfsirindən təsirlənmişdir. Çünki Lahici gözlə görülən maddi dünyanın və gözlə görülməyən ruhi dünyanın Allahın baxışı ilə yarandığını qeyd edirdi.[42]

Klassik Azərbaycan ədəbiyyatında gözə İslami baxış ürəklə əlaqəli motivlərlə kəsişir. Çünki Qurana görə, peyğəmbər ilahiliyi ürəyi ilə görmüşdür. Qazı Bürhanəddin ürəyinin gözünün sevgilinin baxışından ləzzət aldığını deyirdi.[43] Füzuli isə şeirində qırmızı yaqutu ilahi təzahür üçün metafor olaraq istifadə edir. Sevgilinin gözləri ürəkdən (qiymətli daşların olduğu dağ) qan axmasına səbəb olur, çünki, o, sevgilinin qırmızı yaqutunu (ilahi təzahür) görmək istəyir. Azərbaycan poeziyasında qovuşma arzusu kədərin səbəbidir, qovuşma ilahi sevginin simvolu olan badə və şərab ilə təsvir edilir.[44] Azərbaycan poeziyasında su və od ən geniş istifadə edilən antitezadır, sevgilinin kədərini göstərən göz yaşları və yaralı ürəyin odu ilə təsvir edilir. Azərbaycan atalar sözünə görə, ürək yanmasa, göz ağlamaz. Qazı Bürhanəddin yaşlı gözləri Zəmzəm suyu, ürəyi isə Kəbə ilə təsvir edirdi.[45]

Təbliği

Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan "Azərbaycan muğamı" irsi sufizm kateqoriyasına əlavə edilmişdir.[46][47] Azərbaycan, Türkiyə və İran 2021-ci ildə "Əxi Evrən" ilinin keçirilməsi üçün UNESCO-ya müraciət etmişdir. Iran Azərbaycanının Xoy şəhərindən olan Əxi Evrən əxiliyin yaranmasında və təşkilatlanmasında böyük xidmət göstərmişdir.[48]

Qalereya

Həmçinin bax

İstinadlar

  1. 1 2 Ахундова Н. Ф.. Развитие суфизма в Азербайджане: возвышение шейха Сефи ад-дина Исхака Ардебили в эпоху ильханата (на основе сведений западной историографии). — АНО "Научно-исследовательский институт истории, экономики и права", 2018. — 200 с. — ISBN 978-5-906724-35-9.
  2. Алескерова Н.. Суфизм в Азербайджане // Кавказ и глобализация : журнал. — 2007. — ISSN 1817–7100.
  3. Шириев Т. М.. О быте суфиев и их молельнях в средневековом Азербайджане // Актуальные проблемы тюркологии: Россия и тюрко-мусульманский мир : Материалы X Международной тюркологической конференции, Казань. — 2021. — С. 392–394. — ISSN 978-5-6042466-4-1.
  4. Togan, 1981. səh. 260
  5. Togan, 1981. səh. 267-268
  6. Неймат, 2011
  7. Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Под ред. З. М. Буниятова. — Б.: Yeni Nəşrlər Evi, 2001. — Т. II. — С. 54. — 368 с.
  8. Köprülü, F. (2004). İSLÂM SÛFÎ TARÎKATLERİNE TÜRK-MOĞOL ŞAAMANLIĞININ TE’SİRİ . Marife Dini Araştırmalar Dergisi , 4 (1) , 267–275 . Retrieved from http://marife.org/tr/pub/issue/37809/436582 Arxivləşdirilib 2023-06-17 at the Wayback Machine
  9. Togan, 1981. səh. 284
  10. Khwājah Ghiyāth al-Dīn Shaykh Muḥammad Kujujānī. "Dīwān-i Ghiyāth al-Dīn-i Kujujī" (ingilis). Brill. 2016. İstifadə tarixi: 2024-02-01.
  11. Said Öztürk. "Ottoman History: Misperceptions and Truths". — IUR Press, 2011 — p. 136 — ISBN 9090261087
  12. Roger M. Savory, Ahmet T. Karamustafa. Esmail I Ṣafawi (англ.). — Encyclopædia Iranica, 1998. — Vol. VIII. — P. 628–636.
  13. Zarcone, Thierry, "Bektaşiyye", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/bektasiyye-COM_24010 Arxivləşdirilib 2024-02-04 at the Wayback Machine> First published online: 2014
  14. Emre, Side, "Gulshaniyya", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/gulshaniyya-COM_27544 Arxivləşdirilib 2024-02-04 at the Wayback Machine> First published online: 2018
  15. McGregor, Richard J., "Damirdāshiyya", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/damirdashiyya-COM_25976?lang=fr Arxivləşdirilib 2024-02-04 at the Wayback Machine> First published online: 2016
  16. Kreyenbroek, Philip G. "God first and last" : religious traditions and music of the Yaresan of Guran. 2020. 32–33. ISBN 978-3-447-11424-0. OCLC 1228902659. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
  17. Lawergren, B., Farhat, H., & Blum, S. Iran. Grove Music Online. Retrieved 21 Mar. 2023.
  18. Köprülü, 2000. səh. 28
  19. Guliyev, Ebulfez Amanoğlu. "‘Azerbaycan Yurt Bilgisi’ Dergisinde Amasyalı Azerbaycan Mutasavvıfları Hakkındaki Araştırmalar". Amasya Üniversitesi Sosyal Bilimler Dergisi 2/4 (December 2018), 1–10. page 2, 5.
  20. Tahsin Yazıcı. "HAMZA NİGARİ". Encyclopaedia Iranica Online (Brill). (#accessdate_missing_url)
  21. İnalcık, 2011. səh. 43-45
  22. Gasimova, 2015. səh. 105
  23. Gasimova, 2015. səh. 119
  24. 1 2 Gasimova, 2015. səh. 120
  25. Berengian, 1988. səh. 17-18
  26. Savory, 1978. səh. 721
  27. Lornejad, Doostzadeh, 2012. səh. 151
  28. Sadıkoğlu, 1996. səh. 374–375
  29. 1 2 Javadi, Burrill, 1988. səh. 251–255
  30. Durbilmez, Bayram. "Derviş sanatı ve âşık sanatı ilişkileri bağlamında Âşık Ruhsatî'nin Sıdkı Baba üzerine etkileri" (türk). 2022. İstifadə tarixi: 2024-07-24. (page 769)
  31. Alıyev, 2019. səh. 71
  32. Əskər, 2017. səh. 92
  33. Əskər, 2017. səh. 94
  34. Миклашевская, 1954. səh. 94
  35. Gasimova, 2015. səh. 125
  36. 1 2 Gasimova, 2015. səh. 126
  37. 1 2 Gasimova, 2015. səh. 127
  38. Gasimova, 2015. səh. 138
  39. Gasimova, 2015. səh. 115
  40. 1 2 Gasimova, 2015. səh. 121
  41. Gasimova, 2015. səh. 122
  42. 1 2 Gasimova, 2015. səh. 123
  43. Gasimova, 2015. səh. 129
  44. Gasimova, 2015. səh. 131
  45. Gasimova, 2015. səh. 137
  46. "UNESCO: The Azerbaijani Mugham". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
  47. "Azerbaijan - Information related to Intangible Cultural Heritage". ich.unesco.org (ingilis). 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  48. "Türkiyə Azərbaycan və İranla birgə "Əxi Evrən ili"nin elan olunması üçün UNESCO-ya müraciət edib". İstifadə tarixi: 2024-07-24.

Ədəbiyyat

  • Berengian, Sakina. Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan. K. Schwarz. 1988. ISBN 978-3-922968-69-6.
  • Gasimova, Aida. "Qurʾānic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry." Oriens, vol. 43, no. 1/2, 2015, pp. 101–53. JSTOR, http://www.jstor.org/stable/24801686. Accessed 10 Feb. 2024.
  • Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
  • Javadi, H.; Burrill, K. AZERBAIJAN x. Azeri Turkish Literature // In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica (ingilis). Volume III/3: Azerbaijan IV–Bačča(-ye) Saqqā. London and New York: Routledge & Kegan Paul. 1988. 251–255. ISBN 978-0-71009-115-4.
  • Lornejad, Siavash; Doostzadeh, Ali. Arakelova, Victoria; Asatrian, Garnik (redaktorlar ). On the modern politicization of the Persian poet Nezami Ganjavi (PDF). Caucasian Centre for Iranian Studies. 2012. 2022-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-04.
  • M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh.
  • Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.
  • Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Редактор: доктор исторических наук, профессор Ш. Фарзалибейли. — Б.: Элм и Тахсил, 2011. — Т. V. Арабо-персо-тюркоязычные надписи Ширвана, Гянджи, Агдама, Шуши, Физули, Зангелана, Джабраила, Лачына, Кельбаджара и др.. — 240 с.
  • Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
  • Sadıkoğlu, Cengiz. HABÎBÎ // TDV İslam Ansiklopedisi (türk). 14 (Gelibolu – Haddesenâ). İstanbul: Türkiyə Dəyanət Vəqfi. ISBN 9789753894418.
  • Savory, R. M. (1978). "Ḳāsim-i Anwār". In van Donzel, E.; Lewis, B.; Pellat, Ch. & Bosworth, C. E. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume IV: Iran–Kha. Leiden: E. J. Brill. pp. 721–722. OCLC 758278456.
  • Garayeva, N. (2022). Sovyet Devri Azerbaycan Filmlerinde Bazı İslami Motiflerin ve Sufi Akımların Yansıtılması. Kültür Araştırmaları Dergisi(12), 293–304. https://doi.org/10.46250/kulturder.1071357
  • Alıyev, R. M. (2019). AZERBAYCAN ÂŞIKLIK SANATINDA TASAVVUF. Türkoloji(96), 68–76.
  • Esker, Naile. XIX. Yüzyıl Âşık Şiirinde Tasavvufi Motifler = XIX Esr Aşiq Şeirinde Tesevvüfi Motivler, Bilimsel Eksen: Üç Ayda Bir Yayımlanan Uluslararası Sosyal Bilimler Dergisi = Scientific Axis: Quarterly Social Education Journal Subject to International Peer Review, 2017, cilt: VII, sayı: 20, s. 91–100

Əlavə oxu

  • DBalkane Jong, F., "Demirdās̲h̲iyya", in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004161214, 1960–2007
  • Massignon, Louis, "Ṭarīḳa", in: Encyclopaedia of Islam, First Edition (1913–1936), Edited by M. Th. Houtsma, T. W. Arnold, R. Basset, R. Hartmann. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004082656, 1913–1936
  • Atabay, T. (2024). Safevi Tarikatının İlk Türkçe Kaynaklarından ‘Akā’İd-i Evliyā’-i Seb’a Arxivləşdirilib 2024-07-06 at the Wayback Machine. SÜREK Alevilik — Bektaşilik Ve Kültür Araştırmaları Dergisi(2), 79–101.
  • M. Tərbiyət-Daneşməndani – Azərbaycan, Bakı, 1995
  • E. Mehrəliyev – Baba Kuhi Bakuvi və Pir Hüseyin Şirvani, Bakı, 2002
  • Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  • Z. Məmmədov – Azərbaycanda XI – XII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978
  • F. Ş. Fərzəlibəyli – Azərbaycan və Osmanlı imperiyası, Bakı, 1995
  • M. Nemət – Azərbaycanda pirlər, Bakı, 1992
  • E. Bertles – Sufizm və sufi ədəbiyyatı, Moskva, 1965
  • A. Gölpınarlı – Hürufilik metinleri katalogu, İstanbul, 1989
  • F. Gülen – Kalbin zümrüt tepeleri, I – II cilt, İzmir, 2001
  • M. Kara – Din, hayat, sanat açısından tekyeler ve zaviyeler, İstanbul, 1977
  • M. Kara – Tasavvuf ve tarikatlar tarihi, İstanbul, 1985