Böyük Qayıdış: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 700: Sətir 700:
=== Mədəni quruculuq işləri ===
=== Mədəni quruculuq işləri ===


Şuşada [[Vaqifin məqbərəsi]] yenidən qurulmuş, [[Yuxarı Gövhər Ağa məscidi|Yuxarı Gövhər Ağa]] və [[Saatlı məscidi|Saatlı məscidləri]] bərpa edilmişdir. Digər təmir-bərpa edilən abidələr [[Mamayı məscidi]], [[Mehmandarovların evi]] və məscidi, [[Şirinsu hamamı]]dır. [[Çöl Qala məscidi|Çöl Qala]] və [[Aşağı Gövhər ağa məscidi|Aşağı Gövhər ağa məscidləri]]nin təmir-bərpası davam edir, Üzeyir Hacıbəylinin evi yenidən qurulur. Vaqif və Üzeyirin büstləri yenidən qoyulmuşdur. Şuşa memarlığı üslubunda mehmanxana inşa edilmişdir.
Şuşada [[Vaqifin məqbərəsi]] yenidən qurulmuş, [[Yuxarı Gövhər ağa məscidi|Yuxarı Gövhər Ağa]] və [[Saatlı məscidi|Saatlı məscidləri]] bərpa edilmişdir. Digər təmir-bərpa edilən abidələr [[Mamayı məscidi]], [[Mehmandarovların evi]] və məscidi, [[Şirin su hamamı]]dır. [[Çöl Qala məscidi|Çöl Qala]] və [[Aşağı Gövhər ağa məscidi|Aşağı Gövhər ağa məscidləri]]nin təmir-bərpası davam edir, Üzeyir Hacıbəylinin evi yenidən qurulur. Vaqif və Üzeyirin büstləri yenidən qoyulmuşdur. Şuşa memarlığı üslubunda mehmanxana inşa edilmişdir.<ref>{{cite news |title=İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - YENİLƏNİB VİDEO |author= |url=https://oxu.az/politics/869748 |publisher= |date=10.05.2024 |accessdate=2024-05-01 |language=az |archiveurl= |archivedate=2024-05-01 }}</ref>


2021-ci ildə [[Xocavənd rayonu]]nun [[Hadrut]] qəsəbəsində "[[Dəmir yumruq (abidə)|Dəmir yumruq]]" abidəsi qoyulmuşdur.<ref>{{Cite web |title=Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı |url=https://report.az/daxili-siyaset/hadrutda-demir-yumruq-abidesi-ucaldildi/ |access-date=2021-06-26 |archive-date=2022-08-27 |archive-url=https://web.archive.org/web/20220827083312/https://report.az/daxili-siyaset/hadrutda-demir-yumruq-abidesi-ucaldildi/ |url-status=live }}</ref> Hadrut qəsəbəsində yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və [[Azərbaycan Silahlı Qüvvələri]]nin arsenalında yer alan [[Pilotsuz uçuş aparatı|pilotsuz uçuş aparatları]] əks olunub.<ref>{{Cite web |title=Hadrutda "Dəmir yumruq" abidəsi ucaldılıb |url=https://azertag.az/xeber/Hadrutda_Demir_yumruq_abidesi_ucaldilib-1817393 |access-date=2021-06-26 |archive-date=2021-12-16 |archive-url=https://web.archive.org/web/20211216141400/https://azertag.az/xeber/Hadrutda_Demir_yumruq_abidesi_ucaldilib-1817393 |url-status=live }}</ref><ref>{{Cite web |title=Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı — FOTOLAR |url=https://azerforum.com/az/hadrutda-demir-yumruq-abidesi-ucaldildi-fotolar |access-date=2021-06-26 |archive-date=2021-06-30 |archive-url=https://web.archive.org/web/20210630054622/https://azerforum.com/az/hadrutda-demir-yumruq-abidesi-ucaldildi-fotolar |url-status=live }}</ref>
2021-ci ildə [[Xocavənd rayonu]]nun [[Hadrut]] qəsəbəsində "[[Dəmir yumruq (abidə)|Dəmir yumruq]]" abidəsi qoyulmuşdur.<ref>{{Cite web |title=Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı |url=https://report.az/daxili-siyaset/hadrutda-demir-yumruq-abidesi-ucaldildi/ |access-date=2021-06-26 |archive-date=2022-08-27 |archive-url=https://web.archive.org/web/20220827083312/https://report.az/daxili-siyaset/hadrutda-demir-yumruq-abidesi-ucaldildi/ |url-status=live }}</ref> Hadrut qəsəbəsində yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və [[Azərbaycan Silahlı Qüvvələri]]nin arsenalında yer alan [[Pilotsuz uçuş aparatı|pilotsuz uçuş aparatları]] əks olunub.<ref>{{Cite web |title=Hadrutda "Dəmir yumruq" abidəsi ucaldılıb |url=https://azertag.az/xeber/Hadrutda_Demir_yumruq_abidesi_ucaldilib-1817393 |access-date=2021-06-26 |archive-date=2021-12-16 |archive-url=https://web.archive.org/web/20211216141400/https://azertag.az/xeber/Hadrutda_Demir_yumruq_abidesi_ucaldilib-1817393 |url-status=live }}</ref><ref>{{Cite web |title=Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı — FOTOLAR |url=https://azerforum.com/az/hadrutda-demir-yumruq-abidesi-ucaldildi-fotolar |access-date=2021-06-26 |archive-date=2021-06-30 |archive-url=https://web.archive.org/web/20210630054622/https://azerforum.com/az/hadrutda-demir-yumruq-abidesi-ucaldildi-fotolar |url-status=live }}</ref>

06:38, 11 may 2024 tarixinə olan versiya

Böyük Qayıdış
Əhatə etdiyi ərazi Qarabağın işğaldan
azad edilmiş hissəsi,
Şərqi Zəngəzur
Əsas qurucu ölkə Azərbaycan Azərbaycan
Yardımçı qurucu ölkələr Türkiyə Türkiyə,
Qazaxıstan Qazaxıstan,
Özbəkistan Özbəkistan,
Qırğızıstan Qırğızıstan
Minatəmizləmə dəstəyi Türkiyə Türkiyə,
{{ {{{1}}}
alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}},
Avropa İttifaqı Avropa İttifaqı

Böyük Qayıdış üçün görülən quruculuq işləri

Böyük Qayıdış[1][2][3]İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilmiş hissəsini və Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesinə verilən ad. Bu layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.[4]

2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hal-hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində (Laçın, Füzuli, Şuşa) və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilmişdir. Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 20204-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılması təmin edilmişdir.

Bərpa işləri

Qarabağ iqtisadi rayonu

Ağdam

Ağdam məscidi ermənilər tərəfindən tövlə kimi istifadə olunmuşdur.

Ağdama bəzən Qafqazın Hiroşiması da deyilir,[5][6][7][8][9] çünki 1993-cü ilin iyulunda, Birinci Qarabağ müharibəsi zamanı şəhər erməni qüvvələri tərəfindən işğal və məhv edilmişdir.[10] Sonrakı onilliklərdə tərk edilmiş şəhər tikinti materialları əldə etmək istəyən ermənilər tərəfindən talan edilmişdir.[11][12] Ermənilərin nəzarəti altında şəhərdə sağ qalan yeganə tikili olan Ağdam məscidi inək və donuz saxlamaq üçün tövlə kimi istifadə olunurdu.[9][13][14]

20 noyabr 2020-ci il tarixində atəşkəs razılaşması çərçivəsində şəhər və ətrafı Azərbaycana qaytarılmışdır.[15][16] Bundan dərhal sonra Azərbaycan hakimiyyəti bərpa prosesinə başlamaq planını açıqlamışdır.[17] Şəhərin təsdiq edilmiş baş planına əsasən dağılmış binaların bir qisminin açıq muzeyi tikiləcək. Ağdamın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevirilməsi planlaşdırılır.[18][19]

26 may 2021-ci ildə uzunluğu 44,5 km olan Bərdə–Ağdam avtomobil yolunun tikintisinə başlanılmışdır.[20] İki gün sonra, mayın 28-də bərpa işlərinin başlanması mərasimi olmuşdur.[21]

Füzuli

Füzuli Beynəlxalq Hava Limanının girişi.

16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva FüzuliCəbrayıl rayonlarında "Zəfər yolu" kimi tanınan Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasimində olmuşdur.[22] Səfərdən dərhal sonra Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisi layihəsinə başlanılmışdır. Bildirilmişdir ki, uzunluğu 101,5 kilometr, eni isə 37,7 metr olan yol Füzuli, XocavəndXocalı rayonlarından keçəcək.[23] Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci ildə Şuşa və Füzuliyə səfəri zamanı Füzuli–Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının layihələrinə start verilmişdir.[24][25] Hava limanında ilk uçuş sınaqları 22 avqust 2021-ci ildə keçirilmişdir.[26][27] 27 oktyabr 2021-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilmişdir.[28][29]

Xocavənd

9 oktyabr 2020-ci ildə işğaldan azad olunan Hadrutda yenidənqurma işlərinə yolların bərpası ilə başlanılıb. Prezident Əliyev 2021-ci il martın 15-də uzunluğu 13 kilometr olan Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. . Bildirilib ki, Cəbrayıl rayonunun ərazisindən keçən Hadrut-Cəbrayıl-Şükürbəyli Şükürbəylidə Hacıqabul -Mincivan-Zəngəzur avtomobil yoluna birləşdiriləcək . 43 km uzunluğunda olması planlaşdırılan yolda 4 zolaqlı və yol körpüləri tikiləcək. Bundan başqa, 18 kilometr uzunluğunda Tuğ — Hadrut avtomobil yolunun tikintisinin davam etdiyi bildirilir.

Şuşa

Şuşa qalası 2021-ci ilin mayında.

8 noyabr 2020-ci ildə Şuşa Azərbaycan ordusu tərəfindən azad edilmişdir.[30] 2020-ci ilin axırlarında Füzuli istiqamətindən avtomobil yolunun olmamasına baxmayaraq, şəhərdə bərpa işlərinə artıq başlanıldığı açıqlanmışdır.[31]

2021-ci ilin yanvar ayının əvvəlində şəhər beşulduzlu hotelin tikintisini elan etmişdir.[32] Şuşa qalasının bərpasına 2021-ci ilin fevral ayının əvvəlində başlanılmışdır.[33] Azərbaycan hökuməti 2021-ci il mayın əvvəlində müharibə nəticəsində dağıdılmış Qazançı kilsəsinin bərpa olunduğunu elan etmişdir.[34][35]

2021-ci il iyunun əvvəlində Heydər Əliyev Fondu tərəfindən Şuşada üç dini binanın, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağaSaatlı məscidlərinin bərpasına başlanıldığı bildirilmişdir.[36] 22 iyunda Azərbaycan Prezidenti Şuşa Şəhər Dövlət Qoruğunun yaradılması haqqında sərəncam imzalamışdır.[37] 14 yanvar 2021-ci ildə Vaqif türbəsinin bərpa işlərinə başlanılmış[38] və 29 avqustda onun açılışı olmuşdur.[39] Həmin gün Üzeyir Hacıbəylinin abidəsinin açılışı olmuşdur.[40]

Şərqi Zəngəzur iqtisadi rayonu

Kəlbəcər

Kəlbəcər 1993-cü ildə Ermənistan qoşunları tərəfindən işğal edilmiş, 25 noyabr 2021-ci ildə atəşkəs razılaşmasına əsasən Azərbaycana təhvil verilmişdir.

2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır.[41] Magistral yolun üzərində yerləşən 11,6 kilometrlik Murovdağ tunelinin təməli İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur.[42] Həmin gün uzunluğu 72,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda tikintisi nəzərdə tutulan 3,4 kilometr uzunluğunda tunelin tikintisinə başlanılmışdır.[43] Bundan əlavə, uzunluğu 51 km olan Kəlbəcər və Laçın rayonlarını birləşdirən ikinci halqaya çevrilməsi nəzərdə tutulan İstisuMinkənd yolunun yenidən qurulmasına başlanılmışdır.[44]

Zəngilan

Zəngilan 29 oktyabr 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 20 oktyabr 2020-ci ildə isə Azərbaycan qüvvələri şəhəri azad etmişdir.[45]

14 fevral 2021-ci ildə İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonuna səfər edərək Ağalı kəndində "ağıllı kənd" layihəsinin istifadəyə verildiyini bildirmişdir. Eyni zamanda, Azərbaycanı Türkiyə ilə birləşdirən Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun təməli qoyulmuşdur.[46][47] 18 mart 2021-ci il tarixində Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Zəngilanda olmuş, Ağalı kəndində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılmış "Qardaşlar bağı"nın açılışını etmişdir.[48]

1 may 2021-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə başlanıldığı barədə məlumat yayılmışdır.[49] Hava limanında tikinti işlərinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır.[50]

"Ağıllı Kənd" Layihəsi altında bərpa işləri gedən Zəngilanın Ağalı Kəndi

Prezident İlham Əliyev 20 oktyabr 2021-ci ildə "Zəngilan şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır.[51] Prezident həmçinin, Azərbaycan Respublikasının Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası haqqında sərəncam imzalamışdır.[52]

26 oktyabrda Azərbaycan və Türkiyə prezidentləri Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişdir. Səfər zamanı dövlət başçıları Türkiyənin dəstəyi ilə salınması planlaşdırılan "Dost" aqroparkının da təməlini qoyublar.[27][29][53]

Nəqliyyat

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə regionda yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. Bu istiqamətdə görülən işlər çərçivəsində vətəndaşların mərhələli şəkildə həmin ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən işğaldan azad olunmuş ərazilərə avtobus marşrutları açılmışdır.[54]

ŞuşaAğdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci il tarixində istifadəyə verilmişdir. Füzuli istiqamətinə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilmişdir.[54]

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı "www.yolumuzqarabaga.az" portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilmişdir. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.[54]

Mədəni fəaliyyət

Mədəni quruculuq işləri

Şuşada Vaqifin məqbərəsi yenidən qurulmuş, Yuxarı Gövhər AğaSaatlı məscidləri bərpa edilmişdir. Digər təmir-bərpa edilən abidələr Mamayı məscidi, Mehmandarovların evi və məscidi, Şirin su hamamıdır. Çöl QalaAşağı Gövhər ağa məscidlərinin təmir-bərpası davam edir, Üzeyir Hacıbəylinin evi yenidən qurulur. Vaqif və Üzeyirin büstləri yenidən qoyulmuşdur. Şuşa memarlığı üslubunda mehmanxana inşa edilmişdir.[55]

2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində "Dəmir yumruq" abidəsi qoyulmuşdur.[56] Hadrut qəsəbəsində yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.[57][58]

Mərasim və tədbirlərin keçirilməsi

Azərbaycanın Qarabağdakı hərbi kontingenti müharibədən sonrakı ilk Novruz bayramını azad olunmuş torpaqlarda, o cümlədən Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda və digər yerlərdə tonqallar qalamaqla qeyd etmişdir.[59] Azərbaycan Prezidenti İlham Əliyev Şuşada, Cıdır düzündə bayram tonqalını qalamışdır.[60]

2021-ci ilin mayın 12-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki günlük "Xarı Bülbül" beynəlxalq musiqi festivalı keçirilmişdir. Festivalda avar, azərbaycanlı, kürd, ləzgi, rus, talış, tat, tatar, saxur, gürcü musiqiçiləri çıxış etmişdir. Bu 30 ildən sonra Qarabağda keçirilən ilk "Xarı Bülbül" festivalı idi.[61]

2021-ci ilin avqustunda Şuşada Molla Pənah Vaqifin poeziya günləri baş tutmuşdur, bu, Şuşa şəhəri ermənilərin nəzarətində olduğu dövrdə şairin böyük ziyan görmüş məqbərəsinin yenidən açılışına təsadüf etmişdir.[62][63] Sentyabrın 18–24-də Şuşada Üzeyir Hacıbəyov adına XIII Beynəlxalq Musiqi Festivalı keçirilmiş, bu festivalda Azərbaycanın bədii kollektivləri və solistləri ilə yanaşı ABŞ və Polşa musiqiçiləri də çıxış etmişdir.[64] 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin keçirilməsi gözlənilir.[65]

21 dekabr 2023-cü ildə Xankəndi şəhər stadionunda Qarabağ FK ilə MOİK Bakı FK-ın oyunu keçirilmişdir. Bu işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki ilk futbol oyunu olaraq tarixə keçmişdir.[66]

Azərbaycan icmasının məskunlaşdırılması

Azərbaycan məcburi köçkünləri Füzuliyə qayıdır.

2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Qarabağın işğaldan azad edilmiş hissəsinə və Şərqi Zəngəzura azərbaycanlıların geri qaytarılması üçün işlər başladılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində 2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağını və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağını qeyd etmişdir.[67] Əslən Qarabağdan və Şərqi Zəngəzurdan olmayan şəxslərin Qarabağda ev sahibi olması dövlət proqramına aid deyil, özəl şirkətlər vasitəsilə həyata keçirilir.[68]

26 avqust 2022-ci ildə Laçın dəhlizinin köhnə ərazisinin (Laçın şəhəri, Sus və Zabux kəndləri) Azərbaycan nəzarətinə keçməsindən sonra Laçın şəhərinə qayıdış üçün işlər başladılmışdır.[69] 19–20 sentyabr 2023-cü ildə keçirilən Qarabağ əməliyyatından sonra Xankəndi və Xocalı Azərbaycan nəzarətinə keçmiş, bu ərazilərə də azərbaycanlıların qayıdışı üçün işlər başladılmışdır.[70]

Qarabağ iqtisadi rayonu

Azərbaycan Prezidenti İlham Əliyevə görə, minaların təmizlənməsi və infrastrukturun bərpası işlərindən sonra, 2022-ci ildən başlayaraq azərbaycanlıların azad edilmiş ərazilərə geri qayıtması planlaşdırılmışdır.[71] Şuşa üçün hazırlanmış yeni plana görə şəhərin tarixi xarakterinə uyğun şəkildə qurulmuş yaşayıq yerlərində yaşamaq üçün, ilk növbədə simvolik olaraq 2020 nəfər şuşalı geri dönməlidir.[72] Ancaq bu plan icra edilməmiş, 10 may 2024-cü il tarixində 20 ailə olmaqla 88 nəfər Şuşaya köçmüşdür.[73]

16 mart 2023-cü ildə Talış kəndinə 20 məcburi köçkün ailəsi geri qayıtmışdır.[74] 18 avqust 2023-cü ildə Füzuli şəhərinə ilk köç (90 nəfərdən ibarət 25 ailə) baş vermişdir.[75]

Şərqi Zəngəzur iqtisadi rayonu

Zəngilan rayonunun Birinci, İkinciÜçüncü Ağalı kəndlərinin Qarabağ və Şərqi Zəngəzurda məskunlaşılan ilk ərazilər olması planlaşdırılmışdır.[76] Ağalı kənd sakinlərinin ilk qrupu 19 iyul 2022-ci ildə Zəngilana köçürülmüşdür.[77][78] 27 may 2023-cü ildə Laçın şəhərinə ilk köç baş vermiş, 20 laçınlı ailə (97 nəfər) geri qayıtmışdır.[79] 25 avqust 2023-cü ildə Laçının Zabux kəndinə ilk köç baş vermiş, I Qarabağ müharibəsi şəhidinin ailəsi daxil olmaqla 20 ailə (88 nəfərdən ibarət) geri qayıtmışdır.[80]

Xronoloji ardıcıllıq

Yaşayış məntəqəsi Tarix Rayon İqtisadi rayon Müharibə dövründə

daxil olduğu ərazi

Qeyd
Birinci, İkinciÜçüncü Ağalı kəndləri 19.07.22 Zəngilan Şərqi Zəngəzur Dağlıq Qarabağın ətrafında 7 rayon
Talış 16.03.23 Ağdərə Qarabağ Keçmiş DQMV ərazisi
Laçın 27.05.23 Laçın Şərqi Zəngəzur Dağlıq Qarabağın ətrafında 7 rayon, keçmiş Laçın dəhlizi
Füzuli 18.08.23 Füzuli Qarabağ Dağlıq Qarabağın ətrafında 7 rayon
Zabux 25.08.23 Laçın Şərqi Zəngəzur Dağlıq Qarabağın ətrafında 7 rayon, keçmiş Laçın dəhlizi
Şuşa 10.05.24 Şuşa Qarabağ Keçmiş DQMV ərazisi
Sus 10.05.24 Laçın Şərqi Zəngəzur Dağlıq Qarabağın ətrafında 7 rayon, keçmiş Laçın dəhlizi Keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılması təmin edilmişdir.
Kəlbəcər şəhəri və ona birləşdiriləcək Boyaqlı kəndi planlaşdırılır Kəlbəcər Şərqi Zəngəzur Dağlıq Qarabağın ətrafında 7 rayon

Beynəlxalq əlaqələrdə rolu

14 dekabr 2021-ci ildə Azərbaycan və Ermənistanın Brüssel görüşündən sonra bütün mina xəritələrinin Azərbaycana verildiyi qeyd edilmişdir.[81] Azərbaycan tərəfinə görə xəritələrin dəqiqliyi yalnızca 25 faizdir.[82] Türkiyə Azərbaycana 25 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) maşını vermiş, mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçıları Qarabağda mina təmizləmə işlərinə kömək etmişdir.[83] Böyük Britaniya mina təmizlənməsi sahəsində və Böyük Qayıdışın təhlükəsizliyini təmin etmək üçün Azərbaycana maliyyə yardımı ayırmışdır.[84] Bundan başqa, Avropa İttifaqı Azərbaycanın minatəmizləmədə ən böyük tərəfdaşlarından biridir.[85]

Türkiyə, Rusiya, İsrail, İtaliya, Macarıstan və digər ölkələrin şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirak edirlər.[86] Füzuli rayonunda Özbəkistan dövlətinin sərmayəsi ilə məktəb, Qazaxıstan tərəfinin sərmayəsi ilə isə Yaradıcılıq Mərkəzi tikilməsi qərarlaşdırılmışdır.[87] Azərbaycan və Özbəkistan rəsmiləri 23 avqust 2023-cü ildə Füzulidəki Mirzə Uluqbəy adına məktəbin açılışında iştirak ediblər.[88]

Qırğızıstan sərmayəsi ilə Ağdamın Xıdır kəndində orta məktəb tikiləcəyi elan edilmişdir.[89] Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak etmək istədiyini bəyan etmişdir.[90] Türkiyə Şuşada qurduğu seysmoloji stansiyasını Azərbaycana hədiyyə etmişdir.[91]

Həmçinin bax

İstinadlar

  1. "Qarabağ yenidən xoşbəxtlik və firavanlıq diyarına çevriləcək – Böyük Qayıdış". İki Sahil (az.). 28 aprel 2021. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2021.
  2. Abbaslı, Cavanşir. "Qarabağa Böyük Qayıdış: proses necə gedir – açıqlama". Musavat (az.). 9 sentyabr 2021. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2021.
  3. "Qarabağa "Böyük Qayıdış": Necə və nə vaxt reallaşacaq? - ANALİZ". Sia.az (az.). 16avqust 2021. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2021.
  4. "أذربيجان تطلق حملة لإعادة إعمار مدنها المحررة (فيديو)". mubasher.aljazeera.net (ərəb). Əl-Cəzirə. 9 fevral 2021. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2021.
  5. "The story of FK Qarabag: How a team born from war now prepares to host Chelsea in the Champions League". Independent.co.uk. 22 November 2017. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  6. Musayelyan, Lusine. "Life Among Ruins of Caucasus' Hiroshima". Institute for War and Peace Reporting. 2011-04-26. 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  7. Giuseppe, Didonna. "Viaggio ad Agdam, la più grande città fantasma del mondo". Agenzia Giornalistica Italia (italyan). 2021-03-28. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  8. "Conflit au Haut-Karabakh : Agdam, ville fantôme reprise par l'Azerbaïdjan". France24 (fransız). 2020-11-28. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  9. 1 2 Manenkov, Kostya. "Azerbaijani leader hails handover of region ceded by Armenia". Associated Press. 20 November 2020. 7 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2020.
  10. "Caucasus City Falls to Armenian Forces". The New York Times. 24 August 1993. 21 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2021. In July, Armenian forces forced out the defenders of Agdam, Azerbaijan.
  11. "Azeris return to their ruined old homes". The Economist. 16 December 2020. 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  12. "'I don't even know if my home still exists.'". National Geographic. 5 February 2021. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  13. حولته أرمينيا إلى حظيرة لتربية البهائم .. رئيس أذربيجان في حضرة مسجد أغدام المحتل بعد تحريره وتنظيفه [Armenia has turned a mosque in the historic city of Aghdam into a barn for breeding animals.. The President of Azerbaijan visited the mosque after its liberation and cleansing] (video) (ərəb). Attessia TV. 2020-11-25. 2021-12-20 tarixində arxivləşdirilib.
  14. "Կրոնական ազատությունների մասին միջազգային զեկույց 2020. Հայաստան" (PDF). Embassy of the United States in Armenia. 2021-05-12. 2021-07-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-21.
  15. "Azerbaijanis celebrate Karabakh deal". aa.com.tr. Anadolu Agency. 10 November 2020. 15 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2021.
  16. "Azerbaijan Army Enters Agdam As Armenians Flee". RadioFreeEurope/RadioLiberty (ingilis). 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  17. Stojkovski, Bojan. "Smart cities: How technology is helping to rebuild war-torn regions". ZDNet. 2021-09-21. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  18. Sajid, Islamuddin. "Decades-long Armenian occupation wreaked havoc in Karabakh" (ingilis). Anadolu Agency. 2021-11-08. 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  19. "Victory Museum and Open Air Occupation Museum to be created in Aghdam" (ingilis). Azerbaijan State News Agency. 2021-05-29. 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  20. "Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanılıb" (az.). APA. 2021-05-26. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  21. "President Ilham Aliyev attended ceremony to lay foundation stone for restoration of Aghdam city, met with members of general public" (ingilis). APA. 2021-05-31. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  22. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar". president.az (az.). 2020-11-16. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  23. "Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi icra olunur" (az.). State Agency of Azerbaijan Automobile Roads. 2020-11-24. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-14.
  24. "Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub" (az.). APA. 2021-01-15. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  25. "Ильхам Алиев заложил фундамент дороги Физули-Шуша и аэропорта в Физулинском районе, совершил поездку в город Шуша". president.az (rus). 2021-01-14. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  26. "Azerbaijan opens new international airport in Karabakh". airport-technology.com (ingilis). 2021-10-27. 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-14.
  27. 1 2 Zafer Fatih Beyaz, Mehmet Tosun. "Presidentes de Turquía y Azerbaiyán inauguran el Aeropuerto Internacional de Fuzuli". aa.com.tr (ispan). Anadolu Agency. 2021-10-26. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-14.
  28. "أردوغان وعلييف يفتتحان مطار فيزولي في قره باغ". jordanzad.com (ərəb). 2021-10-27. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-14.
  29. 1 2 Արմեն Քոլոյան. "Ֆիզուլիում Ալիևի և Էրդողանի մասնակցությամբ տեղի ունեցավ նորակառույց օդանավակայանի բացումը". azatutyun.am (erməni). 2021-10-26. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  30. "Azerbaiyán dice haber recuperado Shusha, ciudad clave en el conflicto de Nagorno Karabaj". france24.com (ispan). France 24. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  31. "Despite absence of highway from Fizuli, reconstruction of Shusha begins". Caucasian Knot. 2020-12-27. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  32. "Construction of five-star hotel in Shusha announced". Caucasian Knot. 2021-01-03. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  33. "Work begins on restoration of Shusha fortress". vestnikkavkaza.net. 2021-02-12. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  34. "Azərbaycan XİN: 'Qazançı kilsəsi bərpa edilir'". azadliq.org (az.). 2021-05-04. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  35. "Azerbaijan begins controversial renovation of Armenian church" (az.). Eurasianet. 2021-05-04. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  36. "Şuşada üç məscid bərpa olunur". aztv.az (az.). 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  37. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb". medeniyyet.az (az.). 2021-06-23. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  38. "Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub" (az.). Report. 2021-08-29. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  39. "Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub" (az.). APA. 2021-08-29. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  40. "Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışı baş tutub" (az.). APA. 2021-08-29. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  41. "Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə başlanılıb" (az.). APA. 2021-07-23. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  42. "Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir". report.az (az.). 2021-10-06. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  43. "Azərbaycan Prezidenti Kəlbəcər-Laçın avtomobil yolu üzərində tunelin təməlini qoyub" (az.). APA. 2021-08-17. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  44. "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar". milli.az (az.). 2021-08-16. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  45. "Azerbaiyán salva la ciudad de Zengilan de la ocupación armenia" (ispan). TRT. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  46. "Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu". adyexpress.az. 2021-02-15. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  47. "Israel construirá una granja de búfalos en Zangilán" (ispan). Azerbaijan State News Agency. 2021-04-28. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  48. "Zəngilanda Azərbaycan-Türkiyə "Qardaşlıq Bağı" salınıb". report.az (az.). 2021-03-18. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15./
  49. "Construction of Zangilan Airport kicks off – AZAL". azernews.az (ingilis). 2021-05-01. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15./
  50. "La construcción del aeropuerto internacional de Zangilán finalizará el próximo año" (ispan). Azerbaijan State News Agency. 2021-10-22. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  51. "Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir". report.az (az.). 2021-10-20. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  52. "Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir". report.az (az.). 2021-10-20. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  53. "Էրդողանն ու Ալիևը բացեցին Ֆիզուլիի միջազգային օդանավակայանը" (erməni). CivilNet. 2021-10-26. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  54. 1 2 3 "Arxivlənmiş surət". 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.
  55. "İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - YENİLƏNİB VİDEO" (az.). 10.05.2024. İstifadə tarixi: 2024-05-01.
  56. "Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-26.
  57. "Hadrutda "Dəmir yumruq" abidəsi ucaldılıb". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-26.
  58. "Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı — FOTOLAR". 2021-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-26.
  59. "Bir başqa Novruz – Qarabağda tonqallar var". musavat.com (az.). 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  60. "Azərbaycan Prezidenti Novruz müraciətində Qarabağa dair bərpa planlarını açıqlayıb". bbc.com (az.). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  61. "Фестиваль "Хары-бюльбюль" вернулся в Шушу спустя 30 лет". vestikavkaza.ru (rus). 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  62. "Завершились Дни поэзии Вагифа в городе Шуша". Trend (rus). 2021-08-31. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-25.
  63. "President Aliyev declares Shusha cultural capital of Azerbaijan". JAM News (rus). 2021-05-09. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
  64. "Состоялась церемония торжественного открытия XIII Международного музыкального фестиваля Узеира Гаджибейли". АЗЕРТАДЖ (rus). 2021-09-18. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-25.
  65. "Əsasını Pənahəli xanın qoyduğu Şuşa şəhərinin bu il 270 illiyi qeyd olunacaq". sputnik.az (az.). 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  66. "Khankendi Stadium is ready to host Azerbaijan Football Cup game (VIDEO)". trend.az. 17 December 2023. 18 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2024.
  67. qafqazinfo.az. "Bu tarixdə 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq" (az.). 14.02.2024. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  68. "«Qarabağda yaşamaq istəyənlər üçün evlər tikirik, bağ evi əldə etmək istəyən üçün yox»" (az.). fed.az. 11 Yan 2024. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  69. "Laçın şəhərinə qayıdışa hazırlıq başlanacaq" (az.). Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi. 17 Avqust 2022. 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  70. "Xocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanılıb - Fotolar" (az.). qafqazinfo.az. 02.10.2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  71. "Azerbaijan to begin returning Nagorno-Karabakh refugees in 2022". alarabiya.net (ingilis). 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  72. "Azerbaijan plans for resettlement in Shusha". eurasianet.org (ingilis). 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  73. "Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNİB-2 VİDEO" (az.). Azertac. 10.05.2024. İstifadə tarixi: 2024-05-01.
  74. "Talış kəndinə ilk köç (FOTO)" (az.). Trend. 16 mart 2023. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  75. "Füzuli şəhərinə yola salınmış ilk köç mənzil başına çatıb – YENİLƏNİB-1 – FOTO – VİDEO". apa.az. 18 avqust 2023. 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-07.
  76. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi – XƏBƏRLƏR » Tədbirlər". president.az (az.). 2021-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  77. "Ağalı sakinləri bu tarixdə Zəngilana qayıdır – RƏSMİ". modern.az (az.). 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  78. "First Azerbaijani IDPs return after 29 years in exile". oc-media.org (az.). 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-23.
  79. "Laçına ilk köç başladı – VİDEO – FOTOLAR" (az.). fed.az. 27 may 2023. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  80. "Laçının Zabux kəndinə ilk köç yola salınıb – YENİLƏNİB – FOTO". apa.az. 25 avqust 2023. 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-07.
  81. "Statement of President Charles Michel following the trilateral meeting with President Ilham Aliyev and Prime Minister Nikol Pashinyan". www.consilium.europa.eu (ingilis). 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
  82. "President Ilham Aliyev: The accuracy of the maps provided by Armenia at the latest stage is only 25 percent" (ingilis). AZERTAC. 14 August 2021. 22 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2021.
  83. "Mina nədir, necə təmizlənir, Qarabağın minalardan təmizlənməsi nə qədər çəkə bilər?" (az.). BBC Azeri. 11 Yanvar 2022. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  84. "United Kingdom contributes additional funds to Azerbaijan's demining efforts". turkic.world. 8 August 2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  85. Pərvanə Bayramova. "Peter Mixalko: Avropa İttifaqı minatəmizləmə sahəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir" (az.). amerikaninsesi.org. May 02, 2024. İstifadə tarixi: 2024-05-01.
  86. "Xarici şirkətlər Qarabağda tikinti işlərinə başlayır - hansı ölkələr iştirak edəcək..." (az.). musavat.com. 14.09.2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  87. "Özbəkistan və Qazaxıstan Qarabağın bərpasına sərmayə qoyacaq" (az.). koordinat.az. 11.11.2022. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  88. "Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin - AÇILIŞI OLDU - FOTOLAR" (az.). fed.az. 23 Avq 2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  89. "Qırğızıstan Ağdamda orta məktəb tikəcək" (az.). apa.az. 09 aprel 2024. İstifadə tarixi: 2024-05-01.
  90. "Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak edəcək". 2 May 2024. İstifadə tarixi: 2024-05-01.
  91. "Türkiyə Şuşada qurduğu seysmoloji stansiyanı Azərbaycana hədiyyə edib" (az.). poliqon.info. 10.05.2024. İstifadə tarixi: 2024-05-01.