Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri: Redaktələr arasındakı fərq
Sətir 249: | Sətir 249: | ||
[[Fuad Köprülü]]yə görə, monqol işğalları nəticəsində şərqdən qərbə (Azərbaycana və Şərqi Anadoluya) gələn yeni türk-oğuz kütlələri daha əvvəl, Səlcuqlular dövründə burada məskunlaşan oğuzların (türkmanların/türkmənlərin) dilinə yeni elementlər əlavə etmişdir. Beləliklə, onlar müəyyən dərəcədə türk köçkünlərinin ilk nəsilləri mühitində tədricən yoxa çıxan və unudulan etnik, dil və ədəbi ənənələrin yeni sıçrayışına töhfə vermişdilər.{{sfn|Mustafayev|2013|pp=344}} |
[[Fuad Köprülü]]yə görə, monqol işğalları nəticəsində şərqdən qərbə (Azərbaycana və Şərqi Anadoluya) gələn yeni türk-oğuz kütlələri daha əvvəl, Səlcuqlular dövründə burada məskunlaşan oğuzların (türkmanların/türkmənlərin) dilinə yeni elementlər əlavə etmişdir. Beləliklə, onlar müəyyən dərəcədə türk köçkünlərinin ilk nəsilləri mühitində tədricən yoxa çıxan və unudulan etnik, dil və ədəbi ənənələrin yeni sıçrayışına töhfə vermişdilər.{{sfn|Mustafayev|2013|pp=344}} |
||
Osmanlı alimi [[Katib Çələbi]]yə görə, Elxani dövrü alimi Hinduşah Naxçıvani türk-fars lüğəti olan "Sihah əl-Əcəm"i ("Əcəmin etibarlısı", "mötəbəri") yazmışdır.<ref>{{Cite journal |last=Akimushkin |first=O.F. |date=1997 |title=On the Date of al-Sihah al-‘Ajamiyya's Composition |url=https://manuscripta-orientalia.kunstkamera.ru/files/mo/1997/02/akimushkin.pdf |journal=Manuscripta Orientalia |volume=3 |issue=2 |pages=31–32}}</ref> 1982-ci ildə İranda Qulamhüseyn Biqdili "Sihah əl-Əcəm" adı ilə fars-Azərbaycan türkcəsi lüğəti nəşr etdirmiş və lüğətin müəllifi kimi Hinduşah göstərilmişdir. Bundan sonra Hinduşahın müəllifliyi müzakirə mövzusu olmuşdur.<ref name=":0">{{Cite journal |last=Durand-Guédy |first=David |date=2023-10-06 |title=The Loyal Scholar. Hindūšāh, Naḫjawān and the Juwaynīs |url=https://brill.com/view/journals/eurs/20/2/article-p88_2.xml |journal=Eurasian Studies |volume=20 |issue=2 |pages=88–146 |doi=10.1163/24685623-20220129 |issn=1722-0750}}</ref |
|||
[[Azərbaycan dilinin formalarının siyahısı|Azərbaycan dilinin bütün formaların]]da monqol dilindən alınma sözlər mövcuddur: yekə, qadağan, darğa, qayçı, nöqtə, hündür, keşik. Bu alınma sözlər ümumi [[Elxanilər dövləti|Elxani irsi]]ni (1256–1335) təmsil edir. Azərbaycan türkcəsindən fərqli olaraq Anadolu türkcəsində monqol dilindən alınmış belə alınma sözlərə rast gəlinmir. Ortaq monqol söz dağarcığı ([[leksikon]]) oğuz dillərinin təsnifatı üçün sərhədlərin ([[izoqloss]]) müəyyən edilməsində vacib rol oynayır.<ref>Elisabetta Ragagnin. 28 Dec 2021, Azeri from: The Turkic Languages Routledge. Accessed on: 04 Nov 2023 https://www.routledgehandbooks.com/doi/10.4324/9781003243809-17 {{Vebarxiv|url=https://web.archive.org/web/20231104093342/https://www.routledgehandbooks.com/doi/10.4324/9781003243809-17 |date=2023-11-04 }}</ref> Digər bir mənbəyə görə isə, İranda danışılan oğuz dili formaları Azərbaycan və Anadolu dialektləri ilə, monqol Elxani irsini təmsil edən monqol elementlərinin özünəməxsus dəstini bölüşür. Məs. yekə (böyük), daruğa və ya darğa (gecə patrulu, gözətçi).<ref>Ragagnin, Elisabetta. (2020). Major and Minor Turkic Language Islands in Iran with a Special Focus on Khalaj. Iranian Studies. 53. 1-16. 10.1080/00210862.2020.1740881. page 575.</ref> |
[[Azərbaycan dilinin formalarının siyahısı|Azərbaycan dilinin bütün formaların]]da monqol dilindən alınma sözlər mövcuddur: yekə, qadağan, darğa, qayçı, nöqtə, hündür, keşik. Bu alınma sözlər ümumi [[Elxanilər dövləti|Elxani irsi]]ni (1256–1335) təmsil edir. Azərbaycan türkcəsindən fərqli olaraq Anadolu türkcəsində monqol dilindən alınmış belə alınma sözlərə rast gəlinmir. Ortaq monqol söz dağarcığı ([[leksikon]]) oğuz dillərinin təsnifatı üçün sərhədlərin ([[izoqloss]]) müəyyən edilməsində vacib rol oynayır.<ref>Elisabetta Ragagnin. 28 Dec 2021, Azeri from: The Turkic Languages Routledge. Accessed on: 04 Nov 2023 https://www.routledgehandbooks.com/doi/10.4324/9781003243809-17 {{Vebarxiv|url=https://web.archive.org/web/20231104093342/https://www.routledgehandbooks.com/doi/10.4324/9781003243809-17 |date=2023-11-04 }}</ref> Digər bir mənbəyə görə isə, İranda danışılan oğuz dili formaları Azərbaycan və Anadolu dialektləri ilə, monqol Elxani irsini təmsil edən monqol elementlərinin özünəməxsus dəstini bölüşür. Məs. yekə (böyük), daruğa və ya darğa (gecə patrulu, gözətçi).<ref>Ragagnin, Elisabetta. (2020). Major and Minor Turkic Language Islands in Iran with a Special Focus on Khalaj. Iranian Studies. 53. 1-16. 10.1080/00210862.2020.1740881. page 575.</ref> |
08:30, 25 aprel 2024 tarixinə olan versiya
Azərbaycan mədəniyyətinin tarixi |
---|
Azərbaycan–monqol mədəni əlaqələri (az.-əski. آزربایجان–مونقول مدنی الاقلری, monq. ᠠᠽᠧᠪᠠᠢᠵᠢᠶᠠᠩ ᠮᠣᠩᠭᠤᠯ ᠰᠣᠶᠣᠯ ᠤᠨ ᠬᠠᠷᠢᠴᠠᠭᠠ) — monqolların XIII əsrdə hal-hazırda azərbaycanlıların yaşadığı əraziləri işğal etməsi ilə başlayan əlaqə. Elxanilər dövründə türk və monqol tayfalarının bölgəyə köçü Azərbaycan xalqının formalaşmasında vacib rol oynamışdır. Vaxt keçdikcə, bölgəyə köçmüş monqollar İslam dinini qəbul etmiş və türkləşmişdir. Bu dövrdə Azərbaycan dili İbn Mühənna lüğətində "Bizim ölkəmizin türk dili" olaraq adlandırılmış, bu dildə yazılı ədəbi nümunələr yaradılmışdır. Cəlairilər sultanlığı dövründə yazılmış əsərlər Azərbaycan dilinin ədəbi dil kimi istifadəsini, türk dilinin musiqi məclislərindəki rolunu göstərir.
Elxanilərin dövründə şamanizm adətlərinin güclənməsi baş vermiş, qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Bu dövrdə inkişaf edən Azərbaycan türk sufizmi Konya Səlcuqlarının qəlbinə yol tapmış, Krım ətrafında zaviyələr yaradılmışdır. Dövrün digər xarakterik bir ünsürü İran və Azərbaycanda uzun müddət davam edəcək şiələşmə prosesinin başlaması, daha sonra qurulacaq Qaraqoyunlular və Səfəvilər kimi türkmən-şiə dövlətlərin bazasının yaradılmasıdır.
Qazan xan və Olcaytu xanın dövrünün qərarları ilə Çingiz xanın qanunları (Yasa) İslam şəriət qaydaları ilə birlikdə istifadə edilmiş, Qaraqoyunlu və Ağqoyunlular dövründə Azərbaycan türkləri Yasanı öz milli qanunları sayıb ona sadiq qalmışdır. Elxanilər on iki heyvanlı təqvimin uyğur variantını tətbiq etmiş, təqvim Qacarların süqutuna qədər istifadə edilmişdir. Müasir Azərbaycan ərazisində monqol dövründən qalmış toponimlər mövcuddur. Arran tarixi ərazisinin cənubunu adlandırmaq üçün istifadə edilən Qarabağ toponimi bu dövrdə ortaya çıxmışdır. Monqol dilindən alınma sözlər Azərbaycan dilinin dialektlərindən başqa Şərqi Anadolunun Azərbaycan dialekt mühitinə aid edilən ərazilərində də müşahidə edilir.
Tarixi-mədəni mühit
Monqol işğalları nəticəsində müasir Azərbaycan (Arran və Şirvan) şəhərləri Beyləqan, Gəncə, Bərdə, Şəmkir, Şabran, həmçinin İran Azərbaycanı şəhərləri Zəncan, Qəzvin, Marağa, Ərdəbil dağıntılara məruz qalmışdır. 1236-cı ildə Cənubi Qafqaz artıq Ögedey xanın dövlətinə daxil idi.[2] Bölgədə 1256–1335-ci illərdə Elxanilər (Hülakülər) dövləti, 1335–1337-ci illərdə sulduz tayfasından olan Çobanilər mövcud olmuşdur.[3] Daha sonra hakimiyyətə Cəlairilər (1388-ci ilə qədər) və Teymurilər gəlmişdir.[4] Elxanilər dövründə siyasi rəhbərlik rolu monqol və türk zadəganlarına məxsus idi. Yerli İran zadəganlığının bir hissəsi məhv edilmiş, torpaqları ya dövlətə, ya da monqol zadəganlarına keçmişdir. Elxanilər köçəri həyat tərzini tərk etməmişdir.[5]
Monqol xaqanlığının parçalandığı dövlətlərdə türk və monqol elementlərinin rahat birləşməsinin səbəbi ümumi köçəri irsi və Mərkəzi Asiyada min illik simbiozis idi. Bəzi vaxtlarda türk əhalisi və hərbi qüvvəti monqol elementini üstələyirdi. Elxanilər idarə etdikləri ərazilərdə qərb türkcəsinin (oğuzca) danışılmasına baxmayaraq şərq türkcəsini rəsmi olaraq istifadə etmişdir. Səlcuqlar rəsmi sənədlərdə ərəbcə və farsca istifadə etdikləri üçün İranda türk dilinin ilk dəfə rəsmi sənədlərdə istifadə edilməsi monqollarla bağlı olmuşdur.[6] Təəccüblü deyil ki, islamı qəbul etdikdən sonra monqolların əksəriyyəti farslara deyil, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya olunublar. Monqollardan sayca çox olan və müsəlman olan türkmənlər ortaq köçəri həyat tərzinə görə monqolları tez bir zamanda öz içlərində itirdilər. Əslində monqolların islamlaşması türkləşmənin cəhətlərindən biri idi.[6]
Hülakü xanın vəziri Nəsirəddin Tusi türk və monqol dili və yazısına, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddinin və oğullarının danışıq dili türk dili idi. O, monqol dilini də mükəmməl bilmişdir. Əsərləri müasir dövrə ərəb və fars dilində çatsa da, türk və monqol dillərində yazmağı da bilmiş, türk adət və ənənələrini mənimsəmişdir. Rəşidəddin və oğlu Qiyasəddinin qızları türk dilində "xatun" ləqəbi daşımış, Rəşidəddinin nəvələrindən biri Artuq adlandırılmışdır.[7]
Buddizmin Azərbaycan və İranda monqol hakimiyyəti altında qısa müddət ərzində mövcudluğu, iki əsrə yaxın müddətdə uyğur əlifbasının dövlət səviyyəsində tətbiqi və yayılması, Çin rəssamlıq ənənələrinin region müsəlmanları və xristianlarının bədii və tətbiqi yaradıcılığına nüfuz etməsi bütövlükdə Azərbaycanda və Cənubi Qafqazda daha plüralist mədəniyyətin formalaşmasına öz töhfəsini vermişdir.[8]
Azərbaycan xalqının formalaşması
Monqol işğalları Azərbaycan və Cənubi Qafqazın etnik tərkibinə təsir etmişdir. Fars coğrafi əsəri "Əcaib əd-dünya"ya və Nəsəvinin salnaməsinə görə, monqol işğalı ərəfəsində Arran və Muğan düzlüklərində əsas etnik element türklər idi. Şirvan, Dərbənd ərazilərində irandillilərin və qafqazdillilərin də böyük rol oynadığı qarışıq etnik tərkib mövcud idi. Qarabağın dağlıq hissəsində, xüsusilə Xaçın knyazlığında xristian əhali üstünlük təşkil edirdi.[9]
Etnik tərkibin dəyişməsində əsas iki amil yerli əhalinin məhv edilməsi və ya köçürülməsi, daha sonra isə qalib tərəf olan monqol və türklərin bölgəyə yerləşdirilməsidir. Məsələn, Arran və Şirvanın ilk Elxani idarəçisi olan Şahzadə Yoşmut burada öz rəiyyəti ilə məskunlaşmışdır.[9] Türk milli kimliyi və mədəniyyəti Elxanilər dövründə və Elxaniləri əvəz edib, ənənələrini yaşadan dövlətlərin dövründə çiçəklənmişdir.[10] Azərbaycanın türkləşməsi Çingiz xan və sələflərinin hələ də mövcud olan izləri arasında ən aydın məsələlərdən biridir.[11]
Monqolların dövründə Azərbaycanın türkləşməsi ilə eyni zamanda, burada yaşayan monqolların da türkləşməsi prosesi baş vermişdir, ikinci proses birinci prosesə müsbət təsir etmişdir.[12] Türklüyü və müsəlmanlığı qəbul edən monqollar türk dilində danışan, ancaq monqol tarixi yaddaşına malik bir qrup olmuş, İran Azərbaycanında və Şərqi Anadoluda köçəri həyatını davam etdirmişdir. Türk-monqol köçəriləri köçəri həyatın vacib funksiyası olan hərbi xüsusiyyətləri itirməmişdir.[13] Qızıl Orda, Elxanilər və Çağatay xaqanlığının monqollarının türkləşməsinin səbəblərindən biri türklərin sayca monqollardan çox olmaqlarıdır.[14]
Türk-monqol tayfalarının yerləşdirilməsi siyasəti
XI əsrdə Səlcuq türklərinin bölgəni zəbt etməsi və sonrakı əsrlərdə türk xalqlarının, o cümlədən XIII əsrdə monqol istilaları dövründə köç axını hal-hazırda azərbaycanlıların yaşadığı ərazidə türkləşməyə səbəb olmuşdur. Monqol qoşunlarını təşkil edən tayfaların, eləcə də monqol istilaları nəticəsində köç etməyə məcbur olanların əksəriyyəti türklər idi.[16] Əhməd Zəki Vəlidi Toğan ilkin mənbələrə əsasən Azərbaycana gələn türk-monqol tayfalarının sayını 2 milyon nəfər olaraq qiymətləndirir.[17] Buna baxmayaraq, azərbaycanlıların fiziologiyasının monqol irqi ilə əlaqəli olmadığı düşünülür.[18]
Brokhauz və Efronun ensiklopedik lüğəti Azərbaycan türklərinin əcdadları arasında Elxani hökmdarı Hülakü xanın (XIII əsr) türk-monqol ordusunu qeyd edir.[19] Beşinci monqol ulusu Elxanilərin ordusunun böyük bir hissəsini türklər təşkil edirdi.[20] Hülakü və onun oğlu Abaqa xanın dövrünün siyasəti üçün türk və monqol kütlələrinin dağınıq şəkildə yaylaqlarda yerləşdirilməsi yerinə, Azərbaycan, İraqın şimalı və Anadoluda planlı şəkildə müəyyən məntəqələrə köçürülməsi, Azərbaycan türklüyünün sağlam milli ünsür olaraq təşəkkülünün təmin edilməsi, yerli müsəlman oğuz köçərilərinə xan və hökmdar olaraq təqdim edilmələri xarakterikdir.[21] İran Azərbaycanının tədricən türkləşməsində Elxanilərin aparıcı hərbi liderlərə torpaq payı (iqta, soyurqal) vermə siyasəti, xanların özünün və ətrafının, daha sonra Cəlayirilərdən başlayaraq türkmən ardıcıllarının, həmçinin Əmir Teymurla birlikdə Mərkəzi Asiyadan gələn köçərilərin üstünlük verilən, bu dağlıq otlaq ərazilərdə olması rol oynamışdır.[22]
Elxanilər dövründə tat-tacik qruplara qarşı monqolların göstərdiyi diskriminasiya, Fərat çayından kanalların açılması tatların Azərbaycan və İraq-i Əcəmdən (Sultanabad) İraqa köç etməsinə səbəb olmuşdur. Qalanlar isə monqollarla birlikdə türkləşmiş, İran Azərbaycanında Azərbaycan dili hakim olmuşdur. Türklərin Azərbaycanda yerləşməsinin əsas səbəbi bu ölkədə otlaq, bağ-bağçaların çox olması, mal-qara bəsləmək üçün uyğun və əlverişli şəraitin olmasıdır.[23] Nəticə olaraq, Azərbaycan və İraq-i Əcəm ərazisi 2 milyon köçəri üçün yaylaq və qışlaq olmuşdur.[24]
Monqollar dövründə türkləşmə Cənubi və Şimali Azərbaycanda aydın şəkildə müşahidə edilir. Həmdullah Qəzvini buradakı türk qəsəbələrini qeyd edir, İbn Bətutə da Təbriz türklərinin əhəmiyyətindən danışır. Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadığı Muğan düzünə Qazan xan dövründə bir sıra türk və monqol tayfaları köçürülmüşdür. Bu tayfalardan qalanlara Adam Oleari XVII əsrdə rast gəlmişdir. Bundan başqa Şirazda və Qəzvində də şəhər içində türk və monqollar çoxluq təşkil edirdi. Nizari əsərində Arran bölgəsinin türklərin ordusu (Elxani döyüşçüləri) ilə aşıb-daşdığını qeyd edir.[9][15] Elxanilərdən sonra Cəlairilər, Teymurilər, Qaraqoyunlular və Ağqoyunlular dövründə monqollar türkləşmiş, türk əhalisi İraq, Şimali və Cənubi Azərbaycanda artmışdır.[15]
Zəkəriyyə Qəzvini monqollardan əvvəl ərazidə yaşamış türklərin bölgədən çıxarıldığını yazsa da, Şeyx Səfiəddin Ərdəbilinin mənaqibində başa düşülür ki, ölkədəki türkmənlər və kürdlər əvvəlki yerlərində qalıblar. Hər halda əvvəldən burada yaşamış türklər (Səlcuq türkləri) yaxşı əraziləri monqollara və şərq türklərinə verib, ölkənin başqa yerlərinə çəkiliblər.[25]
Tayfaların məskunlaşma bölgələri
Monqollar bölgəyə yürüş edərkən qıpçaqları döyüşməməyə və alanlara kömək etməməyə çağırmışdır. Səbəb olaraq da qıpçaqların alanlarla etnik baxımdan yaxın olmaması və dinlərinin oxşar olmaması göstərilmişdir. Ancaq daha sonra monqollar qıpçaqların torpaqlarını da ələ keçirdilər. Qıpçaqlar Şirvan və Arrana, həmçinin Qəbələyə getməyə məcbur oldu.[26]
Türklərin çox yaşadığı yerlərdə (Türküstan, Dəşt-i Qıpçaq və Azərbaycanda) hakimiyyət quran monqollar Onaqan-Boqol sistemi (təbəə olan türk el və boylarının monqol qəbilələri arasında bölüşdürülməsi) ilə türk tayfalarını özlərinə birləşdirmişdir.[14] Keçmişdə olduğu kimi (Səlcuqlar dövrü) Elxanilər sülaləsi dövründə də türk və monqolların yurd tutma və məskunlaşmasında Şimali Azərbaycan birinci yerdə olmuşdur. İran Azərbaycanında, xüsusilə Marağa, Xoy və Urmiyə gölü ətrafında, Əcəm İraqı bölgəsində isə Qəzvin-Zəncan arasında qurulan Sultaniyyə şəhəri ilə ətrafında, qismən də Rey bölgəsində yurd tutma və məskunlaşma olmuşdur.[12]
Monqol dövründə Xalxalda qacarlar, Marağada Elxanilərdən turqaylar, Ərdəbildə qıpçaqlar və oyratlar, Xoyda ivalar (yıvalar), Ərdəbil-Gilan arasındakı Qızıl Özəndə imirlər (amarlu) yaşamışdır. Teymurilərin işğalından sonra da Elxanilərin bir hissəsi Marağada yaşamağa davam edirdi. Həmədan ətrafında və şəhərdə qaraqoyunlular, xüsusilə, baharlu qolu vacib bir türk sıxlığı əmələ gətirirdi.[15] Cavanşirlər, ağqoyunlular və qaraqoyunluların əsas kütlələri Elxanilər dövründə Türküstandan Anadolu və Azərbaycana gəlmişdir.[27] Muğan və Arranda yaşayan türkmənlər arasında mal-qara sayına görə ən qabaqda olan tayfa, Cəlairilər dövründə yaşadığı məlum olan Çobanlı tayfasıdır.[28]
Tədqiqatçılara görə XIII–XIV əsrlərdə Azərbaycan ərazisində 20 böyük monqol tayfası məskunlaşmışdır. Bunların içində sulduz və cəlayir vacib yer tutur.[9] Şəki və Şamaxı bölgəsinə türk-monqol qəbiləsi olan oyratlar yerləşmişdir, hansı ki öz dövründə Kür hövzəsində ən güclü və sayca çox olan qəbilə idi.[29] Lənkəran, Neftçala ve Lerik bölgələrinə yerləşmiş Oyrat, Qaraqalı, Xarxatan, Gəgir, Orand ve Lələdulan tayfalarının məskunlaşması səbəbi bu bölgələrin Monqolustana bənzəməsi ola bilər.[30]
Elxani və Qızıl Orda sərhədi olan Şəki və Qax ərazilərinə Küncüt, Cunud, Baydarlı, Tanqıt tayfalarının yerləşdirilməsinin səbəbi olaraq ehtimal edilir ki, bu tayfalar öz döyüşkənlikləri ilə sərhədi, Qızıl Ordaya qarşı qorumalı idilər.[30] Ümumiyyətlə, Azərbaycanın şimal-qərb zonası xristian və müsəlman dünyalarının kəsişdiyi yerdə olduğu üçün orta əsrlərdə mövcud olmuş türk dövlətləri üçün əhəmiyyət kəsb etmişdir.[31] Zaqatala dairəsində araşdırmalar edən Mirabbas Mirbağırzadə "muğal" adlandırılan türk kəndlərini nəzərə alaraq monqolların həqiqi sayını müəyyən etməyin mümkünsüz olduğunu bildirmişdir, yalnızca Cəlair və Tanqıt kəndlərini həqiqi, qədim monqol adlandırmışdır.[32]
Bayatlar Azərbaycana XIII əsrdə monqol işğalçıları ilə birlikdə gəlmişdilər.[33][34] Padar tayfası isə Elxanilər dövründə Azərbaycanda yerləşdirilmişdir. Adlarının mənşəyi ilə bağlı fikirlərdən birinə görə, "padar" adı Çığatay xanın oğlu Baydarın adının fonetik təhrifidir.[35]
Qacarların mənşəyi haqqında onların XIII əsrdə İrana, daha sonra da Cənubi Qafqaza gəldiyi,[36] Hülakü xanın ordusundakı türk tayfalarından birinin də qacarlar olduğu nəzəriyyəsi mövcuddur.[37] İranda hakimiyyətə gələn Qacar sülaləsi mənşələrini monqol dövrünə aparan hekayəni qəbul etmişdir.[38] Qacarların adının monqol başçısı Qacar Noyandan gəldiyi haqqında əfsanə vardır.[39] Mirzə Həsən Zonuzi Xoyiyə görə qacarların mənşəri Türküstan monqollarıdır.[40] Ancaq digər mənbələr qacarların monqollardan yox, xəzərlərdən gəldiyini,[41] xəzərlərin yaxın qohumu olduğunu fikirləşir.[42]
Ərazi | Tayfa | Mənşə | Daxilində olduğu tayfa |
---|---|---|---|
Xalxal | Qacarlar | türk | |
Marağa | Turqaylar | ||
Ərdəbil | Qıpçaqlar və Oyratlar | türk və monqol | |
Xoyda | İvalar (Yivələr) | türk | |
Qızıl Özən | İmirli | ||
Həmədan | Qaraqoyunlular (baharlular) | türk | |
Anadolu və Azərbaycan | Cavanşirlər, ağqoyunlular və qaraqoyunlular | türk | |
Şəki və Şamaxı | Oyrat | monqol | Cəlayır eli |
Qax | Baydarlı, Tanqıt [30] | monqol | |
Aşağı və Baş Küngüt, Künkütçay | Kingli[30] | monqol | |
Cunud | Sunnit[30] | monqol | |
Lənkəran, Neftçala ve Lerik | Oyrat, Qaraqaşlı, Xarxatan, Orand [30] | ||
Köhnə Gəgir və Gəgiran | Kikir[30] | ||
Sumqayıt, Corat və Ələt | Suqaut, Corat və Ələt[30] | monqol | |
Aşağı Bucaq | Bucaq[30] | monqol | Noqay |
Çeşməli (Tovuz) | Çirkinlilər[30] | monqol | |
Darğalı (Qəmərli) | Damğalı[30] | monqol | |
Dolanlar, Lələdulan, Əvçədulan | Dolanlar[30] | monqol | |
Günnüt | Günnüt[30] | monqol | |
Üngütlü | Onqut[30] | monqol | |
Oncallı (Qax) | Onca (Əncə)[43] | türk | Qıpçaq |
"Muğal" ekzoetnonimi
Monqol işğalından sonra Azərbaycanın şimal-qərbində türk əhalisi üçün "muğal" etnonimi ortaya çıxdı.[44] Fars dilindən tərcümədə moğol (moğul, moğal, muğal, mağol) adı hərfi mənada monqol deməkdir.[45] İlisu sultanlığı və Car-Balakən camaatlığının etnoqrafiyası və mədəniyyətini öyrənən XIX əsr rus müəllifləri də bu ərazilərin türk əhalisini muğal adlandırmışdır. XIX əsr–erkən XX əsr tarixi mənbələri muğalları olduqları əraziyə yad sayır və çarlıq dövrü tarixçiləri onların ərazilərə yerləşmə tarixlərini qeyd edirlər. A. Poserbski muğalların Çingiz xanın və daha sonra Əmir Teymurun gücünü qorumaq üçün bölgədə qalmış olduqlarını fikirləşir, XIII–XV əsrlərdə köçdüklərini qeyd edir. D. Bakradze isə onların XVIII əsrdə Dağıstan dağlıları ilə bölgəyə (Zaqatala dairəsinə) gəlmiş türk tayfası olduğunu yazmışdır. Bakradze fikirləşir ki, monqol adı tatar (azərbaycanlı) əhalinin nüvəsini təşkil edən monqollardan qalmışdır.[44] Rus tədqiqatçısı K. Qan "Kaxeti və Dağıstana səyahət (yay, 1989)" əsərində qeyd edir: "Avarlardan sonra əhalinin əsas kontingentini "muğallar" da adlandırılan tatarlar (azərbaycanlılar) təşkil edir… Onlar müxtəlif vaxtlarda şərqdən sızan fatehlərlə burayə gəlmişdilər. Gözəl Adərbəycan (Azərbaycan) ləhcəsində danışırlar."[32]
Çar Rusiyası administrasiyanın və rus tarixşünaslığının təmsilçiləri azərbaycanlıları "tatar" ("Adərbaycan tatarı") adlandırırdı. Buna səbəb onları tatar kimliyi ilə qeyd edərək, azərbaycanlıların bölgədə ortaya çıxmasını sadəcə monqol işğalları ilə əlaqələndirmək idi.[44]
Quba xanlığında türklərdən və ləzgilərdən başqa monqolların törəmələri olan və "muğanlı" adlandırılan icma da yaşayırdı.[46] Müasir dövrdə Azərbaycanın Şəki-Zaqatala bölgəsinin saxurları, eləcə də rutulları və avarları "muğal" ("muğallar") adlandırılmasını azərbaycanlılar üçün istifadə edirdilər.[47]
Toponimika
XIII əsrdən etibarən Azərbaycanda monqol mənşəli yer adları ortaya çıxmağa başlamışdır.[49] Belə toponimlər Azərbaycanda monqol tayfalarının izlərini və onların azərbaycanlıların formalaşmasında təsirini göstərir. Sumqayıt şəhərinin adının monqol tayfası Suqautdan, Corat və Ələt qəsəbəsinin adının da eyniadlı tayfalardan gəldiyi düşünülür. Abşeron yarımadasının monqol tayfaları tərəfindən qışlaq olaraq istifadə edilməsi burada belə monqol mənşəli adlara səbəb olmuşdur.[9] Monqol dövrü qəbilələrinin izlərini daşıyan digər ərazilər Xançobanlı, Cəlayir, Kurqan, Küngüt (Aşağı və Baş Küngüt), Cunud, Tanqıt, Elciqan, Uriyad, Onqutlu, Tatar, Tatarlı, Xarxatan, Aratkənd, Çirkin, Damğalı, Dolanlar, Alardır.[50] Azərbaycanda mövcud olan 7 Bucaq kəndi monqol dövrü ilə əlaqələndirilir, bucaqlar türklərlə qarışmış Noqay tayfasının tərkib hissəsi sayılır. Qızıl Ordanın süqutundan sonra noqaylar böyük bir ərazidə yayılmışdır.[51]
Monqollar dövründə köhnə toponimlər monqol variantlarla dəyişdirilmiş və ya birlikdə istifadə edilmişdir. Məsələn, Fəzlullah Rəşidəddin Ağsu çayı sahilində Elxani və Qızıl Orda arasındakı döyüşü təsvir edir, çayın monqol dilindəki adı "Çağan Muran" şəklində səslənir. Tərcüməsi "ağ su" və ya "ağ çay" deməkdir.[9] Muğanın Salyan şəhəri monqol dilində "Dalan-Navur" adlandırılırdı.[29] Ermənistanda yerləşən tarixi Cücəkənd adını Cuçi xanın ulusundan və türk mənşəli "kənd" sözündən alır.[52]
Hülakü xan və xüsusilə Abaqa xandan başlayaraq tarixi əsərlərdə görülən toponimlərin bir qismi türk dilində, bir qismi monqol dilindədir. Azərbaycanlıların Göyçə adlandırdıqları, Ermənistandakı Sevan gölü hələ Abaqa xanın dövründə "Kökçə dəniz" adlanırdı. Fəzlullah Rəşidəddinin XIV əsr "Cəmi ət-Təvarix" əsərinin əlyazmalarının bəzilərində "Kökçə dəniz" adına rast gəlinir. Marağanın cənubundakı Zərinə rud isə Caqatu və Taqatu adlanırdı.[53] Monqol dövrü yer adları ilə bağlı vacib bir xüsusiyyət əvvəlcə türk və fars adlarının bir yerdə istifadə edilməsi, daha sonra tədricən fars dilindəki adların unudulmasıdır.[12]
XIX əsr müəllifi İ. Lineviçin qeyd etdiyi əfsanəyə görə, XVI əsrə qədər Qax şəhəri "Torağay" adlandırılmışdır. Bu söz Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində qeyd edilir, lüğətə görə qıpçaqların dilində "dağlar arasında sığınacaq" mənasına gəlir. Qax şəhərinin dağlar arasındakı ovalıq ərazidə olduğu nəzərə alınaraq, Şimali Qafqaz vasitəsilə gələn qıpçaqların Qaxda yerləşdiyi və ona "Torağay" adı verdiyi hesab edilə bilər.[43] Qaxın regional mərkəzinin məhlələrindən biri hələ də "Qaxmuğal" adlandırılır. Bu, monqol dövrünün təsiri kimi izah edilə bilər.[32] Ordubad şəhərinin adının türk (ordu) və fars (bad, yəni şəhər) sözlərinin birləşməsindən (ordu şəhəri) əmələ gəlməsinə görə, fikirləşilir ki, bu şəhər ya Ali Monqol xaqanlığı (1256-cı ildən əvvəl), ya da Elxani hakimiyyəti dövründə salınıb.[54]
XIV əsrdən, monqol dövründən etibarən Arranın cənub hissəsi Qarabağ adlandırılmağa başlanmışdır. "Qara" sözü türk mənşəli, "bağ" isə fars mənşəlidir.[55][56] Elxanilər Arranın Qarabağ bölgəsini qışlaq olaraq istifadə etmiş, hətta türk-monqol adətinə uyğun olaraq burada ali xanların andiçmə mərasimləri keçirilmişdir. Məsələn, Qazan xan 1295-ci ildə Qarabağda taxta çıxmışdır.[48] Əl-Əhriyə görə, Qarabağda Əmir Çobana Çin elçisi tərəfindən 4 ulusun əmiri (Xitay, Çağatay, Dəşt-i Qıpçaq və İran) titulu verilib.[57]
Dil əlaqələri
Söz | İstifadəsi |
---|---|
Hündür | Hər iki Azərbaycan mühitində müşahidə edilir. |
Hənir | Səs, isti, nəfəs mənalarında istifadə edilir. |
Tala | Gəncə ləhcəsində istifadə edilir |
Nohur | Bakı ləhcəsində nohur, Şəki ləhcəsində nör və ya nour kimi tələffüz edilir. Novur tələffüzü də vardır. |
Yekə | Azərbaycan dialektlərindən başqa Türkiyənin Azərbaycan dialekti mühitinə daxil olan ləhcələrində müşahidə edilir. |
Lap | Gəncə və Qarabağ ləhcələrində laf kimi tələffüz edilir. |
Şilə | Azərbaycandan başqa Azərbaycan dialektləri ilə danışılan Anadolu bölgələrində istifadə edilir (Bitlis, Van, Ərzurum).[58] |
Əhməd Zəki Vəlidi Toğanın fikrincə, monqol sülaləsi Elxanilər dövründə Azərbaycan dilinin ("Azərbaycan dialekti") əsas normaları oğuz-türkmən, qıpçaq və Şərqi Türküstan türk dillərinin qarşılıqlı təsiri nəticəsində formalaşmışdır. Müəllif qeyd edir ki, hələ XIV əsrin birinci yarısında İbn Mühənna Elxanilər dövründə istifadə olunan, türk və monqol dilləri lüğətini tərtib edərkən "türkmən" dilindən və "Türküstan dili"ndən başqa "Bizim ölkəmizin türk dili"ni (Türki arzina) qeyd edir. Lüğətdə "Bizim ölkəmizin türk dili"nə aid edilən nümunələr Azərbaycan dilinin ilk nümunələri sayıla bilər.[1] P. M. Melioranski, Bəkir Çobanzadə, and Əhməd Cəfəroğlu kimi mütəxəssislərə görə, burada Azərbaycan dili nəzərdə tutulur.[59]
Fuad Köprülüyə görə, monqol işğalları nəticəsində şərqdən qərbə (Azərbaycana və Şərqi Anadoluya) gələn yeni türk-oğuz kütlələri daha əvvəl, Səlcuqlular dövründə burada məskunlaşan oğuzların (türkmanların/türkmənlərin) dilinə yeni elementlər əlavə etmişdir. Beləliklə, onlar müəyyən dərəcədə türk köçkünlərinin ilk nəsilləri mühitində tədricən yoxa çıxan və unudulan etnik, dil və ədəbi ənənələrin yeni sıçrayışına töhfə vermişdilər.[60]
Osmanlı alimi Katib Çələbiyə görə, Elxani dövrü alimi Hinduşah Naxçıvani türk-fars lüğəti olan "Sihah əl-Əcəm"i ("Əcəmin etibarlısı", "mötəbəri") yazmışdır.[61] 1982-ci ildə İranda Qulamhüseyn Biqdili "Sihah əl-Əcəm" adı ilə fars-Azərbaycan türkcəsi lüğəti nəşr etdirmiş və lüğətin müəllifi kimi Hinduşah göstərilmişdir. Bundan sonra Hinduşahın müəllifliyi müzakirə mövzusu olmuşdur.Sitat səhvi: </ref>
teqi üçün bağlanma <ref>
yoxdur Digər bir mənbəyə görə isə, İranda danışılan oğuz dili formaları Azərbaycan və Anadolu dialektləri ilə, monqol Elxani irsini təmsil edən monqol elementlərinin özünəməxsus dəstini bölüşür. Məs. yekə (böyük), daruğa və ya darğa (gecə patrulu, gözətçi).[62]
Bundan başqa Şirvan zonasına aid Azərbaycan dili dialektlərində monqol dilindən alınma sözlərə rast gəlinir. Bu ekstraliqvinstik xarakter daşıyır və tarixi hadisələrlə sıx bağlıdır.[63] Müasir dövrdə İranda az miqdarda, mənşəcə monqol olan qruplar Azərbaycan dilinin müxtəlif formalarını danışır.[64] Övliya Çələbi 1652-ci ildə Naxçıvanda şairlər və onların lütf yoldaşları tərəfindən incə və cilalanmış formada, monqol dilinin danışıldığını qeyd edir.[65]
Ədəbiyyatda
Folklor və mifologiya
XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.[66]
Sayanın bir şaman tanrısı olduğu və sayaçılığın kökünün Azərbaycandan çıxdığı düşünülür. Monqol dilində tanrı mənasında istifadə edilən "Yaya", "Dz'aya" ve "Dzayagg" sözləri ilə saya arasında əlaqə sayaçılığın şamanizmdən gəldiyini göstərir. Saya ilə bağlı inanc Altaylara, ordan da Anadolu və Azərbaycana köhnə şaman türk-monqol mədəni mühitinin təsiri ilə gəlmişdir.[67]
Elxanilər dövlətinin birinci paytaxtı Marağada monqol dövrünə aid, daşdan yonulmuş türbə mövcuddur. Tikili monqol dəfn adətləri ilə dərindən bağlıdır. Türbənin yerləşdiyi kəndin yerli Azərbaycan ədəbiyyatında adı Varoydur. Bu ad son dövrlər Elxani paytaxtı olan Sultaniyyədə yerləşən Varay (Viyar) kəndi ilə linqvistik baxımdan oxşardır. Hər iki kəndin adı Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərində verilən Vara sözü ilə yaxındır. Söz lüğətdə səmanın və yerin ayrılması mifi ilə əlaqəli olaraq işlədilir. Bu ifadənin kökü ölümlə bağlı dini inanclara qədər gedib çıxa bilər və Varoy və Varay sözləri də türk dilində tarix boyu qorunmuş və indiki dövrə qədər gəlib çıxmış sözlər ola bilər.[68]
Azərbaycanlı tədqiqatçılar Məmmədhüseyn Təhmasib və Məmmədağa Sultanov folklor qəhrəmanı Molla Nəsrəddinin Elxani dövrü vəziri Nəsrəddin Tusi olduğunu iddia etmişdir. Buna səbəb olaraq onların eyni dövrdə yaşaması, Tusinin bir əsərində lətifələrə yer verməsi, bir elm insanı olaraq münəccimləri ələ salması, Molla Nəsrəddinin Əmir Teymurun yanına məmləkətin təmsilçisi kimi getməsi ilə Nəsirəddin Tusinin Ələmut hökmdarı tərəfindən Hülakü xanın hüzuruna göndərilməsi arasındakı paralellik, hər ikisinin bir adının da Həsən olması kimi faktlar göstərilmişdir. Ancaq Məmmədhüseyn Təhmasib bu məlumatların əsaslı sübut olmadığını, sadəcə bir iddia olduğunu bildirmişdir.[69][70]
Azərbaycan nağıl qəhrəmanı, Tufan Divin oğlu Tapdıq Göy oğlu kimi göydən yerə atıldığı üçün türk və monqol əfsanələrində şeytani qüvvədən təmizlənməsi üçün göydən yerə göndərilən Tanrının övladları şəklindəki əfsanəvi qəhrəmanlar qrupuna aid edilir.[71][72] Digər bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atırlar, hansı ki bu adət XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.[73][74]
Anadolu və Azərbaycanda monqol dövrünün çətinlikləri vaxtında dövrün ozanları xalqa mənəviyyat aşılamaq üçün ideal insan və xarizmatik lider rolunu İmam Əlidə görmüş və heç bir məzhəbi təəssübkeşliyə yönəlmədən onun həyatını dastanlaşdırmışdır.[75]
Yazılı ədəbiyyat
Yazılı, klassik Azərbaycan türk ədəbiyyatının başlanğıcı monqol işğalından sonrakı dövrə təsadüf edir.[76][77][78] Azərbaycan dilindəki ədəbiyyatın sürətli inkişafı və yayılması tamamilə monqol dövrünün bir nəticəsidir.[10] XIII–XIV əsrlərdə xüsusi üslublu Azərbaycan poeziyasının inkişafı qismən də monqollar dövründə Xorasandan regiona gətirilmiş şərqi türkçə ənənələri ilə bağlı idi.[77] Azərbaycanlıların özlərinə məxsus bir ədəbiyyat yaratmaları və bunun müstəqil bir şəkildə təkamülündə rol oynayan səbəblərdən biri də Azərbaycanda Anadoluya nisbətən türk və monqol ünsürlərinin çox olması idi.[79]
XIV əsrin əvvəllərində tarixçi Vəssaf Azərbaycan türkçəsi ilə beyitlər yazmış, onları şərqi türkcəsi imlası ilə qarışdırmışdır. Nəsirəddin Tusinin əsərlərindəki türk dilindəki kəlmələr şərq türkcəsinə uyğun gəldiyi halda, Həmdullah Qəzvininin əsərlərindəki sözlər Azərbaycan ləhcəsindədir. XIV əsrin ilk yarısına aid, Azərbaycanda şərq türkcəsi və Azərbaycan türkcəsi qarışığından ibarət bir türkcə ilə yazılmış dualar, xütbələr və dini mənzumələr mövcuddur. XIV əsrin ikinci yarısında isə Azərbaycanda bir yandan Xarəzm və Mavəraünnəhr türk şairlərinin, o cümlədən Hücəndinin əsərləri oxunur, digər yandan bu mövzular əsasında Azərbaycan türkcəsi ilə əsərlər yazılırdı. Bunların arasında İmadəddin Nəsimi, Qazi Bürhanəddin və Salur türklərindən Mustafa Zərir xüsusilə qeyd edilməlidir.[1]
XIV əsrdə yaşamış Nəsir Bakuvinin azərbaycanca yazdığı 55 beytlik müxəmməsi dövrümüzə qədər gəlib çatmışdır. Əsər təqribən 1306–1310-cu illər arasında yazılmış, Elxani hökmdarı Məhəmməd Olcaytuya həsr edilmişdir. Əsərdə Olcaytunun Bakıya gəlməsi və burada gördüyü idarəçilik tədbirləri təsvir edilir:[80]
Şükr ola şol həqqə kim, bimüntəha ehsan ilən,
Sərfəraz etdi bizi Ulcaytutək sultan ilən.
… Himməti-şahanəsin hər yerdə təksir eylədi,
Xanələr abad qıldı əmr ilə, fərman ilən.
Azərbaycan türkcəsindəki əsərlər Əbu Səid Bahadur xanın dövründə (1316–1335) inkişaf etmişdir. Azərbaycan dilinin uyğurca ilə birlikdə qabaqcıl bir yer tutması tarixi əsərlərdəki məlumatlardan və əcəm şairlərinin bu iki dilin kəlmələrini öz əsərlərinə qatmasından bəlli olur.[1] Azərbaycan şairi Qazi Bürhanəddinə görə böyük həyəcanlar yaradan eşq macəralarının milli qəhrəmanları Əbu Səid Bahadur xanın dövrünü sona çatdıran Bağdad və Dilşad xatunlar idi.[81]
Monqollar dövründə inkişaf etmiş ədəbi cərəyana Cəlairi hökmdarı Sultan Əhməd də daxil idi. Sultan Əhmədin türkcə şeirlər yazması Əbül Mahasin Yusif bəy Tanrıbirdinin "Əl-Nucum əl-zuhirrə" əsərində təsdiqlənmişdir. Onun yazdığı qəzəl Azərbaycan türkcəsinin Cəlairi saraylarında ədəbi dil kimi işlədildiyini göstərir.[82] Əhməd Cəlayırın qəzəli Cəlairi-türk kimlik qaynaşmasında üstün olan türklərin və türk dilinin davamlılığını təmin edirdi, monqol və türk kimliyinin qaynaşması baxımından yaxşı nümunədir.[83]
Musiqi
Azərbaycan musiqi sənəti İran-ərəb-türk musiqi sənəti olan məqam ilə bağlıdır. Məqamın ən böyük nəzəriyyəçiləri urmiyalı Səfiəddin Urməvi və marağalı Əbdülqadir Marağayidir. Üzeyir Hacıbəyov hesab edir ki, bu ənənə XIV əsrin sonunda, monqol hakimiyyəti dövründə süquta uğramış, hər etnik qrup öz musiqisini bu dağıntıdan yenidən inşa etmişdir. Adlar qorunmuş, ancaq adların tətbiq edildiyi şeylər dəyişmişdir.[84]
Sultan Əhməd Cəlairi musiqişünas Əbdülqədir Marağayini yüksək qiymətləndirmişdir. Cəlairi saraylarında Azərbaycan dilinin rolunu göstərən sübutlardan bir digəri də Əbdülqədir Marağayinin iki kiçik dördlüyüdür. Bunlar tuyuğ və koşuk adları daşıyır. Rəvayət edilir ki, koşuk Əmir Teymur üçün bəstələnmiş və onun qarşısında oxunmuşdur. Marağayinin Azərbaycan dilində yazdığı bu mənzumələr musiqi məclislərində türk dilinin rolunu nümayiş etdirir.[82] Əbdülqədir Marağayi öz əsərində qeyd edir ki, türklər Uşşaq, Nəva və Busəlik muğamlarında bəstələməyi xoşlayırlar, ancaq digər muğamlara da yer verilir.[85]
Sosial həyat
Din
— İbn əl-Əsirin "Əl-Kamil fi’t-Tarix" əsərində monqolların qıpçaqlarla sövdələşməsi[26]
Monqollar qıpçaqları alanlarla olan mübarizədə neytral olmağa razı salarkən bu iki qrupun (qıpçaq və alan) dinlərinin oxşar olmaması faktından istifadə etmişdir.[26] Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir.[86]
Azərbaycan buddist üsulları və maddi mədəniyyəti üçün vitrin rolunu oynayırdı.[87] Elxanilər öz sərvətlərini istifadə edərək Azərbaycan və Xorasanda Buddanın qızıl və gümüş formalarını yaradırdılar.[88] Hülakü xan İran Azərbaycanının Xoy şəhərində görkəmli buddist məbədi tikdirmişdir. Xoy ərazisi Uyğurustandan gəlmiş xitay (çinli) əhalisinə görə "türk ölkəsi"[q 1][89] adlandırılırdı. Bu, seçimlə və (ya) planla ərazidə yerləşmiş immiqrant buddist əhalisinin varlığını göstərir. Onlar regiondakı ilkin dövr buddist məbəd inşası ilə əlaqəli idilər və layihə üçün ustalar və şagirdlər təmin edirdilər.[90] Bundan başqa, Elxanilərin qışladığı Arran ərazisində buddist məbədlərinin (bütxana) tikildiyi ehtimal edilir.[91]
Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə məhsulları ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir.[92]
Monqol hakimiyyəti dövrünün çətinlikləri zamanı həm Anadolu, həm Azərbaycanda sadə camaat sufi şeyxlərin ətrafında birləşmiş, mürid və dərvişlərin sayı artmışdır. Azərbaycanda Şirvan-ı Kəbirdən başlayaraq Əbu Səid, Baba Kuhi, Əxi Fərəc Zəncani, Naxçıvanlı Xacə Məhəmməd Xoşnam, Xoylu Əxi Evrən, İzzəddin Həsənoğlu kimi şəxsiyyətlər və əsərləri xalqa mənəviyyat aşılamışdır.[75]
Zəngilan bölgəsində Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir.[93] Yəhya Elxani dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır.[94] XVIII əsr İran mənbəsinə görə, Araz çayı üzərində körpü qurmaq cəhdləri uğursuz olmuş, ancaq daha sonra görünməz (əl-qeyb) özü Xudafərin (farsca: "Allah tərəfindən yaradılmış") körpüsünü ortaya çıxarmışdır.[95]
İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (Əhmədiyyə) təriqəti isə monqol şamanizmindən bəhrələnir, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.[96] Monqol ordusu batil məzhəblərə (məs. cəvvaliqi) qarşı mübarizə aparmış, bektaşi və baraqi kimi türk sufilərini qorumuşdur. Batil məzhəblər türk dərvişlərinin ayinlərini "şeytan işi" adlandıraraq ləkələmək istəmişdir. Cəvvaliqlərin pərişan və səfil bir şəkildə səpələndikləri ərazilər içərisində Azərbaycan da vardır.[97]
Elxanilər dövründə İran və Azərbaycanda uzun müddət davam edəcək şiələşmə prosesi də başlamışdır. Bu dövrdə daha sonra qurulacaq Qaraqoyunlu və Səfəvi kimi türkmən-şiə dövlətlərin bazası yaranmışdır. Nəsirəddin Tusi, Əllamə Həsən-i Hilli, ibn Tavus kimi alimlər başqada olmaqla şiə alimlərinin yazdıqları, şiə mədrəsələrindən çıxmış ilahiyyat əsərləri bölgədə şiəliyin yayılmasına təkan verən ünsürlərdən biridir. Son Elxani hökmdarı Əbu Səid Bahadur xan öləndə şiə əhalisi imperiya əhalisinin 20 faizinə çatmağa başlamışdı.[98]
Qanun
Qazan xan (h.i. 1295-1304) İslam şəriəti ilə Çingiz xan Yasasına birgə riayət etmək qərarını nəzərə almışdır. Elxanilər İslamı qəbul etsələr də, Elxani hökmdarı Olcaytu (h.i. 1304-1316) və Qızıl Orda hökmdarı Özbək xanın dövrünün qərarlarına görə Çingiz xanın qanunlarının (Yasasının) fəaliyyətini dayandırmadılar. Azərbaycan və Şərqi Anadolu türkləri Qaraqoyunlu və Ağqoyunlu dövründə Yasa qanunlarını öz milli qanunu sayaraq ona sadiq qalmışdır.[99]
Ağqoyunlu hakimi Qara Yuluq Osman bəy öz ardıcıllarını oğuz irsinin gücünə hörmətlə yanaşmağa çağıranda yasaqdan (yazılmamış qanunların ənənəvi məcmuəsi) sitat gətirirdi. Bu mesaj Çingiz xanın yasası və Teymurilərdən miras qalmış monqol ənənələrindən danışarkən Babur xanın qeyd etdiyi monqol törəsi ilə oxşarlıq təşkil edir. Osman bəy ardıcıllarına verdiyi mesajda oturaq həyat tərzi yerinə köçəriliyi üstün görürdü. Oxşar mesaj Çingiz xan tərəfindən də öz monqol ardıcıllarına verilmişdir.[100] Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə (h.i. 1478-1490) Çingiz yasası (türklər və monqolların ənənəvi köçəri qanunları) ləğv edildi.[101] Türk və monqolların törə və yasa adlanan hüquq normaları monqol dövründən sonrakı əsrlərdə də Azərbaycanda istifadə olunmaqda davam etmişdir.[102]
Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.[7] Əbu Səid Bahadur xan isə Azərbaycan və Anadolu xalqı tərəfindən sevilir və Azərbaycanda 4 ədalətli sultandan biri olaraq xatırlanırdı.[103]
Anadolu türkləri daha sonralarda özlərini Elxani vətəndaşı sayaraq onun qanunlarına tabe qalmışdır. Teymuri dövrü Azərbaycan şairi Qazi Bürhanəddin onu bir işə sevgilisinin edə biləcəyi kimi məcbur edə bilən qüvvənin yasaq və xan yarlığı olduğunu, bildiyi vəsiqənin xan tamğası olduğunu, bildiyi dövlət sisteminin xaqan, ulu xan, sultan, bəy, tutqavul (karvan və yolları qorumaq üçün təhlükəsizlik sistemi) olduğunu qeyd etmişdir.[104]
İraq-i Əcəm və Azərbaycanda monqol və şərq türkləri kənd təsərrüfatı ilə məşğul olmadığından, öz ərazilərində əkinçilər işlədirdilər. Bundan başqa Cuci və Çağatay şahzadələri Azərbaycanda sahib olduqları irsi (inçü) torpaqlarından vergi alır, Elxanilərlə müharibə davam etsə də bu dəyişmirdi.[105]
Təqvim
Müasir Azərbaycanın daxil olduğu Böyük Monqol imperiyası Çin təqviminin uyğur versiyasını bütün işğal etdikləri ərazilərdə tətbiq etmişdi. Elxanilər dövründə on iki heyvanlı təqvimin istifadəsi monqol dövründə türk dili və mədəniyyətinin İranda (bu zaman Azərbaycan və Şərqi Anadolu İranın tərkib hissəsi idi) güclənməsini göstərir. Bu həmçinin İranda İslam hakimiyyətinin müvəqqəti tutqunluq dövrü keçməsini və yeni təqvim və idarəetmə sistemi ilə yeni bir imperiya gücünün gəlişini göstərir. Monqol dövründən sonra türk-monqol il adları məhdud rəsmi dairələrdə, yalnızca İslami hicri illəri ilə bir yerdə istifadə olunmağa davam etmiş, Qacar dövrünün sona çatması ilə istifadəsi dayandırılmışdır.[6]
Elxanilər dövründə bütün Azərbaycan və Şərqi Anadolu türkmən oğuz boyları türk il və ay adlarını istifadə etmişdir.[81] On iki heyvan təqviminin istifadəsi şərq türkcəsinin təsiri ilə bağlı idi və monqollar təqvimin uyğur versiyasını tətbiq etmişdir. Monqol tərcümələri istifadə edilsə də, türk adlandırılmaları öz əhəmiyyətini qorumuşdur. Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 13 dəfə monqol dilində, 13 dəfə hər iki dildə, 2 dəfə fars dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi.[6]
Gürcü mənbələrində daha çox şərq (uyğur-çağatay) xarakterinə malik, monqol dövründən qaynaqlanan on iki heyvanlı təqvimə rast gəlmək mümkündür. İstifadə edilən "Siçan ili" ifadəsi oğuz mənşəlidir ("il" sözü isə daha dəqiq olaraq, Azərbaycan dili mənşəlidir). Əlbəttə ki, bu oğuz elementləri yerli şərqi Osmanlı-Azərbaycan təsirlərinə aid edilməlidir. Eyni şəkildə il üçün istifadə edilən "ilan" sözü də ya Azərbaycan, ya türk mənşəlidir.[106]
Zadəganlıq
İ. P. Petruşevskinin araşdırmaları göstərir ki, Elxanilər sarayında buddistlər və nestorianlar tez-tez müttəfiq olur, türk hərbi aristokratiyasının və İran bürokratlarının fraksiyaları tərəfindən dəstəklənən müsəlman elitası isə onları qarşı gəlirdi. Bəzən yəhudilər buddistlərin tərəfini tuturdular.[107]
XIII–XV əsrlərdə indiki Azərbaycan və Ermənistanda köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir.[108] XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Bu sülalənin iki üzvü – Seyid Əli Orlat (təxminən 1393–1399) və Seyid Əhməd Orlat (1399 — təxminən 1423/1424) bilinir.[109][110][111]
Azərbaycanın Bərdə bölgəsində Darğalar kəndi yerləşir. Ehtimal edilir ki, kənd monqol vergi məmurları olan, Darğalar soyundan gələn şəxslər tərəfindən qurulmuş və adını da onlardan almışdır.[30] Zəngilan bölgəsində yerləşən Məmmədbəyli kəndinin adının dövlət adamı Məhəmməd əl-Həccdən gəldiyi ehtimal edilir.[93] Burada əl-Həcc tituldur.[93] Kənddə onun oğlu, Qədiriyyə sufi ordeninin şeyxi və Marağa rəsədxanası alimi Yəhyanın şərəfinə türbə inşa edilmişdir.[93][94]
Nökər tarixən monqol dövlətlərində əsilzadə sinfi nümayəndələri üçün istifadə edilmiş tituldur.[112] Orta əsrlərdə türk-monqol cəmiyyətlərində mövcud olmuş döyüşçü siniflərindən biridir. Monqol dilindən tərcümədə "yoldaş", "döyüşçü", "xidmətçi", "köməkçi" və "qul" kimi anlamlara gəlir. Türklərdə bu ifadə bəyin və ya bəy oğlunun yoldaşı mənasında işlədilmişdir.[113] Nökər titulu Azərbaycanda da mövcud olub.[112] Qaraqoyunlular və Ağqoyunlular dövlətlərində bu titula rast gəlinir.[113] Övliya Çələbi Bakı, Gəncə və İrəvan xanlıqlarının müəyyən sayda nökərə sahib olduğunu qeyd edir.[112] Rusiya çarlığı dövrü Kəngərli süvariləri hərbi birləşməsində bəylər, naiblər və vəkillərdən sonra əsgərlər və nökərlər gəlirdi. Kəngərli süvarilərinin nökərlərinin yaxasında xüsusi işarə olurdu.[114] "Nökər" sözü müasir Azərbaycan dilində isə kişi qulluqçuya verilən addır.[112]
Elxaniləri əvəz etmiş sülalələr (Cəlairilər, Çobanilər, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar) İranın idarəçiliyinin türk-monqol köçəri siyasi və hərbi elitası tərəfindən icra edildiyi sistemi həyata keçirmişdir. Azərbaycandilli[115][116][117][118] Əfşar sülaləsinin ilk hökmdarı Nadir şah türk-monqol ənənəsinə uyğun olaraq Muğanda qurultay keçirmiş və beləliklə, hökmdar olmuşdur. O, öz şairlərinə Çingiz xan fəthlərini təkrarlayacağı ilə bağlı şeirlər yazmağı əmr etmişdir. Azərbaycandilli[119][120][121][122] Qacarlar sülalələrinin başlanğıcının monqol komandirinin oğlu Qacar Noyondan gəldiyini iddia edir və Çingiz xanın Qacar stilində paltarlarda çəkilmiş rəsmlərini saraylarında asırdılar.[123]
1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli bəy süvari tərəfdarları ilə birlikdə Qarabağa gələrək özünü xan elan etdi. O, özünü xan elan etməsini Çingizi Elxanilər sülaləsindən olan Arqun xanın nəslindən gəlməsi ilə əsaslandırırdı.[124] Bu iddia Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərində və Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərində verilmişdir.[125][126]
Kulinariya
Monqol Yuan sülaləsi dövrü sarayının yemək resepti kitabı (1330-cu illər) olan "Yinşan zhenqyao" Daxili və Qərbi Asiyadan ilhamlanaraq yazılmışdır. Azərbaycan kulinariyasına bu yemək resepti kitabında rast gəlinən qidalara oxşar elementlər daxildir. Belə yeməklərə piti misal göstərilə bilər. Azərbaycanın piti yeməyi İraqın harisa yeməyi ilə və beləliklə də monqol kitabındakı bir sıra reseptlərlə oxşardır. Azərbaycanın parça bozbaş yeməyinə də "Yinşan zhenqyao"da tez-tez edildiyi kimi heyva qatılır. Azərbaycan mətbəxinin mürəbbələri və şərbətləri Türkiyə və Məşriq mətbəxləri və "Yinşan zhenqyao" reseptlərini xatırladır.[127] Azərbaycan, İran və rus mətbəxində hazırlanan kabab yeməyinin kökü bu dövlətlərin ərazisinin köhnə Monqol sivilizasiyasının tərkib hissəsi kimi yaşadığı dövrə gedib çıxır.[128]
Müasir dövrdə rolu
Azərbaycanda monqol dövrü mədəni irsi
XIII əsrdə Araz üzərində Xudafərin körpülərindən biri olan 11 tağlı körpü tikilmiş və ya onun köhnə qalıntıları bərpa edilmişdir. Bunun səbəblərindən biri Elxanilər və Qızıl Orda arasında müharibələr səbəbi ilə böyük qoşunu hərəkət etdirməyin vacibliyi olmuşdur. Həmçinin şimalda zadəganlar üçün salınmış Aladağ çadır-şəhərin qalıntılarının tapılması onu göstərir ki, qısa bir müddət ərzində (2–3 gün) insanları, atları, toyuq-cücəni və s.-i Araz çayından keçirmək üçün körpüyə ehtiyac olmuşdur.[129]
Naxçıvanın Kəngərli rayonunda yerləşən, Elxanilər dövrünə aid edilən Qarabağlar türbə kompleksinə türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Kitabəsində belə yazılıb: "Bu imarətin tikilməsini… Cahan Qudi Xatun əmr etdi". Qudi Xatunun Elxani hökmdarı Abaqanın həyat yoldaşı Qutuy Xatun olduğu fikirləşilir.[130]
XIV əsrin əvvəllərində Elxani vəziri Rəşidəddinin emalatxanalarında işləyən rəssamların yaratdığı arxaik ənənələrin izləri XV əsr bakılı rəssam Əbdul Baqi Bakuvinin miniatürlərində də müşahidə olunur. Bakuvinin "At və sahibi" əsəri son dövr Yuan və erkən Min sülaləsi dövründə Çində çox məşhur olan döyüşçü təsvirinin İslami variantıdır.[131][132]
Tarixşünaslıqda yeri
Şair Cəfər Cabbarlı "Azərbaycan" qəzetində çap etdirdiyi "Azərbaycan bayrağına" şeirində bayraq rənglərini belə təsvir edir:[133]
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
— Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
— Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
— Mədəniyyət bulmalı!
"Azərbaycan bayrağına", Cəfər Cabbarlı, c. 1919[134]
Sovet dövründə Azərbaycan türklərinin farslar tərəfindən müstəmləkəçilik siyasətinə məruz qalması və onlara tabe edilməsi ilə bağlı nəzəriyyə irəli sürülmüşdür. Eldar Məmmədovun sözlərinə görə, bu, tarixi reallığa uyğun gəlmir. Çünki əksinə, məhz müxtəlif türk-monqol qrupları İranı bir neçə dəfə işğal etmiş, əsrlər boyu farslara hökmranlıq etmişdir. Əgər hər hansı müstəmləkəçilik, o cümlədən linqvistik dəyişiklik baş veribsə, bu, türklər tərəfindən edilib.[135]
Sovet dövrünün doqmatik tarixşünaslığında Azərbaycandakı monqol dövrünə birmənalı olaraq mənfi qiymət verilməsi rus tarixşünaslığının öz tarixində baş verən hadisələrlə əlaqədar olaraq monqol hakimiyyətinə mənfi rəy göstərməsi ilə bağlı idi.[102]
Müasir əlaqələr
Rusiyanın monqoldilli Buryatiya Respublikasında Azərbaycanlıların milli-mədəni muxtariyyət təşkilatı fəaliyyət göstərir. Azərbaycan icması tərəfindən burada Etnomədəni Festival keçirilib.[136] Azərbaycan teatrı və Rusiyanın monqol Kalmık teatrı qastrol səfərlər ilə öz tamaşalarını bir-birinin teatrlarında nümayiş etdiriblər.[137]
İran azərbaycanlısı Səid Mollayi İranı idmanda təmsil etməyi dayandırdıqdan sonra Monqolustanı, daha sonra Azərbaycanı təmsil etmişdir. Onun birbaşa Azərbaycana yox, Monqolustana keçməsi Azərbaycan-İran münasibətlərini zədələməmək məqsədi daşıyırdı. Pasport dəyişikliyi məsələsində Monqolustan Azərbaycana kömək etmiş, Səid Mollayi də Olimpiya oyunlarında Monqolustana gümüş medal qazandırmışdı. Daha sonra vəziyyət sakitləşəndən sonra Mollayi Azərbaycan vətəndaşlığına keçmişdir.[138]
Monqolustan UNESCO-nun çoxmillətli qeyri-maddi mədəni irsi olan Novruz bayramına qoşulmaq üçün müraciət etmişdir. Hal-hazırda UNESCO-nun bu irsi Azərbaycanla birlikdə 12 ölkənindir. Bu, Azərbaycan və Monqolustanın UNESCO-da qeydiyyatdan keçmiş ilk ortaq qeyri-maddi mədəni irsi olacaq.[139]
Tarixi xronologiya
Dövr | Şəxs | Dövrün nailiyyətləri |
---|---|---|
1229–1241 | Ögedey xan | 1236-cı ildə Cənubi Qafqazın monqol nəzarətində olması |
1256–1265 | Hülakü xan | Ordusunun türk-monqol tayfalarından təşkil edilməsi, sarayında şaman ayinlərinin icra edilməsi |
1282–1284 | Əhməd Təkudar xan | Türk şeyxləri ilə maraqlanması, Arranda qışlayarkən səma (musiqili zikr) ilə məşğul olması |
XIV əsrdən etibarən | "Qarabağ" toponiminin istifadə edilməsi | |
1295–1304 | Qazan xan | Muğan düzünə türk tayfalarını yerləşdirməsi, İslam şəriəti ilə Çingiz xan yasasının birlikdə icrasının davamı |
XIV əsrin əvvəlləri | Vəssaf | Azərbaycan türkçəsi ilə beyitlər yazması |
XIV əsrin birinci yarısı | İbn Mühənna | Türk və monqol dilləri lüğətində Azərbaycan dilinin "Bizim ölkəmizin türk dili" olaraq qeyd etməsi |
1306–1310-cu illər | Nəsir Bakuvi | Elxani hökmdarı Məhəmməd Olcaytuya Azərbaycan dilində 55 beytlik müxəmməs həsr etməsi |
1316–1335 | Əbu Səid Bahadur xan | Azərbaycan türkcəsindəki əsərlərin inkişaf etməsi |
XIV əsrin birinci yarısı | Şərqi türkcə və Azərbaycan türkcəsi qarışığından ibarət bir türkcə ilə dualar, xütbələr və dini mənzumələr yazılması | |
XIV əsrin ikinci yarısı | Xarəzm və Mavəraünnəhr türk şairlərinin, o cümlədən Hücəndinin əsərləri əsasında Azərbaycan türkcəsi əsərlərinin yazılması | |
1382–1388 | Əhməd Cəlayır | Azərbaycan türkcəsinin Cəlairi saraylarında ədəbi dil kimi işlədilməsi |
Əbdülqadir Marağai | Teymuri hökmdarı Əmir Teymura türk dilində musiqi bəstələnməsi | |
XVII əsr | Adam Olearinin Qazan xan tərəfindən yerləşdirilmiş türk və monqol tayfalarından qalanları qeyd etməsi |
Qalereya
-
11 tağlı Xudafərin körpüsü
-
İki əmir. Əbdul Baqi Bakuvi
-
Elxanilər dövrünə aid şirli boşqab
-
Beyləqandan aşkarlanmış Elxanilər dövrünə aid saxsı boşqab
-
Beyləqandan aşkarlanmış Elxanilər dövrünə aid saxsı qab
-
Elxanilər dövrünə aid ipək parça qalığı
Qeydlər
- ↑ Xoy ərazisinin "İran Türküstanı" adlandırılması burada türklərin yaşamasına görədir. Bu türklər böyük ehtimalla monqollardan əvvəlki dövrdə bölgəyə yerləşmişdir. Bax: Yakupoğlu, 2018. səh. 188–189
İstinadlar
- ↑ 1 2 3 4 Togan, 1981. səh. 272 e-g
- ↑ Lane, (1999–09–01), George (1999). "Arghun Aqa: Mongol bureaucrat". Iranian Studies. 32 (4): 459–482. doi:10.1080/00210869908701965.
- ↑ Foundation, Encyclopaedia Iranica. "CHOBANIDS". iranicaonline.org. Retrieved 2021–06–22.
- ↑ Seniores, HTML & WordPress by. "About the key political events in Azerbaijan in history". In Azerbaijan. Retrieved 2021–05–13.
- ↑ История Ирана с древнейших времен до конца XVIII века. — Л.: Изд-во ЛГУ, 1958. — 390 с. səh 190
- ↑ 1 2 3 4 István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia.
- ↑ 1 2 Togan, 1981. səh. 282
- ↑ Mustafayev, 2018. səh. 166
- ↑ 1 2 3 4 5 6 Mustafayev, 2018. səh. 153-155
- ↑ 1 2 Mustafayev, 2018. səh. 156
- ↑ Spuler, B. (1987). İran moğolları. (C. Köprülü, Çev.). Ankara: Türk Tarih Kurumu Yayınları. sayfa 498
- ↑ 1 2 3 Sümer, 1957. səh. 439
- ↑ Durand-Guédy, 2010. səh. 376-377
- ↑ 1 2 Yaltırık, 2014. səh. 88
- ↑ 1 2 3 4 Köprülü, 2000. səh. 24
- ↑ Suny, Ronald Grigor , Silaev, Evgeny Dmitrievich , Howe, G. Melvyn and Allworth, Edward. "Azerbaijan". Encyclopedia Britannica, 1 Jun. 2023, https://www.britannica.com/place/Azerbaijan Arxivləşdirilib 2019-07-02 at the Wayback Machine. Accessed 10 June 2023.
- ↑ Azerbaycan // MEB Islam Ansiklopedisi. — 1979. — Т. 2, вып. 5. — С. 103–105.
- ↑ И. И. Пантюхов. Антропологические типы Кавказа//ВЕЛЕСОВА СЛОБОДА
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.СПб.&rft.date=1890/1907&rfr_id=info:sid/az.wikipedia.org:Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri" class="Z3988"> //
- ↑ Yarshater, E (18 August 2011). "The Iranian Language of Azerbaijan". Encyclopædia Iranica. Retrieved 25 January 2012.
- ↑ Togan, 1981. səh. 225-227
- ↑ C. E. Bosworth. Azerbaijan — Islamic history to 1941. Iranica.
- ↑ Cevat Heyet. "Azerbaycan'ın Türkleşmesi ve Azerbaycan Türkçesinin Teşekkülü". Modern Türklük Araştırmaları Dergisi. Noyabr, 2004. (#accessdate_missing_url)
- ↑ Togan, 1981. səh. 256
- ↑ Togan, 1981. səh. 255
- ↑ 1 2 3 Latifova, 2023. səh. 219-220
- ↑ Togan, 1981. səh. 253
- ↑ Sümer, 1957. səh. 441
- ↑ 1 2 Togan, 1981. səh. 254
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Hüseynov, 2023. səh. 72-74
- ↑ Latifova, 2023. səh. 218
- ↑ 1 2 3 Latifova, 2023. səh. 227
- ↑ Заселение Азербайджана тюрками. Сборник "Этническая ономастика". Академия наук СССР. Институт этнографии имени Н.Миклухо-Маклая. Издательство "Наука", М., 1984 г. Arxivləşdirilib 2009-09-23 at the Wayback Machine
- ↑ R. Khanam. Encyclopaedic ethnography of Middle-East and Central Asia: J-O, том 2. Стр. 126–127
- ↑ Məhəmmədhəsən bəy Vəlili-Baharlı ― ""Azərbaycan" (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk)" Bakı. 1993. Padarlar.
- ↑ Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 48.
- ↑ Я.В.Рагозина. Из истории возвышения династии Каджаров // Вестник Санкт-Петербургского Университета. — Санкт-Петербург, 2008. — Т. 9, вып. 2, № 2. — С. 287–294.
- ↑ Kevin Gledhill. The Caspian State: Regional Autonomy, International Trade, and the Rise of Qajar Iran, 1722–1797. — P. 49–50.
- ↑ J. J. Reid, "The Qajar Uymaq in the Safavid Period, 1500–1722", p. 123–124
- ↑ N. Kondo, "How to Found a New Dynasty: The Early Qajars’ Quest for Legitimacy", p. 278–279
- ↑ Д.Е.Еремеев. К семантике тюркской этнонимии. Сборник "Этнонимы". Москва: Мысль (1970).
- ↑ L. M. Helfgott, "The Rise of the Qajar Dynasty", p. 130–131
- ↑ 1 2 Latifova, 2023. səh. 224
- ↑ 1 2 3 Latifova, 2023. səh. 226
- ↑ Collins Compact Dictionary. — Glasgow: HarperCollins, 2002. — ISBN 0-00-710984-9.
- ↑ История войны и владычества русских на Кавказе. Том I. Книга 2. СПб. 1871 Arxivləşdirilib 2023-01-20 at the Wayback Machine. Дата обращения: 7 марта 2021.
- ↑ Волкова Н. Г. О названиях азербайджанцев на Кавказе // Ономастика Востока. — М.: Наука, 1980. — С. 209.
- ↑ 1 2 Mustafayev, 2018. səh. 151-152
- ↑ Hüseynov, 2023. səh. 71
- ↑ Hüseynov, Gurban. Gelecek Dergisi. (2022). Demographic Structure of Azerbaijan During The Ilkhanid Period. 6. 34–44.
- ↑ Latifova, 2023. səh. 223
- ↑ İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri (азерб.). — Б.: Elm, 2002. — 696 с. — ISBN 5-8066-1452-2. səh 317.
- ↑ Sümer, 1957. səh. 435-436
- ↑ "Ordubād". Encyclopaedia Iranica. 17 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2015.
- ↑ Академик В.В.Бартольд. Сочинения / Ответственный редактор тома А.М.Беленицкий. — М.: Наука, 1965. — Т. III. — С. 335. — 712 с.
- ↑ Босуорт К. Э. THE ENCYCLOPAEDIA OF ISLAM. — 1997. — Т. IV. — С. 573.
- ↑ Allsen, T. T. (1991). NOTES ON CHINESE TITLES IN MONGOL IRAN. Mongolian Studies, 14, 27–39. http://www.jstor.org/stable/43193139 (page 32-33)
- ↑ 1 2 Caferoğlu, A. (1954). Azerbaycan ve Anadolu Ağızlarındaki Moğolca Unsurlar . Türk Dili Araştırmaları Yıllığı — Belleten , 2 , 1–10 . Retrieved from https://dergipark.org.tr/tr/pub/belleten/issue/34055/376842 Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine
- ↑ Mustafayev, 2013. səh. 335
- ↑ Mustafayev, 2013. səh. 344
- ↑ Akimushkin, O.F. "On the Date of al-Sihah al-'Ajamiyya's Composition" (PDF). Manuscripta Orientalia. 3 (2). 1997: 31–32.
- ↑ Ragagnin, Elisabetta. (2020). Major and Minor Turkic Language Islands in Iran with a Special Focus on Khalaj. Iranian Studies. 53. 1-16. 10.1080/00210862.2020.1740881. page 575.
- ↑ İlahə Məhəmməd qızı Qurbanova. Azərbaycan dili dialekt və şivələrinin etnolinqvistik təhlili. Bakı, "Bilik" nəşriyyatı, 2014, 240 səhifə.
- ↑ Johanson, 2021. səh. 52
- ↑ Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013. page 3
- ↑ Caferoğlu, 1956. səh. 66-67
- ↑ Beydili, 2003. səh. 488
- ↑ Moradi, A. A rock-cut tomb of the Mongol period in the Ilkhanid capital of Maraghe Arxivləşdirilib 2023-11-01 at the Wayback Machine. asian archaeol 6, 15–35 (2022). https://doi.org/10.1007/s41826-022-00049-x
- ↑ Boratav, 2014. səh. 77
- ↑ Boratav, 2014. səh. 39
- ↑ Beydili, 2003. səh. 486
- ↑ Beydili, 2003. səh. 537
- ↑ Царевич и лягушка // Фольклор Азербайджана и прилегающих стран. 1. Баку: Изд-во АзГНИИ. Азербайджанский государственный научно-исследовательский ин-т, Отд-ние языка, литературы и искусства (под ред. А. В. Багрия). 1930. 30–33. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- ↑ Челеби Э. Описание крепости Шеки/О жизни племени ит-тиль // Книга путешествия. (Извлечения из сочинения турецкого путешественника ХVII века). Вып. 3. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана. Москва: Наука. 1983. 159. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- ↑ 1 2 Altaylı, 2023. səh. 239
- ↑ G. Doerfer. "AZERBAIJAN viii. Azeri Turkish". Iranica. December 15, 1988. 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
Orijinal mətn (ing.)
On the other hand, many Azeri words (about 1,200) entered Persian (still more in Kurdish), since Iran was governed mostly by Azeri-speaking rulers and soldiers since the 16th century (Doerfer, 1963–75); these loanwords refer Əsasly to administration, titles, and conduct of war. This long-lasting Iranian-Azeri symbiosis must be borne in mind if one is to understand the modern history of Iran and its language correctly.
- ↑ 1 2 H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
- ↑ Баку, губернский город Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- ↑ Köprülü, 2000. səh. 27
- ↑ Sənan İbrahimov. Köbnü məkanə sığmayan Nəsimi. Bakı, "Ləman" nəşriyyatı, 2019. 304 səh. Səhifə 37.
- ↑ 1 2 Togan, 1981. səh. 279
- ↑ 1 2 Köprülü, 2000. səh. 34-35
- ↑ Ayşe Atıcı A. "Sultan Ahmed Celâyir, Türkçe'ye Verdiği Önem ve Kimlik Üzerine". Disiplinler Arası Dil ve Edebiyat Çalışmaları 2. Aybil yayınları. 2021: 2–9. (#vancouver)
- ↑ "AZERBAIJAN xi. Music of Azerbaijan". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28. (#first_missing_last)
- ↑ Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — С. 193–194. — 408 с. — ISBN 5-552-00479-5.
- ↑ Togan, 1981. səh. 260
- ↑ Prazniak, 2014. səh. 676
- ↑ Prazniak, 2014. səh. 659
- ↑ Yakupoğlu, 2018. səh. 188-189
- ↑ Prazniak, 2014. səh. 664
- ↑ Mustafayev, 2018. səh. 162
- ↑ Togan, 1981. səh. 267-268
- ↑ 1 2 3 4 Неймат, 2011
- ↑ 1 2 Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Под ред. З. М. Буниятова. — Б.: Yeni Nəşrlər Evi, 2001. — Т. II. — С. 54. — 368 с.
- ↑ Mousavizadeh, Hassan. خدا آفرین // The Great Islamic Encyclopaedia [Khodafarin] (fars). 2018. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.خدا آفرین&rft.btitle=The Great Islamic Encyclopaedia&rft.date=2018&rft.aulast=Mousavizadeh&rft.aufirst=Hassan&rft_id=https://www.cgie.org.ir/fa/article/240842/%D8%AE%D8%AF%D8%A7-%D8%A2%D9%81%D8%B1%DB%8C%D9%86&rfr_id=info:sid/az.wikipedia.org:Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri" class="Z3988">
- ↑ Köprülü, F. (2004). İSLÂM SÛFÎ TARÎKATLERİNE TÜRK-MOĞOL ŞAMANLIĞININ TE’SİRİ . Marife Dini Araştırmalar Dergisi , 4 (1) , 267–275 . Retrieved from http://marife.org/tr/pub/issue/37809/436582 Arxivləşdirilib 2023-06-17 at the Wayback Machine
- ↑ Togan, 1981. səh. 284
- ↑ Haykıran, K. R. "İlhanlı Hâkimiyeti ve İmâmiye Şiîlerî". Milel ve Nihal 17 (2020): 87–109
- ↑ Togan, 1981. səh. 278
- ↑ Dale, Stephen Frederic. Turks, Turks and türk Turks: Anatolia, Iran and India in Comparative Perspective // Peacock, A.C.S.; McClary, Richard Piran (redaktorlar ). Turkish History and Culture in India: Identity, Art and Transregional Connections. Brill. 2020. səh. 72-73.
- ↑ Lane, George (2016). "Turkoman confederations, the (Aqqoyunlu and Qaraqoyunlu)". In Dalziel, N.; MacKenzie, J.M. (eds.). The Encyclopedia of Empire. pp. 1–5. doi:10.1002/9781118455074.wbeoe193. ISBN 978-1118455074.
- ↑ 1 2 ÇAĞDAŞ AZƏRBAYCAN TARİXŞÜNASLIĞININ BƏZİ NƏZƏRİ MƏSƏLƏLƏRİ. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2020. – s. 44-45.
- ↑ ABDÜLKADİR YUVALI. "EBÛ SAİD BAHADIR HAN" (türk). İslam Ansiklopedisi. 1994. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
- ↑ Togan, 1981. səh. 279-280
- ↑ Togan, 1981. səh. 285-286
- ↑ GOLDEN, PETER B. “THE TWELVE-YEAR ANIMAL CYCLE CALENDAR IN GEORGIAN SOURCES.” Acta Orientalia Academiae Scientiarum Hungaricae, vol. 36, no. 1/3, 1982, pp. 197–206. JSTOR, http://www.jstor.org/stable/23657850. Accessed 23 Apr. 2024. page 203-204
- ↑ Prazniak, 2014. səh. 660
- ↑ Петрушевский, 1949. səh. 36
- ↑ Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. Orijinal mətn (rus.)
Как независимое государственное образование упоминалось с конца 14 в. Владетелем Ш. был Сиди Ахмед Орлат (из тюркизированного монгольского племени орлатов).
- ↑ [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982 Orijinal mətn (rus.)
В послемонг. время Ш. как независимое государственное образование упоминается с кон. 14 в. Владетелем Ш. был Сиди Ахмед Орлат (из тюркизированного монг. племени орлатов).
- ↑ Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184. Orijinal mətn (rus.)
Шеки, как было сказано, в конце XIV в. составляла отдельное независимое владение. Тогдашний владетель его Сиди Ахмед Орлат, по-видимому происходил из азербайджанизированного монгольского племени орлатов. Когда утвердились здесь эти владетели, — неизвестно…
- ↑ 1 2 3 4 Ahmet Caferoğlu. Türk Tarihinde Nöker ve Nöker-zadeler Müessesesi, IV. Türk Tarih Kongresi Ankara 10–14 Kasım 1948, Kongreye Sunulan Tebliğler, TDK Yay., Ankara 1952: 251.
- ↑ 1 2 Günal, 2007
- ↑ Нагдалиев, 2006. səh. 71
- ↑ Reviewed Work(s): Nadir Shah by L. Lockhart, Review by: V. Minorsky, Source: Bulletin of the School of Oriental Studies, University of London, Vol. 9, No. 4, p 1122. Orijinal mətn (ing.)
Nadir’s native language could not be “ Turki or Eastern Turkish ”. As an Afshar he surely spoke a southern Turcoman dialect, similar to that of all the Afshars scattered throughout Persia, i.e. in usual parlance, “the Turkish of Azarbayjan.” The Afshars were certainly an Oghuz, and not a Mongol tribe.
- ↑ Н.К. Корганян, А.П. Папазян. Абраам Кретаци, Повествование. — С. 290.
- ↑ Tom Sinclair The Chronicle of Abraham of Crete (Patmut'iwn of Kat'oghikos Abraham Kretats'i). Annotated translation from the Critical Text with Introduction and Commentary by George A. Bournoutian. (Armenian Studies Series, 1.) 190 pp. Costa Mesa, CA: Mazda,1999. // Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 64, No. 3 (2001), pp. 413–414. — Cambridge University Press on behalf of School of Oriental and African Studies. — С. 414.
- ↑ Н.К. Корганяна, А.Д. Папазян. Абраам Кретаци, Краткое повествование.
- ↑ Law, Henry D. G. (1984) "Modern Persian Prose (1920s-1940s)" Ricks, Thomas M. Critical perspectives on modern Persian literature Washington, D. C.: Three Continents Press s. 132 ISBN 0-914478-95-8, 9780914478959 "cited in Babak, Vladimir; Vaisman, Demian; Wasserman, Aryeh. "Political Organization in Central Asia and Azerbaijan": Orijinal mətn (ing.)
During most of the Qajar rule, Turkish was the principal language spoken at the court, while Persian was the predominantly literary language.
- ↑ Ch. E. Davies, "Qajar rule in Fars prior to 1849" "On the next day it became known at Shiraz that Muhammad Shāh’s army consisted of Āzarbaijanī Turks who did not know Persian and had a European general."
- ↑ Denis Wright. The English Amongst the Persians: Imperial Lives in Nineteenth-Century Iran
- ↑ Б. П. Балаян, "К вопросу об общности этногенеза шахсевен и кашкайцев"
- ↑ Munxnaran Bayarlxaqva. "Yaşasın Monqol Böyük İranı – İranzəmin" (az.). Baku Research Institute. 24 November 2023. İstifadə tarixi: 2023-11-23.
- ↑ Tofiq Mustafazadə. Qarabağ xanlığı. Bakı - «Sabah» - 2009 Səh. 333. (səhifə 30).
- ↑ Qarabağnamələr. I kitab., 2006. səh. 179
- ↑ Qarabağnamələr. II kitab., 2006. səh. 122
- ↑ Buell, Paul; Anderson, E.N.; de Pablo Moya, Montserrat; Oskenbay, Moldir. Crossroads of Cuisine: The Eurasian Heartland, the Silk Roads and Food. Crossroads – History of Interactions across the Silk Routes. Volume 2. Brill. 2020. doi:10.1163/9789004432109. hdl:20.500.12657/51058. ISBN 978-90-04-43210-9. page 250–251.
- ↑ Serdar Oktay and Saide Sadıkoğlu, Gastronomic Cultural Impacts of Russian, Azerbaijani and Iranian Cuisines, International Journal of Gastronomy and Food Science, https://doi.org/10.1016/j.ijgfs.2018.03.003 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine
- ↑ Мамед-заде К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. — Б.: Элм, 1983.
- ↑ Yurttaş, H. & Gökler, B. M. (2022). NAHÇIVAN KARABAĞLAR TÜRBESİ VE ANADOLU’YA YANSIMASI . Sanat ve İkonografi Dergisi , 0 (2) , 28–34 . Retrieved from https://dergipark.org.tr/tr/pub/sidd/issue/69990/1120722 Arxivləşdirilib 2023-02-04 at the Wayback Machine
- ↑ ""Популярная художественная энциклопедия." Под ред. Полевого В. М.; М.: Издательство "Советская энциклопедия", 1986". 2010-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ Topqapi Sarayi Muzesi Islam Minyaturleri Orijinal mətn tərcümədə ing. — "{{{1}}}"
78. At ve sahibi
H. 2160 nolu albümden, y. 366, 21,5 x 24,5 cm. Resim 30
Atının kuyruğunu düğünlemeğe hazırlanan bir savaşçı tasviridir. Peyzaj, yapraklı bir ağacın dalları ve çiçek kümeleriyle belirlenmiştir. Bu resmin desen halindeki kopyası «Abdal – Bakî al – Bâkûî » imzalıdır (Aslanapa, «Turkische Miniaturmalerei, Abb* 13») Eser, geç Yüan ve erken Ming devrinden Çin de çok popüler olan bir konunun İslam i kopyasıdır,
XV. Yüzyıl.
Yayın : Aslanapa, pl. 6, Abb. 12; Loehr, p, 87; İpşiroğlu, MM, fig. 47; Ipşiroğlu, 70.
- ↑ Eyyub, Vurgun. "Şeir təhlilləri". www.anl.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2015.
- ↑ ""Azərbaycan bayrağına" (Cəfər Cabbarlı)". www.azadliq.org (Azerbaijani). 10 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2014.
- ↑ Mamedov, 2017. səh. 30
- ↑ "Azərbaycanlılar Buryatiyada Etnomədəni Festival keçirdilər" (az.). 525.az. 2023-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
- ↑ ZÜMRÜD. "Azərbaycan və Kalmıkiya arasında mədəni əlaqələr genişlənir". Səs. 2015.- 3 noyabr. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
- ↑ Munkhnaran Bayarlkhagva. "Did Azerbaijan Foot Mongolia's Lobbying Bill In the US?" (ingilis). Baku Research Institute. 11 may 2023. İstifadə tarixi: 2024-04-05.
- ↑ "Mongolia to join UNESCO's Nowruz dossier" (ingilis). Tehran Times. March 16, 2024. İstifadə tarixi: 2024-04-05.
Ədəbiyyat
- ALTAYLI, S. (2023). İZZEDDİN HASANOĞLU’NUN “KİTAB-I SİRETÜ’N NEBİ” MESNEVİSİNDE HZ. ALİ CENKNAMELERİNİN İZLERİ. Karadeniz Araştırmaları, 20(77), 237-258. https://doi.org/10.56694/karadearas.1267678
- Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.
- Boratav, Pertev Naili. Nasreddin Hoca. İstanbul: Islık Yayınları. 2014. ISBN 9786056469909.
- Caferoğlu, Ahmet. "Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı" (PDF). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi. 5 (1–4). 1956. 2022-08-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.
- YakupoğLu, Cevdet. "Azerbaycan´ın Hôy Yöresinde Türk Egemenliği (XI- XVI. Yüzyıllar)". History Studies International Journal of History. 10 (2). 18 mart 2018: 175–193. doi:10.9737/hist.2018.590.
- Durand-Guédy, David. "Mongols, Turks and Others: Eurasian Nomads and the Sedentary World , edited by Reuven Amitai and Michal Biran, Leiden: Brill, 2005, ISBN 9-0041-4096-4, xx 550pp., 7 maps, index". Iranian Studies. 43 (3). iyun 2010: 420–424. doi:10.1080/00210861003693992.
- Нагдалиев, Фархад. Ханы Нахичеванские в Российской Империи (PDF). Moskva: Новый Аргумен. 2006. səh. 432. ISBN 5-903224-01-6. 5 iyul 2022 tarixində arxivləşdirilib (PDF).
- Günal, Zerrin: İslam Ansiklopedisi:. Nöker. İstanbul: İslam Ansiklopedisi. 2007.
- Johanson L. Turcia, the Turkic World. In: Turkic. Cambridge Language Surveys. Cambridge University Press; 2021:41–93.
- Hüseynov, Gurban. "Moğolların Azerbaycan Saldırıları ve İlhanlılar Dönemi Azerbaycan'da Moğol Yerleşim Yerleri". Türklük Bilimi Araştırmaları (türk) (53). 21 iyun 2023: 63–79. ISSN 1300-7874.
- Köprülü, Mehmed Fuad. Azəri (PDF). Bakı: Elm. 2000.
- Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, 216 səh.
- Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh.
- Mamedov, Eldar. Azerbaijan Twenty-Five Years after Independence: Accomplishments and Shortcomings // Hunter, Shireen T. (redaktor). The New Geopolitics of the South Caucasus: Prospects for Regional Cooperation and Conflict Resolution. Lexington Books. 2017. 27–64. ISBN 978-1-4985-6496-0. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-14.
- Mehmet Berk Yaltırık, Moğolların Deşt-i Kıpçak Seferleri Arxivləşdirilib 2024-02-25 at the Wayback Machine, (Yüksek Lisans Tezi), Edirne: Trakya Üniversitesi Sosyal Bilimler Enstitüsü, 2014.
- Mustafayev, Shahin. "Outlines of the Mongolian supremacy in Azerbaijan and the South Caucasus" (PDF). Khazar Journal Of Humanities and Social Sciences. 2018. doi:10.5782/.kjhss.2018.145.168. 2023-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.
- Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Редактор: доктор исторических наук, профессор Ш. Фарзалибейли. — Б.: Элм и Тахсил, 2011. — Т. V. Арабо-персо-тюркоязычные надписи Ширвана, Гянджи, Агдама, Шуши, Физули, Зангелана, Джабраила, Лачына, Кельбаджара и др.. — 240 с.
- Lati̇fova, Elvira. "СЕВЕРО-ЗАПАДНЫЕ РЕГИОНЫ АЗЕРБАЙДЖАНА В КОНТЕКСТЕ ТЮРКО-МОНГОЛЬСКОЙ ИСТОРИИ". Avrasya Uluslararası Araştırmalar Dergisi. 11 (36). 20 sentyabr 2023: 216–230. doi:10.33692/avrasyad.1276291.
- Petruşevski, İlya. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. Ленинград: Изд-во Ленинградского Государственного Ордена Ленина Университета им. А.А. Жданова. 1949.
- Prazniak, Roxann. "Ilkhanid Buddhism: Traces of a Passage in Eurasian History". Comparative Studies in Society and History. 56 (3). iyul 2014: 650–680. doi:10.1017/S0010417514000280.
- Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
- Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (PDF). Yurt Yayınevi. 2003. 2023-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.
- Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan (14th –15th Centuries) // Contemporary research in Turkology and Eurasian studies: a festschrift in honor of Professor Tasin Gemil on the occasion of his 70th birthday. Cluj-Napoca, România: Presa Universitară Clujeană. 2013. ISBN 9789735956226.
- Sümer, Faruk. "Azerbaycan'ın Türkleşmesi Tarihine Umumi Bir Bakış". Belleten (türk). 21 (83). 20 iyul 1957: 429–448. ISSN 0041-4255. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
Əlavə ədəbiyyat
- Abdullayev, E. Z. (1987). AZERBAYCAN-MOĞOL DİL İLİŞKİLERİ . Türk Dili Araştırmaları Yıllığı — Belleten , 35 (1987) , 1–9 . Retrieved from AZERBAYCAN-MOĞOL DİL İLİŞKİLERİ Arxivləşdirilib 2023-06-17 at the Wayback Machine
- "Azeri şivesinde nohur ve lap kelimeleri", Rocznik Orientalistyczny , XVII, Krakow, 1953, (s. 180–183)
- Caferoğlu, Ahmet: "Azerî Lehçesinde Bazı Mogol unsurları", Azerbaycan Yurt Bilgisi, sayı 6–7, İstanbul, 1932 (I, s. 215–226); sayı 25, İstanbul, 1934, (II, s. 3–8) (13 kelime)
- Lindsay, R. (2010). Mutual Intelligibility Among Turkic Languages. Retrieved December 18, 2015, from Academia: Mutual Intelligibility Among the Turkic Languages Arxivləşdirilib 2023-11-01 at the Wayback Machine
- Ghorbannejad, Parisa. (2008). Influence and Expansion Ibn Arabi's School among Sufis of Azerbaijan Mongol Era Arxivləşdirilib 2023-11-01 at the Wayback Machine. 4. 71–97.
- Ghorbannejad, Parisa. (2009). Sufism in Azerbaijan during the Mongol period Arxivləşdirilib 2023-11-01 at the Wayback Machine تصوف در آذربایجان عهد مغول.
- Paul, J. (2021). Remarks on Petrushevskii’s Article K istorii instituta soiurgala. Journal of the Economic and Social History of the Orient, 64(7), 1072-1100.
- Petrushevskii, I.P. (2021). On the History of the Institution of the Soyūrghāl. Journal of the Economic and Social History of the Orient, 64(7), 1035-1071