Azərbaycan rəmzləri: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 111: Sətir 111:


== Tarixən istifadə edilmiş simvollar ==
== Tarixən istifadə edilmiş simvollar ==
Tuğ tarixən türk xalqları tərəfindən istifadə edilən atributdur. Gəncə xanlığının hökmdarı Cavad xanın da tuğu (buncuğu) vardır.<ref>{{cite news |title=HERALDİKANIN PREDMETİ VƏ ELEMENTLƏRİ |author=Afiq Abdullayev |url=https://www.anl.az/down/meqale/adpu-tic/2020/02/793646(meqale).pdf |publisher=TARİX, İNSAN VƏ CƏMİYYƏT |date=2020 |accessdate=2024-04-05 |language=az |archiveurl= |archivedate=2024-04-05 }}</ref>

"[[Aslan və Günəş]]" simvolu "qədim [[İran tarixi|İran]], [[Ərəblər|ərəb]], [[Türk xalqları|türk]] və [[Monqollar|monqol]] adət-ənənələrini" birləşdirir. Bu simvol ilk dəfə XII əsrdə məşhur simvola çevrilmiş, Səlcuqlar tərəfindən istifadə edilmişdir. Simvolun [[İslam]], [[Türk xalqları|türk]] və [[Monqollar|monqol]] təsirləri aslan ilə səltənət və padşah ailəsi arasındakı simvolik əlaqəni vurğulayırdı. Simvol Azərbaycanın da daxil olduğu Səfəvilər dövlətində geniş istifadə edilmişdir.<ref>{{citation|contribution=Flags (of Persia)|contribution-url=http://www.iranicaonline.org/articles/flags-i |last=Shahbazi|first=Shapur A.|title=Encyclopaedia Iranica|editor=E. Yarshater|volume=10|year=2001|display-editors=etal |title-link=Encyclopædia Iranica}}</ref>
"[[Aslan və Günəş]]" simvolu "qədim [[İran tarixi|İran]], [[Ərəblər|ərəb]], [[Türk xalqları|türk]] və [[Monqollar|monqol]] adət-ənənələrini" birləşdirir. Bu simvol ilk dəfə XII əsrdə məşhur simvola çevrilmiş, Səlcuqlar tərəfindən istifadə edilmişdir. Simvolun [[İslam]], [[Türk xalqları|türk]] və [[Monqollar|monqol]] təsirləri aslan ilə səltənət və padşah ailəsi arasındakı simvolik əlaqəni vurğulayırdı. Simvol Azərbaycanın da daxil olduğu Səfəvilər dövlətində geniş istifadə edilmişdir.<ref>{{citation|contribution=Flags (of Persia)|contribution-url=http://www.iranicaonline.org/articles/flags-i |last=Shahbazi|first=Shapur A.|title=Encyclopaedia Iranica|editor=E. Yarshater|volume=10|year=2001|display-editors=etal |title-link=Encyclopædia Iranica}}</ref>



08:04, 14 aprel 2024 tarixinə olan versiya

Azərbaycan rəmzləriAzərbaycan xalqının tanınma nişanları.

Azərbaycan Respublikasının rəmzləri

Şəkil Adı Təsvir Tarix
Azərbaycan Respublikasının Dövlət Bayrağı
Azərbaycan Respublikasının Dövlət Bayrağı
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:
  1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
  2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
  3. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir."[1]
9 noyabr 1918-ci il tarixində təsdiq edilib.
Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan Respublikasının Dövlət Gerbi
Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir.

Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir.

Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.[2]

9 yanvar 1993-cü il tarixində təsdiq edilib.
Azərbaycan himni
Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökumət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Camo bəy Hacınskiyə məxsusdur.[3] 27 may 1992-ci il tarixində təsdiq edilib.
Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsi
28 may 1918-ci il — Azərbaycan Demokratik Respublikasının Dövlət Müstəqilliyinin elan edilməsi
28 may günü bütün Azərbaycan tarixi bir hadisəni-1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini qeyd edir. 28 may Azərbaycanda milli bayram-"Respublika günü"dür. 28 may 1992-ci ildən bayram edilir.
Azərbaycan pul vahidi (manat)
Azərbaycan manatı
Azərbaycan manatı Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. Təsis edilib

15 avqust 1992-ci il 

"Qızıl Ulduz" medalı
"Qızıl Ulduz" medalı
Qızıl Ulduz medalı Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanıdır. "Qızıl Ulduz" medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur. Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli beşkünc xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır. Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Təsis edilib

25 mart 1992-ci il 

"Heydər Əliyev" ordeni
"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir. "Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "HEYDƏR ƏLİYEV" sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir. Təsis edilib

22 aprel 2005-ci il.

"Şah İsmayıl" ordeni
"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının ali hərbi ordenidir. Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

- boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
- paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;
Təsis edilib

6 dekabr 1993-cü il.

Qeyri-rəsmi rəmzlər

Anlayışlar

Azərbaycan

Baş tanrı Göy Tanrı (bütün türk xalqlarında)
Əcdad
  • Türk (bütün türk xalqlarının əcdadı)
  • Oğuz xan (oğuz türklərinin əcdadı)
Personifikasiya Koroğlu[4]
Dövlət qurucusu

Azərbaycanlı etnik qruplar

  • Aşura. Tədqiqatçılar Aşuranı Dərbənd şəhərinin azərbaycanlı şiə əhalisinin kimliyinin göstəricisi hesab edirlər.[19]

Şəxslər

Tarixən istifadə edilmiş simvollar

Tuğ tarixən türk xalqları tərəfindən istifadə edilən atributdur. Gəncə xanlığının hökmdarı Cavad xanın da tuğu (buncuğu) vardır.[22]

"Aslan və Günəş" simvolu "qədim İran, ərəb, türkmonqol adət-ənənələrini" birləşdirir. Bu simvol ilk dəfə XII əsrdə məşhur simvola çevrilmiş, Səlcuqlar tərəfindən istifadə edilmişdir. Simvolun İslam, türkmonqol təsirləri aslan ilə səltənət və padşah ailəsi arasındakı simvolik əlaqəni vurğulayırdı. Simvol Azərbaycanın da daxil olduğu Səfəvilər dövlətində geniş istifadə edilmişdir.[23]

XII əsrin II yarısında Gəncə və Orta Kür ərazisinin digər şəhərlərində mədəni assimilyasiya haqqında məlumat verən Davidin "Nəsihətlər" əsərində qeyd edilir ki, əvvəl kürdlər, sonra türklər kilsələrə gəlməyə başlamış, xristianlığın müqəddəs simvollarını şərdən və uğursuzluqdan qoruyan simvollar kimi əldə etmək istəmişdir.[24]

Ağqoyunlu dövlətində Uzun Həsən Bayandur tamğasının (möhürünün) dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında görülür.[25][26] Uzun Həsənin tuğrası onun 600 illiyi münasibətilə Azərbaycan poçt markasında və "Azergold"un qızıl sikkəsində təsvir edilmişdir.[27][28]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
  2. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-11.
  3. "S.K.Məmmədova. "Mədəniyyətşınaslıq",(dərs vəsaiti) Bakı, "Kooperasiya" nəşriyyatı-2001, 202 səh" (PDF). 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-04-11.
  4. The Complete Guide to National Symbols and Emblems [2 volumes] By James B. Minahan
  5. "Odlar Yurdu". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-11.
  6. "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". Unesco.org. April 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2010.
  7. "Baku (Azerbaijan); Evaluation Report" (pdf). Unesco.org. July 25, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: November 25, 2010.
  8. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI [ölü keçid]
  9. Shaffer, 2002. səh. 20
  10. "Atçılıq haqqında" Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 255-IIIQ nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine  (az.)
  11. "Известия. Ру: «Имеющий уши да услышит…»". 2008-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-16.
  12. Сергей Александрович Токарев. Основы этнографии: Учеб. пособие для ист. специальностей вузов.. — Высшая школа, 1968. — С. 311. — 359 с.
  13. Encyclopaedia Iranica. Balaban. Arxivləşdirilib 2011-08-05 at the Wayback Machine: "BĀLĀBĀN, a cylindrical-bore, double-reed wind instrument about 35 cm long with seven finger holes and one thumb hole, played in eastern Azerbaijan in Iran and Soviet Azerbaijan (where it is also called düdük)."
  14. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Balaman Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine
  15. "The traditional art of Azerbaijani carpet weaving in the Republic of Azerbaijan". 2010-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.
  16. "Azerbaijani carpet entered UNESCO List of Intangible Cultural Heritage". 2012-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.
  17. "Bakı 2015 Avropa Oyunları rəsmi Ceyran və Nar simvollarını təqdim etdi (FOTO)". 2014-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.
  18. Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations (page 154)
  19. Капустина Е. Л., Солоненко М. Шахсей-вахсей в Дербенте: традиция Ашуры в начале XXI в. // Лавровский сборник: Материалы Среднеазиатско-Кавказских исследований. Этнология, история, археология, культурология, 2006–2007. — СПб.: МАЭ РАН, 2007. — С. 108–109.
  20. Oldfield, Anna C. "Don't Get in my Face Like Ashiq Peri" // Jussawalla, Feroza; Omran, Doaa (redaktorlar ). Memory, Voice, and Identity: Muslim Women's Writing from across the Middle East. New York: Routledge. 2021. ISBN 9781003100164. (page 55)
  21. "Uzeyir Hajibeyli: The "father" of Azerbaijani classical music". 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.
  22. Afiq Abdullayev. "HERALDİKANIN PREDMETİ VƏ ELEMENTLƏRİ" (PDF) (az.). TARİX, İNSAN VƏ CƏMİYYƏT. 2020. İstifadə tarixi: 2024-04-05.
  23. Shahbazi, Shapur A., Flags (of Persia) // E. Yarshater; və b. (redaktorlar ), Encyclopaedia Iranica, 10, 2001
  24. Caucasian Albania: An International Handbook, 2023. səh. 561
  25. Daniel T. Potts. Nomadism in Iran: From Antiquity to the Modern Era. 2014. səh. 7. Indeed, the Bayundur clan to which the Aq-qoyunlu rulers belonged, bore the same name and tamgha (symbol) as that of an Oghuz clan.
  26. Şablon:TDV İslâm Ansiklopedisi
  27. "Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl pul buraxılıb" (az.). turan.az. 3 Noyabr 2023. İstifadə tarixi: 2024-04-05.
  28. "Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin 600 illiyinə həsr olunmuş poçt markası" (az.). azerpost.az. 02.11.2023. İstifadə tarixi: 2024-04-05.

Ədəbiyyat

  • Brenda Shaffer. Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity. — Cambridge: Belfer Center for Science and International Affairs. Studies in International Security, 2002. — P. 255. — ISBN 978-0262692779.
  • Gippert, J. & Dum-Tragut, J. (2023). Caucasian Albania: An International Handbook. Berlin, Boston: De Gruyter Mouton. https://doi.org/10.1515/9783110794687