Qərbi Azərbaycan İcması: Redaktələr arasındakı fərq
Sətir 87: | Sətir 87: | ||
== Beynəlxalq əlaqələr == |
== Beynəlxalq əlaqələr == |
||
23 oktyabr 2023-cü ildə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcması rəhbərliyi və icmaya daxil olan azərbaycanlılarla görüş keçirmişdir. Görüşdə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi müzakirə edilmişdir. Miyatoviç qayıdış məsələsinin siyasi iradə tələb etdiyini bildirmiş, bu məsələlərlə bağlı özünün səlahiyyətlərinə uyğun olaraq işləyəcəyini qeyd etmişdir.<ref>{{cite news |title=Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşüb |author= |url=https://apa.az/qerbi-azerbaycan/dunya-miyatovic-qerbi-azerbaycan-icmasinda-olub-bir-qrup-qacqinla-gorusub-791754 |publisher=apa.az |date=23 oktyabr 2023 |accessdate=2024-02-17 |language=az |archiveurl= |archivedate=2024-02-17 }}</ref> |
|||
5 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının sədri [[Əziz Ələkbərli]] Türkiyənin hakim partiyasının (AK Parti) sədr müavini, Türkiyənin millət vəkili Zəfər Sırakaya ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılmış, azərbaycanlıların Ermənistana qayıtmaq məsələsi müzakirə edilmişdir.<ref>{{cite news |title=Qərbi Azərbaycan İcmasının sədri AK Partinin sədr müavini ilə görüşüb |author=Aysel Aslanqızı |url=https://report.az/xarici-siyaset/qerbi-azerbaycan-icmasinin-sedri-ak-partinin-sedr-muavini-ile-gorusub/ |publisher=report.az |date=5 Dekabr 2023 |accessdate=2024-02-17 |language=az |archiveurl= |archivedate=2024-02-17 }} |
5 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının sədri [[Əziz Ələkbərli]] Türkiyənin hakim partiyasının (AK Parti) sədr müavini, Türkiyənin millət vəkili Zəfər Sırakaya ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılmış, azərbaycanlıların Ermənistana qayıtmaq məsələsi müzakirə edilmişdir.<ref>{{cite news |title=Qərbi Azərbaycan İcmasının sədri AK Partinin sədr müavini ilə görüşüb |author=Aysel Aslanqızı |url=https://report.az/xarici-siyaset/qerbi-azerbaycan-icmasinin-sedri-ak-partinin-sedr-muavini-ile-gorusub/ |publisher=report.az |date=5 Dekabr 2023 |accessdate=2024-02-17 |language=az |archiveurl= |archivedate=2024-02-17 }} |
||
</ref> |
</ref> |
06:59, 9 mart 2024 tarixinə olan versiya
Qərbi Azərbaycan İcması | |
---|---|
Növü | İctimai Birlik / İcma / Topluluq |
Fəaliyyəti | Qərbi Azərbaycana qayıtmaq |
Şüar | Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq. |
Yaranma tarixi |
1989 (Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi) 3 avqust 2022 (Qərbi Azərbaycan İcması kimi) |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı |
Yarandığı yer | Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Bakı |
Sədr | Əziz Ələkbərli |
westaz.org |
Qərbi Azərbaycan İcması (QAİ) — hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlik.
Tarixi
1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında birliyin "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir.[1]
Elmi fəaliyyəti
Azərbaycan Milli Elmlər Akademiyası qarşılıqlı elmi əlaqələrin inkişafı ilə bağlı görüşlər keçirilib. Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası zamanı müzakirə olunub.[2]
İcmanın binasının istifadəyə verilməsi
Nərimanov rayonu, G. Qədirbəyova küçəsi 9 ünvanında yerləşən və vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və "Qarabağa dönüş" təşkilatının (əvvəlki adı: Dağlıq Qarabağın Azərbaycanlı İcması) yerləşdiyi binada 2022-ci ilin avqustundan "Qərbi Azərbaycan İcması" fəaliyyət göstərir.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.[3]
İdeologiyası və quruluşu
Məramı
İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib.[4]
Strukturu
İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları (Qəyyumlar Şurasının sədri Mürvət Həsənlidir[5]), İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. 8 yanvar 2023-cü ildə Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradılıb.[6]
Beynəlxalq əlaqələr
23 oktyabr 2023-cü ildə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcması rəhbərliyi və icmaya daxil olan azərbaycanlılarla görüş keçirmişdir. Görüşdə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi müzakirə edilmişdir. Miyatoviç qayıdış məsələsinin siyasi iradə tələb etdiyini bildirmiş, bu məsələlərlə bağlı özünün səlahiyyətlərinə uyğun olaraq işləyəcəyini qeyd etmişdir.[7]
5 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyənin hakim partiyasının (AK Parti) sədr müavini, Türkiyənin millət vəkili Zəfər Sırakaya ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılmış, azərbaycanlıların Ermənistana qayıtmaq məsələsi müzakirə edilmişdir.[8]
Həmçinin bax
İstinadlar
- ↑ 1 2 "Qərbi Azərbaycan İcması bu binada fəaliyyət göstərir - FOTO". 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ "AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası keçirilib". 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.
- ↑ "İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- ↑ "Qərbi Azərbaycan İcması" adlı yeni təşkilat yaradılıb
- ↑ "Qərbi Azərbaycan icmasında TÜRKPA komissiyasının nümayəndələri ilə görüş olub". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ "Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradıldı". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- ↑ "Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşüb" (az.). apa.az. 23 oktyabr 2023. İstifadə tarixi: 2024-02-17.
- ↑ Aysel Aslanqızı. "Qərbi Azərbaycan İcmasının sədri AK Partinin sədr müavini ilə görüşüb" (az.). report.az. 5 Dekabr 2023. İstifadə tarixi: 2024-02-17.