Azərbaycan sufizmi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 26: Sətir 26:


[[İmadəddin Nəsimi]]nin əsərləri və onun Anadoluda çoxlu müridinin olması bu regionda hürufiliyinin geniş yayılmasına gətirib çıxartmışdır.<ref>Said Öztürk. "Ottoman History: Misperceptions and Truths". — IUR Press, 2011 — p. 136 — ISBN 9090261087</ref> [[Şah İsmayıl Xətai]]nin şiə fanatizmi mövzusu ilə dolub-daşan şeirləri gəzəyən aşıq və dərvişlər vasitəsilə hər yerə yayılmışdır. Uzun müddət onun şeirləri ələvi və bektaşilər arasında, həmçinin İraqın [[şəbəklər|şəbək]] sektasında oxunmuşdur, şeirlərin bəziləri onların müqəddəs kitablarına daxil edilmişdir.<ref>Roger M. Savory, Ahmet T. Karamustafa. Esmail I Ṣafawi (англ.). — Encyclopædia Iranica, 1998. — Vol. VIII. — P. 628–636.</ref>
[[İmadəddin Nəsimi]]nin əsərləri və onun Anadoluda çoxlu müridinin olması bu regionda hürufiliyinin geniş yayılmasına gətirib çıxartmışdır.<ref>Said Öztürk. "Ottoman History: Misperceptions and Truths". — IUR Press, 2011 — p. 136 — ISBN 9090261087</ref> [[Şah İsmayıl Xətai]]nin şiə fanatizmi mövzusu ilə dolub-daşan şeirləri gəzəyən aşıq və dərvişlər vasitəsilə hər yerə yayılmışdır. Uzun müddət onun şeirləri ələvi və bektaşilər arasında, həmçinin İraqın [[şəbəklər|şəbək]] sektasında oxunmuşdur, şeirlərin bəziləri onların müqəddəs kitablarına daxil edilmişdir.<ref>Roger M. Savory, Ahmet T. Karamustafa. Esmail I Ṣafawi (англ.). — Encyclopædia Iranica, 1998. — Vol. VIII. — P. 628–636.</ref>

Osmanlının Bektaşiyyə sufi təriqəti Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan türk köçəri tayfaları arasında inkişaf etmişdir.<ref name="bek">Zarcone, Thierry, “Bektaşiyye”, in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/bektasiyye-COM_24010> First published online: 2014</ref>


Əslən Azərbaycandan olan Dəmirdaş (?-1523) kölə olaraq Məmlük Misirinə aparılmış, burada [[xəlvətilik]] sufi təriqətinin Qahirə qolunun (Dəmirdaşiyyə) əsasını qoymuşdur. Onun başçılıq etdiyi xəlvətilik qolu şadili sufiliyinin əsas və mötədil təcrübələrini, Əndəlus əsilli məşhur mistik [[İbn Ərəbi]]nin mistik fəlsəfəsi ilə dərin bağlılığı əks etdirir. Dəmirdaşiyyəyə üzv olmaq üçün azı iki il dini məşğələlərdə iştirak etmək tələb edilirdi.<ref name="dem">McGregor, Richard J., “Damirdāshiyya”, in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/damirdashiyya-COM_25976?lang=fr> First published online: 2016</ref>
Əslən Azərbaycandan olan Dəmirdaş (?-1523) kölə olaraq Məmlük Misirinə aparılmış, burada [[xəlvətilik]] sufi təriqətinin Qahirə qolunun (Dəmirdaşiyyə) əsasını qoymuşdur. Onun başçılıq etdiyi xəlvətilik qolu şadili sufiliyinin əsas və mötədil təcrübələrini, Əndəlus əsilli məşhur mistik [[İbn Ərəbi]]nin mistik fəlsəfəsi ilə dərin bağlılığı əks etdirir. Dəmirdaşiyyəyə üzv olmaq üçün azı iki il dini məşğələlərdə iştirak etmək tələb edilirdi.<ref name="dem">McGregor, Richard J., “Damirdāshiyya”, in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/damirdashiyya-COM_25976?lang=fr> First published online: 2016</ref>

09:07, 4 fevral 2024 tarixinə olan versiya

"Dərviş". Mirzə Qədim İrəvani

Azərbaycanda sufizm, təsəvvüf və ya İslam mistisizmiAzərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir.

Tarixi-mədəni mühit

Cəlairilər dövründə Sufi Qiyas əl-Din Kucuci Azərbaycan və İraqda məşhur olmuş, Təbrizdə xanəgah sahibi olmuşdur. Qədim azəri dilində (fəhləvi) də şeiryazmışdır.[1]

Tarixi

Elxanilər

Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə inşa edilmiş Məmmədbəyli türbəsinin kitabəsi. Zəngilan rayonu

Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir.[2]

Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə məhsulları ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir.[3] Zəngilan bölgəsində Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir.[4] Yəhya Elxani dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır.[5]

İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (Əhmədiyyə) təriqəti isə monqol şamanizmindən bəhrələnir, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.[6] Monqol ordusu batil məzhəblərə (məs. cəvvaliqi) qarşı mübarizə aparmış, bektaşi və baraqi kimi türk sufilərini qorumuşdur. Batil məzhəblər türk dərvişlərinin ayinlərini "şeytan işi" adlandıraraq ləkələmək istəmişdir. Cəvvaliqlərin pərişan və səfil bir şəkildə səpələndikləri ərazilər içərisində Azərbaycan da vardır.[7]

Sonrakı dövr

XIV—XV əsr Azərbaycan şairi İmadəddin Nəsimi

İmadəddin Nəsiminin əsərləri və onun Anadoluda çoxlu müridinin olması bu regionda hürufiliyinin geniş yayılmasına gətirib çıxartmışdır.[8] Şah İsmayıl Xətainin şiə fanatizmi mövzusu ilə dolub-daşan şeirləri gəzəyən aşıq və dərvişlər vasitəsilə hər yerə yayılmışdır. Uzun müddət onun şeirləri ələvi və bektaşilər arasında, həmçinin İraqın şəbək sektasında oxunmuşdur, şeirlərin bəziləri onların müqəddəs kitablarına daxil edilmişdir.[9]

Osmanlının Bektaşiyyə sufi təriqəti Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan türk köçəri tayfaları arasında inkişaf etmişdir.[10]

Əslən Azərbaycandan olan Dəmirdaş (?-1523) kölə olaraq Məmlük Misirinə aparılmış, burada xəlvətilik sufi təriqətinin Qahirə qolunun (Dəmirdaşiyyə) əsasını qoymuşdur. Onun başçılıq etdiyi xəlvətilik qolu şadili sufiliyinin əsas və mötədil təcrübələrini, Əndəlus əsilli məşhur mistik İbn Ərəbinin mistik fəlsəfəsi ilə dərin bağlılığı əks etdirir. Dəmirdaşiyyəyə üzv olmaq üçün azı iki il dini məşğələlərdə iştirak etmək tələb edilirdi.[11]

Marağa və Təbrizdə əliallahlıq (yarsanizm) dininə bağlı olan qruplar bir çox dini mətnləri üçün türk dilindən istifadə edir. Yarsanizm ənənəsinə görə erkən icmalar Gorani dilini istifadə edib, ancaq vaxt keçdikcə bəzi qruplar dini məqsədlər daxil olmaqla bütün məqsədlər üçün Azərbaycan dilinə yaxın türk dilini mənimsəməyə məcbur ediliblər.[12] Cənubi Kürdüstan və Luristanda sufilər üçün əhl-i həqqin kəlam dili olaraq Azərbaycan dili də istifadə edilir.[13] Əliallahıların Azərbaycan türkcəsində heca vəzni və xalq nəzm formaları ilə yazılmış xüsusi zümrə ədəbiyyatları movcud olmuşdur.[14]

Mir Həmzə Nigari (1805-1855) Azərbaycandan Osmanlının Harput şəhərinə, sufi nəqşibəndilik təriqətinin Qələdi qoluna qoşulmaq üçün getmişdir. Bu dövrdə nəqşibəndilik Qafqazda sürətli şəkildə yayılırdı. Konyada Cəlaləddin Ruminin qəbrini ziyarət etdikdən sonra, Qarabağa İsmayıl Şirvaninin adından nəqşibəndiliyi yaymağa gəlmişdir. Türk dilində öyüdverici sufi əsəri olan "Nigarnamə"ni yazmışdır.[15]

Mədəniyyət

Azəri-türkmən şair, nəqqaş, münşilərlə (bürokrat) birlikdə Azəri-türkmən sufi şeyx və qələndərlər də Osmanlıda, uclardaki (kənar vilayətlər) Osmanlı türk mədəniyyətinin formalaşmasında başlıca rol oynamışdır. Bunlar arasında Xoylu Abdal Musa, Şair Nəsimi, Həbibi, Füzuli kimi ustadlar vardır.[16]

Ədəbiyyat

Azərbaycan poeziyası kənar bölgələrə təkcə dil xüsusiyyətlərini deyil, həm də hürufilik, işrakiyyə, şiə-ələvilik anlayışları və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.[17]

XIV əsrin əvvəllərindən XIX əsrin II yarısına qədər Azərbaycan ədəbiyyatında mövcud olan mövzular ya lirika, ya da mistik-fəlsəfi mövzu da hesab edilə bilər. Azərbaycan ədəbiyyatındakı şiə mövzusu ilkin dövrlərdə mistik-fəlsəfi istiqamətli idi, müxtəlif şiə təriqətləri və sufi birliklərinin geniş mövzu dağarcığından bəhrələnirdi.[18]

XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Həbibinin şeirlərində hürufiliklə bağlı məzmunlar öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır.[19][20]

Təsviri incəsənət

Mirzə Qədim İrəvaninin çəkdiyi dərviş əlində təbərzin və kəşkül tutur. Bu əşyalar bir dərviş üçün vacib ləvazimatlardır. Dərvişin papağının ortasında isə ərəb əlifbası ilə “Allah” yazısı var.[21]

Qalereya

Həmçinin bax

İstinadlar

  1. Khwājah Ghiyāth al-Dīn Shaykh Muḥammad Kujujānī. "Dīwān-i Ghiyāth al-Dīn-i Kujujī" (ingilis). Brill. 2016. İstifadə tarixi: 2024-02-01.
  2. Togan, 1981. səh. 260
  3. Togan, 1981. səh. 267-268
  4. Неймат, 2011
  5. Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Под ред. З. М. Буниятова. — Б.: Yeni Nəşrlər Evi, 2001. — Т. II. — С. 54. — 368 с.
  6. Köprülü, F. (2004). İSLÂM SÛFÎ TARÎKATLERİNE TÜRK-MOĞOL ŞAMANLIĞININ TE’SİRİ . Marife Dini Araştırmalar Dergisi , 4 (1) , 267–275 . Retrieved from http://marife.org/tr/pub/issue/37809/436582 Arxivləşdirilib 2023-06-17 at the Wayback Machine
  7. Togan, 1981. səh. 284
  8. Said Öztürk. "Ottoman History: Misperceptions and Truths". — IUR Press, 2011 — p. 136 — ISBN 9090261087
  9. Roger M. Savory, Ahmet T. Karamustafa. Esmail I Ṣafawi (англ.). — Encyclopædia Iranica, 1998. — Vol. VIII. — P. 628–636.
  10. Zarcone, Thierry, “Bektaşiyye”, in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/bektasiyye-COM_24010> First published online: 2014
  11. McGregor, Richard J., “Damirdāshiyya”, in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/damirdashiyya-COM_25976?lang=fr> First published online: 2016
  12. Kreyenbroek, Philip G. "God first and last" : religious traditions and music of the Yaresan of Guran. 2020. 32–33. ISBN 978-3-447-11424-0. OCLC 1228902659. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
  13. Lawergren, B., Farhat, H., & Blum, S. Iran. Grove Music Online. Retrieved 21 Mar. 2023.
  14. Köprülü, 2000. səh. 28
  15. Tahsin Yazıcı. "HAMZA NİGARİ". Encyclopaedia Iranica Online (Brill). (#accessdate_missing_url)
  16. İnalcık, 2011. səh. 43-45
  17. Gasimova, A. (2015). Qurʾānic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry, Oriens, 43(1–2), 101–153. doi: https://brill.com/view/journals/orie/43/1-2/article-p101_4.xml (page 105)
  18. Berengian, 1988. səh. 17-18
  19. Sadıkoğlu, 1996. səh. 374–375
  20. Javadi, Burrill, 1988. səh. 251–255
  21. Миклашевская, 1954. səh. 94

Ədəbiyyat

  • Berengian, Sakina. Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan. K. Schwarz. 1988. ISBN 978-3-922968-69-6.
  • Javadi, H.; Burrill, K. AZERBAIJAN x. Azeri Turkish Literature // In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica (ingilis). Volume III/3: Azerbaijan IV–Bačča(-ye) Saqqā. London and New York: Routledge & Kegan Paul. 1988. 251–255. ISBN 978-0-71009-115-4.
  • Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
  • M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh.
  • Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.
  • Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Редактор: доктор исторических наук, профессор Ш. Фарзалибейли. — Б.: Элм и Тахсил, 2011. — Т. V. Арабо-персо-тюркоязычные надписи Ширвана, Гянджи, Агдама, Шуши, Физули, Зангелана, Джабраила, Лачына, Кельбаджара и др.. — 240 с.
  • Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
  • Sadıkoğlu, Cengiz. HABÎBÎ // TDV İslam Ansiklopedisi (türk). 14 (Geli̇bolu – Haddesenâ). İstanbul: Türkiyə Dəyanət Vəqfi. ISBN 9789753894418.

Mənbələr

  • M. Tərbiyət-Daneşməndani – Azərbaycan, Bakı, 1995
  • E. Mehrəliyev – Baba Kuhi Bakuvi və Pir Hüseyin Şirvani, Bakı, 2002
  • Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  • Z. Məmmədov – Azərbaycanda XI – XII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978
  • F. Ş. Fərzəlibəyli – Azərbaycan və Osmanlı imperiyası, Bakı, 1995
  • M. Nemət – Azərbaycanda pirlər, Bakı, 1992
  • E. Bertles – Sufizm və sufi ədəbiyyatı, Moskva, 1965
  • A. Gölpınarlı – Hürufilik metinleri katalogu, İstanbul, 1989
  • F. Gülen – Kalbin zümrüt tepeleri, I – II cilt, İzmir, 2001
  • M. Kara – Din, hayat, sanat açısından tekyeler ve zaviyeler, İstanbul, 1977
  • M. Kara – Tasavvuf ve tarikatlar tarihi, İstanbul, 1985

Əlavə oxu

  • DBalkane Jong, F., "Demirdās̲h̲iyya", in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004161214, 1960–2007
  • Massignon, Louis, "Ṭarīḳa", in: Encyclopaedia of Islam, First Edition (1913–1936), Edited by M. Th. Houtsma, T. W. Arnold, R. Basset, R. Hartmann. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004082656, 1913–1936