Bağırsaq çöpləri: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 29: | Sətir 29: | ||
}} |
}} |
||
{{Tibb-qaralama}} |
|||
[[Kateqoriya:Mikrobiologiya]] |
[[Kateqoriya:Mikrobiologiya]] |
||
[[Kateqoriya:Bağırsaq çöpü]] |
[[Kateqoriya:Bağırsaq çöpü]] |
04:16, 21 noyabr 2023 tarixinə olan versiya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bağırsaq çöpləri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Bağırsaq çöpləri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır.
Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir. Laktozanı parçalamayan bakteriyalar göstərilən mühitlərdə rəngsiz koloniyalar əmələ gətirirlər. Yüksək kimyəvi aktivliyə malikdir. Qlükoza, laktoza, mannit, saxaroza və digər karbohidratları turşu və qaz əmələ gətirməklə parçalayır, indol əmələ gətirir, hidrogen sulfid əmələ gətirmir. Bəzi biovarları (laktoza neqativ E.coli) laktozanı parçalamır.
Antigen quruluşu mürəkkəbdir. Hüceyrə divarı ilə əlaqədar somatik O-antigen, kapsula ilə əlaqədar səthi K-atigen və flagellalarla əlaqədar H-antigen malikdir.
Ətraf mühit amillərinə davamlılığı. E.coli ətraf mühit amillərinə çox davamlıdır. Suda və torpaqda 2–3 ay saxlanılır, süddə isə nəinki yaşaya, hətta çoxala da bilir. 55°-də 1 saat, 60° -də isə 15 dəqiqə ərzində məhv olur. Dezinfeksiyaedici maddələrin adi konsentrasiyaları onları 20–30 dəqiqə ərzində öldürür. E.coli brilliant yaşılının təsirinə xüsusilə həssasdır.
Ekoloji xüsusiyyətləri. Bakteriya əsasən heyvanların və insanların bağırsaqlarında məskunlaşır. Onlar bağırsaqların normal mikroflorasının obliqat nümayəndələrindəndir. Nəcislə ətraf mühitə düşür, buna görə də torpaqda və suda rast gəlinir. Onun aşkar edilməsi torpağın və suyun fekal çirklənməsinin əsas göstəricilərindəndir.
Patogenez. E.coli bağırsaqların daimi normal mikroflorasının nümayəndəsi olmasına baxmayaraq istər bağırsaqlarda, istərsə də bağırsaqdan kənar müxtəlif xəstəliklər törədə bilir. Orqanizmin müdafiəsi zəiflədikdə eşerixiyalar müxtəlif orqanlara və toxumalara daxil olaraq irinli-iltihabi proseslər (sepsis, yara infeksiyaları, ikincili pnevmoniya, meningitlər, sidik yolları infeksiyaları, xəstəxanadaxili infeksiyalar) törədir. Beləliklə, bağırsaq çöplərini şərti-patogen adlandırmaq olar (adi şəraitdə saprofit (hətta faydalı), müəyyən şəraitdə isə təhlükəli xəstəliklər yarada bilirlər). Bağırsaq çöplərinin qida məhsullarında çoxalması bu qidaların istifadəsi zamanı qida toksikoinfeksiyalarının baş verməsinə səbəb olur. Bağırsaq çöplərinin bəzi serotipləri bağırsaq eşerixozları adlanan kəskin bağırsaq infeksiyaları törədir. Diaregen, yaxud patogen bağırsaq çöpləri adını almış bu bakteriyalar ekzogen mənşəlidir. Bu halda infeksiyanın yoluxması və patogenetik xüsusiyyətləri digər bağırsaq infeksiyalarını xatırladır.
İmmunitet. Eşerixozlar zamanı formalaşan immunitet törədicinin ancaq müəyyən bir serotipinə qarşı yönəldiyindən onun qoruyucu effekti əhəmiyyətsizdir. E.coli O-antigenlərinə qarşı anticisimlər İgM sinfinə mənsub olduğundan onlar ciftdən keçmir, beləliklə, yenidoğulmuşlar təbii passiv immunitetdən məhrumdurlar.
Mikrobioloji diaqnostika. Bağırsaq eşerixiozları zamanı müayinə üçün nəcis, bağırsaqdan kənar eşerixiozlarda isə müayinə materialı (sidik, serobrospinal maye, yara möhtəviyyatı, qan və s.) xəstəliyin lokalizasiyasından asılı olaraq götürülür.
Bakterioloji müayinə üsulundan istifadə edilir. Müayinə materialları (qandan başqa) tərkibində laktoza olan differensial mühitlərə inokulyasiya edilir. 37 ° temperaturda bir günlük inkubasiyadan sonra differensial-diaqnostik mühitlərdə inkişaf edən xarakter koloniyaları (metal parıltılı qırmızı koloniyalar) biokimyəvi xüsusiyyətlərinə görə identifikasiya edir, sonra isə polivalent OK zərdabları vasitəsilə serotipləri təyin edirlər.
Müalicə. Bağırsaqdan kənar eşerixozlarn müalicəsi digər irinli-iltihabi proseslərdə olduğu kimidir. Bunun üçün törədici eşerixiyaların antibiotiklərə həssaslığının öyrənilməsi vacibdir. Sidik yolları infeksiyalarında sidik xinolonları (ofloksasin, siprofloksasin, norfloksasin və s.), 8-oksixinolin törəmələri (nitroksolin −5-NOK), nitrofuran törəmələri (furagin, furadonin və s.) yüksək effektivliyi ilə seçiir.
Bağırsaq eşerixiozlarının müalicəsində antibiotiklərdən, eləcə də, koli-protey bakteriofaqlarından istifadə edilir.
Profilaktika sanitar-gigiyenik rejimin gözlənilməsi, su təchizatı, qida məhsulları və qidalanma müəssisələri üzərində sanitar nəzarətin tətbiqidən ibarətdir.[1] Arxivləşdirilib 2019-09-07 at the Wayback Machine
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |