Azərbaycan linqvistik və mədəni mühiti: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 30: Sətir 30:
== Vacib ərazilər ==
== Vacib ərazilər ==
* Şərqi Anadolu. Bəzi müəlliflər Şərqi Anadolunu XIII–XIV əsrlər Azərbaycan ədəbi dilinin beşiyi hesab edirlər.{{sfn|Mustafayev|2013|pp=335-336}}
* Şərqi Anadolu. Bəzi müəlliflər Şərqi Anadolunu XIII–XIV əsrlər Azərbaycan ədəbi dilinin beşiyi hesab edirlər.{{sfn|Mustafayev|2013|pp=335-336}}
* [[Cənubi Azərbaycan]] və [[Qarabağ|Aşağı Qarabağ]]. XV əsrdə Azərbaycan mədəniyyətinin bu iki mərkəzi formalaşır. XVI–XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır.<ref name="merkez">{{cite news
* [[Təbriz]]. İranda Azərbaycan dilinin "mərkəzi"dir.<ref name="iran"/>
| title = История Востока. В 6 т. Т. 2. Восток в средние века
| author =
| newspaper =
| date =
| url = http://www.kulichki.com/~gumilev/HE2/he2510.htm
| accessdate = 2015-12-14
| archive-date = 2013-03-14
| archive-url = https://web.archive.org/web/20130314163135/http://www.kulichki.com/~gumilev/HE2/he2510.htm
| url-status = live
}}</ref>
** [[Təbriz]]. İranda Azərbaycan dilinin "mərkəzi"dir.<ref name="iran"/>
* Cənubi Dağıstan. Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib.{{sfn|Магомедханов|2008|pp=37}} Bu zaman azərbaycanlıların qeyri-türk qonşuları (ərəblər, müsəlman-tatlar, tabasaranlılar) azərbaycanlılara assimilyasiya olunmuş, farslar isə Azərbaycan dilini öyrənərək milli kimlik şüurlarını dəyişdirmişdir.<ref>Ибрагимов М.-Р. А. Азербайджанцы // Народы Дагестана / Отв. ред. С. А. Арутюнов, А. И. Османов, Г. А. Сергеева. — М.: "Наука", 2002. — ISBN 5-02-008808-0. səh 510.</ref><ref name="dagestani">Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre.</ref>
* Cənubi Dağıstan. Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib.{{sfn|Магомедханов|2008|pp=37}} Bu zaman azərbaycanlıların qeyri-türk qonşuları (ərəblər, müsəlman-tatlar, tabasaranlılar) azərbaycanlılara assimilyasiya olunmuş, farslar isə Azərbaycan dilini öyrənərək milli kimlik şüurlarını dəyişdirmişdir.<ref>Ибрагимов М.-Р. А. Азербайджанцы // Народы Дагестана / Отв. ред. С. А. Арутюнов, А. И. Османов, Г. А. Сергеева. — М.: "Наука", 2002. — ISBN 5-02-008808-0. səh 510.</ref><ref name="dagestani">Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre.</ref>
** Dərbənd. Dərbənd tarixən Bakının bir növ "mədəniyyət peyki" olub. Cənubi Dağıstanla Azərbaycan arasında sıx iqtisadi və mədəni əlaqələr Dağıstan azərbaycanlılarının, ləzgilərin, saxurların, rutulların, dağ yəhudilərinin Bakının həyat tərzinə diqqət yetirməyə başlamasına səbəb olub. Bəlkə də buna görə, digər Dağıstan şəhərlərindən fərqli olaraq, Dərbənd bu gün də ümumi Azərbaycan dili və mədəniyyət-məişət ab-havasını qoruyub saxlamaqda davam edir.{{sfn|Магомедханов|2008|pp=41-42}}
** Dərbənd. Dərbənd tarixən Bakının bir növ "mədəniyyət peyki" olub. Cənubi Dağıstanla Azərbaycan arasında sıx iqtisadi və mədəni əlaqələr Dağıstan azərbaycanlılarının, ləzgilərin, saxurların, rutulların, dağ yəhudilərinin Bakının həyat tərzinə diqqət yetirməyə başlamasına səbəb olub. Bəlkə də buna görə, digər Dağıstan şəhərlərindən fərqli olaraq, Dərbənd bu gün də ümumi Azərbaycan dili və mədəniyyət-məişət ab-havasını qoruyub saxlamaqda davam edir.{{sfn|Магомедханов|2008|pp=41-42}}

07:28, 19 noyabr 2023 tarixinə olan versiya

Azərbaycan dilinin danışıldığı ərazilər (2023-cü il Qarabağ döyüşlərindən sonrakı dövr)

Azərbaycan linqvistik və mədəni mühitiazərbaycanlılarınazərbaycanlılaşmış icmaların təşkil etdiyi mühit. Tarix boyunca Azərbaycan dilimədəniyyətinin mövcud olduğu ərazi siyasi hadisələrlə bağlı olaraq daim dəyişikliyə məruz qalmışdır. Mühitin mədəni təsiri azərbaycanlılarla birlikdə yaşayan və ya onunla əlaqələrə malik icmalarda hiss edilir.

Ərazi

Azərbaycanlı əhalinin məskunlaşma əraziləri

Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə GürcüstanErmənistana qədər olan ərazidə ortaya çıxmışdır.[1] İranda azərbaycanlılar İran Azərbaycanından başqa Həmədan və Kürdüstan vilayətlərində, həmçinin Qəzvin vilayətinin şimal hissələrində yaşayırlar. Gürcüstanda azərbaycanlılar Kvemo-Kartlinin 4 bələdiyyəsində (Marneuli, Dmanisi, Bolnisi and Qardabani) yaşayırlar. Bundan başqa Kvemo-Kartlidə ayrıca 6 azərbaycanlı anklavı mövcuddur. Msxeta-Mtianetində 1, Kaxetiyada 2 azərbaycanlı anklavı vardır.[2][3] Rusiyada azərbaycanlılar ənənəvi olaraq Cənubi Dağıstanda yaşamışdır.[4]

Azərbaycan dili və ədəbiyyatının tarixən əhatə etdiyi ərazi

XIII–XIV əsrlərdə Azərbaycan dili sadəcə Azərbaycanın yox, İran, İraq və qismən Şərqi Anadolunun türklərinin ədəbi dili idi.[5] Fuat Köprülü qeyd edir ki, hal-hazırda Azərbaycan dili adlandırılan türk ədəbi dialekti tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı.[6] İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır,[7] Əsrlər boyunca Azərbaycan dili linqva franka kimi ticarət və etniklər arası qarşılıqlı münasibətdə bütün Persiyada, Qafqazda və cənub-şərqi Dağıstanda istifadə edilirdi. Onun trans-regional təsiri ən azı XVIII əsrə qədər davam edib.[8]

Qərbi Anadolu (Osmanlı) türk dili ilə Azərbaycan dili arasındakı sərhəd XIV əsrin II yarısında görülməyə başlanmışdır. Məhəmməd Ərgin bu sərhədi Samsun-Sivas-İskəndərun xəttində görür. Kiçik Asiyanı 2 hissəyə bölən bu xəttin şərq hissəsi Azərbaycan dilinin dialektlərinin yayıldığı ərazidir.[6] Dil nöqteyi-nəzərindən baxıldığı zaman İldırım Bəyazid ilə Qazi Bürhanəddin, Fateh Sultan Mehmet ilə Uzun Həsən, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətai arasında münaqişə sadəcə hərbi-siyasi deyildi. Bu tarixi hadisələrin gedişində Yaxın Şərqin türk etnomədəni ərazisinin iki əsas komponentinin, eləcə də iki türk ədəbi dilinin — Osmanlı və Azərbaycan dillərinin yayılma və təsir sahələrinin sərhədləri müəyyən edilmişdir.[9] XV əsrin əvvəllərində Yavuz Sultan Səlimin Şah İsmayıl Xətai üzərində qələbəsindən sonra Kiçik Asiyanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. Ancaq Osmanlı ədəbi dilinin Şərqi Anadoluda yayılması əsrlər boyunca davam edən bir proses olmuş, bu regionun şairləri Azərbaycan dilində əsərlər yaratmağa davam etmişdir.[10]

1590-cı ilə qədər qızılbaşların Azərbaycandan kənarda bir sıra vilayətləri idarə etməsi (Şirazda dülqədr, Yezddə əfşar, Heratda şamlı) Azərbaycan dilinin yayılmasına təsir edib, deməli, şimali-qərbi İrandan kənardakı qruplar Azərbaycan dilində danışıb. Laristan, Şiraz, KaşanQumda Azərbaycan dilində danışıldığı ilə bağlı tarixi məlumatlar vardır.[11] XVII əsrdə Şiraz və Kaşanda türk dilinin danışılmaması qızılbaşların bu ərazilərdə hakimiyyətdə olmaması ilə izah edilə bilər.[12]

İranda Xəzərin cənub-şərqində yerləşən Gəlucah Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi adlandırılır. Gəlucah dili mərkəzi oğuz qrupuna aiddir və Azərbaycan dilinə çox yaxındır. Ancaq Azərbaycan dili ilə fərqli xüsusiyyətlərə də malikdir.[13] Azərbaycan dilinin arealı Gəlucahdan da şərqə gedir. Şimali Xorasanda 2 azərbaycandilli anklav (Dərəgəz və Lüftabad) mövcuddur.[14]

Encyclopædia Iranicaya görə, Xorasan-türk dilinin Azərbaycan dilinin dialekti adlandırılması çox da səhv olmazdı. Çünki Xorasan türkcəsi Azərbaycan dili (mərkəzi oğuzca) ilə türkməncə arasında keçid dilidir, ancaq türkmən dilindən daha çox Azərbaycan dilinə yaxındır.[13]

Qaşqay və Aynallu dilləri Azərbaycan dilinə yaxın dialektlər hesab edilir. Qaşqay və Aynallu dilinin Osmanlı dilinə yaxın olması ilə bağlı fikir də mövcuddur. Əhməd Cəferoğlu və Gerhard Dörfer xüsusilə azərbaycancadan sapmalara istinad edərək, Qaşqay və Aynallu dillərinin Osmanlı türkcəsinə yaxınlığı haqqında fərziyyəni rədd etmişdir. Aynallu və həmçinin Sonqur dialekti Xorasan türkcəsi ilə Azərbaycan dili arasında keçid dili rolu oynayır.[13]

Azərbaycan muqisinin yayıldığı ərazi

Azərbaycandakı musiqi formaları cənubda Kürdistan, şərqdə ZəncanQəzvinə qədər uzanan ərazidə mövcuddur. Mərkəzi Asiya musiqisindən sürətli ritmi ilə fərqlənən Azərbaycan şəhər musiqisi Xivəyə (Xarəzm) qədər yayılmış, BuxaraDaşkəndə qədərə çatmışdır.[15]

Vacib ərazilər

  • Şərqi Anadolu. Bəzi müəlliflər Şərqi Anadolunu XIII–XIV əsrlər Azərbaycan ədəbi dilinin beşiyi hesab edirlər.[5]
  • Cənubi AzərbaycanAşağı Qarabağ. XV əsrdə Azərbaycan mədəniyyətinin bu iki mərkəzi formalaşır. XVI–XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır.[16]
    • Təbriz. İranda Azərbaycan dilinin "mərkəzi"dir.[13]
  • Cənubi Dağıstan. Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib.[17] Bu zaman azərbaycanlıların qeyri-türk qonşuları (ərəblər, müsəlman-tatlar, tabasaranlılar) azərbaycanlılara assimilyasiya olunmuş, farslar isə Azərbaycan dilini öyrənərək milli kimlik şüurlarını dəyişdirmişdir.[18][19]
    • Dərbənd. Dərbənd tarixən Bakının bir növ "mədəniyyət peyki" olub. Cənubi Dağıstanla Azərbaycan arasında sıx iqtisadi və mədəni əlaqələr Dağıstan azərbaycanlılarının, ləzgilərin, saxurların, rutulların, dağ yəhudilərinin Bakının həyat tərzinə diqqət yetirməyə başlamasına səbəb olub. Bəlkə də buna görə, digər Dağıstan şəhərlərindən fərqli olaraq, Dərbənd bu gün də ümumi Azərbaycan dili və mədəniyyət-məişət ab-havasını qoruyub saxlamaqda davam edir.[20]

İstinadlar

  1. История Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1960. — Т. 2. — С. 272.
  2. Статком Грузии. Численность населения на начало года в 2000—2010 гг. Arxiv surəti 16 iyul 2011 tarixindən Wayback Machine saytında (ing.)
  3. "Национальный состав по краям Грузии (Total population by regions and ethnicity)" (ingilis). Национальная статистическая служба Грузии. 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  4. Исламмагомедов А. И. Дореволюционное поселение дагестанских азербайджанцев // Быт сельского населения Дагестана (XIX — нач. XX вв.). — Махачкала: Дагестанское учебно-педагог. изд-во Госкомиздата ДАССР, 1981. — С. 17.
  5. 1 2 Mustafayev, 2013. səh. 335-336
  6. 1 2 Mustafayev, 2013. səh. 334
  7. Оранский И. М. Введение в иранскую филологию. — М.: Изд-во Восточной литературы, 1960. — С. 292, прим. 5.
  8. Keith Brown, Sarah Ogilvie. Concise encyclopedia of languages of the world Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine. — Elsevier, 2009. — С. 110–113. — ISBN 978-0-08-087774-7.
  9. Mustafayev, 2013. səh. 342
  10. Mustafayev, 2013. səh. 340
  11. Floor, Javadi, 2013. səh. 2
  12. Floor, Javadi, 2013. səh. 4
  13. 1 2 3 4 Michael Knüppel. Turkic languages of Persia: An overview // Encyclopædia Iranica. January 1, 2000.
  14. Lars Johanson, Éva Ágnes Csató Johanson. The Turkic languages. — С. 274.
  15. During, J. Azerbaijan. Grove Music Online. Retrieved 28 Feb. 2022, from https://www-oxfordmusiconline-com.wikipedialibrary.idm.oclc.org/grovemusic/view/10.1093/gmo/9781561592630.001.0001/omo-9781561592630-e-0000053092 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine.
  16. "История Востока. В 6 т. Т. 2. Восток в средние века". 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  17. Магомедханов, 2008. səh. 37
  18. Ибрагимов М.-Р. А. Азербайджанцы // Народы Дагестана / Отв. ред. С. А. Арутюнов, А. И. Османов, Г. А. Сергеева. — М.: "Наука", 2002. — ISBN 5-02-008808-0. səh 510.
  19. Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre.
  20. Магомедханов, 2008. səh. 41-42

Ədəbiyyat

  • Магомедханов М.М. Дагестанцы: Этноязыковые и социокультурные аспекты самосознания. Москва: ООО "ДИНЭМ", 2008. – 272 с.
  • Shahin Mustafayev. Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan (14th–15th Centuries) // Contemporary Research in Turkology and Eurasian Studies (A Festschrift in Honor of Professor Tasin Gemil on the Occasion of his 70th Birthday). — Presa Universitară Clujeană, 2013.
  • Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013.