Azərbaycan linqvistik və mədəni mühiti: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə yaradıldı
(Fərq yoxdur)

06:42, 18 noyabr 2023 tarixinə olan versiya

Azərbaycan linqvistik və mədəni mühiti — azərbaycanlıların və azərbaycanlılaşmış icmaların təşkil etdiyi mühit. Tarix boyunca Azərbaycan dili və mədəniyyətinin mövcud olduğu ərazi siyasi hadisələrlə bağlı olaraq daim dəyişikliyə məruz qalmışdır.

Ərazi

Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə GürcüstanErmənistana qədər olan ərazidə ortaya çıxmışdır. İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır,[1] Gəlucah isə Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi sayılır.[2]

Fuat Köprülü qeyd edir ki, hal-hazırda Azərbaycan dili adlandırılan türk ədəbi dialekti tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. Qərbi Anadolu (Osmanlı) türk dili ilə Azərbaycan dili arasındakı sərhəd XIV əsrin II yarısında görülməyə başlanmışdır. Məhəmməd Ərgin bu sərhədi Samsun-Sivas-İskəndərun xəttində görür. Kiçik Asiyanı 2 hissəyə bölən bu xəttin şərq hissəsi Azərbaycan dilinin dialektlərinin yayıldığı ərazidir.[3] Bəzi müəlliflər Şərqi Anadolunu XIII–XIV əsrlər Azərbaycan ədəbi dilinin beşiyi hesab edirlər.[4]

Azərbaycandakı musiqi formaları cənubda Kürdistan, şərqdə ZəncanQəzvinə qədər uzanan ərazidə mövcuddur. Mərkəzi Asiya musiqisindən sürətli ritmi ilə fərqlənən Azərbaycan şəhər musiqisi Xivəyə (Xarəzm) qədər yayılmış, BuxaraDaşkəndə qədərə çatmışdır.[5]

İstinadlar

  1. Sitat səhvi: Yanlış <ref> teqi; oran adlı istinad üçün mətn göstərilməyib
  2. Sitat səhvi: Yanlış <ref> teqi; geluc adlı istinad üçün mətn göstərilməyib
  3. Mustafayev, 2013. səh. 334
  4. Mustafayev, 2013. səh. 335-336
  5. During, J. Azerbaijan. Grove Music Online. Retrieved 28 Feb. 2022, from https://www-oxfordmusiconline-com.wikipedialibrary.idm.oclc.org/grovemusic/view/10.1093/gmo/9781561592630.001.0001/omo-9781561592630-e-0000053092 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine.