Zeynalabidin Qiyami

Azərbaycan Milli Hökuməti dövründə Ali məhkəmənin sədri.

Zeynalabidin Qiyami (1891, Əhər, Şərqi Azərbaycan ostanıBakı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli hökumətinin Ali məhkəməsinin sədri.[1]

Zeynalabidin Qiyami
Azərbaycan Milli Hökumətinin, Ali məhkəməsinin sədri
12 dekabr 1945 – 12 dekabr 1946
Şəxsi məlumatlar
Doğum tarixi 1891
Doğum yeri
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər Məşrutə hərəkatı (1911)
Xiyabani hərəkatı (1920)
21 Azər hərəkatı (1945)

Təltifləri "Səttarxan" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İlk illəri

redaktə

Zeynalabidin Əlinağı oğlu Qiyami 1891-ci ildə Təbrizdə anadan olub.[2]

Məşrutə hərəkatı dövründə Hacı Əli Davafuruş tərəfindən Səttar xana təqdim olunub və fədailərin sırasına qoşulub.[2][3] Acı çay kənarında və Əmirbağında baş vermiş döyüşlərdə iştirak edib. Daha sonra Səttar xanla birlikdə Tehrana gedən 70 fədaidən biri olub. Baharistanın tutulması ilə nəticələnən döyüşdə iştirak edib. Göstərdiyi şücatə görə Milli İdarə Heyəti tərəfindən "Salar Zəfər" adını alıb.[2]

Məhəmmədəli şah hakimiyyətdən getdikdən sonra Hüquq və siyasi biliklər məktəbində ali təhsil alıb.[4] Daha sonra Süleyman mirzə İskəndərinin rəhbərlik etdiyi Demokrat Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edib.[2]

 
Təbrizdə Bağırxanın büstünün açılış mərasimi, 1946-cı il. Soldan sağa Salamulla Cavid, Zeynalabdin Qiyami, Seyid Cəfər Pişəvəri, Hacı Mirzə Əli Şəbüstəri

1920-ci ildə Təbrizdə başlayan Şeyx Məhəmməd Xiyabani hərəkatına qoşulub.[5] Hərəkatı idarə etmək üçün Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Mirzə Tağı xan Rafət, Zeynalabdin Qiyami və digərlərindən ibarət olan İctimai İdarə Heyəti yaradılıb.[5][6][7] 1920-ci il iyunun 24-də Təbrizdə yaradılmış Milli Hökumətin 20 üzvündən biri olub.[2][5][8] Xiyabani hərəkatında göstərdiyi şücaətə görə Şeyx Məhəmməd Xiyabani tərəfindən ona "Qiyami" ləqəbi verilib.[2] 1920-ci il sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani Mehdiqulu xan Hidayət tərəfindən öldürüldü.[9] Bundan sonra onun silahdaşları hökumət qüvvələrinə qarşı müxtəlif bölgələrdə partizan döyüşləri aparıblar.[10] Zeynalabdin Qiyaminin də rəhbərlik etdiyi fədai dəstəsi Əhərdə, Qaradağın dağlıq bölgələrində hökumət qüvvələri ilə vuruşublar.[11][12][13] Daha sonra onlarla danışıqlara gedən dövlət nümayəndələri onları tələbi ilə razılaşaraq Xiyabaninin qatili Mehdiqulu xan Hidayəti vəzifəsindən kənarlaşdırıblar.[2]

Soyad qanunundan sonra Təbrizdə baş verən Xiyabani hərəkatından iştirak etdiyi üçün özünə "Qiyami" soyadını götürüb.[14]

1921-ci ildə Süleyman mirzə İskəndərinin dəvəti ilə Sosialist Partiyasını formalaşdırmaq üçün Tehrana dəvət olunub. Burada 41 nəfərlik Mərkəzi Komitəyə seçilib.[2] 1921-ci ildə Ziyaəddin Təbatəbai çevriliş etdikdən sonra Azərbaycana gəlib və burada nəqliyyatla bağlı departamentin yaradılması üçün çalışıb. Lakin bu hökumət dağıldıqdan sonra həbs olunub hərbi məhkəmə tərəfindən kommunist olmaqda və silahlı üsyan qaldırmaqda təqsirləndirilərək ölüm hökmü alıb. Həsən xan Mustovfi əl-Məmalikin səyləri nəticəsində həbsdən azad olunub.[2] 1924-cü il sentyabrın 1-dən etibarən Təbrizdə həftədə 2 dəfə çap olunan Asayiş qəzetini çap etdirib.[15][16]

1937-1939-cu illərdə İsfahanın bələdiyyə başçısı seçilib. Orada korrupsiyaya və dövlət məmurlarının özbaşınalığına qarşı mübarizə aparıb. Lakin bir müddət sonra istefa verməli olub və Tehrana köçüb.[14] 1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış İran Tudə Partiyasının qurucularından biri olub.[17]

Azərbaycan Demokrat Hərəkatında

redaktə
 
Seyid Cəfər Pişəvəri Zeynalabdin Qiyamiyə "Səttarxan ordeni"ni təqdim edərkən

1945-ci ilin sentyabrın 6-da Tudə Partiyasının Azərbaycan təşkilatının əyalət plenumunda qərara alınır ki, partiyanın Azərbaycan təşkilatının üzvləri Azərbaycan Demokrat Firqəsinə keçsinlər.[18][19] Bunu təmin etmək üçün Sadıq Padiqan, Zeynalabidin Qiyami, Məmməd Hüseyn Burhani, Yədulla Kələntəri və Əbülhəsən Vaqifdən ibarət komissiya yaradılıb.[18][20]

1945-ci il sentyabrın 14-də Təbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Zeynalabidin Qiyaminin də üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradılıb.[21][22] 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Rəyasət Heyətinə üzv seçilib.[23] Noyabrın 21-də Azərbaycan parlamentinə seçkilərin keçirilməsi haqqında qərar qəbul olunur. Seçkilərin keçirilməsi üçün Zeynalabdin Qiyaminin sədrliyi ilə 19 nəfərdən ibarət seçki komissiyasının tərkibi təsdiqlənib.[24][25]

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Ali Məhkəmənin sədri təyin olunub.[26][27][28] 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb.[29] Bu komissiyaya Zeynalabidin Qiyami də daxil olub.[9][29] 1946-cı ildə yeni yaradılmış 2 illik siyasi məktəbə rəis təyin olunub.[30]

1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif edilib.[31][32]

1946-cı il dekabrın 13-də ABŞBöyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[33][34] Bununla da Azərbaycan Milli Hökuməti süqut edir.[35] Milli Hökumətin süqutundan sonra Zeynalabidin Qiyami Bakıya köçüb. 1953-cü ilin oktyabr ayında Bakıda Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinə seçilən 15 nəfərdən biri olub.[36]

İstinadlar

redaktə
  1. Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
  2. 1 2 3 4 5 6 7 8 9 Mədədi, Sirus. "Qəvamülsəltənə cinayətlərinin tarixçəsi". iranglobal.info (fars). 2011-08-04. İstifadə tarixi: 2024-12-29.
  3. Ələkbərli, Faiq. ""Azadistan" dövləti və Mirzə Tağıxan Rəfət". Xalq qəzeti (az.). 2023-08-18. İstifadə tarixi: 2024-12-18.
  4. Qiyami, Zeynalabdin. Qəvamülsəltənə cinayətlərinin tarixçəsi. I. Berlin: Azərbaycan jurnalı. 1978.
  5. 1 2 3 Bayramzadə, Səməd. "1920-ci il Təbriz üsyanı". Azərbaycan Ruznaməsi (az.). 2021-04-06. İstifadə tarixi: 2024-12-18.
  6. Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 186
  7. Əhmədov, 2009. səh. 179
  8. Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 188
  9. 1 2 Pişəvəri, 1946. səh. 29
  10. Mədətli, 2017. səh. 253
  11. Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 199
  12. Mədətli, Eynulla. "Xiyabani Hərəkatı və Təbrizdə Milli hökumət İran tarixçilərinin gözü ilə". 525-ci qəzet. 2020-05-02. 20–21. İstifadə tarixi: 2024-12-18.
  13. Əhmədov, 2009. səh. 187
  14. 1 2 Rza Həmraz - Xatirələr güzgüsündə Zeynalabdin Qiyami
  15. Sədrhaşemi, Məhəmməd. İran qəzet və jurnallarının tarixi (fars). II. Kamal İsfahani nəşriyyatı. 1984. 152.
  16. Məmmədli, 2009. səh. 181
  17. Çeşmazər, 1986. səh. 12
  18. 1 2 Pişəvəri, 1946. səh. 37
  19. Həsənli, 2023. səh. 303
  20. Həsənli, 1998. səh. 225
  21. Həsənli, 2023. səh. 307
  22. Həsənli, 2006. səh. 116
  23. Həsənli, 2006. səh. 137
  24. Həsənli, 1998. səh. 273
  25. Həsənli, 2023. səh. 352
  26. Qasımlı, 2012. səh. 153
  27. Məmmədov, Adıgözəl. "Böyük Azərbaycan naminə Əziz Əliyev". visiontv.az (az.). 2024-08-02. İstifadə tarixi: 2024-12-18.
  28. Həsənli, 2006. səh. 167
  29. 1 2 Həsənli, 2006. səh. 223
  30. Qasımlı, 2012. səh. 49
  31. Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 106. ISBN 978-9952-8285-3-5. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 2022-03-10.
  32. Çeşmazər, 1986. səh. 114
  33. Qəribli, 1997. səh. 173
  34. McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  35. George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), p. 49
  36. Çingizoğlu, Ənvər. "Əbdüssəməd mirzə Kambəxş: "Qırmızı şahzadə"". reyting.az. 2020-04-22. İstifadə tarixi: 2024-12-18.

Ədəbiyyat

redaktə