Zeydilik

(Zeydilər səhifəsindən yönləndirilmişdir)

İslam

İslam tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Zeydilik (ərəb. زيدية‎) məzhəbi — İslamın Şiə məzhəbinin fiqhi məzhəblərindən biri. 4-cü imam İmam Əli ibn Hüseyn Zeynül Abidinin oğlu Zeyd ibn Əlinin davamçılarıdır. Zeydilər, 4-cü imam Zeynül Abidindən sonra Zeydi imam bilirlər. İndi də Yəmən və ətrafında zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca üstünlüyə malikdirlər.

İslam Məzhəblərinin nümayəndələri

İslam
 
İslam tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Zeydilik təriqəti Zeydilik hərəkatının nəticəsində yaranmışdır. Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, ƏməviAbbasi xəlifələrinə qarşı mübarizə apardı. Onlar Afrikanın şimalında - MərakeşdəƏrəbistan yarımadasının cənubunda - Yəməndə müstəqil və qüdrətli bir dövlət qurmağı da bacardılar. Onların hökmranlığı Yəməndə son illərədək davam etmişdir. Yəməndə zeydilərin sonuncu hakimi Seyfulislam Əl-Bədr olmuşdur. O, Abdullah əl-Səllalın Şimali Yəməndə çevriliş etməsindən sonra hakimiyyətdən uzaqlaşdırılmışdır.

Yaranması

redaktə

İllər ötdükcə Zeydilik hərəkatı bir təriqət kimi formalaşmağa başladı. Və tədricən zeyd hərəkatı Zeydilik təriqətinə çevrilməyə başlandı. Zeyd ibn Əlinin özünün isə heç bir zaman yeni bir təriqət yaratmaq fikri olmamışdır. O sadəcə olaraq qəddar Əməvi səltənətinə qarşı üsyan etmiş və xəlifəliyin gerçək sahiblərinə - Əhli Beytə qaytarılmasını tələb etmişdir. Lakin illər keçdikcə bu hərəkata başçılıq edən, bu ad altında üsyana qalxan şəxslər şəxsi fikirlərini irəli sürmüş, müxtəlif məsələlərdə öz istədikləri kimi rəylər söyləmişlər. Onlar Zeydin adından istifadə edərək müxtəlif kitablar yazmış və ayrıca bir təriqət yaratmışlar. Bu hallar xüsusilədə onların müxtəlif ölkələrdə hakimiyyətə gəlmələrindən sonra baş vermişdir. Yəni Zeyd ibn Əlinin öldürülməsindən 170 il sonra. Tarixi mənbələrdə göstərilir ki, Zeydilik fiqhi təriqət kimi Yəhya ibn Hüseyn ər-Rəssinin bu sahədə kitab yazmasından sonra formalaşmağa başlamışdır. Bu isə hicri təqvimi ilə 298-ci (m. 911) ilə təsadüf etmişdir. Zeydilik əsasən İraqda, xüsusilə də təriqətlərin vətəni hesab edilən Bəsrədə, eləcə də Yəməndə geniş yayılmışdır. Zeydilər xalqı Zeydin imamətinə dəvət etdilər və sonralar beş firqəyə ayrıldılar: müğiyriyyə, carudiyyə, zükeriyyə, xəbəşiyyə və xülqiyyə.

Əqidə

redaktə

Zeydilər əqidəcə şiə məzhəblərindən cəfəriismaili şiələrinə, sünni məzhəblərindən isə hənəfi məzhəbinə çox yaxındırlar. Zeydiyyə firqəsi üsulidində mötəzilə, füruidində isə dörd sünnü məzhəbindən birinin başçısı olan Əbu Hənifənin fiqhindədirlər. Onlarda da eyni ilə Cəfərilərİsmaililərdə olduğu kimi dini hüquq və şəriət hökmləri Quran və Sünnətdən çıxarılır. Onlarla Sünnilik arasındakı əsas fərqlərdən biri də odur ki, onlar Sonuncu peyğəmbər Hz. Muhamməd (s) - dən sonra ilk xəlifənin həm peyğəmbərin vəsiyətiylə, həm də İlahi seçimlə Hz. Əlinin (ə) olduğunu iddia edirlər. Bütün bunlardan çıxan nəticələrə görə Zeydilər ; 5 İmam yolu ilə Hz. Muhamməddən (s) gələn sözləri (hədis) olaraq qəbul edirlər. 116 Ərəb İslam xəlifəsindən yalnız ikisini (IV xəlifə Hz. Əli (ə) və V xəlifə Hz. Həsən (ə)-i) haqq xəlifə olaraq qəbul edirlər. Zeydilərə görə Sonuncu Peyğəmbər (s) - dən sonrakı haqq xəlifələr Peyğəmbərin Əhli Beytindəndir. Hz. Muhamməd peyğəmbər (s), Xanım Fatimeyi Zəhra (s.ə.) və 5 imamı örnək alıb onların yolu ilə gedirlər.

Zeydi imamlar

redaktə
Muhamməd Mustəfa Peyğəmbər
Əli ibn Əbu Talib əl Mürtəza 1. İmam
Həsən ibn Əli əl Müctəba 2. İmam
Hüseyn ibn Əli Seyidüş Şühəda 3. İmam
Əli ibn Hüseyn Zeynül Abidin 4. İmam
Zeyd ibn Əli əş-Şəhid 5. İmam

Zeydiliklə Cəfərilikİsmaililik arasındakı əsas fərq isə onların 4-cü imam İmam Zeynül Abidindən sonra cəfərilərismaililər kimi İmam Məhəmməd Baqiri yox məhz Zeyd ibn Əlini 5-ci imam olaraq qəbul etmələridir. Bundan başqa Zeydilikdə Cəfərilikdə olduğu kimi 12 və İsmaililikdə olduğu kimi 7 imam yox, 5 imam anlayışı vardır. Zeydilər 4-cü imam İmam Zeynülabidindən sonra Zeydi 5-ci imam hesab etmələrinin səbəbini müxtəlif cür izah edirlər. Onlara görə :

"Evində oturub xalqdan uzaq düşən şəxs, imam deyildir. İmam, alim, saleh, baxış sahibi olan və qılıncla qiyam edən hər Fatimi olan şəxsdir"

Yəni hər alim, zahid və cəsur olan Fatimi-Ələvi (yəni Hz. Əli (ə) ilə Hz. Fatimənin (ə) oğlu) qılıncla qiyam edib xalqı özünə tərəf dəvət edərsə, o, İmamdır. Çünki Zeyd, Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin xilafəti zamanında bəni-Üməyyənin zülm və təcavüzü nəticəsində Kufədə qiyam etdi. Və sonda öldürüldü. Zeydilər məhz Onu 5-ci imam qəbul edib, Ona bağlı olmağı özlərinə vacib bilirlər. Onlara görə Zeydin məqamı, bu növ sözlərin ona istinad edilməsindən daha da ucadır.

Qurumlar

redaktə

IX yüzillikdə Zeydin nəslindən olan Nasir Xorasanda qiyam etdi və yerli hökumət tərəfindən təqib olunduğuna görə oradan qaçıb, hələ də əhalisi İslamı qəbul etməyən Mazandarana getdi. O, 13 illik təbliğ və dəvətdən sonra bir çoxlarını müsəlman etdi, onları zeydiyyə məzhəbinə inandırdı və onların köməyi ilə də 864-cü ildə Şimali Qafqazda - Təbəristanı ələ keçirib ilk Zeydi dövlət qurumunu qurdu. Bu dövlətin varlığına qısa bir müddətdən sonra 928-ci ildə Samanilər dövləti tərəfindən son qoyulmuşdur. Daha sonra həmin zeydi qrup tərəfindən 968-ci ildə Xəzər dənizinin cənubunda Gilanda yeni bir dövlət yaradılmış və həmin dövlət də XI yüzilliyə qədər mövcud olmuşdur. Zeydilər Yəməndə hakim dini qrupdur və Zeydi liderlər idarə etdikləri camaat tərəfindən xəlifə olaraq qəbul edilirlər. Belə ki, Yəhya ibn Hüseyn ibn Qasim ər-Rəssini Məhəmməd peyğəmbərin nəvəsi olan haqq bir xəlifə olaraq qəbul edirlər. Bu sistem 1962-ci il Yəmən hərbi çevrilişinə qədər davam etmişdir. 2011-ci ildən yenidən baş qaldıran Zeydilər Yəmən diktatoru Əli Abdullah Salehin istefa verərək hakimiyyətdən salınmasına nail olmuşlar.

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • "Cəmiyyət və Din" qəzeti - Aydın Əlizadə
  • "Haqqın nuru" qəzeti, №29(29), 1-7 oktyabr 2010, səh. 4 - Allahşükür Mehdiyev
  • "Haqqın nuru" qəzeti, №30(30) ,8-14 oktyabr 2010, səh. 4 - Allahşükür Mehdiyev
  • Əllamə Təbətəbai, "İslamda Şiəlik", Bakı, "Nur" Mədəniyyət Mərkəzi, 2002, səh. 77-78.
  • Məhəmməd Əbdülkərim Şəhristani, “Miləl və nihəl” ("Millətlər və İnanclar").
  • İbni Əsir, “əl Kamil fit Tarix”.
  • İmam Məsudi, «Mürucuz Zəhəb», ΙΙ cild.
  • Əllamə Məqrizi, «Ən-niza vət-təhasum fima beynə Bəni-Haşim və Bəni-Üməyyə».
  • İbni Əbil Hədid Əbdülhəmid Mötəzili, «Şərhi Nəhcül Bəlağə».