I Xosrov

(Xosrov Ənuşirəvan səhifəsindən yönləndirilmişdir)

I Xosrov Ənuşirəvani (ölməz ruhlu)[1](ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı.

I Xosrov Ənuşirəvan
Xosrov Ənuşirəvan
Xosrov Ənuşirəvan
Digər adı "Qubaz"
Doğum tarixi 501
Doğum yeri
Vəfat tarixi 579
Vəfat yeri
Uşaqları
Atası I Qubad
Fəaliyyəti suveren[d], hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur.

Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir.

Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır.

Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.

Mənbə

redaktə
  • Zeev Rubin: The Reforms of Khusro Anurshiwan. In: Averil Cameron (ed.): The Byzantine and early Islamic Near East. Vol. 3, Princeton 1995, p. 227–298.

İstinadlar

redaktə
  1. Хосров Ы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 102.Хосров Ы&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000014-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000018-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000001D-QINU`"'С. 102&rft.pub='"`UNIQ--templatestyles-00000019-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1987&rfr_id=info:sid/az.wikipedia.org:I Xosrov" class="Z3988">

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə