Xorxe Luis Borxes

Xorxe Luis Borxes ( audio) (24 avqust 1899[1][2][…], Buenos-Ayres[3]14 iyun 1986[1][2][…], Cenevrə[4][5]) – argentinalı yazıçı, şair və publisist.

Xorxe Luis Borxes
isp. Jorge Luis Borges
Doğum adı Jorge Francisco Isidoro Luis Borges Acevedo
Təxəllüsü B. Suarez Lynch, H. Bustos Domecq
Doğum tarixi 24 avqust 1899(1899-08-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 iyun 1986(1986-06-14)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Fəaliyyəti tərcüməçi, kitabxanaçı, ədəbiyyat tənqidçisi, ssenarist, yazıçı, şair, publisist, esseist, hekayə yazıçısı[d]
Əsərlərinin dili fransız dili, ispan dili
Janrlar poeziya, esse
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeni "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru "Müdrik X Alfonso" ordeni "İncəsənət və ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeni kavaleri "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni Grand Officer of the Order of the Falcon "Müdrik X Alfonso" ordeninin böyük xaçı "İtaliya qarşısında xidmətlərə görə" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Grand Officer of the Order of Merit of the Italian Republic Military Order of Saint James of the Sword Grand Officer of the Military Order of Saint James of the Sword "Bernardo O'Higgins" ordeni Commander of the Order of the Sun of Peru‎ Peru günəşi ordeni commander of the Order of Bernardo O'Higgins
Servantes mükafatı
Order of the Falcon
İmza
Vikimənbənin loqosu Xorxe Luis Borxes Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Uydurulmuş hekayələr", "Alef", "Uydurma canlılar ensiklopediyası" və bir çox kitabların (novellalar toplusunun) müəllifidir. Öz əsərlərində güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə etmişdir.

Həyatı

redaktə

Xorxe Françisco İsidor Luis Borxes Akevedo 24 avqust 1899-cu ildə Buanes Ayresdə doğulmuşdur. Sehirli gerçəklik (Magic realism) axımının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur. Ən məşhur əsərləri Ficciones (1944) və Alef (1949) yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir. Onun işləri 19-cu əsrin realist/naturalist ənənələrinə qarşı çıxan elmi-kütləvi və sehirli reallıq kimi axımlara öz töhfəsini vermişdir. Alimlər düşünürlər ki Borxesin korluğu ona yenilikçi ədəbi simvolları təsəvvürlləri vasitəsilə yaratmağa kömək etmişdi. 1914-cü ildə onun ailəsi Borxesin orta məktəbə getdiyi və Cenevrə Kollecindən bakalavr dərəcəsi aldığı İsveçrəyə köçür. Ailə İspaniyada qalmaq daxil olmaqla Avropanı gəzir. 1921-ci ildə Argentinaya qayıtdıqdan sonra Borxes şeir və esselərini sürrealist ədəbiyyat jurnallarında çap etdirməyə başlayır.

O, həmçinin kitabxanaçı və ictimai mühazirəçi kimi də çalışır.1955-ci ildə Milli İctimai Kitabxananın direktoru və Buanes Ayres Universitetinin professoru təyin olunur. O, 1961-ci ildə Samuel Bekketlə bölüşdüyü Beynəlxalq Mükafatdan sonra dünyanın diqqətini özünə cəkir. 1971-ci ildə isə Qüdsmükafatını qazanır. Əsərləri tərcümə edilərək Avropa və ABŞ-da geniş şəkildə çap olunmağa başlayır. Borxes sonuncu əsəri olan Sui-qəsdçiləri 1986-cı ildə vəfat etdiyi Cenevrəyə həsr etmişdi.

Əsərləri

redaktə
  • Fervor de Buenos Aires (Buenos Ayres Sevgisi),1923, şeir.
  • Luna de enfrente (O Tərəfdə Ay),1925, şeir.
  • El tamaño de mi esperanza (Ümidlərimin ölçüsü),1925.
  • El idioma de los argentinos (Argentinalıların dili),1928.
  • Cuaderno San Martin (San Martin Dəftəri),1929, şeir.
  • Evaristo Carriego (Evaristo Karrieqo),1930.
  • Discusión (Müzakirə),1932, Araşdırma və Tənqidlər.
  • Historia universal de la infamia (Alçaqlığın Universal Tarixi),1935, hekayələr.
  • Historia de la eternidad (Sonsuzluğun Tarixi),1936.
  • El jardín de senderos que se bifurcan (Yolları Çəngəllənmiş Bağça),1941, hekayələr.
  • Seis problemas para don Isidro (Don İsidro üçün altı problem),1942, Adolfo Bioy Casares’lə yazılmış detektiv hekayələri.
  • Poemas: 1922–1943 (Şeirlər:1922-1943).
  • Ficciones (Uydurmalar),1944, qısa hekayələr.
  • Un modelo para la muerte (Ölüm üçün bir model),1946, Adolfo Bioy Casares’lə yazılmış detektiv hekayələri.
  • Dos fantasías memorables (Yaddaqalan fantaziyalardan),1946 Adolfo Bioy Casares’lə yazılmış fantastik hekayələr.
  • El Aleph (Alef),1949.
  • Aspectos de la poesía gauchesca (Solçu poeziyasının aspektləri),1950.
  • Antiguas literaturas germánicas (Köhnə alman ədəbiyyatı),1951.
  • La muerte y la brújula (Ölüm və Kompas),1951, qısa hekayələr.
  • Otras inquisiciones 1937–1952 (Digər araşdırmalar 1937-1952),1952.
  • Historia de la Eternidad (Sonsuzluğun Tarixi),1953.
  • El "Martín Fierro" (Martin Fierro),1953.
  • Poemas : 1923–1953 (Şeirlər:1923-1953),1954.
  • Los orilleros; El paraíso de los creyentes (Çay sahilləri; Möminlərin cənnəti),1955, Adolfo Bioy Casares ilə iki ssenari.
  • Leopoldo Lugones (Leopold Lugones),1955, Betina Edelborg’la bərabər.
  • La hermana de Eloísa (Eloizanın bacısı),1955, qısa hekayələr.
  • Manual de zoología fantástica (Xəyali Varlıqlar Kitabı),1957, Margarita Guerrero ilə yazılmış xəyali heyvan mətnləri.
  • Libro del cielo y del inferno (Cənnət və cəhənnəm kitabı),1960, Adolfo Bioy Casares ilə bərabər.
  • El Hacedor (Yaradan),1960, şeirlər.
  • Antología Personal (Şəxsi Antologiya),1961, sınaqlar, şeir, tənqidlər.
  • El lenguaje de Buenos Aires (Buenos Ayres dili),1963, uzun sınaqlar, José Edmundo Clemente ilə bərabər.
  • Introducción a la literatura inglesa (İngilis ədəbiyyatına giriş),1965, tənqid, María Esther Vázquez ilə bərabər.
  • Para las seis cuerdas (Altı sim üçün),1965, Tanqo ve milonqalar üçün sözlər.
  • Literaturas germánicas medievales (Orta əsr alman ədəbiyyatı),1966, tənqid, María Esther Vázquez’lə bərabər.
  • Crónicas de Bustos Domecq (Bustos Domecq salnamələri),1967 ,sınaqlar, , Adolfo Bioy Casares’lə bərabər.
  • Introducción a la literatura norteamericana (Şimali Amerika ədəbiyyatına giriş),1967, tənqid, Esther Zemborain de Torres ilə bərabər.
  • Conversations with Jorge Luis Borges( Xorxe Luis Borxeslə söhbətlər),1968, Richard Burgin.
  • Nueva Antología Personal (Yeni şəxsi antologiya),1968, sınaqlar, şeirlər, tənqidlər.
  • Elogio de la Sombra(Qaranlığa tərif),1969, şeir.
  • El otro, el mismo(Başqa, eyni),1969, şeir.
  • El informe de Brodie (Brodie hesabatı), qısa hekayələr, 1970.
  • El congreso (Konqres),1971, Sınaqlar.
  • Nuevos Cuentos de Bustos Domecq (Bustos Domecqin yeni hekayələri), Adolfo Bioy Casares ilə bərabər.
  • El oro de los tigres (Pələnglərin qızılı),1972, şeir.
  • El libro de arena (Qum kitabı),1975, qısa hekayələr.
  • La Rosa Profunda (Sonsuz qızılgül),1975, şeir
  • La moneda de hierro (Dəmir sikkə),1976, şeir.
  • Diálogos (Dialoqlar),1976 Borxes və Ernesto Sabato arasında danışıqlar.
  • ¿Que es el Budismo? (Buddizm nədir?),1976, dərslər.
  • Historia de la Noche (Gecənin hekayəsi),1977, şeir.
  • Prólogos con un Prólogo de Prólogos (Proloqların proloqu ilə proloqlar),1977, Kitab önsözləri.
  • Borges El Memorioso (Unudulmaz Borxes),1977, Antonio Carrizo ilə danışıqlar.
  • Rosa y Azul: La rosa de Paracelso; Tigres Azules (Çəhrayı və mavi: Paraselsusun gülü; Mavi pələnglər),1977.
  • Borges, oral (Borxes, şifahi),1979, dərslər.
  • Siete noches (Yeddi Gecə),1980, dərslər.
  • La cifra (Miqdar),1981, şeir.
  • Nueve ensayos dantescos (Dantevari Sınaqlar),1982, Dante üzərinə.
  • Un argumento (Bir arqument),1983.
  • Veinticinco Agosto 1983 y otros cuentos(1983-cü ilin iyirmi beş avqustu və başqa hekayələr),1983, qısa hekayələr.
  • Atlas (Atlas),1984, María Kodama ilə bərabər.
  • Los conjurados (Sehrbaz),1985, şeir.
  • Textos cautivos (Əsir mətnlər), 1986.
  • This Craft of Verse (Bu poeziya sənəti),2000, dərslər.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Jorge Luis Borges // todotango.com (isp.).
  2. 1 2 3 4 Jorge Luis Borges // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Борхес Хорхе Луис // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118513532 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 Bibliothèque nationale de France Record #11892985q // BnF catalogue général (fr.). Paris: BnF.