Vladimir Mayakovski

Vladimir Vladimiroviç Mayakovski (19 iyul 1893[1][2][…], Baqdati[d], Kutaisi qəzası[d], Kutaisi quberniyası, Qafqaz diyarı, Rusiya imperiyası14 aprel 1930[3][4][…], Moskva, Moskva vilayəti, RSFSR, SSRİ[3]) — RusiyaSSRİ şairi, dramaturqu, film və teatr aktyoru.

Vladimir Mayakovski
rus. Владимир Маяковский
Doğum tarixi 19 iyul 1893(1893-07-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 aprel 1930(1930-04-14)[3][4][…] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Partnyorları
Milliyyəti rus
Təhsili
  • Stroqanov adına Moskva Dövlət İncəsənət və Sənaye Universiteti[d],
  • Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbi[d]
Fəaliyyəti plakatçı rəssam[d], şair, aktyor, dramaturq, yazıçı, rəssam, jurnalist, teatr aktyoru, kino aktyoru, rejissor, teatr rejissoru, rəssam-qravürçü[d], kinorejissor, vizual incəsənət rəssamı, ssenarist
Fəaliyyət illəri 1912-1930
Partiyası
İmza
v-v-mayakovsky.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Mayakovski 1893-cü ildə Gürcüstanın Kutaisi bölgəsindən 20 verst uzaqlıqdakı Bağdadi kəndində doğulmuşdur. Atası Vladimir Konstantinoviç Mayakovski Bağdadi bölgəsində meşəbəyi idi. Luda və Olya adında iki bacısı vardı. Bacısı Ludanın xatirələrinə əsasən, ailə gürcü adətlərinə bağlı bir həyat tərzi keçirən, lakin rus dilini də qorumağı bacarmış xoşbəxt bir ailə olmuşdur. Bir müddət sonra ailəsi Kutaisi şəhərinə köçür və Mayakovski 1900-cü ildə burda Kutaisi Liseyinə getməyə başlayır. Məktəbdə çox çalışqan şagird olur, hətta məktəbin ən yaxşı şagirdi olur. Həyatının bu dövründə fantastika janrında olan romanları, xüsusilə Jül Verninin əsərlərini çox sevir. Müəllimi onu bir sənətçi kimi qəbul edir və ona xüsusi dərslər keçməyə başlayır.

Mayakovski bu dövrdə siyasət ilə də maraqlanmağa başlayır. 1905-ci ildə uğursuz inqilab zamanı bacısı gizlicə Moskvaya gedir və Mayakovski üçün inqilabla bağlı sənədlər gətirir. Sözügedən dövrdə Kutaisidə Bolşevik partiyasının yeraltı sığınacaqlarından biri olmuşdur. Bu vaxtdan etibarən şeir və çevriliş onun üçün bölünməz bir varlığa çevrilir. Az sonra atası kəsilmiş barmağına düşən infeksiya nəticəsində dünyasını dəyişir.

Moskva illəri

redaktə

Bu ölümdən sonra ailə Kuatisidən Moskvaya köçür. Moskvada bir müddət yoxsulluq içində yaşayırlar. Anası işləməyə başlayır. Mayakovski isə özünə sosializm tərəfdarı dostlar tapır və özünü bir sənətçi olaraq Moskvada tanıtmağa başlayır. Yenidən məktəbə getməyə başlayır. Dərslərdə fəlsəfə kitabları oxumağa başlayır. Marksizm onu öz sehrinə alır. Sosializm xəyalları ilə yaşamağa başlayan Mayakovski üçün dərslər artıq əvvəlki əhəmiyyətini itirmişdir. Hələ bu zaman onun on dörd yaşı vardı. Anası xatirələrində həmin dövrü belə xatırlayır.

  ...Məktəbə gedirdi lakin vaxtının çoxunu dərslərə yox təbliğata həsr edirdi. On dörd yaşı olmasına baxmayaraq on doqquz yaşında biri kimi davranırdı və çox çılğın idi. Partiya üzvləri onunla görüşməyə gəlir və çevriliş üçün ondan faydalanırdılar. Sanki Vladimir qocalmışdı.  

Mayakovski bir hadisədən sonra məktəbdən qovulur və bir neçə dəfə həbs olunur. Bolşevik partiyasında təbliğatçı, yazıçı olaraq fəaliyyət göstərməyə başlayan Mayakovskinin evinə 29 mart 1908-ci ildə polis tərəfindən basqın edilir və Mayakovski yenidən həbs edilir. Bu zaman gizli məlumatların yazıldığı qeyd dəftəri ələ keçməsin deyə dəftəri udur.

Bu vaxtdan etibarən partiya ona daha çox yaxınlaşır. 15 yaşı olanda yenidən polislər evinə basqın edir və onu bilinməyən bir yerə aparırlar. O, bir daha evinə qayıda bilmir. 12 ay həbsdə olur. Bu dövrdə 3 il aradan sonra yenidən romanlar oxumağa və yazmağa başlayır. Bu dövr Maykovskinin həyatında oxuyub öyrəndikləri ilə yanaşı öz müstəqil fikirlərini qələmə aldığı dövr kimi də xarakterikdir. Həbsdən sonra Moskva Rəsm və heykəl Məktəbinə daxil olur. Burda özünəməxsus və xalq yaradıcılığına aid işləri ilə digər tələbələrdən fərqlənir. 1911-ci ildə futurism hərəkatına qoşulur və Futurist Nizamnaməyə imza atır. Burjua adətlərinə meydan oxuyan ədəbi işlər yaradır.

Müəllimlərini köhnə dünyanın təmsilçiləri kimi görür və çevrilişlə qurulacaq yeni dünyaya aid rəsmlər çəkir. Bu rəsm əsərlərini Rusiya futurizminin başlanğıcı kimi qəbul etmək olar. Bir zamanlar əldən-ələ gəzən Puşkinin şeirlərinin yerini Mayakovskinin şeirləri tutur. Polis yenidən onu təqib etməyə başlayır. Şair "Faciə" adlı tamaşasını Sankt Peterburqda bir parkda səhnələşdirir. Bu tamaşadan sonra daha da məşhurlaşır. 1913-cü ilin qışında Korni Çekovski onun bu tamaşasını izləyir və tamaşa haqda yazır. Onun dediyinə görə bu oyunda Mayakovskinin özü vardır. Tamaşada ortada bir adam dayanır və ətrafında müxtəlif qiyafədə olan adamlar onu məhv etməyə çalışır. Çekovski bunun həqiqi bir faciə olduğunu və şairin bu tamaşa ilə böyük bir məşhurluq qazanacağını yazır. Qorkinin həyat yoldaşı Matiya isə xatirələrində Mayakovski haqqında belə deyir:

  ...Mayakovskini 1918-ci ildə səhnədə izlədim. Məncə o bu sahəni davam etdirsə, əvəzolunmaz bir aktyor olacaq.  

Birinci Dünya Müharibəsi illəri və oktyabr çevrilişi

redaktə

1914-cü ildə Birinci Dünya Müharibəsi başlayır. İlk vaxtlar Mayakovski olduqca həyəcanlı olur və zəfər qazanmaq duyğusu ilə alışıb-yanır, lakin ilk döyüşdən sonra şahid olduğu mənzərələr fikrini dəyişdi. 1915-ci ildə " Şalvarlı bulud" adlı ilk şeir kitabını yazır. Maksim Qorki bu şeiri çox bəyənir və şair haqda tərif dolu yazılar yazır. Qorkinin həyat yoldaşı Qorkinin Mayakovski haqqında düşüncələrini belə dilə gətirmişdir:

  ...Həyat yoldaşım Mayakovskiyə böyük dəyər verirdi. Onun şeirdə bir zirvəyə yüksəlməsini istəyirdi çünki hər ikisi eyni şeylərin arxasınca qaçırdılar. Bir gün onun haqqında çox danışılan şəxsə çevriləcəyini çox yaxşı bilirdi.  

Mayakovskiyə görə bulud çağdaş sənətin birləşdiyi bir dəyərdir. Bunun sayəsində cəhənnəm, şiddət və individualizm kimi şeylər yeni məna qazanmışdır.

1915–1917 illərdə Lili Brik ilə böyük bir sevgi yaşayır və illərlə bu sevginin təsirində qalır. Mayakovskinin Moskvanın futurism sənətini qəbul edəcəyinə dair kiçik şübhəsi belə olmur. Ona görə də çevriliş onun çevrilişidir və bu çevrilişdən sonra onun bütün arzuları gerçəkləşəcəkdir.

Bu duyğularla 1917-ci il oktyabr çevrilişini coşqu ilə qarşılayır və çevrilişin əsas sözcülərindən biri olur. Çevrilişdən sonra yaranan daxili müharibədə Mayakovski sənətini təbliğat afişalarında istifadə edir. Artıq divarlarda, dirəklərdə, binalarda Mayakovskinin hazırladığı afişalar yer alır.

Oktyabr çevrilişi ilə Rusiyada futurizmin inkişafı eyni dövrə təsadüf edir və bu səbəbdən futurizm bir növ communist futurizmi kimi tanınır və futurist sənətkarlar birləşərək xalqa səslənir.

Şair 35 qəzet və 57 jurnalda yazılar yazmışdır. Qəzet və jurnallardakı yazıları siyasət və propaqanda qoxsa da onu digər köşə yazarlarından ayıran çox şey var idi.

Şairin İzvestyada dərc olunan siyasi şeirlərini oxuyan Lenin belə demişdir:

  ...Mayakovskinin şeirlərindən heç nə başa düşmürəm, ancaq onun meydanlarda döyüşəcək bir mütəxəssis olduğunu hiss edirəm. Onun yazdıqları siyasi cəhətdən ola bilər ki, mübahisəlidir. Şeirlərində elə də çox siyasi bir şey yoxdur, insanları nəyəsə dəvət etmir. Onun şeirləri kommunistləri birləşdirməyə bəs deyil. Amma siyasi nöqteyi-nəzərinin düzgün olduğuna inamım sonsuzdur.  

Lenin Mayakovskinin dürüst danışmasını çox bəyənir və bu səbəbdən xüsusilə propaqandada ondan yararlanmağa çalışır. Mayakovski də "Bolşoy teatrı"nda Vladimir İliç Lenin adlı şeirini oxuyur. "Yeni Lef" dərgisini 1922–1923-cü illərdə yenidən canlandırmağa çalışır (Новый леф, 1927–1928). Kağızın istehsal olunmadığı, nəşriyyatların işləmədiyi, müharibənin viran qoyduğu dövrdə, xalqın qəzet və dərgi yerinə istifadə edə biləcəyi ROSTA (Rusiya Teleqraf Agentliyi) Pəncərələri adlı afişalar hazırlayır. 1925-ci ildə yazdığı bəzi yazılara görə İngiltərəyə girişi qadağan olunur. Amerika Birləşmiş Ştatlarına isə Meksikadan keçərək daxil ola bilir. Həmin il yaxın dostu Sergey Yesenin Leninqradda İngiltərə otelində intihar edir. Yesenin sonuncu şeiri olan " Əlvida dost, əlvida"nı damarını kəsərək qanıyla yazmışdır. Mayakovski buna qarşılıq olaraq dərhal şeir yazır, lakin həmin dövrün inqilabçılarının reaksiyasına səbəb olur. Bundan 5 il sonra 1930-cu ildə Lili Briki və ailəsini Sovet Sosialist Respublikası hökumətinə əmanət etdiyini bildirən bir məktub yazır və silahla intihar edir. Ölümündən sonra doğulduğu kəndə yəni, Bağdadiyə kəndinə şairin adı verilir.

Əsərləri

redaktə
Şeirləri
  • Şalvarlı Bulud
  • Onurğanın Fleytası
  • Lenin Dastanı
  • Yüz Əlli Milyon
Dram əsərləri
  • Tragediya
  • Hamam
  • Moskva yanır
Kitabları
  • Amerikanı kəşfim

İstinadlar

redaktə
  1. 1 2 Vladimir Vladimirovich Majakovski // RKDartists (nid.).
  2. 1 2 Vladimir Majakovskij // Kunstindeks Danmark (dan.).
  3. 1 2 3 4 Гончаров Б. П. Маяковский Владимир Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1974. Т. 15 : Ломбард — Мезитол. С. 542–543.
  4. 1 2 Vladimir Vladimirovich Majakovski (nid.).

Xarici keçidlər

redaktə