Vüsalə Mahirqızı
Vüsalə Mahir qızı Abışova[1] və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist.
Vüsalə Mahirqızı | |
---|---|
Vüsalə Mahir qızı Abışova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 avqust 1979 (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur.[2]
Ailəlidir, bir övladı var.[1]
Jurnalist fəaliyyəti
redaktə1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.[1] 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir. 2001–2003-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2004-cü ilin noyabr ayında "Azəri-Press" İnformasiya Agentliyini (APA) təsis etmişdir.[2]
Vüsalə Mahirqızı Azərbaycanda ilk onlayn media resurslarının yaradıcılarından biridir. Onun təsisçiliyi ilə 2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyi yaranmışdır.[3] 2008-ci ildən etibarən "Lent. Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis etmişdir. 2011-ci ildə "kulis.az" ədəbiyyat portalını yaratmışdır. 2012-ci ildə APA TV onlayn televiziyasını yaratmışdır.[2] Beynəlxalq Jurnalistlər Federasiyasının təsis etdiyi beynəlxalq media vəsiqəsinə layiq görülmüşdür.[4]
İctimai-siyasi fəaliyyəti
redaktəVüsalə Mahirqızı bir müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin media üzrə köməkçisi olmuşdur.[5] O, həmçinin Azərbaycan Jurnalistlərinin III (I) qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. Hal-hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.[2]
Biblioqrafiya
redaktəİdeya müəllifi olduğu və rəhbəri olduğu "APA Group"un sponsorluğu ilə dərc olunmuş kitablar:
Təltifləri
redaktə- 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.[10]
- 22 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülmüşdür.[11]
- 7 may 2018-ci ildə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Vətən naminə" medalı ilə təltif edilmişdir.[12]
- 11 iyul 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunmuşdur.[13]
- 14 avqust 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.[14]
- 6 dekabr 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.[10]
- 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.[15]
İstinadlar
redaktə- ↑ 1 2 3 "APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə fotosöhbət". modern.az. 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ 1 2 3 4 "Vüsalə Mahirqızı". https://presscouncil.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ ""APASport" - 14 il!". sport24.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ "Azərbaycan mediasında qadınların sayı bəlli olub". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ "APA-nın hökumətdən asılılığının səbəbi – Vüsalə Mahirqızının ailə biznesi". 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
- ↑ "Vüsalə Məmmədova: "Azad olunan torpağın üzərində insanın düşüncəsi dəyişir" – Müsahibə". Kulis.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ ""Zəfərin izi ilə" ən çox satılan kitab oldu". Kulis.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ "Məni bağışlayın…". 4 iyn 2013. 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ "Lent.az "100 ilin əmanəti"ni təqdim etdi - Foto". Teleqraf.com. 27 iyn 2018. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ "Jurnalistlərə Ali Media Mükafatı verilib - SİYAHI". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ "Lent.az-ın 10 yaşı təntənəli şəkildə qeyd olundu". Yeni Azərbaycan. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ ""Cümhuriyyət medalı" ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHI". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ ""APA Group"-un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib". ONA. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ↑ "Prezident jurnalistləri təltif etdi - Siyahı". sabah.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.