UEFA Çempionlar Liqası 2020/2021

Çempionlar Liqası mövsümü

UEFA Çempionlar Liqası 2020/2021UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 66-cı mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 29-cu mövsümüdür.

UEFA Çempionlar Liqası 2020/2021
Final matçının keçirildiyi Draqao Stadionu
Final matçının keçirildiyi Draqao Stadionu
Yarış məlumatları
Tarix Təsnifat mərhələləri:
8 avqust – 30 sentyabr 2020
Qrup mərhələsi və finala doğru gedəcək oyunlar:
20 oktyabr 2020 – 29 may 2021
Başlama tarixi 8 avqust 2020
Bitmə tarixi 29 may 2021
Komanda sayı 32 (qruplarda)
79 (ümumi)
Yekun nəticəsi
Çempion İngiltərə Çelsi (2-ci dəfə)
İkinci İngiltərə Mançester Siti
Yarış statistikası
Oyun sayı 125
Qol sayı 366 (matç başına: 2.93)
Tamaşaçı sayı 180049 (matç başına: 1440)
Mükafat sahibləri
Bombardir(lər) Norveç Erlinq Haaland (10 qol)
Ən yaxşı oyunçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Final matçı Portu şəhərində yerləşən Draqao Stadionunda, "Çelsi" ilə "Mançester Siti" klubları arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn "Çelsi" kuboku başı üzərinə qaldırdı. Bununla yanaşı, klub 2021 UEFA Super Kubokunda UEFA Avropa Liqası 2020–21-ci illər mövsümü qalibi "Vilyareal" ilə qarşılaşmaq şansı əldə etdi.

Əslində bu mövsümün finalının Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı, lakin bəzi faktorlar bunun qarşısını aldı. COVID-19 pandemiyası Türkiyədə digər ölkələrə nəzərən daha şiddətli şəkildə tüğyan etdiyindən Birləşmiş Krallıq Türkiyəni turistlər üçün qırmızı siyahıya saldı. Bundan əlavə, finalda iki ingilis klubu qarşılaşacaqdı və belə çətin dönəmdə ölkədən uzaqda finalın keçirilməsi birmənalı qarşılanmırdı. UEFA bütün durumu nəzərə aldı və mayın 13-də finalın İstanbuldan Portuya keçirilməsini məqsədəuyğun hesab etdi.[5] İstanbul isə 2023-cü ildə turnirin finalında ev sahibliyi edəcək.[6]

Turnirdə çempion olan "Çelsi" 2021 FİFA Klublararası Dünya Kubokunda da iştirak etmək hüququ qazandı.

Qatılacaq klubların müəyyənləşməsi

redaktə

2020–21 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:

  • 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub.
  • 5 və 6-cı sıralarda yer alan ölkələrdən üç klub.
  • 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki komanda.
  • 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric).
  • Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar LiqasıUEFA Avropa Liqası çempionu.

Ölkə sıralaması

redaktə

Ölkələrin toplam xalları 2014–15-ci il mövsümündən 2018–19-cu illər mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.[7]

2020–21 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqi
Sıra Assosiasiya Xal Komanda
1   İspaniya 103,569 4
2   İngiltərə 85.462
3   İtaliya 74,725
4   Almaniya 71.927
5   Fransa 58,498 3
6   Rusiya 50,549
7   Portuqaliya 48,232 2
8   Belçika 39,900
9   Ukrayna 39,900
10   Türkiyə 34,600
11   Niderland 32,433
12   Avstriya 31,250
13   Çexiya 28,675
14   Yunanıstan 27,600
15   Xorvatiya 27,375
16   Danimarka 27,025 1
17   İsveçrə 26,900
18   Kipr 24,925
19   Serbiya 22,250
Sıra Assosiasiya Xal Komanda
20   Şotlandiya 22,125 1
21   Belarus 21,875
22   İsveç 20,900
23   Norveç 20,200
24   Qazaxıstan 19,250
25   Polşa 19,250
26   Azərbaycan 19,000
27   İsrail 18,625
28   Bolqarıstan 17,500
29   Rumıniya 15,950
30   Slovakiya 15,625
31   Sloveniya 15,000
32   Lixtenşteyn 13,500 0
33   Macarıstan 10,500 1
34   Şimali Makedoniya 8,000
35   Moldova 7,750
36   Albaniya 7,500
37   İrlandiya 7,450
Sıra Assosiasiya Xal Komanda
38   Finlandiya 7,275 1
39   İslandiya 7,250
40   Bosniya və Herseqovina 7,125
41   Litva 6,750
42   Latviya 5,625
43   Lüksemburq 5,500
44   Ermənistan 5,250
45   Malta 5,125
46   Estoniya 5,000
47   Gürcüstan 4,750
48   Uels 4,125
49   Monteneqro 4,125
50   Farer adaları 4,000
51   Cəbəllütariq 4,000
52   Şimali İrlandiya 3,875
53   Kosovo 2,500
54   Andorra 1,831
55   San-Marino 0,666

Klubların bölgüsü

redaktə

Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar.[8]

Bu turda mübarizəyə başlayacaq klubların sayı Bir öncəki turdan gələn klubların sayı
İlkin mərhələ
(4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır)
  • 52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionu
Birinci təsnifat mərhələsi
(34 klub)
  • 18–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric)
  • İlkin mərhələdən gələn 1 klub
İkinci təsnifat mərhələsi Çempionlar
(20 klub)
  • 15–17-ci sıralarda yerləşən 3 ölkənin çempionu
  • Birinci təsnifat mərhələsindən gələn 17 klub
Çempion olmayan
(6 klub)
  • 10–15-ci sıralarda yerləşən 6 ölkənin ikincisi
Üçüncü təsnifat mərhələsi Çempionlar
(10 klub)
  • İkinci təsnifat mərhələsindən gələn 10 klub
Çempion olmayan
(6 klub)
  • 7–9-cu sıralarda yerləşən 3 ölkənin ikincisi
  • İkinci təsnifat mərhələsindən gələn 3 komanda
Play-off turu Çempionlar
(8 klub)
  • 12–14-cü sıralarda yerləşən 3 ölkənin çempionu
  • Üçüncü təsnifat mərhələsindən gələn 5 çempion komanda
Çempion olmayan
(4 klub)
  • 6-cı sırada yerləşən ölkə üçüncüsü
  • Üçüncü təsnifat mərhələsindən gələn 3 çempion olmayan komanda
Qrup mərhələsi
(32 klub)
  • 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu
  • 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi
  • 1–5-ci sıralarda yerləşən 5 ölkənin üçüncüsü
  • 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü
  • Play-off turundan gələn 4 çempion komanda
  • Play-off turundan gələn 2 çempion olmayan komanda
1/8 Final
(16 klub)
  • Qruplarında birinci yeri tutan 8 klub
  • Qruplarında ikinci yeri tutan 8 klub

Komandalar

redaktə
Tur Komandalar
QM   Bayern MünhenÇL-Ç(1.)   Real Madrid (1.)   Barselona (2.)   Atletiko Madrid (3.)
  SevilyaAL-Ç (4.)   Liverpul (1.)   Mançester Siti (2.)   Mançester Yunayted (3.)
  Çelsi (4.)   Yuventus (1.)   İnter Milan (2.)   Atalanta (3.)
  Latsio (4.)   Borussiya Dortmund (2.)   RB Leypsiq (3.)   Borussiya Münhenqladbax (4.)
  Paris Seyn-Jermen (1.)   Olimpik Marsel (2.)   Renn (3.)   Zenit (1.)
  Lokomotiv Moskva (2.)   Porto (1.)   Brügge (1.)   Şaxtyor Donetsk (1.)
  İstanbul Başakşehir (1.)   Ayaks (1.)
PO ÇY   Red Bull Salzburq (1.)   Slaviya Praqa (1.)   Olimpiakos (1.)
  Krasnodar (3.)
T3   Benfika (2.)   Gent (2.)   Dinamo Kiyev (2.)
T2 ÇY   Dinamo Zaqreb (1.)   Midtyulənd (1.)   Yanq Boys (1.)
  Beşiktaş (3.)   AZ Alkmaar (2.)   Rapid Vyana (2.)   Viktoriya Plzen (2.)
  PAOK (2.)   Lokomotiva Zaqreb (2.)
T1   Omoniya Nikosiya (1.)   Srvena Zvezda (1.)   Seltik (1.)   Dinamo Brest (1.)
  Yurqorden (1.)   Molde (1.)   Astana (1.)   Legiya Varşava (1.)
  Qarabağ (1.)   Makkabi Tel-Əviv (1.)   Ludoqorets Razqrad (1.)   ÇFR Kluj (1.)
  Slovan Bratislava (1.)   Çelye (1.)   Ferençvaroş (1.)   Sileks (2.)
  Şerif Tiraspol (1.)   Tirana (1.)   Dandolk (1.)   KuPS (1.)
  KR (1.)   Sarayevo (1.)   Süduva Maryampol (1.)   Riqa (1.)
  Fola Eş (1.)   Ararat-Armeniya (1.)   Floriana (1.)   Flora Tallin (1.)
  Dinamo Tbilisi (1.)   Konnahs Key Nomeds (1.)   Buduçnost Podqoritsa (1.)   Kİ Klaksvik (1.)
  Avropa (1.)
İM   Linfild (1.)   Drita (1.)   İnter Eskaldes (1.)   Tre Fiori (1.)

Turnirin təqvimi

redaktə

Oyunların tarixləri aşağıdakı kimidir. (Bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.)[9] Turnir əslində 2020-ci ilin iyununda başlamalı idi, lakin koronavirus pandemiyası ucbatından avqusta kimi təxirə salındı.[10] Yeni təqvim UEFA İcraiyyə Komitəsi tərəfindən 17 iyun 2020-ci ildə açıqlandı.[11]

Bütün təsnifat mərhələləri tək matçdan ibarətdir. Ev sahibi komanda püşk nəticəsində bəlli olur. Play-off turu isə cüt ayaqlı olacaq. Qrup mərhələsindəki tək-tük oyunları və turnirin finalını çıxsaq bütün matçlar tamaşaçısız oynandı.[12]

Qrup mərhələsinin püşkatma mərasiminin Afinada keçirilməsi planlaşdırılsa da, 2020-ci ilin 9 sentyabrında UEFA məkanın Nyona dəyişilməsinə qərar verdi.[13]

2020–21 UEFA Çempionlar Liqasının təqvimi
Mərhələ Tur Püşk tarixi Birinci oyun İkinci oyun
Təsnifat mərhələləri İlkin mərhələ 17 iyul 2020 8 avqust 2020 (yarı final turu) 11 avqust 2020 (final matçı)
Birinci təsnifat mərhələsi 9 avqust 2020 18–19 avqust 2020
İkinci təsnifat mərhələsi 10 avqust 2020 25–26 avqust 2020
Üçüncü təsnifat mərhələsi 31 avqust 2020 15–16 sentyabr 2020
Play-off Play-off turu 1 sentyabr 2020 22–23 sentyabr 2020 29–30 sentyabr 2020
Qrup mərhələsi 1. oyunlar 1 oktyabr 2020 20–21 oktyabr 2020
2. oyunlar 27–28 oktyabr 2020
3. oyunlar 3–4 noyabr 2020
4. oyunlar 24–25 noyabr 2020
5. oyunlar 1–2 dekabr 2020
6. oyunlar 8–9 dekabr 2020
Finala doğru gedilən mərhələlər 1/8 Final 14 dekabr 2020 16–17 & 23–24 fevral 2021 9–10 & 16–17 mart 2021
1/4 Final 19 mart 2021 6–7 aprel 2021 13–14 aprel 2021
Yarı Finallar 27–28 aprel 2021 4–5 may 2021
Final 29 May 2021, Draqao Stadionu, Portu

Koronavirus pandemiyasının turnirə təsiri

redaktə

COVID-19 koronavirus pandemiyası ucbatından aşağıdakı xüsusi qaydalar təsnifat mərhələsi və play-off turunda keçiriləcək matçlara tətbiq edilir:[14]

  • Hər püşk atılmazdan öncə UEFA səyahət məhdudiyyətləriylə bağlı məqalə dərc edir. Bütün klublar UEFA-nı öz ölkələrindəki dərc edilmiş məqalədən savayı digər məhdudlaşdırılmalarla bağlı mütləq məlumatlandırmalıdır. Hər hansısa komanda bu qaydaya riayət etməzsə və bunun nəticəsində matç oynanmazsa həmin klub buna görə məsuliyyət daşıyır və avtomatik məğlub sayılır.
  • Əgər ev sahibi klubun təmsil etdiyi ölkə rəqib komandanın oraya gəlməsinə qadağa qoyursa, həmin klub hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan təklif etməlidir. Əksi təqdirdə onlar avtomatik məğlub sayılır və turnirdən uzaqlaşdırılırlar.
  • Əgər səfərdə oynayacaq klubun ölkədən çıxışına qadağa varsa, ev sahibi komanda hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan önərməlidir. Əksi təqdirdə UEFA bunla bağlı bir qərar verəcəkdir.
  • Əgər püşkdən sonra ev sahibi və ya səfərə çıxan klubun təmsil etdiyi ölkə yeni bir məhdudiyyət tətbiq etsə, həmin ölkənin komandası avtomatik məğlub sayılır.
  • Əgər hər hansısa komanda matçı oynamağa razı deyilsə, həmin klub avtomatik məğlub sayılır. Və yaxud əgər iki komanda da matçın oynanmasına razı deyilsə, onda hər iki komanda da diskalifikasiya edilir.
  • Rəqiblər öz aralarında matçın neytral stadionda oynanmasına qərar verə bilərlər, lakin sonda bunu UEFA təsdiqləməlidir. Ümumiyyətlə, UEFA bütün matçların oynanacağı məkanı dəyişdirmək və gərək varsa təxirə salmaq hüququna malikdir.

Dörd ölkənin (Macarıstan, Yunanıstan, Polşa və Kipr) heç bir məhdudiyyətsiz matçın oynanması üçün neytral stadionlar təmin etmə imkanı var.[15]

İlkin mərhələ

redaktə

Bu mərhələnin püşkü 17 iyun 2020-ci ildə atıldı. Yarı final matçları 8 avqustda İsveçrənin Nyon şəhərindəki Kolovrey Stadionunda oynandı. Final matçı 11 avqustda oynanmalı idi, lakin "Drita" klubunda iki oyunçunun koronavirus testinin pozitiv çıxması səbəbindən matç keçirilmir. Nəticədə, "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti mərhələyə yüksəlir.

Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.

1. komanda  Hesab  2. komanda
Yarı final mərhələsi
Tre Fiori   0–2   Linfild
Drita   2–1   İnter Eskaldes
1. komanda  Hesab  2. komanda
Final matçı
Drita   0–3
(tex.)[upper-alpha 1]
  Linfild
  1. "Drita" ilə "Linfild" futbolçuları arasında 11 avqust 2020-ci ildə final matçı oynanmalı idi, lakin "Drita"dan 2 futbolçunun koronavirus testi müsbət çıxdığından bütün klub heyəti İsveçrəlilər tərəfindən karantinə alınıb və matç oynanmayıb.[16][17] Nəticədə "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[18][19]

Təsnifat mərhələləri

redaktə

Birinci təsnifat mərhələsi

redaktə

Birinci təsnifat mərhələsinin püşkü 9 avqust 2020-ci ildə atıldı.[20] Matçlar 18-19 avqust tarixlərində oynandı. "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir oyunçunun koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[20]

Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.

1. komanda  Hesab  2. komanda
Ferençvaroş   2–0   Yurqorden
Seltik   6–0   KR
Legiya Varşava   1–0   Linfild
Şerif Tiraspol   2–0   Fola Eş
Konnahs Key Nomeds   0–2   Sarayevo
Srvena Zvezda   5–0   Avropa
Buduçnost Podqoritsa   1–3   Ludoqorets Razqrad
Ararat-Armeniya   0–1 (ə.v)   Omoniya Nikosiya
Floriana   0–2   ÇFR Kluj
Makkabi Tel-Əviv   2–0   Riqa
Qarabağ   4–0   Sileks
Dinamo Tbilisi   0–2   Tirana
Dinamo Brest   6–3   Astana
Molde   5–0   KuPS
Flora Tallin   1–1 (ə.v)
(2–4 pen.)
  Süduva Maryampol
Çelye   3–0   Dandolk
Kİ Klaksvik   3–0
(tex.)[upper-alpha 1]
  Slovan Bratislava
  1. "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında 19 avqustda keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir işçinin koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb və matç 21 avqusta təxirə salınıb.[21] Yenidən Slovakiya təmsilçisinin bütün oyunçularından koronavirus testi götürülüb, analiz edilib və onlardan birinin testi müsbət çıxıb.[22] Bu səbəbdən matç baş tutmatıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[23][24][25]

İkinci təsnifat mərhələsi

redaktə

İkinci təsnifat mərhələsinin püşkü 10 avqust 2020-ci ildə atılıb.[20] Matçlar 25-26 avqustda oynanılıb. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.

1. komanda  Hesab  2. komanda
Çempionlar
ÇFR Kluj   2–2 (ə.v)
(5–6 pen.)
  Dinamo Zaqreb
Yanq Boys   3–1   Kİ Klaksvik
Seltik   1–2   Ferençvaroş
Süduva Maryampol   0–3   Makkabi Tel-Əviv
Legiya Varşava   0–2 (ə.v)   Omoniya Nikosiya
Çelye   1–2   Molde
Ludoqorets Razqrad   0–1   Midtyulənd
Dinamo Brest   2–1   Sarayevo
Qarabağ   2–1   Şerif Tiraspol
Tirana   0–1   Srvena Zvezda
1. komanda  Hesab  2. komanda
Qeyri-çempionlar
AZ   3–1 (ə.v)   Viktoriya Plzen
PAOK   3–1   Beşiktaş
Lokomotiva Zaqreb   0–1   Rapid Vyana

31 avqust 2020-ci ildə üçüncü təsnifat mərhələsinin püşkü atıldıqdan dərhal sonra əlavə xüsusi bir püşk atıldı. Bu püşk ikinci təsnifat mərhələsində mübarizəni dayandıran 10 klubdan 2-sini Avroliqanın play-off turuna birbaşa vəsiqə qazandıracaqdı. Həmin püşkün nəticəsinə görə "Tirana" və "Ludoqorets Razqrad" klubları bu şansa nail oldular.[26]

Üçüncü təsnifat mərhələsi

redaktə

Üçüncü təsnifat mərhələsinin püşkü 31 avqust 2020-ci ildə atılıb.[27] Matçlar 15-16 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.

1. komanda  Hesab  2. komanda
Çempionlar
Ferençvaroş   2–1   Dinamo Zaqreb
Qarabağ   0–0 (ə.v)
(5–6 pen.)
  Molde
Omoniya Nikosiya   1–1 (ə.v)
(4–2 pen.)
  Srvena Zvezda
Midtyulənd   3–0   Yanq Boys
Makkabi Tel-Əviv   1–0   Dinamo Brest
1. komanda  Hesab  2. komanda
Qeyri-çempionlar
PAOK   2–1   Benfika
Dinamo Kiyev   2–0   AZ Alkmaar
Gent   2–1   Rapid Vyana

Play-off turu

redaktə

Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.

Play-off turunun püşkü 1 sentyabr 2020-ci ildə atıldı.[28] İlk matçlar 22-23, ikinci matçlar isə 29-30 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə etdilər.

Klubların sinifləndirilməsi

redaktə
Çempionlar Qeyri-çempionlar
Səpələnmişlər Səpələnməmişlər Səpələnmişlər Səpələnməmişlər

Oyunlar

redaktə
1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Çempionlar
Slaviya Praqa   1–4   Midtyulənd 0–0 1–4
Makkabi Tel-Əviv   2–5   Red Bull Salzburq 1–2 1–3
Olimpiakos   2–0   Omoniya Nikosiya 2–0 0–0
Molde   3–3 (SQ)   Ferençvaroş 3–3 0–0
1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Qeyri-çempinonlar
Krasnodar   4–2   PAOK 2–1 2–1
Gent   1–5   Dinamo Kiyev 1–2 0–3

Qrup mərhələsi

redaktə
2020–21 UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaların xəritədə yerləri
  Qəhvəyi: A qrupu;   Qırmızı: B qrupu;   Narıncı: C qrupu;   Sarı: D qrupu;
  Yaşıl: E qrupu;   Mavi: F qrupu;   Bənövşəyi: G qrupu;   Çəhrayı: Group H.

Qrup mərhələsinin püşkü 1 oktyabrda Cenevrədə RTS kanalının studiyasında atıldı.[29] Püşkə əsasən 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:[30][31]

  • 1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2019-cu ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.)
  • 2, 3 və 4-cü səbətlərdə klublar 2020-ci il UEFA Klub Reytinqinə görə düzülürlər.

Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1/16 Final mərhələsində oynama hüququ qazanır.

Matçlar 2020-ci ilin 20–21 oktyabr, 27–28 oktyabr, 3–4 noyabr, 24–25 noyabr, 1–2 dekabr və 8–9 dekabr tarixlərində oynanacaq. Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.

14 fərqli ölkənin komandası burada iştirak edir. 26 klub mübarizəyə elə bu mərhələdən başlayır. "Krasnodar", "Midtyulənd", "İstanbul Başakşehir" və "Renn" ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir. Bununla yanaşı, Çempionlar Liqası tarixində ilk dəfədir ki, üç rus klubu bu mərhələdə oynama hüququ qazanıb.[32]

Səbətlər

redaktə
1. səbət
Sıra Komanda Reytinq xalı
ÇL-Ç   Bayern Münhen 136,000
AL-Ç   Sevilya 102,000
1   Real Madrid 134,000
2   Liverpul 99,000
3   Yuventus 117,000
4   Paris Seyn-Jermen 113,000
5   Zenit 64,000
6   Porto 75,000
2. səbət
Komanda Reytinq xalı
  Barselona 128,000
  Atletiko Madrid 127,000
  Mançester Siti 116,000
  Mançester Yunayted 100,000
  Borussiya Dortmund 85,000
  Şaxtyor Donetsk 85,000
  Çelsi 83,000
  Ayaks 69,500
3. səbət
Komanda Reytinq xalı
  Dinamo Kiyev 55,000
  Red Bull Salzburq 53,500
  RB Leypsiq 49,000
  İnter 44,000
  Olimpiakos 43,000
  Latsio 41,000
  Krasnodar 35,500
  Atalanta 33,500
4. səbət
Komanda Reytinq xalı
  Lokomotiv Moskova 33,000
  Olimpik Marsel 31,000
  Brügge 28,500
  Bor. Münhenqladbax 26,000
  İstanbul Başakşehir 21,500
  Midtyulənd 14,500
  Renn 14,000
  Ferençvaroş 9,000

Qruplar

redaktə
Rəng
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər
2020–21 UEFA Avropa Liqasında 1/16 mərhələsinə keçənlər
Mübarizəni dayandıranlar

A qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Bayern Münhen 6 5 1 0 18 5 13 16
2   Atletiko Madrid 6 2 3 1 7 8 –1 9
3   Red Bull Salzburq 6 1 1 4 10 17 –7 4
4   Lokomotiv Moskva 6 0 3 3 5 10 –5 3
    BAY   ATM   SAL   LOK
  BAY   4–0 3–1 2–0
  ATM 1–1   3–2 0–0
  SAL 2–6 0–2   2–2
  LOK 1–2 1–1 1–3  

B qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Real Madrid 6 3 1 2 11 9 2 10
2   Borussiya Münhenqladbax 6 2 2 2 16 9 7 8
3   Şaxtyor Donetsk 6 2 2 2 5 12 –7 8
4   İnter 6 1 3 2 7 9 –2 6
    RM   ŞAX   İNT   MQB
  RM   2–3 3–2 2–0
  ŞAX 2–0   0–0 0–6
  İNT 0–2 0–0   2–2
  MQB 2–2 4–0 2–3  

C qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Mançester Siti 6 5 1 0 13 1 12 16
2   Porto 6 4 1 1 10 3 7 13
3   Olimpiakos 6 1 0 5 2 10 –8 31
4   Olimpik Marsel 6 1 0 5 2 13 –11 32
    POR   MS   OLİ   MAR
  POR   0–0 2–0 3–0
  MS 3–1   3–0 3–0
  OLİ 0–2 0–1   1–0
  MAR 0–2 0–3 2–1  

Qeydlər:

1, 2 Qarşı-qarşıya matçlarda vurulan səfər qolları: Olimpiakos 1, Marsel 0.

D qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Liverpul 6 4 1 1 10 3 7 13
2   Atalanta 6 3 2 1 10 8 2 11
3   Ayaks 6 2 1 3 7 7 0 4
4   Midtyulənd 6 0 2 4 4 13 –9 2
    LİV   AYA   ATA   MİD
  LİV   1–0 0–2 2–0
  AYA 0–1   0–1 3–1
  ATA 0–5 2–2   1–1
  MİD 1–1 1–2 0–4  

E qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Çelsi 6 4 2 0 14 2 12 14
2   Sevilya 6 4 1 1 9 8 1 13
3   Krasnodar 6 1 2 3 6 11 –5 5
4   Renn 6 0 1 5 3 11 –8 1
    SEV   ÇEL   KRA   REN
  SEV   0–4 3–2 1–0
  ÇEL 0–0   1–1 3–0
  KRA 1–2 0–4   1–0
  REN 1–3 1–2 1–1  

F qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Borussiya Dortmund 6 4 1 1 12 5 7 13
2   Latsio 6 2 4 0 11 7 4 10
3   Brügge 6 2 2 2 8 10 –2 8
4   Zenit 6 0 1 5 4 13 –9 1
    ZEN   BOR   LAT   BRÜ
  ZEN   1–2 1–1 1–2
  BOR 2–0   1–1 3–0
  LAT 3–1 3–1   2–2
  BRÜ 3–0 0–3 1–1  

G qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Yuventus 6 5 0 1 14 4 10 15
2   Barselona 6 5 0 1 16 5 11 15
3   Dinamo Kiyev 6 1 1 4 4 13 –9 4
4   Ferençvaroş 6 0 1 5 5 17 –12 1
    YUV   BAR   DKV   FER
  YUV   0–2 3–0 2–1
  BAR 0–3   2–1 5–1
  DKV 0–2 0–4   1–0
  FER 1–4 0–3 2–2  

H qrupu

redaktə
# Klub O Q H M V.Q B.Q ± Xal
1   Paris Seyn Jermen 6 4 0 2 13 6 7 12
2   RB Leypsiq 6 4 0 2 11 12 –1 12
3   Mançester Yunayted 6 3 0 3 15 10 5 9
4   İstanbul Başakşehir 6 1 0 5 7 18 –11 3
    PSJ   MY   LEY   BAŞ
  PSJ   1–2 1–0 5–1
  MY 1–3   5–0 4–1
  LEY 2–1 3–2   2–0
  BAŞ 0–2 2–1 3–4  

Qrup üçüncüləri

redaktə

Qruplarını üçüncü yerdə başa vuran komandalar 2020–21-ci il UEFA Avropa Liqası mövsümünün 1/16 final mərhələsinə qatılır.

Sıra Qr Komanda O Q H U QT QQ QF Xal
1 H   Ayaks 6 3 1 2 12 6 6 10 Səpələnmişlər
2 E   Red Bull Salzburq 6 2 1 3 16 13 3 7
3 F   İnter 6 2 1 3 10 9 1 7
4 G   Benfika 6 2 1 3 10 11 −1 7
5 D   Bayer Leverkuzen 6 2 0 4 5 9 −4 6 Səpələnməmişlər
6 C   Şaxtyor Donetsk 6 1 3 2 8 13 −5 6
7 B   Olimpiakos 6 1 1 4 8 14 −6 4
8 A   Brügge 6 0 3 3 4 12 −8 3
Mənbə: UEFA
Təsnifat qaydaları: 1) Xal; 2) Qol fərqi; 3) Atılan qollar; 4) Səfər qolları; 5) Qalibiyyət; 6) Səfər qələbələri; 7) İntizam xalı; 8) UEFA reytinq xalı (UÇL Tənzimləmələr Məqaləsi 16.04).[33]

Finala doğru gedilən mərhələlər

redaktə

Klublar

redaktə
Rəng
Səpələnmiş klublar
Səpələnməmiş klublar
Qrup Qrup birincisi Qrup ikincisi
A   Bayern Münhen   Atletiko Madrid
B   Real Madrid   Borussiya Münhenqladbax
C   Mançester Siti   Porto
D   Liverpul   Atalanta
E   Çelsi   Sevilya
F   Borussiya Dortmund   Latsio
G   Yuventus   Barselona
H   Paris Seyn-Jermen   RB Leypsiq

Cütlüklər

redaktə
  1/8 Final 1/4 Final Yarı Final Final (29 may – Portu)
                                         
   Latsio 1 1 2  
   Bayern Münhen 4 2 6  
     Bayern Münhen 2 1 3  
     Paris Seyn-Jermen (SQ) 3 0 3  
   Barselona 1 1 2
   Paris Seyn-Jermen 4 1 5  
     Paris Seyn-Jermen 1 0 1  
     Mançester Siti 2 2 4  
   Borussiya Münhenqladbax 0 0 0  
   Mançester Siti 2 2 4  
     Mançester Siti 2 2 4
     Borussiya Dortmund 1 1 2  
   Sevilya 2 2 4
   Borussiya Dortmund 3 2 5  
     Mançester Siti 0
     Çelsi 1
   Atalanta 0 1 1  
   Real Madrid 1 3 4  
     Real Madrid 3 0 3
     Liverpul 1 0 1  
   RB Leypsiq 0 0 0
   Liverpul 2 2 4  
     Real Madrid 1 0 1
     Çelsi 1 2 3  
   Porto (ə.v) 2 2 4  
   Yuventus 1 3 4  
     Porto 0 1 1
     Çelsi 2 0 2  
   Atletiko Madrid 0 0 0
   Çelsi 1 2 3  

1/8 Final

redaktə

1/8 Final mərhələsinin püşkatma mərasimi 14 dekabr 2020-ci ildə keçirildi.[34] İlk matçlar 16, 17, 23 və 24 fevral, ikinci matçlar isə 9, 10, 16 və 17 mart 2021-ci il tarixlərində keçirildi.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Borussiya Münhenqladbax   0–4   Mançester Siti 0–2 0–2
Latsio   1–6   Bayern Münhen 1–4 1–2
Atletiko Madrid   0–3   Çelsi 0–1 0–2
RB Leypsiq   0–4   Liverpul 0–2 0–2
Porto   4–4 (SQ)   Yuventus 2−1 2–3 (ə.v)
Barselona   2–5   Paris Seyn-Jermen 1–4 1–1
Sevilya   4–5   Borussiya Dortmund 2–3 2–2
Atalanta   1–4   Real Madrid 0–1 1–3

1/4 Final

redaktə

1/4 Final mərhələsinin püşkatma mərasimi 19 mart 2021-ci ildə keçirildi. İlk matçlar 6-7 aprel, ikinci matçlar isə 13-14 apreldə oynandı.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Mançester Siti   4–2   Borussiya Dortmund 2–1 2–1
Porto   1–2   Çelsi 0–2 1–0
Bayern Münhen   3–3 (SQ)   Paris Seyn-Jermen 2–3 1–0
Real Madrid   3–1   Liverpul 3–1 0–0

Yarı Final

redaktə

Yarı finalın müqəddəratı da öncəki mərhələdə olduğu kimi 19 mart 2021-ci ildə müəyyənləşdi. İlk matçlar 27-28 aprel, ikinci matçlar isə 4-5 mayda oynandı.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Paris Seyn-Jermen   1–4   Mançester Siti 1–2 0–2
Real Madrid   1–3   Çelsi 1–1 0–2
29 may 2021
23:00 (Azərbaycan saatı ilə)
Mançester Siti   0–1
Hesabat
  Çelsi
Qollar Haverts   42'
Draqao Stadionu, Portu
Tamaşaçı: 14110[35]
Hakim: Antonio Matey Laus (İspaniya)

İstinadlar

redaktə
  1. "Champions League Goalkeeper of the Season: Edouard Mendy". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  2. "Champions League Defender of the Season: Rúben Dias". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  3. "Champions League Midfielder of the Season: N'Golo Kanté". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  4. "Champions League Forward of the Season: Erling Haaland". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  5. "Şampiyonlar Ligi: UEFA finali İstanbul'dan Porto'ya aldı". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
  6. [23:00 https://www.ntvspor.net/futbol/2023-uefa-sampiyonlar-ligi-finali-istanbul-da-609e262cf9459c5f10d8ce38 Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine 2023 UEFA Şampiyonlar Ligi finali İstanbul'da]
  7. "Country coefficients 2018/19". UEFA.com. Union of European Football Associations. 3 iyun 2019. 2019-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  8. "Champions League and Europa League changes next season". UEFA.com. Union of European Football Associations. 27 fevral 2018. 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  9. "2020/21 UEFA Champions League match calendar". Union of European Football Associations. 24 sentyabr 2019. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  10. "2020/21 UEFA Champions League: all you need to know". UEFA.com. Union of European Football Associations. 9 July 2020. 18 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2020.
  11. "Updated UEFA competitions calendar". UEFA.com. Union of European Football Associations. 17 June 2020. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2020.
  12. "Venues for Round of 16 matches confirmed". UEFA.com. Union of European Football Associations. 9 July 2020. 16 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2020.
  13. "European Club Football Season Kick-Off moved from Athens to Nyon". UEFA. 9 sentyabr 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.
  14. "Annex I – Special rules applicable to the qualifying phase and play-offs due to COVID-19" (PDF). UEFA.com. Union of European Football Associations. 4 avqust 2020. 2020-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-07.
  15. "UEFA meets with General Secretaries from its 55 member associations". UEFA.com. Union of European Football Associations. 6 avqust 2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  16. "Champions League: Linfield game off over Kosovan opponents' Covid-19 issues". BBC Sport. 11 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  17. "2020/21 UEFA Champions League preliminary round match not taking place due to COVID-19 positive tests". UEFA. 11 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  18. "Champions League: Linfield given bye through to first round after tie with Drita called off". BBC Sport. 12 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2020.
  19. "UEFA Appeals Body renders decision on KF Drita". UEFA. 12 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  20. 1 2 3 "UEFA Champions League first qualifying round draw". UEFA.com. Union of European Football Associations. 9 avqust 2020. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  21. "ŠK Slovan Bratislava oznámil nový dátum zápasu s KÍ Klaksvík" [ŠK Slovan Bratislava announced a new date of the match with KÍ Klaksvík] (slovak). Šport.sk. 19 avqust 2020. 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  22. "Slovan nebude hrať ani v piatok, o prípadnej kontumácii rozhodne UEFA" [Slovan will not play on Friday either, UEFA will decide on a possible default] (slovak). Šport.sme.sk. 21 avqust 2020. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  23. "UEFA statement on UEFA Champions League first qualifying round match KÍ Klaksvík v ŠK Slovan Bratislava". UEFA. 22 avqust 2020. 2020-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  24. "KÍ víðari í Champions League" [KÍ advance in the Champions League] (Faroese). ki.fo. 24 August 2020. 20 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.
  25. "UEFA Appeals Body renders decision on UCL first qualifying round match KÍ Klaksvík v ŠK Slovan Bratislava". UEFA. 24 avqust 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  26. "UEFA Europa League second qualifying round draw". UEFA.com. Union of European Football Associations. 31 avqust 2020. 2020-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  27. "UEFA Champions League third qualifying round draw". UEFA.com. Union of European Football Associations. 31 avqust 2020. 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  28. "UEFA Champions League play-off round draw". UEFA.com. Union of European Football Associations. 1 sentyabr 2020. 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-19.
  29. "UEFA Champions League group stage draw". UEFA.com. Union of European Football Associations. 1 October 2020. 17 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2020.
  30. "Champions League: Domestic title winners to receive top-seed status". BBC Sport. 9 oktyabr 2014. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  31. "Champions' bonus for group stage draw". UEFA.com. Union of European Football Associations. 24 aprel 2015. 2015-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  32. "На групповом этапе ЛЧ впервые в истории сыграют три российских клуба" [Three Russian clubs will play for the first time in the UCL group stage] (Rusca). Metro International. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  33. "2019-20 UEFA Çempionlar Liqasının tənzimləmələri" (PDF). UEFA.com.
  34. "UEFA Champions League round of 16 draw". UEFA.com. 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
  35. "Full Time Report Final – Manchester City v Chelsea" (PDF). UEFA.com. Union of European Football Associations. 29 may 2021. 31 May 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 may 2021.

Həmçinin bax

redaktə